Azərbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 197,49 Kb.
Pdf görüntüsü
səhifə16/141
tarix15.03.2018
ölçüsü197,49 Kb.
#31598
1   ...   12   13   14   15   16   17   18   19   ...   141

1938-ci  ildə  Dağlıq  Qarabağda  ümumi  sənaye  məhsullarınm  həcmi 
97.452.600  m anata  çatmışdır.  Bəhs  edilən  dövrdə  Dağlıq  Qarabağda  ümumi 
sənaye məhsullarının artım tempi ildən-ilə artaraq  1928-ci ildəkinə nisbətən  1932- 
ci  ildə  136  faiz,  1933-cü ildə  156 faiz,  1934-cü  ildə 345  faiz,  1935-ci  ildə  278  faiz, 
1936-cı  ildə  340  faiz,  1938-ci  ildə  402  faizə  çatmışdır.  Zəhmətkeş  xalqm  səyi 
nəticəsində ikinci beşılliyin qarşısmdakı vəzifələr 4 il 3 ayda yerinə yetirilmişdi63.
1933-1938-ci  illərdə  Sovet  İttifaqmda  sənaye  məhsullannın  illik  artımı  orta 
hesabla  17,1  faiz  olmuşdursa,  Azərbaycanda  20,3  faiz,  Dağlıq  Qarabağda  18,2 
faizə  çatmışdır61.  1920-1940-cı  illər  ərzində  Dağlıq  Qarabağda  yeni  texnika 
əsasında  onlarca  yeni  sənaye  müəssisəsi  tikilmişdir.  Ərazidə  ipək  sənayesi,  yağ, 
pendir sənayesi,  tikinti  ləvazimatı,  meşə emalı,  toxuculuq,  tikiş,  gön-dəri,  yeyinti 
və  başqa  sənaye  müəssisələri  yaradılmışdır.  Dağlıq  Qarabağda  1920-1940-cı  illər 
ərzində  sənayenin  inkişafı  sahəsində  no  qədər  böyük  müvəffəqıyyətlər  əldə 
edildiyini  onda  görmək  olar  ki,  1926-1927-ci  illərin  dəyişməz  qiymətləri  ilə 
götürüldükdə,  sənaye  məhsulunım  miqdarı  1923-cü  ildən  1940-cı  ilədək  9  dəfə 
çoxalmışdır.  Təkcə  Dağlıq Q arabağda  ipək sap  istehsalı  1934-cü ildə  1922-ci illə 
müqayisədə  33  dəfədən  çox  artmışdır.  Birinci  iki  beşillik  dövründə  Dağlıq 
Qarabağda  sənaye  müntəzəm  surətdə  inkişaf  edib  genişlənmişdir.  Təkcə  ikinci 
beşillikdə  Qarabağ  ipək  sənayesinə  5,3  milyon  manat  vəsait  qoyulmuş,  üçüncü 
beşillikdə  isə  bu  məbləğ  daha  da  çoxalmışdı.  1940-cı  ildə  Dağlıq  Qarabağda 
120.000  kvadrat  m etr  ipək  parça,  98  ton  xam  ipək,  26  ton  burulmuş  ipək  (sap) 
istehsal edilmişdir62.
1920-1940-cı  illər  ərzində  Dağlıq  Qarabağda  şərab-spirt  sənayesi  də  inikşaf 
etmişdir.  Konyak  spirt  zavodu,  şərab  və  konyak  zavodları,  spirtsiz  içkilər 
zavodu,  likor  zavodu  və  başqa  zavodlar  tikilib  istifadəyə  verilmişdir.  Həmin 
zavodlar  əsasında  yaradılmış  «QŞST»  müəssisəsinin  gücü  ildən-ilə  artmışdır. 
Müəssisənin  istehsal  etdiyi  məhsullar  ittifaq  miqyasmda  şöhrət  qazanmışdır. 
Dağlıq  Qarabağda  I940-cı  ildə 40  min  dkletr  şərab,  1000  dkletr  konyak  istehsal 
edilmişdir63.
62
1920-1940-cı  illərdə  Dağlıq  Qarabağda  tikinti  ləvazimatı  sənayesi  də 
genişlənmişdir.  Həmin  illərdə  tikilən  kərpic,  kirəmit,  əhəng  və  mexaniki  təmir 
zavodları  məhsul  verməyə başlamışdır.  Ağac emalı  fabriki  işə  salınmış,  ilk  taxta 
zavodlarmdan  məhsul  buraxılmışdır.  1940-cı  ildə  Dağlıq  Q arabağda  1,3  min 
kubmetr  taxta-şalban,  120  ton  əhəng,  26  min  manatlıq  mebel,  172  min  ədəd 
kərpic  istehsal  edilmişdir64.  ÜİK (b)P  M K-nın  yerlı  xammaldan  çoxişlənən 
malları  artırm aq  tədbirləri  haqqındakı  tarixi  qəranndan  sonra,  Dağlıq  Qara- 
bağda yerli sənaye sürətlə inkişaf etməyə başladı. 40-cı  illərin əvvəllərində  1925-ci 
illə  müqayisədə  yerli  sənayenin  ümumi  məhsulu  20  dəfə  artmışdı.  Dağlıq 
Qarabağda  yerli  sənayenin  inkişafı  üçün  hər  cür  şərait  var  idi.  Ərazidə  bir  sıra 
mədən  yataqlannm   aşkar  edilməsi  yerli  sənayenin  coşğun  inkişafına  təkan 
vermişdir.
Bəhs edilən dövrdə, Dağlıq Q arabağda sənət koperasiyası da genişlənmişdir. 
Sənət  koperasiyası  yüz  növdə  müxtəlif  məhsullar  istehsal  edirdi.  İstehsal  yerli 
xammala  əsaslanırdı.  1940-cı  ildə  Dağlıq  Q arabağ  sənət  koperasiyasının  məh- 
sulları  (araba  və  kirəmid  istehsalma  görə)  Azərbaycanda  birinci  yerdə  dayan- 
mışdır.  Bünövrəsi birinci beşillikdə qoyulan parça və xalça toxuyan, mebel, ayaq- 
aabı, qənnadı malları hazırlayan artellər  1940-cı ildə xeyli məhsul vermişdir65.
1920-1940-cı  illər  ərzində  Dağlıq  Q arabağda  xalça,  yağ-pendir  sənayesi, 
asvalt-beton  istehsah,  çörək  zavodu  və  ət  kombinatının  məhsulları  diqqətə 
layiqdir.  1940-cı ildə yağ istehsalı  12,8  ton,  pendir və brm za  61  ton,  ət istehsalı 4 
min ton, süd istehsalı 25,8 min ton olmuşdur66.
1923-cü ildən  1940-cı ilədək Dağlıq Q arabağ ərazisində 42  sənaye müəssisəsi 
tikilib  istifadəyə  verilmişdir.  Bəhs  edilən  dövründə  elektrikləşmə  sahəsində  xeyli 
işlər  görülmüş  və  elektrik  enerjisi  istehsalı  1940-cı  ildə  1,5  milyon  kilovatt  saata 
çatmışdır67.
1940-cı  il  yanvarın  29-da  tikinti,  abadlıq,  yol  çəkilişi  və  sair  sahələrdəki 
yüksək  göstəricilərə  görə  Ağdərə  rayonu  keçici  qırmızı  bayraqla  mükafatlan- 
dırıldı.
63


1940-cı  ildə Dağlıq Qarabağda qulluqçularm ümumi əmək haqqı  1926-cı illə 
müqayisədə  258  faiz,  sənayedə  473  faiz,  tikintidə  384  faiz,  nəqliyyatda  548  faiz, 
ticarətdə  336  faiz  artmışdır68.  1937-1940-cı  illərdə  Dağlıq  Qarabağda  sənaye, 
nəqliyyat  və  əsaslı  tikinti  sahəsində  xeyli  müvəffəqiyyətlər  əldə  edilmişdir.  Yeni 
sənaye  müəssisələrini  tikən  tikinti  quraşdırma  podratçı  təşkilatlar  yaradılaraq, 
tikinti  işləri  mexanikləşdirildi  və  müxtəlif  ixtisaslı  kadrlarla  təchiz  olundu.  Bu, 
əsasiı tikinti işlərinin ildən-ilə genişləndirilməsinə kömək etdi,-
1930-1940-cı  illərdə  Dağlıq  Qarabağ  sənayesi  texniki  cəhətdən  yenidən 
quruldu.  Bu  isə  fəhlələrin  maddi-rifah  halınm  yaxşılaşmasma  müsbət  təsir  etdi. 
Eyni  zamanda,  bəhs  edilən  dövrdə  Dağlıq  Qarabağm  sənaye  müəssisələrində 
çalışan  fəhlələrin  yaşayış  şəraitinin  yaxşılaşdırılması  üçün  tədbirlər  görülmüşdü. 
Belə  ki,  fəhlələrin  əmək  rejiminin  yenidən  qurulmasına,  iş  vaxtı  təhlükəsizlik 
texnikasma  əməl  edilməsi  və  sağlamlaşdırma  məsələlərinə  xüsusi  diqqət  yeti- 
rilirdi.  Fasiləsiz işləyən  müəssisələr beşgünlük,  başqa  müəssisələr isə altıgünlük  iş 
həftəsinə  keçmişdilər.  Dağlıq  Qarabağın  bütün  sənaye  müəssisələri  7  saatlıq  iş 
gününə keçdilər. Asudə vaxt əldə edən fəhlələr öz ixtisaslannı artırırdılar
Dağlıq  Qarabağ  sənayesinin  1920-1940-cı  illərdə  inkişaf  etməsi  bir  sıra 
amillərlə bağlı olmuşdur.  Belə ki, bəhs edilən  dövrdə mərkəzin göstərişi ilə bütün 
Azərbaycan  ərazisinin,  o  cümlədən  Dağlıq  Qarabağ  ərazisinin  təbii  sərvətləri 
daha  ətraflı öyrənilmiş  və ondan  səmərəli  istifadə edilməyə  başlanmışdır.  Həmin 
dövrdə  Moskvanm  göndərdiyi  nümayəndələr  Dağlıq  Qarabağ  istiqamətində 
ekspedisiyalar  təşkil  etmiş  və  ərazidə  bir  sıra  cəmiyyətlər  yaratmışlar.  Məqsəd 
həmin  ərazidəki  təbii  sərvətləri  aşkarlayıb  özününküləşdirmək  idi.  Hazır  məhsul 
aparm aq  üçün  kombinləşdirmə  metodu  tətbiq  edilməyə  başlandı.  Yəni 
aşkarlanmış  təbii  ehtiyatların  (sərvətlərin)  yaxınhğmda  sənaye  müəssisələri 
tikilməyə  başlandı.  Bu  isə  Dağlıq  Q arabağda  sənayenin  inkişafına  təkan  verdi. 
Dağlıq Qarabağ ərazisi müxtəlif və zəngin  təbii ehtiyatlara malik olmaqla yanaşı, 
başqa  əlverişlm  imkanlara da  malik  idi.  Yaxşı  iqlimə,  münbit  torpağa,  münasib 
suvarma  sisteminə  malik  Dağhq  Qarabağ  ərazisində  kənd  təsərrüfatı  sürətlə 
inkişaf  etmiş,  bu  isə  öz  növbəsində  sənayenin  xammala  olan  tələbatımn
64
ödənilməsinə  şərait  yaratmışdır.  Dağlıq  Q arabağda  xalq  təsərrüfatma  qoyulan 
vəsaitin  66,5  faizi  sənayeyə  sərf  edilmişdir.  Sənaye  müəssisələrində  çalışan 
fəhlələrin  mədəni-məişət  şəraitinin  yaxşılaşdırılması,  onlann  maddi  marağının 
artırılması,  fəhlələr  içərisində  ciddi  əmək  intizammm  tətbiqi,  zay  məhsul 
istehsalma,  işdən  qalmaq  və  gecikməyə  görə  cəza  tədbirləri  Dağlıq  Qarabağda 
sənayenin  inkişafma  təkan  verdi.  SSRİ  məkanında  vahid  iqtisadi  plamn  tətbiqi, 
texniki  avadanhqlarla,  təcrübəli  mütəxəssislərlə  və  ixtisaslı  fəhlələrlə  Dağlıq 
Qarabağ sənayenin  təmin  edilməsi, elektrikləşmə, nəqliyyat, yol  tikintisi  işlərinin 
inkişafı,  sənayesinin  inkişafını  sürətləndirdi.  Bütün  bunlarla  yanaşı,  müxtəlif 
regionlardan  ermənilərin  məqsədli  şəkildə  Dağlıq  Qarabağa  köçürülməsi  və 
onların  sənaye  müəssisələrində  işə  götürülməsi  Dağlıq  Qarabağ  sənayesinin  işçi 
qüvvəsi  ilə  tam  təmin  edilməsinə  şərait  yaratmış  və  sənayenin  inkişafma  səbəb 
olmuşdur.
Beləliklə,  Sovet  dövlətinin  sənayeləşdirmə  siyasətinin  Dağlıq  Qarabağda 
həyata  keçirilməsi  nəticəsində,  yeni  sənaye  sahələrinin  əmələ  gəlməsi  ilə  işsizlik 
problemi  aradan  götürüldü  və istehsal  artdı.  Rus  imperiyası  isə  iqtisadi  təməlini 
möhkəmləndirmək  üçün  Azərbaycanı  öz  xammal  bazasma  çevirməklə  yeraltı  və 
yerüstü  sərvətlərimizin  talan  edilməsini  daha  da  sürətləndirdi.  I920-1940-cı 
illərdə  Dağlıq  Qarabağda  möhkəm  sənaye  bazası  yaradıldı.  Bu  prosesin  başlıca 
cəhəti ondan ibarətdir ki, gələcəkdə Dağlıq Qarabağ sənayesinin yerləşdirilməsini 
daha  da  yaxşılaşdırmaq  üçün  möhkəm  iqtisadi  zəmin  yaradılmışdır  ki,  sonrakı 
tarixli  inkişaf mərhələsində  Dağlıq  Qarabağda  iqtisadiyyatm  aparıcı  sahəsi  olan 
sənayenin  səmərəli  yerləşdirilməsi,  yeni,  daha  güclü  sənaye  ocaqlannın 
formalaşıb kompleks yüksəlişi üçün sanballı iqtisadi zəmin yaratdı.
2. DQMV-də zorakı kollektivləşdirmə və onun sosial-iqtisadi nəticələri
Sovet  imperiyasınm  iqtisadi  təməli'mi  qurmaq  üçün  fərdi  kəndli  təsər- 
rüfatlarınm  kollektiv təsərrüfat halmda yenidən  qurulması  təJəb olunurdu.  Kənd
65


Yüklə 197,49 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə