Azərbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 197,49 Kb.
Pdf görüntüsü
səhifə19/141
tarix15.03.2018
ölçüsü197,49 Kb.
#31598
1   ...   15   16   17   18   19   20   21   22   ...   141

hallarda  onun  varlı  və  yaxud  yoxsul  olmaları  belə  nəzərə  almnurdı.  Xocavənd 
rayonunun  Çardaxlı,  Hadrut  rayonunun  Banazur,  Zamzur  kəndlərində  ət 
tədarükü  zamanı  kəndlilər  bir  növ  qarət  olunmuş,  onlarm  mal-qaraları, 
donuzları  belə əllərindən almmışdır.  Bir çox hallarda «xalq düşməni» adı  altında 
kəndlilərin əmlakı hərraca qoyulurdu.  Bu  cür represiyaya məruz qalmamaq üçün 
az-çox  ımkanlı  kəndlilər  mal-qaralannı  tələf edir,  öz  əmlaklarmı  bir  növ  dağı- 
dırdılar.  İmkanlı  kəndlilərin  böyük  bir  hissəsi  özlərini  qolçomaq  damğasmdan 
xilas etmək üçün kolxozlara girir,  təsərrüfat işində fəallıq göstərməyə çahşırdılar. 
ÜİK(b)P  M K  14  m art  tarixli  qərarmdan  sonra  1930-cu  il  aprelin  14-də  «Azər- 
baycanda  kolxoz  hərəkatmdakı  səhvlər  və  əyintilər  haqqm da»"  qəbul  olunmuş 
qərarda 
Respublikanın 
bir 
çox 
bölgələrində 
və 
habelə 
DQMV-də 
kollektivləşmənin  gedişində yol  verilmiş  səhvlər,  nöqsanlar qeyd  olundu.  Həmin 
ilin yayında kütləvi şəkildə kolxozlara girən kəndlilərin çoxu  1930-cu lin sonunda 
kolxozlardan  çıxdılar.  AK(b)P  M K-nm  məlum  qərarmda  göstərilrdi  ki, 
«rəqəmlər arxasmca qaçan bir sıra yerli təşkilatlar qolçomaqlıqdan salmaq işində 
çox  ağır  səhvlərə  yol  vermişlər».  Aparılan  elmi  araşdırmalara  görə  1930-cu  ildə 
DQMV-də  kəndli. təsərrüfatımn  10-12 faizi  qolçomaq  təsərrüfatı  hesab olunmuş, 
onların çoxu seçki hüquqlarından məhrum edilmişdir100.
1930-cu  ilin  sonundan  başlayaraq  DQMV-də  kolxoz  hərəkatı  yenidən 
canlandı.  1931-ci  ilin  yaz  əkin  kompaniyası  zaman  kollektivləşdirmənin  faizi
11,9-dan  16,2-yə  çatmışdır.  1932-ci  ilin  sonunda  Dağlıq  Qarabağda  kəndli 
təsərrüfatlarmm  yarıdan  çoxu  kolxozlara  daxil  olmuşdur10'1.  Kollektivləşmənin 
faizi artdıqca kəndli əməyinin istismarı da güclənirdi.
Dağlıq  Qarabağda  kolxoz  quruculuğunda  yol  verilən  əyintilər  və  səhvlər, 
zorakılıq  və  inzibatçılıq,  qolçomaqlara,  varlı  və ortabab  kəndlərinə  qarşı  çevril- 
miş  kobud,  qeyri insani  tədbirlər  kəndlilərin kütləvi narazılığma səbəb olurdu102.
1930-cu  ilin  birinci  yarısmda  sovet  rejiminə  və  kollektivləşməyə  dinə  milli  adət- 
ənənələrin  məhv  edilməsinə  qarşı  kəndli  üsyanları  və  müqavimət  hərəkatı 
başlanm ışdır103.  1931-ci  ildə  DQMV-də  kollektivləşməyə  qarşı  bir  neçə  qaçaq 
dəstəsi  mübarizə  aparırdı104.  Qaçaq  dəstələrinin  müqaviməti  ot  və  saman
74
tayalanna  od  vurmaqla,  m al-qara  süriilərini  aparm aqla,  kənd  təsərrüfatı 
m aşmlannı  xarab  etməklə,  torpağm a  sahİb  duran  vəzifəli  şəxsi  öldürməklə 
davam edirdi105. Sovet hökumət orqanları bu hərəkatı hərbi hissələr vasitəsilə çox 
amansızlıqla  yaratmışdılar.  Aparılan  hərbi  əməliyyatlar  zamanı  ələ  keçirilmiş 
qaçaq üzvlərinin bir hissəsi güllələnmiş, qalan hissəsi isə cəza düşərgələrinə, Sibirə 
və Q azaxıstana sürgün edilmişlər106.
1933-1937-ci  illərdə  qolçomaqlara  qarşı  mübarizə  «kənddə  qolçom aqlara 
qarşı  kolxozlar  uğrunda»  şüan  altmda  həyata  keçirilməyə  başladı.  Bu  dövrdə 
partiya,  sovet  və hüquq  mühafizə  orqanlarmm  başlıca  hədəfı  varlı  kəndlilər  idi. 
Vilayətdə  kollektivləşmənin  faizi  artdıqca  qolçomaq  damğasma  məruz  qalan 
kəndlilərin  də  sayı  artırdı.  Kənddə  partiya  və  sovet  orqanlarm dan  tələb  edilirdi 
ki,  «bütün  cəbhə  boyu  qolçomaqlarm  üzərinə  hücumu  gücləndirməli,  bütün 
sahələrdə onların müqavimətini qırmalı».
Zorakılıq  yolu  ilə  yaradılan  kolxoz,  sovxoz  və  M TS-lar  Vilayətin  iqtisadi 
tələblərinə cavab vermirdi.  Bunun  nəticəsi olaraq  1933-1934-cü  illərdə  ölkədə və 
o  cümlədən  DQMV-də  güclü  aclıq  baş  verdi.  Aclığın  bilavasitə  təsiri  ilə 
Ermənistan  SSR-dan  təkcə  DQMV-nə  450  ailə  köçüb  gəlmişdir107.  Dağlıq 
Q arabağdan isə məqsədyönlü şəkildə Cəbrayıl, Qaryagin,  Şamaxı, Gəncəyə çoxlu 
azərbaycanlı  ailələri  köçürülmüşdür.  Ölkədə  baş  verən  belə  bir  böhranlı 
vəziyyətdən  çıxmaq üçün  bir  sıra  tədbirlər  görüldü.  Vilayətdə  kolxozlara  zor  ilə 
cəlb  olunan  və  bu  təsərrüfatda  ürəklə  çalışmayanlara  qarşı  kəskin  mübarizə 
aparıldı.  Sovxozların  və  MTS-lərin  yanmda  siyasi  şöbələr  yaradıldı.  Siyasi 
şöbələrdə  işləmək  üçün  kəndə  çoxlu  yeni  qüvvələr  göndərildi.  Siyasi  şöbələr 
kolxoz,  sovxoz və  MTS-m  möhkəmləndirmək  üçün  tədbirlər  gördü.  Elliklə  kol- 
lektivləşmə  yarışı  nəyin  bahasına  olursa-olsun  davam  etdirildi.  Dağlıq 
Q arabağda  kollektivlşmə  45  faizdən  65  faizə  çatdırıldı108.  Təkcə  1934-1935-ci 
təsərrüfat  ilində  kollektivləşdirmənin  faizi  80-ni  keçmişdi.  Vilayətdə  həbslər, 
sürgünlər  adi  hala  çevrildi.  Sosializm  yarışı  bayrağı  altında  kütlələr  təsərrüfat 
quruculuğuna  cəlb  olundu.  MTS-lərdə  iki  il  yarım  fəaliyyət  göstərən  siyasi 
şöbələr  1934-cü il noyabr ayından ləğv olundu.
75


1934-1935-ci  illərdə «yad iinsür» adı  altmda DQMV-də  ] 66 nəfər  kənd sakini 
məhkəmə  məsuliyyətinə  cəlb  olunmuşdur.  Vilayətin  Qarakənd,  İmarət  Qorvand, 
Seysulan,  Noraguh,  Çıldıran  kəndlərindən  50 nəfərdən  çox  kolxozçu  kolxozdan 
xaric edilmişdir.  Bu cür tədbirlər fərdi təsərrüfatçıların  kollektiv  təsərrüfata daxil 
olması  işinin  daha  da  sürətlənməsinə  səbəb  oldu.  1936-cı  ildə  DQMV-də  2000 
nəfərdən çox fərdi təsərrüfatçı zor ilə kolxozlara daxil olm uşlar109.
AK(b)P  MK-mn  1933-cü  il  sentyabr  plenumunun  qəran  ilə  1934-1940-cı 
illərdə  DQMV-də  xırda  kolxozlar  iriləşdirildi.  Bəhs  edilən  illərdə,  Vilayətdə 
kolxozlann  sayı  214-dən  199-a  enmiş,  kollektivləşmənin  faizi  65-dən  98-ə 
qalxmışdır.
Bəhs  olunan  dövrdə,  DQMV-nin  kəndində  əməyə  sosialist  münasibət 
«tərbiyə»  olunmasında,  istehsal  intizamının  möhkəmləndirilməsində,  kolxoz- 
larda  əməyin  «düzgün»  təşkil  olunması,  texnikadan  istifadə  vərdişləri  aşılaması, 
kadrların  seçilməsi  və  düzgün  yerləşdirilməsində  kənd  sovetlərinin  rolu  artdı.
1940-cı  ildə  Dağlıq  Q arabağda  234  kəndi  birləşdirən  108  kənd  soveti  fəaliyyət 
göstərirdi.
1940-cı  ildə  olan  məlumata görə  Vilayətdə  199  traktor,  33  kombaym,  27  yük 
maşmı var idi110.
Kənddə  Sovet  imperiyasınm  mövqelərinin  möhkəmləndirilməsində  kollek- 
tivləşdirmə xətti mühüm  rol  oynadı.  Kəndli  kütlələrinin  sosial-iqtisadi  həyatında 
baş  vermiş  hadisələr  DQMV-də  kapitalist  münasibətlərinin  yox  edilməsi  ilə 
nəticələndi.  Kollektivləşmə ölkənin hər yerində olduğu kimi,  DQMV-də də əhali- 
nin əsas  kütləsinin həyat tərzini imperiyanm  prinsipləri əsasmda  dəyişdirdi.  Vila- 
yətin milli,  etnik tərkibində xeyli dəyişikliklərə səbəb oldu.  Bu sahədə daha güclü 
sosial  baza yaradılması üçün zəmin hazırladı.
Beləliklə,  1920-1930-cu  illər  ərzində  DQMV-də  mərkəzin  planma  uyğun 
inzibati  amirlik  və  zorakılıq  yolu  ilə  kənd  təsərrüfatmm  kollektivləşməsi  başa 
çatdı.  Kolxozlar  kənd  təsərrüfatı  mallarmm  istehsalçısına  çevrildi.  20-30-cu 
illərdə  Mərkəzin  m araqları  əsasında  DQMV-də  həyata  keçirilən  tədbirlər, 
vilayətin  kəndində  köklü  dəyişikliyə  səbəb  oldu.  Beləki,  kapitalist  təsərrüfatlan
tamamilə  ləğv  edildi.  Mərkəzin  «xüsusi»  nəzarətilə  xüsusi  mülkiyyət  aradan 
qaldırıldı  və  bununlada  ticarət  zəiflədi.  Vəziyyətdən  istifadə  edərək  Dağlıq 
Q arabağda  hakimiyyəti  ələ  keçirən  qeyri-azərbaycanlıların  təsərrüfatsızlığı, 
məsuliyyətsizliyi  və  «əliaçıqlığı»  nəticəsində  xalq  əmlakı  Rusiyaya  və  Ermə- 
nistana  daşımr,  talan  edilirdi.  Kollektiv  əmək,  kəndlinin  .necə  və  nə  qədər 
işlədiyini  pərdələyir,  bu  isə  əməyə  marağı  aşağı  salırdı.  Kənəddə  bərabərlik 
psixalogiyası  formalaşdırılır,  əslində  kəndli  aslı  olduğu  erməni  rəhbərliyinin 
bütün  tələblərini  yerinə  yetirən  «rabota»  çevrilirdi.  Xalq  içərisində  var-dövlətə 
nifrət ruhu aşılanır, yoxsulluq təbliğ edilirdi.  Əslində yoxsulluğun özü yaradılırdı. 
Yeni  cəmiyyət möhkəmləndikcə erməni rəhbərliyinin  vilayətin  təsərrüfat,  partiya 
orqanlarına müdaxiləsi  artmış və nəzarət  etmək  imkam  genişlənmişdir.  DQMV- 
də  ixtisaslı  mütəxəssislərin  sayı  artmışdır.  Respublikamız  keçmiş  SSRİ-nin 
«ikinci  pam bıq  bazası»na  çevrilmiş,  kənd  təsərrüfatmın  inkişafı  nəticəsində 
Rusiya sənayesini canlandıra bilən xammal mənbəyi yaradılmışdır.
Ağır,  əzablı  və dəhşətli  yollarla yaradılan  kolxoz quruluşunun  sosial-iqtisadi 
qüsurlarm dan  biri  də,  o  sanki  çarizmin  ənənəvi  təhkimçilik  qayda-qanunlarım  
bərqərar  etmişdi.  Belə  ki,  1950-ci  illərin sonunadək  pasportu  olmayan  kolxozçu 
ıcarəsiz  öz  təsərrüfat  hüdudlanndan  kənara  gedə  bilməzdi,  eyni  zam anda  onun 
istədiyi  təsərrüfata  keçmək  hüququ  da  yox  idi.  Əmək  düşərgəsini  xatırladan 
kolxozlar  xalqımızm  milli-mənəvi  dəyərlərinə  yad  bir  qurum   olmaqla,  dinsizlik 
simvolu  və  qadınlanm ız  üçün  əzablı  bir  əmək  düşərgəsi  idi.  Ümumilikdə  isə, 
kolxoz  üzvlərinin  maddi-marağmı  yox  edən,  insan  şəxsiyyətini  alçaldan  kolxoz 
quruluşu sosial-iqtisadi və inzibati sistem olmaqla Azərbaycan  kəndlisinə yad  bir 
siyasət idi.


Yüklə 197,49 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə