Azərbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 197,49 Kb.
Pdf görüntüsü
səhifə17/141
tarix15.03.2018
ölçüsü197,49 Kb.
#31598
1   ...   13   14   15   16   17   18   19   20   ...   141

təsərrüfatmın  sosialistcəsinə  yenidən  quruiması  -   kollektivləşmə  Azərbaycanın 
20-30-cu illər tarixinin  ən  dəhşətli  səhifələrindəndir.  Bu illər  Azərbaycan  SSR-in 
DQMV-nin  tarixinə ən  ağır,  əzablı  və  dəhşətli  dövr  kimi  daxi)  olmuşdur.  Sovet 
dövləti  bu  işə  sənaye,  nəqliyyat  və  əsaslı  tikinti  sahələrində  olduğu  kimi  kənd 
təsərürüfatı  sahəsində  də  torpağın,  kənd  təsərrüfatı  alətlərinin,  qoşqu  qüvvələ- 
rinin miliiləşdirilməsi işindən başladı.
Sovet  hakimiyyətinin  təşkili  və  möhkəmləndirilməsi  uğrunda  mübarizə 
prosesində  iqtisadiyyat  sahəsində  həyata  keçirilən  tədbirlər  içərisındə  Azərbay- 
can İnqilab Komitəsinin torpağm milliləşdirilməsi  haqqmda 5 may tarixli dekreti 
mühüm  yer  tuturdu69.  1920-ci  ilin  may-iyun  aylarmdan  Dağlıq  Qarabağ 
bölgəsində  mülkədar  torpaq  mülkiyyəti  müsadirə  olunmağa  başladı.  1920-ci  il 
iyulun  26-da  Şuşada  birinci  kəndli  qurultayı,  oktyabrxn  18-də  Xankəndində, 
noyabrm  4-də  Ağdərədə  kənd  fəallannm  toplanışmda70  torpağın  və  təsərrüfat 
alətlərinin  milliləşdirilməsi  məsələsi  müzakirə  edildi.  1920-ci  ilin  sonunda  Şuşa 
qəzasmda  1720  desyatin,  Hadrut,  Xocavənd  bölgələrində  2800  desyatin  torpaq 
sahələri milliləşdirildi.
Azərbaycan  İnqilab  Komitəsinin  1920-ci  il  maym  15-də  verdiyi  dekretə 
əsasən  Dağlıq  Qarabağın  bütün  meşə  zolaqları,  sulan  dövlət  mülkiyyətinə 
çevrildi.  Torpağın, suların  və  s.  milliləşdirilməsi sinfı, milli  ziddiyyətlərin  kəskin- 
ləşməsi  şəraitində  həyata  keçirilirdi.  1920-ci  ildə  Dağlıq  Qarabağm  bütün 
kəndlərində  milli  zəmində  toqquşm alar  baş  verirdi.  Bu  toqquşm alar  dağıdılmış 
kənd  təsərrüfatını  bərbad  bir  vəziyyətə  salmmasma  gətirib  çıxardı.  1921-ci  ildə 
bütün  kənd  təsərrüfatı  bıtkiləri  sahəsi  1913-cü  ildəkinə  nisbətən  38  faiz  dənli  və 
paxlalı  bitkilər,  32  faiz71, iribuynuzlu ma]-qaranın  sayı  1916-cı  ildəkinə  nisbətən
1921-ci ildə 39 faiz, xırdabaş heyvan  isə, 2 dəfədən çox azalmışdır.
Sovet təsərrüfat sisteminin təşkili  işinin  planlı qaydada apannaq iiçün  1920-ci 
ilin  avqustunda  Azərbaycanm  SSR  Xalq  Torpaq  Komissarlığmm  (XTK) 
nəzdində kolxo  və sovxoz şöbələri  yaradıldı.  Kolxoz quruculuğu üçün  tədbirlər 
həyata  keçirilməsi  Dağlıq  Qarabağda  torpaq  şöbələri  nəzdində  xüsusi  kolxozlar
66
bölməsi  təşkil  olundu.  Sovet  təsərrüfatı  yaratm aq  üçün  «əsasnamə»  hazırlandı. 
Sovet təsərrüfat quruculuğu üçün ştat vahidi müəyyən edildi və vəsait aynldı.
1920-ci  il avqustunda Bakıda  Azərbaycan XTK torpaq komitələri sədrlərinin 
qurultayı  keçirildi.  Qurultayda  bəy,  xan,  məscid  və  kilsə  torpaq  sahələrinin 
tamamilə müsadirə olunması barədə qərar qəbul edildi72.
A K  
(b)P  1921-ci  ilin  oktyabrında  keçirilən  II  qurultayında  da  sovet 
təsərrüfatı quruculuğu məsələlərinə toxunuldu. Qurultay respublikada olan ən iri 
təsərrüfatlarda  sovet təsərrüfatının  yaradılmasmı  irəli  sürdü.  1920-ci  il iyunun  3- 
də  Xankəndi  yaxmlığmda  olan  bağçıhq  və  bostançılıq  sahələri  sovxozlara 
çevrildi.  1920-ci  il  iyunun  4-də  Şuşa qəzasmda  nümunəvi  təsərrüfatlarda  sovxoz 
təşkil  etmək  üçün  tədbirlər  görüldü.  İyunun  sonunda  Xankəndində,  iyul-avqust 
aylarında  Hadrutda,  Əsgəranda  sovet  təsərriifatı,  sentyabrın  5-də  Cavanşir 
qəzasmda  Nurbəyova  məxsus  olan  torpağın  ən  yaxşı  hissəsində  Daş-Arx 
maldarlıq sovxozu yaradıldı73.
YİS-ə  keçidlə  əlaqədar  yranmış  kolxoz  və  sovxozlann  ömrü  çox  çəkmədi.
1922-ci  il  martın  1-də  müvəqqəti  olaraq  bölüşdürülməmiş  və  ehtiyat  fondunda 
qalmış  torpaq  sahələrinin  müddəti  3  ildən  yuxarı  olmaq  şərti  lə  müqavilə 
əsasında, xüsusi şərtlərlə icarəyə verildi.  1922-ci il iyunun 3-də Dağhq Qarabağda 
olan bağların bir hissəsi keçmiş sahiblərinə qaytarıldı74.
Dağlıq  Q arabağda  sovet  təsərrüfatları  ilə  yanaşı  artellər,  kommunaların 
yaradılmasma  da  cəhdlər  olundu.  1920-ci  il  avqustun  22-də  kənd  təsərrüfatı 
artelinin,  avqustun  24-də  isə  kom m unalann  yaradılması  barədə  nizamnamə 
qəbul  edildi75.  Burada  artelə  və  ya  kommunaya  daxil  olanlann  hüquq  və 
vəzifələri  müəyyən  olundu.  Kollektiv  təsərrüfat  yaratm aq  məqsədi  ilə  Bakıdan 
respublikanm ayn-ayrı qəzalarına xüsusi təlimatçı qruplar göndərildi.  1921-ci ilin 
aprel  ayında  Azərbaycan  SSR  XTK-nm  bilavasitə  göstərişi  ilə Dağlıq  Qarabağa 
26 nəfər nümayəndə göndərilmişdir.  Həmin  nümayəndələrin  cəmisi  8 nəfəri  kənd 
təsərrüfatı mütəxəsisləri idi76.
67


1921-ci  il  maym  28-də  Azərbaycan  SSR  XTK-nm  kollegiyasmda  komissar- 
lığm  kolxozlar  şöbəsi  və  onun  yerli  orqanları  haqqında  «əsasnamə»  qəbul 
olundu.
1921-ci  il  17 m art tarixli dekretlə «bütün növ məhsul inhisarmm ləğv edilməsi 
haqqında» verilmiş dekretə əsasən  Dağlıq Qarabağm bütün nahıyyələrində ərzaq 
sapalağı  ləğv  olundu77.  Dağlıq  Qarabağm  şəhər  və  kəndlərində  də  «Çanaq» 
tətbiq  edildi.  Kənddə  artel,  kommuna  quruculuğu  işləri  genişləndirildi.  Dağlıq 
Qarabağda  ilk  artel  Şükürbəyli,  Lisaqor,  Ağdərə,  Tağlar,  Güney-Qaya, 
Xocavənd,  Çartaz,  Tuğ,  Həsənabad,  Marquşevan,  Dəmirli  və  s.  kəndlərində 
yaradıldı. Aparılan hesablamalara görə  1921-ci ilin yaz əkin kompaniyası zamanı 
Dağlıq  Qarabağda  olan  26  min  fərdi  kəndli  təsərrüfatmın  2,9  faizi  artellərdə 
birləşdirilmişdi.  Bu artellərin 89 xışı,  13  kotanı, 200 baş qoşqu qüvvəsi var idi.
Respublikanm  bir çox bölgələrində olduğu kımi Dağlıq Qarabağda da,  artel- 
lərə,  kommunalara,  kolxoz  və  sovxozlara  daxil  olmaqla  öz  mülklərini  qoruyub 
saxlamağa cəhd edən,  iri torpaq sahibləri, varlı kəndlilər də az olmamışdır.  1921- 
1926-cı  illərdə  Vilayətin  Çaylı,  Aşağı  Orataq,  Həsənqaya,  Xanabad,  Banazur, 
Tağasir,  M arquşavan,  Zamzur,  Tağ  və  b.  kəndlərdə  117  nəfər  iri  təsərrüfat 
sahibləri  bu  cür  üsullardan  istifadə  etməyə  cəhd  göstərmişlər78.  1923-cü  ilin 
yazında  respublika  XTK-nm,  Vilayət  partiya  və  təsərrüfat  orqanlan  ilə 
apardıqları  yoxlama  zamanı  məlum  olmuşdur  ki,  50  nəfərdən  çox  iri  torpaq 
sahibləri  artel,  kommuna,  kolxoz  yaratmışdır.  Xocavənddə,  Ağdərədə,  Xan- 
kəndində  təşkil  olunan  artel  yalntz  qolçom aq  və  onların  qohum larından  ibarət 
idi.  H adrut kəndində «Şəfəq», Banazurda yaradılan «Bolşevik» artelinə ancaq iri 
torpaq sahibləri cəlb oiunmuşlar79.
Dağlıq  Qarabağda  1920-1921-ci  illərdə  artel,  kommuna  və  sovxozların 
yaradılması  işi  qismən  sürətlə  getmişdir.  1922-ci  ilin  sonu  və  1923-cü  ilin  payı- 
zında  bu  təsərrüfatların  çoxu  dağıdıldı.  1925-1926-cı  təsərrüfat  ilindən  başlaya- 
raq artel və sovxozlarm yaradılması işində yenidən canlanma yarandı80.
D ağlıq  Q arabağda  kollektiv  təsərrüfat  form alannm   yaradılması  şərti  olaraq 
bir neçə mərhələyə bölmək mümkündür.  Onun  ilk  mərhələsi  1921-26-cı illər kimi
68
qiymətləndirmək  olar.  Bu  vaxt  yaradılmış  kollektiv  təsərrüfatlar  içərisindən 
kommunalar,  artellər  və  ilk sovet təsərrüfatları  daha  çox  yer  tuturdu.  Bu  illərdə 
respublikada 
132  kommuna,  46  kənd  təsərrüfatı  arteli,  40-a  yaxın  sovet  təsər- 
rüfatian 
yaradılmışdır81.  1921 -1926-cı  illərdə  Dağlıq  Qarabağda  6  sovet 
ləsərriıfatı, 
16  artel,  7  kommuna  var  idi.  Bunlar  270  təsərrüfatı,  890  desyatin 
vararlı 
torpaq  sahələrini,  2000  baş  mal-qaranı  özündə  birləşdirirdi.  Bu 
tosərrüfatlar 
xırda  təsərrüfatlar  olduğundan  uzun  müddət  fəaliyyət  göstərə 
bilmədi. 
1925-1926-cı  illərdə Vilayətdə cəmisi  bir neçə sovxoz və kolxoz fəaliyyət 
göstəı irdi. 
1920-ci  illərin  ortalarından  DQMV-də  tədricən  kommunalar,  xırda 
artellər 
ləğv olunmağa başlandı.
1926-cı  ildən  kolxozlarm  və  sovxozların  fəaliyyətində  qismən  canlanma 
yarandı. 
Bu  illərdə  Dağlıq  Qarabağm  şəhər  və  kəndlərində  ən  çox  yoldaşlıq 
cəmiyyətləri  inkişaf edirdi  ki,  bunlann  sayı  12-yə çatmışdı.  1926-cı ildə Vilayətdə 
6  təsərrüfat  arteli,  2  bağçılıq  fəaliyyət  göstərirdi.  Ümumi  kollektiv  təsərrüfatın 
sayı  isə  21 
idi82. 
1926-cı  ildə  sənaye  sahəsində  olduğu  kimi  kənd  təsərrüfatı 
sahəsində  də  xüsusi  canlanma  yarandı.  1924-1926-a  illərdə  taxıl  əkini  sahəsi  58 
faiz, 
mal-qaranm  ümujni  sayı  43  faiz,  texniki  bitkilərin  səpini 
isə 
32  faiz 
artm ışdır83. 
Bu  artım,  DQMV-nin  şəhər  və  kəndlərində  təbəqələşməni 
gücləndirirdi.  Vilayətin  təsərrüfat  həyatmda  və əhalinin sosial vəziyyətində  yara- 
nan 
nisbi canlanma, siyasi gərginliyin güclənməsinə səbəb oldu.
Azərbaycan  K(b)P-nin  VIII  qurultaymm  (noyabr  1927-ci  il)  «Kənddə  iş» 
haqqmda  qəbul  etdiyı  qətnamədə  deyilirdi:  «Kəndin  kollektivləşdirilməsi  bizim 
əməli  şüarımız olmalıdır»84.
ÜİK(b)P-nm XV qurultayımn (dekabr  1927-ci il) «kənd təsərrüfatmın  kollek- 
tivləşdirilməsi  haqqmda»  qərarı  kolxoz  quruculuğunu  genişləndirilməsinə  yeni 
bir mərhələ oldu.  Bu mərhələdə başlıca  diqqət  kənddə kapitalist ünsürləri  adlan- 
dırılan  təbəqə  üzərinə  hücumu  genişləndirmək  və  onlan  ləğv  etmək  xəttinin 
həyata  keçirilməsinə  yönəldildi.  Qurultaydan  bir  qədər  sonra  Bakıda  kollektiv 
təsərrüfat  nümayəndələrinin  ümumrespublika  qurultayı  (fevral-mart  1928-ci  il) 
çağrıldı.  Qurultayda  kollektiv  təsərrüfatların  təsərrüfat  sahələrini  genışləndir-
69


Yüklə 197,49 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə