Azərbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu


niFƏSİL Totalitar  rejim  şəraitində  DQMV-nin  mənəvi  həyatuıda  kommunist



Yüklə 197,49 Kb.
Pdf görüntüsü
səhifə20/141
tarix15.03.2018
ölçüsü197,49 Kb.
#31598
1   ...   16   17   18   19   20   21   22   23   ...   141

niFƏSİL
Totalitar  rejim  şəraitində  DQMV-nin  mənəvi  həyatuıda  kommunist 
ideologiyası ağalığmın təmin edihnəsi və mədəni quruculuq (1920-1930-cı illər)
Şimalı  Azərbaycanda  sovet  rejımi  yarandıqdan  sonra  Morkəz,  Sovet  Azər- 
baycamnda  öz  mövqeyini  möhkəmbndirmək,  təbii  və  tükənməz,  yeraltı  və 
yerüstü  təbii  sərvətlərimizdən,  böyk  iqtisadi  və  mənəvi  potensialımızdan  daha 
səmərəli  istifadə  etmək  üçün  bilikli,  savadlı,  özünə  sadiq  kadrlara  ehtiyac 
duyurdu.  Buna görə də,  Sovet  hakimimyyəti  1920-1930-cu illərdə Azərbaycanda 
təhsilin inkişafma xüsusi qayğı  göstərməyə başladı.
1915-ci  il  məlumatına  görə  Dağlıq  Qarabağ  ərazisində  3  min  şagirdi,  79 
müəllimi  olan  49  ibtidai,  bir  orta  məktəb  qeydə  almmışdı.  Məlum  hadisələrlə 
bağlı  bu  məktəblər  də  öz  fəaliyyətini  dayandırmışdı.  Azərbaycan  hökumətinin 
Dağlıq  Qarabağda  təhsilin  inkişafı  üçün  atdığı  ilk  addım  1920-ci  ilin  maymdan 
qəza  və  dairə  m aarif  şöbələrini,  Fövqəladə  Komissiyalar  yaratması  olmuşdur. 
Həmçinin  1920-ci  il  maym  12-də  «Köhnə  orta  məktəb  tiplərinin  politexnik 
məktəblə əvəz etmək haqqında» dekret verildi.  Din dövlətdən,  məktəb məsciddən 
və  kilsədən  ayrıldı.  Bütün  məktəb  binaları,  mədəni-maarif  müəssisəbri 
milliləşdirildi.  Lakin,  bütün  bu  çətinlikləri  aradan  qaldırmaq  və  bölgədə  təhsili 
inkişaf  etdirmək  məqsədilə  1920-ci  ilin  oktyabrında  N.Nərimanov  bir  qrup 
patiya  və  dövlət  xadimləri  ilə  birgə  Şuşaya  gəldi.  N.Nərimanov  Dağlıq 
Q arabağda  Xalq  Maarifınin  təşkil  olunması  sahəsində qarşıda duran  vəzifələrin 
həyata  keçirilməsi yollarmı  göstərmişdir.  Dağlıq Qarabağda M aarif işini qurmaq 
üçün  Bakı  Şəhər  Baş  Siyasi  M aarif İdarəsi  S.S.Axundovu  həmin  bölgəyə  ezam 
etdi,  eyni  zamanda  Azərbaycan  Xalq  M aarif  Komissarlığı  xətti  ilə  Dağlıq 
Qarabağa  96  nəfər  nümayəndə,  kitab,  dəftər,  dərs  vəsaitləri,  paltar  ayaqqabı 
göndərildi.  Bu  nümayəndələrin  köməyi  ilə  təşviqatçı  qruplar  yaradıldı  və 
savadsızhğı  ləğv  etmək  üçün  yeni  məktəblərin  yaradılması  işinə  başlandı.  1921-
1922-ci  illərdə təşviqatçı  qruplar  Dağlıq  Qarabağda 22 yığmcaq keçirilmişdir ki, 
buraya 715 dinləyıci cəlb edilmişdir.
Bəhs  edilən  dövrdə  Azərbaycanm  Dağlıq  Q arabağ  bölgəsində  təhsilin 
inkişafma  maneə  olan  bir  sıra  çətinliklər  üzə  çıxdı.  İlk  növbədə  Ermənistanın 
Azərbaycana  qarşı  əsassız  ərazi  iddiaları  davam   edir,  günahsız  insanlarm  qanı 
axıdılırdı.  M üxtəlif peşə  sahibli  kadrlara  böyük  ehtiyac  var  idi.  M əktəb binaları 
çauşmırdı, vəsait isə yox dərəcəsində idi.
M araqlı  cəhət  ondan  ibarətdir  ki,  Dağlıq  Qarabağda  sakinlər  özləri  yeni 
məktəb  yaratm aq  və  savadsızlığı  ləğv  etməyi  qarşılarm a  məqsəd  qoymuşdular. 
Bu  rnəqsədlə  ərizələrlə  Bakıya  müraciətlər  daxil  olurdu.  1921-ci  ildə  məkrəzə 
daxil  olan  həmin  ərizələrdən  birindən  oxuyuruq:  «Kəndlilər  məktəblərin  və 
başqa  mədəni  müəssisələrin  açılmasmı  səbirlizliklə  gözləyirlər.  Hər  bir  kənd 
məktəblər üçün bina düzəltməyə, partalar hazırlamağa, müəllimləri taxıl  və başqa 
ərzaq m əhsullan ilə təmin etməyə hazır olduqlannı bildirirlər1.
Dağlıq  Q arabağda  məktəblorin  ixtisaslı  kadrlara  olan  ehtiyacını  ödəmək 
üçün  1921-1922-ci illərdə Şuşada pedaqoji məktəb,  H adrudda redaqoji texnikom, 
Şuşada  pedaqoji  fəhlə  fakültəsi  açıldı.  1923-cü  ildə  Xankəndində  sovet-partiya 
işçiləri  hazırlayan  xüsusi  məktəb  fəaliyyətə  başladı.  M əktəblərin  şəbəkəsi  xeyli 
genişləndi.  A rtıq  1922/1923-cü  tədris  ilində  Dağlıq  Qarabağda  6404  şagirdi,  222 
müəllimi özündə birləşdirən  104 məktəb fəaliyyət göstərirdi.  1923-cü il iyulun  21- 
də  Dağlıq  Q arabağda  Karagözovun  sədrliyi  altında  məktəb  quruculuğunu 
genişləndirmək savadsızlıqla mübarizə üçün Xüsusi Kom itə yaradıldı.  1923-1925- 
ci  illərdə  DQMV-nin  bütün  kəndlərində  savadsızlığı  ləğv  etmək  üçün  kurslar 
təşkil  edildi.  Azərbaycan hökuməti  DQMV-də təhsilin inkişafı üçün  1923-cü ildə 
168600  m anat  vəsait  ayırdı.  Bu  rəqəm  Naxçıvan  bölgəsinə  ayrılan  vəsaıtdən 
təxminən  2  dəfə  artıq  idi.  Aynlan  vəsait  hesabına  DQMV-də  24  yeni  məktəb 
açıldı.  Bundan  əlavə,  1923-cü ildə DQMV-də  10  savad  kursu təşkil  olunmuşdur 
ki, onım 139 nəfər üzvü var idi.
1924-cü  ilin  aprelində  Xankəndində  m aarif  işçilərinin  konfransı  keçirildi. 
K onfransda  qəbul  edilmiş  qərarla  DQMV-də  «Savadsızlığı  ləğv  etmək  mərkəzi» 
yaradıldı  1924-cü  ildə  80,  1925-ci  ildə  116  savadsızlığı  ləğv  edən  məntəqə


yaradılmışdı.  Onu da qeyd  edək ki,  DQMV-də  tədris  Azərbaycan,  erməni və rus 
dillərində aparılırdı.
1925-ci  il  maym  25-də  Bakıda  ümumazərbaycan  müəllimlərin  qurultayı 
oldu.  Qurultayda  xalq maarifinin  inkişaf etdirilməsi  sahəsində həyata  keçirilmiş 
tədbirlərə  bir  növ  yekun  vuruldu.  Qurultayda  Dağlıq  Qarabağda  məktəblərin 
şəbəkəsinin  genişləndirilməsi,  onun  tədris  bazasının  yaradılması  və  getdikcə 
möhkəmləndirilməsi,  ixtisaslı  müəllim  kadrları  ilə  təchiz  olunması  barədə  qərar 
qəbul olundu2.
Azərbaycan hökuməti DQMV-də xalq maarifmə  1925-ci ildə 264184 manat,
1926-cı  ildə  386476  manat,  1927-ci  ildə  108675  manat  vəsait  ayırdı.  Bu  vəsait 
Naxçıvan  MSSR-na  ayrılan vəsaitdən  2,5  dəfə  çox  demək  idi.  1921 -1926-cı  illər 
ərzində  DQMV-də sahibkarlardan, varlılardan müsadirə edilmiş binalar məktəb- 
1ərin  istifadəsina  verildi.  Keçmiş  ziyalı  kadrlar  məktəb  quruculuğu  işlərinə  cəlb 
edildilər.
Azərbaycan hökuməti tərəfindən  DQMV-dəümumtəhsil məktəblərin inkişa- 
fına  göstərdiyi  xüsusi  diqqət  nəticəsində  burada  məktəblərin  şəbəkəsi  genişləndi 
və  təhsil  alan  şagirdlərin  sayı  artdı.  Beləki,  1923-cü  ildən  1928-ci  ilə  qədər 
DQMV-də  36  yeni  məktəb  istifadəyə  verilmişdi.  Beləliklə,  1927/1928-ci  tədris 
ilində  DQMV-də  məktəblərin  sayı  140-a  satdı.  1922/1923-cü  illə  müqayisədə, 
bəhs  olunan  ildə  şagirdlərin  sayı  2,5  dəfə,  müəllimlərin  sayı  60  faiz  artmışdır. 
1927/1928-ci  tədris  ilində  DQMV-nin  məktəblərində  15059  şagird,  347  müəllim 
var  idi.  Təkcə  1930/1931-ci  tədris  ilində  DQMV-nin  Qarakənd,  Qışlaq,  Çapar, 
İmarət-Qərvənd,  Seysulan,  Noraguh,  Çıldıran  kəndlərində  yeni  nümunəvi 
məktəb  binaları  tikilib  istifadəyə  verilmişdir.  Lakin  yuxarıdakı  adı  çəkilən  yeni 
tikilmiş məktəblərin hamısı erməni icmasmın cəmləşdiyi kəndlərdə inşa edilmişdi.
Dağlıq  Qarabağda  mədəni-maarif,  quruculuq  işləri  çox  çətin  bir  şəraitdə 
davam  etməkdə idi. Ziyalılann,  xüsusilə müəllimlərin müəyyən bir hissəsi öz milli 
baxışlarmdan,  adət  və  ənənələrindən  uzaqlaşa  bilmirdilər.  Bir  çox  müəllimlər 
yeni  cəmiyyətin  sinfı  mahiyyətini,  onun  gələcəyini  kifayət  dərəcədə  başa 
düşmürdülər.  Bütün  bunlarla  yanaşı  beynəlmiləlçilik  şüan  altında  Azərbaycan
80
məktəblərinə,  digər  tədris  ocaqlarma  laqeyid  münasibətlər  müəllimlərin 
fəaliyyətinə  ciddi  təsir  edirdi.  Bütün  bunlarla  yanaşı  Azərbaycanda  baş  verən 
iazibati  amirlik  sistemi,  milli  zəmindən  uzaqlaşa  bilməyən,  elmin  siyasətə 
çevrilməsinə  uyuşmayan  müəllimlərə  qarşı  aparılan  axtarışlar,  təqiblər,  həbslər, 
sürgünlər  respublikamn  hər  yerində  olduğu  kimi,  Dağlıq  Qarabağda  da  məktəb 
quruculuğu  işlərinə  mane  olurdu.  Bütün  bunlarla  yanaşı  Dağhq  Qarabağda 
erməni,  rus  millətçiliyi,  yerli  idarə orqanlarında  çalışan  erməni  mütəxəssislərinin 
şovinist  siyasətləri,  sovet  rejiminə  «sədaqətlə  qulluq  edən  adamlarm»  böhtançı 
tədbirləri məktəb quruculuğu işlərinə, mədəni-maarif müəssisələrinin  fəaliyyətinə 
ciddi  maneə  olurdu.  DQMV-nin  partiya,  sovet  orqanlannda,  mədəni-maarif 
müəssisələrində  çalışan  erməni,  rus  mütəxəssisləri  proletar beynəlmiləlçiliyi  şüarı 
altm da  azərbaycanlı  mütəxəssislərinə  qarşı  gizli  mübarizə  apanrdılar.  Bu 
«nəzəriyyə» ayrı-ayrı sovet orqanlannda çalışan  bir qrup adamlarda,  o cümlədən 
Dağlıq  Qarabağda  təhsil  işlərinə  bilavasitə  rəhbərlik  edən  Ter  Karapetov, 
Zaropyan,  Baqdatiyan,  Babayan,  Arustamova,  Baqdasarova  və  başqaları 
«Azərbaycan  dilində  təhsilin  gələcəyinin  olmadığmı»  iddiası  ilə  gördükləri 
tədbirlər Vilayətdə tədris işlərinə böyük zərbə vururdu3.
Aparılan  araşdırmalar nəticəsində məlum olur ki, DQMV-i ərazisində ayrılan 
vəsaitin  böyük hissəsi  erməni  icmasının  daha  çox  cəmləşdiyi  kəndlərə  istiqamət- 
ləndirdi.  Bu  məqsədlə  müxtəlif  vaxtlarda  Xankəndinə  aynlan  vəsait  Şuşa 
şəhərinə aynlan  vəsaitdən 2-3 dəfə artıq olması təsdiq edilmişdir.  Bütün  bunlarm 
nəticəsində  DQMV-də  Azərbaycanlı  uşaqlar  üçün  tikilən  məktəblərin  saymın 
aşağı  olmasma  təsir  edirdi.  Məsələn,  1928-ci  ilin  sonlarmda  DQMV-də  143 
məktəb,  487  qrup  var  idi  ki,  burada  16332  nəfər  təhsil  alırdı.  Tədqiqatlardan 
məlum  olur  ki,  həmin  məktəblərdən  21-i,  qruplardan  61-i  azərbaycanlılara  aid 
idi.  Təhsil  alan  uşaqlar  arasında  azərbaycanlılarm  sayı  1493  nəfərə  çatırdı. 
DQMV-də  azərbaycanlılara  qarşı  bu  cür  ögey  münasibət  sonrakı  dövrlərdə  də 
davam  etmişdi.
Birinci  və  ikinci  beşilliklər  dövründə  DQMV-də  məktəb  tikintisinə  xüsusi 
diqqət  yetirilmişdir.  1927/1928-ci  tədris  ilindən  1940/1941-ci  tədris  ilinədək
81


Yüklə 197,49 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə