Azərbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 197,49 Kb.
Pdf görüntüsü
səhifə23/141
tarix15.03.2018
ölçüsü197,49 Kb.
#31598
1   ...   19   20   21   22   23   24   25   26   ...   141

çıxması  və  formalaşması  tarixini  tsdqiq  etmək  üçün  zəngin  elmi  məlumatlar  və 
maddi-mədəniyyət  nümunələri  aşkar  olunmuşdur.  Görkəmli  Azərbaycan  alimi 
Ə.Ələkbərov  Xocalı  abidələri  kompleksini  Azərbaycanm  başqa  abidələrinin 
öyrənilməsi üçün açar adlandırımışdır.
XX  ərin  əvvəllərində  Qarabağ  musiqi  məktəbi  bütün  Şərqdə 
m əşhur  idi. 
Görkəmli  musiqişünas  V.Vinaqradov  yazırdı  ki,  «Şuşa  musiqiçiləri 
Azərbaycar, 
musiqisinin  tarixi  yaratmış  və  onu  yalnız  öz  vətənlərində  deyil, 
həm  də  Şərqin 
başqa  ölkələrində təmsil  etmişlər.  Şuşa,  Zaqafqaziyanm  Konservatorivası 
hesab 
olunurdu.
1920-1930-cu  illərdə  elmin  inkişafı  sahəsində  bir  sıra  çətinliklər 
m övcud 
idL 
Belə ki,  tədqiqatlar aparm aq üçün müasir avadanlıq,  hesablama texnikası, 
cihaz- 
lar  çatışmırdı.  Alimlərimizə  xarici  ədəbiyyatdan,  arxivlərdən  istifadə  etmək, 
beynəbcalq aləmə çıxmaq qadağan edilmişdir.  Həm də xalqımızm  açıq  və ya  gizli 
yolla mənəvi və cismani cəzalara məruz qaldığı Dağlıq Qarabağda bütün bu işləri 
aparm aq olduqca çətin idi.
Bütün  yuxarıda  göstorilən  çətinliklərə  baxmayaraq,  Dağlıq  Q arabağda 
elm, 
adəbiyyat  və  incəsənət  inkişaf  edirdi.  Ən  əsası  isə  ərazinin  bol  təbii  sərvətləri 
imperiyamn  diqqotini  daha  çox  cəlb  edirdi.  1939-cu  ildə apanlan  tədqiqat 
i.şləri 
əsasən  təsərrüfat  sahələrini  əhatə  etmişdir.  Belə  ki,  «Dənli  bitkilərin 
toxum luğu 
və  onun  DQMV-nin  rayonlannda  əkilməsi  üsullan»,  «Meyvə  verən  3 
növ 
tut 
ağacınm  biokimyəvi  xüsusiyyətləri»,  «Kıçik  Qafqaz  sıra  dağlarındakı 
yaylaqlar 
və onlardan  səmərəli  istifadə edilməsi üsullan»,  «Spirt çəkildikdən  sonra  tu t tör- 
töküntülərindən  m al-qara  üçün  yem  hazırlanması  üsulları»,  «Silos  bitkiləri 
və 
onlann saxlanması  üsulları» və s.  Dağlıq Q arabağ alimləri  tərəfindən araşdırılan 
əsas  mövzular idi.  1910-cu ildə  A.S.Ginisburq dəstəsinin  Kiçik  Qafqazm  faydalı 
qazmtılarını  öyrənmək  məqsədilə  apardıqları  tədqiqat  işlərini  1912-ci  ildə 
F.Osvald  tərəfindan  davam   etdirilmiş,  1929-cu  ildə  S.G.Sarkisiyan,  M.Əsgərov, 
A .Rakitin,  A.Qavrilov,  A.Solovkin  və  V.Barqanov  tərəfmdən  axıra  çatdırıl- 
mışdır.  Tədqiqatlar nəticəsində  Dağlıq  Q arabağ ərazisində mis,  qızıl və s.  yataq- 
larıntn  olması  aşkar  edilmişdir.  1931-ci  ildə  bu  işə  Q.Taffelhonsun  dəstəsi  də
90
qoşulmuşdur23.  Dağlıq  Qarabağm  potensial  imkanlannı  üzə  çıxarıb  ondan 
istifadə  etməyi  qarşısma  məqsəd  qoyan  imperiya,  ərazidə  elmi-tədqiqat  işlərinin 
aparılmasını  sürətləndirir  və  daha  çox  mənfəət  götürürdü.  S.Daidbəyovun 
ekspedisiyası  ilə  Dağlıq  Qarabağm  hidro-energetika  ehtiyatlarmı  öyrənilmiş, 
çayların 
axımmı 
nəzərə 
almaraq 
SES-lərin 
yaradılması 
imkanları 
aşkarlanmışdır24.
Heyvandarlığm  inkişaf etdirilməsi  üçün  təbii  yem  bazasını,  birincı  növbədə 
yay otlaqlannın öyrənilməsi və yabanı  çöl  bitkilərdən təbabətdə  istifadə edilməsi 
məqsədilə  1931-1940-cı  illərdə  L.Kreçetovun,  İ.Neklepayevin,  X.Pobedinanm 
tədqiqatlarm ın  əhəmiyyəti  böyük  olmuşdur.  Tədqiqatlar  nəticəsində  Dağlıq 
Qarabağda zəhərli, zərərli, əhəmiyyətli və dərman bitkiləri aşkar edilmişdir.
Bu  dövrdə  Həsənli  Qaradağinin  (1848-1928)  Dağlıq  Qarabağdakı  çoxcəhətli 
fəalivyətini  xüsusi  qeyd  etmək  lazımdır.  Öz  ana  dili  ilə  yanaşı,  rus,  ərəb  və  fars 
dillərini  də  yaxşı  bilən  Qaradaği  çoxlu  şerlər,  tərcümələr  və  kitablar  məllifidir. 
Böyük  həcmli  «Vətən  dili»  kitabmın  müəllifı  olan  Qarabaği  M.M .Nəvvabla 
dostluq  edərək,  Şuşadakı  «Məclisi  fəramüşan»  yığıncağmm  fəal  iştirakçısı 
olmuşdur.  O,  Şuşada müəllimlik edərkən  Qarabağın tarixinə m araq göstərmiş və 
«Qarabağ  vilayətnin  qədim  və  cədid  keyfıyyət  və  əvzaları,  Pənah  xan,  İbrahim 
xan,  M ehdiqulu  xan  əyyami  hökumətlərinin  əksər  vaqeyi  hekayətləri»  əsərini 
yazmışdır.  Təəssüf  ki,  əsər  məhv  edilmiş,  ona  görə  də  tam   halda  bizə 
çatmamışdır.  Ancaq  H.Qaradağinin  oğlu  Məhəmməd  Qaradaği  1936-cı  ildə 
atasmm  əlyazmalarını  toplayıb  həmin  əsərin  qısa  şərhini  oxuculara  təqdim 
etmişdir.  H .Q aradaği Dağlıq Qarabağın ədibı, şairi və m ətbuat işçisi olmuşdur.
1940-cı ildə Dağlıq Qarabağ Yazıçılar İttifaqı təşkil edildi.  1920-ci ilin noyabr 
ayında  Şuşada,  1923-cü  ildə  Ağdamda,  Qaryagində,  1924-cü  ildə  Xankəndində 
həvəskar  bəstəkar  və  səhnə  ustaları  fəaliyyətə  başladı23.  1932-ci  ildə  Bakıda 
fəaliyyət  göstərən  erməni  teatnnm   aktyoru  K.Alvazyan  M.Qorqi  adm a 
Xankəndi  Dövlət D ram  Teatnnı (XDDT)  təşkil  etdi.  Həmin teatrın  açılışı  1932- 
ci  ilin  sentyabrında  V.Vaqarşyanın  «Mühasirə»  ryesi  ila  olmuşdur26.  1933-cü 
ildən  isə  X D D T-na  V.Papaziyan  rəhbərlik  etmişdir.  M araqlı  fakt  burasm dadır
91


ki,  Xankəndində  yaranmış  olan  bu  teatrın  truppasında  bir  nəfərdə  olsun 
azərbayjanlı  yox  idi.  İkinci  diqqəti  cəlb  edən  maraqlı  fakt  ondan  ibarətdir  ki, 
teatrın repertuarında daha çox erməni dram aturqlannm  pyesləri oynanıldı.  1920-
1940-cı  illərdə  XDDT-nm  ən  yaxşı  tamaşalan  isə  Q.Sundukyanm  «Pepo», 
A.Paronyanm  «Baqdasar  dayı»,  Q.Boryanın  «Bir  dam  altmda»  və  başqalan 
idi27.
XX  yüzilliyin  20-30-cu  illərində  DQMV-də  musiqinin  inkişafı  üçün  bir  sıra 
tədbirlər  həyata  keçirildi.  Beləki,  1923-1924-cü  iidə  Şuşada  musiqi  məktəbi 
faaliyyətə başladı.  1936-cı ildə xor dərnəyi yaradıldı.
Azərbaycanda  milli  mədəniyyətin  inkişafmda  kino  sənəti  də  mühüm 
rol 
oynamışdır.  K ino  sənəti  vasitəsilə  xalqm  məişət  və  düşüncələrinə,  həyat 
tərzinə 
təsir  etmək,  yeniləşdirmək,  yeni  sosialist  məişət  və  mədəniyyəti  yaratmaq 
məqsədi  daşımağa  başladı.  Kino  sənəti  vasitəsilə  milli  mənlik  şüurunun  bütün 
istehkamlarmı  -  din,  şəriət,  mövhumat, məscid,  kilsə,  çadra və sairəyə qarşı qəti 
hücuma  keçmək  şəraitindən  istifadə  olunurdu.  1940-cı  ildə  Azərbaycanda  426 
kino-qurğu var idi ki, bundan 22-si DQMV-nin payma düşürdü.
Beləliklə,  Rus  imperiyası  Dağlıq  Qarabağm  elmi  potensialmı  artırmaqla, 
ərazinin  bol  sərvətlərindən  daha  çox  bəhrələnmək  və  buna  münasib  ideoloji 
şərait  yaradılmasına nail  oldu.  Onlar  yeni cəmiyyətin  ədalətli,  demokratik,  xəlqi 
və  qanunauyğun  proses  olmasma  inam  yaratmaq  məqsədilə  elmin  müxtəlif 
sahələrini  birtərəfli  inkişaf  etdirdilər.  Etiraz  və  azadfıkirlilik  amansızcasma 
boğularaq,  xalqımız  müstəqil  dövlətçilikdən  məhrum  edilmiş,  iqtisadiyyat, 
siyasət  və ideologiya  imperiyanın  maraq  dairəsinə  uyğun  qurularaq,  ermənilərin 
əli ilə Dağlıq Q arabağda öz dayaqlarmı daha da möhkəmləndirmişdilər.
1928-ci  ildə  Dağlıq  Qarabağm  zəhmətkeşləri  Vilayətin  radio  verilişlərinə 
qulaq  asmağa  başladılar.  30-cu  illərdə Vilayətdə radiolaşdırma  işləri  əsasən  başa 
çatdırıldı28.  Sovet  rejiminin  yarandığı  ilk  günlərdən  başlayaraq  kütlələri  yeni 
imperiyanm siyasətə uyğun şəkildə tərbiyə olunmastna xüsusi diqqət verildi.
Xalq  təsərrüfatının  bərpasma  keçid  dövründə  yenicə  yaradılmış  imperiyanın 
təbliğat «maşınları» işə salındı.  Bu işdə mərkəzi qəzet və cum allarla birlikdə yerli
92
m ətbuat  orqanlan geniş fəaliyyətə  başladı.  Azərbaycanda sinfi  mübarizənin  hələ 
də ən  qızğm  bir  dövründə  Dağlıq  Qarabağda  kütləvi  qəzetlər  təsis  olundu.  Belə 
ki,  1921-ci  ilin  aprel  ayında  «Qolos  K arabax»  (Qarabağm  səsi)  qəzeti,  1923-cü 
ilin  iyun  ayının 9-da  Şuşada «Karabaxi  İxucq» (Qarabağ kəndlisi) nəşrə başladı. 
Bu 
qəzet üçünü saymdan sonra «Xoridani  Karabax» (Şura Qarabağı) adı altmda 
nəşr  olundu.  Həmin  ilin  avqust  ayınm  5-də  Xankəndində  nəşrə  başlanan 
«Sovetakan  K arabax»  (Sovet  Qarabağı)  qəzetinin  ilk  nömrəsi  çapdan  çıxdı29.
1930-cu  ildə  Şuşada  və  Xankəndində  yeni  mətbəə  yaradıldı.  Bu  mətbəələrin 
bilavasitə  gücü  ilə  Dağlıq  Qarabağda  nəşr  olunan  qəzetlərin  sayı  və  həm  də 
onlarm  tirajı  xeyli  çoxaldı.  Bununla  belə  qəzetlərin  keyfıyyətində  də  xeyli 
müvəffəqiyyətlər  qazamldı.  1932-ci  ildə  Şuşa  rayonunda  «Şuşa»,  Xocavənd 
rayonunda  «Aşxoetosnik»  («Əmək»)  qəzetləri,  Ağdərədə  «Barekamütyun» 
(«Dostluq»)  1933-cü  ildə  H adrut  rayonunda  «Koltentesekan»  («Kolxozçu») 
qəzetinin  nəşrinə  başlandı.  1938-ci  ildə  «Şuşa»  qəzetinin  adı  dəyişdirilərək 
«Sosialist  maldarhğı»  adlandırıldı.  Qəzetlərin  təkcə  saymda  deyil,  onlann 
tirajlartnda  da  xeyli  artım  müşahidə  edilmişdir.  1937-ci  ildə  Dağlıq  Qarabağda 
çap  edilən  6  qəzet  15,2  min  tiracla  nəşr  olunurdu.  1940-ci  ildə  qəzetlərin  tirajı
18,4 minə çatdırıldı30.
Sovet  imperiyasının  milli  siyasətini  təbliğ  edən  kütlələr  arasında  beynəl- 
miləlçilik bayrağı altında Marksist-Leninçi ideologiyasının təbliğ olunması işində 
mərkəzi və yerli mətbuat orqanlan mühüm rol oynayırdı
Beləliklə,  mədəni  quruculuq  sahəsində  görülən  tədbirləri  yekunlaşdıraraq 
qeyd  etməliyik  ki,  yenicə  yaranmış  dövlət,  Dağlıq  Qarabağda  xalqın  təhsil  və 
mədəni  səviyyəsinin  yüksəldilməsində  böyük  işlər  görmüşdür.  Həmin  irəliləyişlər 
yerinə  yetirilərkən  çətinliklərə,  səhvlərə,  bürokratiya  və  inzibati  amirlik  sistemi- 
nin  bərqərar  olmasına  baxmayaraq,  bütün  nailiyyətlər  xalqın  zəhməti  ilə  əldə 
edilmişdir.  Diqqəti cəlb edən mühüm məsələ ondan ibarətdir ki,  1920-1941-ci illər 
ərzində  bölgədə  yaşayan  əhalinin  savadsızlığı,  əsasən  həll  edilərək,  yeni  təhsil 
sistemi  yaradılmış,  qadınlarımızm  ictimai  həyatda rolu artmış,  elm, ədəbiyyat və 
incəsənət inkişaf etmişdir.  Bəhs edilən dövrdə DQMV-də ciddı çətinliklər, səhvlər


Yüklə 197,49 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə