Azərbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 197,49 Kb.
Pdf görüntüsü
səhifə24/141
tarix15.03.2018
ölçüsü197,49 Kb.
#31598
1   ...   20   21   22   23   24   25   26   27   ...   141

və əyintilər -  milli musiqimizlə bağlı disskusiyalar, çadra, papağm atılması haqda 
dekretlər,  xalqımmn  dilinə,  dininə,  milli  adət-ənənəsinə  qarşı  verilən  dekretlər -  
mədəni  inkişafa  mənfi təsir göstərsə də  inkişafı  dayandıra  bilmədi.  A rtıq  1941-ci 
ilin  əwəllərində  vilayətin  təhsil,  elm  və  mədəniyyəti  öz  inkişafınm  ən  yüksək 
səviyyəsinə  çatdı.  A na  və  uşaqlara  qayğı,  istirahət  ocaqlarımn,  müalicə 
profılaktikası  müəssisələrinin  yaradılması,  yüksək  doğum,  ölüm  hallanm n  aşağı 
olması  və  başqa  tədbirlər  DQMV-də  əhalinin  çoxalmasına,  onun  məişət 
şəraitinin  yaxşılaşmasma  böyük  təsir  göstərdi.  Dövlətmizin  bölgəyə  yaxından 
qayğısı  nəticəsində  DQMV-nin  şəhər  və  kəndlərinin  xarici  görkəmi  dəyişmiş. 
elektrik  stansiyalan,  məktəblər,  xəstəxanalar,  uşaq  bağçaları,  müalicə  -  
profilaktika  və  başqa  mədəni-məişət  müəssisələri  tikilib  istifadəyə  verilmişdir.
1920-1940-cı  illər  ərzində  represiya  və  zorakıhqlara  əsaslanaraq,  zəhmətkeşlərin 
yaradıcı  əməyinin  nəticəsi  olaraq  yeni  bir  cəmiyyət  -   totalitar  bürokratik  rejim 
yaradıldı.
94
IV FƏStL
DAĞLIQ QARABAĞ MUXTAR VİLAYƏTİ  1941-1945-Cİ İLLƏR 
MÜHARİBƏSİ DÖVRÜNDƏ
1939-cu  ilin  sentyabnnda  dünya  tarixinə  ən  böyük,  ən  qəddar  və  dağıdıcı 
müharibə  kimi  daxil  olan,  67  milyon  insanın  ölümü ilə nəticələnən İkinci  Diinya 
müharibəsi  başlandı.  Dünyada  ağalıq etmək  məqsədini qarşıya  qoyan  Almaniya 
1941-ci  il  iyunun  22-də  qəfıl  və  güclü  zərbə  ilə  SSRİ  üzərinə  xaincəsinə  hücum 
etdi1.  Bununla da tariximizə Böyük Vətən Müharibəsi adı ilə daxil olan müharibə 
başlandı.  Almaniyanm  SSRİ  üzərinə  hücumu  «İldınmsürətli  müharibə» 
strategiyasına  «Barbarossa  planı»na  əsaslamrdı.  Həmin  plana  görə  Almaniya 
ordusu  qısa  bir  müddətdə  Sovet  O rdusunu  darmadağın  etməli,  qışa  qədər 
Arxangelsk-Həştərxan xəttinə çıxmalı idi2.
Hitler  Almaniyasının  işğalçıhq  planında  Azərbaycan  xüsusi  yer  tuturdu. 
Hitlerin «Edelveys» plamna görə Bakı  1941-ci il sentyabrın 25-də tutulmalı,  Bakı 
nefti Almaniyamn  «Kontinental  neft cəmiyyəti»nə verilməli və onların  rəhbərliyi 
ilə  emal  olunub  daşınmalı,  satılaraq  gəlir  Almaniyaya  çatdınlmah  idi3.  Hitler 
«Mənim mübarizəm» adlı kitabında yazırdı ki, «müsəlman monqoloidlər dağıdıcı 
qüvvədir,  onlar  ali  irqin  (almanlar  nəzərdə  tutulur.  M .N.)  qullanna 
çevrilməlidirlər»4.  Rozenberqin  «Qafqazm  idarə  olunması»  planma  görə 
Azərbaycan  istila  edildikdən  sonra  Bakıda  idarəedici  orqan  olan  «komissarlıq»


yaratmalı,  bütövlükda  dövlətimizin  iqamətgahı  Tiflisdə  yerləşəcək  Qafqaz 
reyxkomissarhğma  tabe  edilməli  idi5.  Faşist  Almaniyasınm  işğalçılıq  planında 
türkdilli  xalqlan  (Şimali  və  Cənubi  Azərbaycanı,  Orta  Asiyanı,  Qazaxıstanı, 
Başqırdıstanı,  Tatarıstam ,  K nm ı,  Şimali  Qafqazı,  Qərbi  Çin  və  Əfqanıstan) 
«Böyük  Türkmənistan»  dövlətində  birləşdirib  özünün  müstəmləkəsinə  çevirmək 
də var idi.  Faşist Almaniyasmm  diqqətini  cəlb edən  təkcə ölkəmizin tükənməz və 
qiymətli  yeraltı  və  yerüstü  sərvətləri  deyildi.  Azərbaycan  həm  də  Şərqlə  Qərb 
rasında  əlverişli  strateji-coğrafi  mövqeyə  malik  idi  və  almanlar  bu  mövqedən 
məharətlə istifadə etməyi qərarlaşdırmışdılar.
Bəhs  etdiyimiz  dövrdə  Azərbaycanm  təbii  sərvətləri  ABŞ  və  Böyük 
Britaniya  dövlətlərinin  də  diqqətini  cəlb  edirdi.  Onlar  Qafqazm,  xüsusilə 
Azərbaycanm ələ keçirilməsi üçün məxvı «Vilvet» planı işləyib hazırlamışdılar.
SSRİ  rəhbərliyi  isə  tükənməz  sərvətlər  diyarı  Azərbaycam  hansı  hesaba 
olursa  olsun  əldə  saxlamaq,  burada  yaşayan  azərbaycanhlan  zorla  Mərkəzi 
Asiya  və Qazaxıstana  köçürmək, öz dayaqlannı  möhkəmləndirmək üçün  ruslaraı 
və ermənilərin sayını artırmaq kimi gizli və mənfur bir planı var idi.
Almaniyanm  dünya  ağalığı  iddiası  ABŞ,  Böyük  Britaniya  və  SSRİ 
dövlətlərinin  1941-ci ilin sentyabnnda «Atlantik xartiyası» adlı ittifaq yaratmağa 
vadar  etdi.  Bu  antifaşist  kolisiyası  idi  və  sonralar  50  dövlət həmin  ittifaqa  daxil 
olmuşdur6.
1941-ci  il  iyunun  30-da  İ.V.Stalinin  başçıhğı  ilə  ölkədə  bütün  hakimiyyəti 
öz  əlində  cəmləşdirən  Dövlət  Müdafiə  Komitəsi  (DMK)  yaradıldı7.  DMK-nın 
əsas 
diqqəti 
silahlı 
qüvvələrin 
möhkəmləndirilməsinə 
və 
iqtisadiyyatı 
müharibənin  tələbləri  əsasında  yenidən  qurulmasma  yönəldilmişdi.  Bütün  sovet 
xalqı  kimi  Azərbaycan  xalqı  «Hər  şey  cəbhə  üçün,  hər  şey  qələbə  üçün»  şüan 
altmda  alman  faşizminə  qarşı  müharibəyə  qalxdı.  Azərbaycamn  bütün  şəhər, 
rayon,  qəsəbə və kəndləri,  o cümlədən  DQMV-nin  əhalisi  son qələbəyə qədər bu 
müharibədə fəal iştirak etdi.
1941-ci  il  iyunun  22-də  Bakıda  olduğu  kimi  Xankəndində,  Şuşada, 
Ağdərədə  qəsbkarlara  qarşı  izdihamla  mitinq  və  yığmcaqlar  keçirildi.  DQMV-
96
nin  bütün  əhalisi  mitinqlərdə  çıxış  edir,  təcavüzkarlann  iyrənc  hərəkətlərini 
pisləyir  və  hərbi  komissarlığa  ərizə  ilə  müraciət  edərək  vətənin  müdafiəsinə  hər 
vaxt  hazır  olduqlarını  bildirirdilər.  Müharibənin  ilk  günlərində  Azərbaycanın 
şəhər  və  kəndlərindən  40  min  nəfər  könüllü  olaraq  cəbhəyə  getmək  üçün 
Respublika  Hərbi  Komissarlığına  müraciət  etdi  ki,  bundan  1917  nəfəri  Dağlıq 
Qarabağm  gənc oğlan  və  qızları  idi8.1941-ci  il  iyunun  26-da  SSRİ  Ali  Sovetinin 
Rəyasət  heyətinin  fərmanı  ilə  ölkəmizdə  iş  günü  uzadıldı  və  məzuniyyətlər  ləğv 
edildi.  Respublikamızm  bütün  əhalisi  o  cümlədən  DQMV-nin  zəhmətkeşləri 
ordunun  təşkilində,  onun  maddi  bazasmm  möhkəmlənməsində  və  silahla 
təchizində  müharibə  fondunun  yaradıimasmda  fəal  iştirak  edirdilər.  1941-ci  ildə 
15000  tibb  işçisi,  750  nəfər  rabitəçi,  1500  nəfər sürücü  xüsusi  hazırlanıb  cəbhəyə 
göndərildi.  1941-1942-ci  illərdə  respublikamızın  xalq  təsərrüfatmdan  orduya 
6220  yük  və  minik maşmı,  476 traktor,  50  min  at  səfərlər  edilmişdir.  DMK-nin 
18  sentyabr  tarixli  qəranna  əsasən  16  yaşdan  50  yaşa  qədər  bütün  SSRİ 
vətəndaşlarmm  məcburi  hərbi  təlimi  təşkil  edildi.  1941-ci  il  və  1942-ri  ilin 
əwəllərində  Azərbaycan  SSR-dən  700.000-dən  çox  adam  ümumi  icbari  təlim 
proqrammı  keçib qurtarmış,  400000  isə  keçməkdə  davam  etmişdir.  Təkcə 402-ci 
atıcı diviziyada 9900 nəfər adam xalq qoşunu sıralarından gəlmişdi.
1941-1942-ci  illərdə  Respublikada  təşkil  edilən  hərbi  birləşmələrə 
Azərbaycandan  5.000  kommunist  və  komsomolçu  daxil  olmuşdur  ki,  bundan 
457  nəfəri  DQMV-dən  idi9.  Ümumiyyətlə,  1941-1945-ci  illərdə  Azərbaycandan 
orduya 700 minə qədər adam,  o cümlədən DQMV-dən 45 min qarabağlı səfərbər 
olunmuşdu10.  Beləliklə,  müharibə  başlanan  andan  Dağlıq  Qarabağda  cəbhəyə 
xidmət,  arxada  qüvvələri  səfərbər etmək  sahəsində  çoxlu  iş  görüldü.  Xalqımızm 
fədakarlıq,  mətnlik,  dözümlülük  nümayiş  etdirməsini  aşağıdakı  faktlardan  da 
aydm görmək  olar.  1941 -1945-ci  illərdə Dağlıq Qarabağ əhalisi müdafıə fonduna 
42 milyon m anat pul köçürmüşdülər.
1941-ci  ilin  sonları  1942-ci illərdə Azərbaycan  xalqı  cəbhəyə  1600000  keçə 
çəkmə, yun əlcək-corab, kurtka və sair, 40 milyon manat dəyərində 350 min fərdi 
pasılka  və  146  vaqon  kənd  təsərrüfatı  məhsulları  göndərmişdir.  Müharibə
97


Yüklə 197,49 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə