Azərbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 197,49 Kb.
Pdf görüntüsü
səhifə22/141
tarix15.03.2018
ölçüsü197,49 Kb.
#31598
1   ...   18   19   20   21   22   23   24   25   ...   141

Plenumun  qəbul  etdiyi  qərarda  göstərilirdi  ki,  türk  kəndlilərinin  «Allahsızlar 
cəmiyyəti»ndə iştirak  etməməsi  ən  böyük  nöqsandır, təxirə  salmmadan  qabaqeıl 
ietimaiyyətçilərdən,  kolxozçu  və  komsomolçulardan  ibarət  cəmiyyətin  kənddə 
özəyini yaratm aqlazım dır»n .
Kənddə  yaranan  bu  cəmiyyətlər  sonralar  «mübariz  allahsızlar  ittifaqına 
çevrildi»12.  H ər yerdə  belə  təbliğ  olundu  ki,  din guya sinfı  düşmənin  son və həm 
də ən güclü dayağıdır.
1929-cu  ilin  yazmda  elliklə  kolektivləşdirmə  ərəfəsində  dinə,  milli  adət- 
ənənələrə, milli mərasimlərə və hətta milli musiqiyə qarşı mübarizə geniş xarakter 
aldı.  Qadm lar arasm da çadramn atılmasımn planı müəyyən olunmuşdur.
Azərbaycan K (b)P M K-nın  1929-cu il aprelin 9-da keçirilən  pelnumu kənddə 
«Allahsızlar  eəmiyyətiwnin  fəaliyyətinin  genişləndirilməsinə  səbəb  oldu.  Həmin 
ilin may aymm 4-də Xankəndində keçirilən Vilayət partiya komitəsinin iclasmda, 
maym  20-30-da  Şuşada,  Xocavənddə,  Ağdərədə,  H adrutda  keçirilən  partiya 
yığm caqlannda  qəbul  olunan  qərarlar  Vilayətdə  dinə  qarşı  mübarizənin  geniş 
vüsət  almasma səbəb  oldu.  Vilayətin  şəhər  və  kəndlərində  partiya  və komsomol 
təşkilatları  yanmda  «xüsusi  fəallar  qruppu»  təşkil  edildi.  M aarif  şöbələri 
Vilayətin  bütün ümumtəhsil  məktəblərində  ateizm təbliğatmı gücləndirmək  üçün 
xüsusi  guşələr  yaratdı.  Eyni  tədbir  Vilayətin  kütləvi  kitabxanalarm da,  qiraət 
kom alarm da  da  yaradıldı.  Beləliklə,  kənddə  sinfi  mübarizə  dinə  qarşı  mübarizə 
ilə  birləşdirildi.  Məscidlər  kluba,  kitabxanaya,  anbarlara  çevrildi.  1929-1931-ci 
illlərə  aid  olan  məlumatlara  görə  Vilayətdə  24 məscid,  dini  mərasimlər  keçirilən 
evlər  klublara  və  ya  anbarlara  çevrilmiş,  bir  çox  dini  abidələr,  pirlər  dağıdıl- 
mışdır.  Vilayətdə  məscidlərin  zor  ilə  bağlanması  azərbaycanlı  əhalisinin  güclü 
narazılığma  səbəb  oldu.  Şuşada,  Xanabadda,  Ağdərədə,  Daşarxda,  Çaylıda 
məscidlərin  bağlanmasma,  dindarlann  təqib olunmasına qarşı güclü etirazlar baş 
verdi.  1929-cu  ildə  olan  məlumata  görə  respublikada  400-dən  çox  məscid 
bağlanmışdı13.
Dağlıq Q arabağda  apanlan  bolşevik  təbliğatmda  dini  ayinlər,  milli  bayram- 
lara  qarşı  aparılan  mübarizə  xüsusi  yer tuturdu.  Xüsusilə  Məhərrəmliyə,  Oruclu
86
günlərə,  Novruz  bayramına  qarşı  mübarizə  geniş  xarakter  almışdı.  Novruz 
bayramı  keçirmək  xalqa  qadağan  olmuşdur.  Halbuki,  Azərbaycanda  Sovet 
hakimiyyətinin  ilk  illərində  Azərbaycan  SSR  XKS_nin  sədri  N.Nərimanovun 
göstərişi 
ilə  Əmək  Komissarlığının,  Respublika  Həmkarlar  şurasmm  «Kommu- 
nist» 
qəzetinin  21  mart  1921-ci  il  tarixli  sayında  çap  edilən  qəranna  əsasən, 
m artm  
21-də və 22-də bütün müsəlman fəhlə və qulluqçuları bayram münasibətilə 
işdər.  azad  edilmişdir.  Lakin, sonra Novruz bayramı da «əksinqilab» damğası ilə 
damğalandı.  1939-cu  ildə  respublikamn  mərkəzi  və  yerli  qəzetləri  yazırdılar  ki, 
«N ovruz 
bayramı  əksinqilab  mahiyyəti  daşıyır  və  ona  qarşı  geniş  mübarizə 
aparılmahdır»M
1920-1930-cu  illərdə  sovet  hökuməti  xalqı  öz  soy  kökündən  uzaqlaşdırmaq 
sıyasəti  yeridirdi.  Bu  illərdə  «Rədd  olsun  tar»,  «Rədd  olsun  kamança»,  «Rədd 
olsun  saz»  şüarları  altmda  keçirilən  «mədəni  yürüş»  və  hücumlar  milli-mənəvi 
dəyərlərimizə qarşı çevrihnişdi.
Bütün  bu  təzyiqlərə,  zorakı  tədbirlərə  baxmayaraq,  əhalinin  əksəriyyəti  öz 
dini  əqidəsindən,  milli  adət-ənələrindən  dönmədilər.  Xalq  çox  çətin  və  olduqca 
mürəkksb şəraitdə öz milli, dini psixologiyasını  qoruyub saxlaya bildi.
Beləliklə,  görülən  tədbirlər  nəticəsində  Dağlıq  Qarabağda  xalqımızın  uzun 
əsrlər ərzində  yaratdığı milli mənəvi  dəyərlər -  ilk növbədə mənəvi  həyatda  güclü 
təsirə  malik  islam  dini  ardıcıl  surətdə  sıxışdınlmaqla,  minlərcə  məscid  və  başqa 
müqəddəs  ocaqlarımız  dağıdıldı.  Qədim  kitablarımız,  musiqi  alətlərimiz, 
olifbamız fanatizmin  mənbəyi  kimi  damğalanaraq  məhv  edildi.  Xalqımızm  milli- 
mənəvi  dəyərlərini  öldürmək  məqsədilə  qədim  adotlorimizin  -   Məhərrəmlik, 
Orucluq,  Qurban  bayramı,  Novruz  bayramı  və  s.  keçirilməsi  qadağan  edildi. 
Bütün  bu  tədbirlər  isə  Sovet  imperiyasınm  DQMV-də  dayaqlarının  daha  da 
möhkəmləndirilməsinə ciddi təsir göstərdi.  Eyni zamanda bölgədə mədəni-maarif 
müəssisələrinin  yaradılması  əhalinin  savadlanması,  onların  ümumtəhsil  mədəni 
səviyyəsinin yüksəldilməsi üçün böyük əhəmiyyətə malik oldu.
Rus  imperiyası  Azərbaycamn  elmi  potensialını  artırm aqla  respublikamn 
sərvətlərindən  daha  çox  bəhrələnmək  və  buna  münasib  ideoloji  şərait  yaratmaq


üçün  səmərəli  istifadə  etməyə  çaJışırdı.  Bu  məqsədlə  1923-cü  ildə  Azərbaycan 
Geologiya  Komitəsi  yarandı  ki,  həmin  ilin  noyabrında  Xankəndində 
«Azərbaycanm  tədqiqi  cəmiyyəti»nin  şöbəsi  təsis  edildi.  Mərkəzin  ciddi  nəzarəti 
aJtında  A /ərbaycanın  təbii  sərvətlərinin,  enerji  ehtiyatlarmm  öyrənilməsi 
və 
istifadə olunması üzrə elmi-tədqiqat işləri sürətlə genişlənirdi.  1920-1940-ci illərdə 
Dağhq  Q arabağda  təbii  sərvət  və  ehtiyatların  öyrənilməsi  məqsədib  8 
istiqamətdə ekspedisiya təşkil edilmişdir.  Bu dövrdə H adrudun 
D ziyur  kəndində 
İslandiya  şpadı,  Böyük Tağlarda'm is, Arpakənddə pirit, Tsorda qalenit,  Domıda 
qızıl,  Banazurda  malibdan,  Tnaşendə  barıt,  M ehm anada  qurğuşun,  sink 
və  mis 
yataq/arı aşkar edılmışdir.
1920-cı illərdə Dağlıq Q arabağda taxılçılığm inkişafı üçün yeni sahələr ayrıldı 
və «Arandəni»,  «Şirvandəni» sortlannm   yetişdirilməsinə başlandı15.  Əldə edilmiş 
sortlar  yüksək  məhsuldarhğma  görə  Azərbaycanm  hər  yerində  yayıldı.  1925-ci 
ildən  üzümçülüyün  qədim   d iy an   olan  Dağlıq  Q arabağda  üzümün  yenı  üsulla 
əkilməsinə  başlm dı.  Əvvəllər  böyük  ağaclara  dırmanan  üzümün  becərilməsi 
olduqca çətin idi.  1925-ci ildən alimlərimiz üzümü cərgə üsulu ilə əkməyə16 və ona 
cərgə  ilə  dirəklər  basdırmağa  başladılar.  Bu  isə  üzümün  aqrotexniki  qaydada 
becərilməsini asanlaşdırdı və məhsuldarlığı artırdı.
1926
-c j
 
ildə  Ağdərədə,  ittifaq  miqyaslı  Botanika  İnstitutu  açıldı.  Həmin 
institutun  yeni  bitki  sortlannm   əldə  edilməsində,  toxumçuluğun  inkişafmda 
mühüm  rolu  olmuşdur.  1928-ci  ildə  Şuşamn  Xanbağı  ərazisində  heyvanlarm 
müalicəsi  və diaqnostikası mərkəzı yaradıldı.  Bu  işdə professor Firuz Sadıqovun 
əməyini  xüsusi  qiymətləndirmək  lazımdır.  F.Sadıqov  yerli  şəraitə  uyğun  yeni 
sortlar  -   ətlik,  südlük,  yunluq,  yunluk  və  ətlik  sortları  yaratdı.  1928-ci  ildə 
aqronom   alim  Kuznitsovun  başçılığı  altında  Xankəndində  Elmi  Tədqiqat 
Mərkəzi  yaradıldı.  Mərkəz  yeni  ağac  növlərinin  yetişdirilməsi,  süni  yolla 
meşəsalma,  ağaclara qulluq qaydalan  və ən  əsası  isə demiyə üsulu ilə bitkiçiliyin 
inkişafı  sahəsində  böyük  müvəfFəqiyyətlər  əldə  etdi.  Həmin  ildə  Ağdərənin 
M arquşavan  kəndində  Elmi  tədqiqat  stansiyası  yaradıldı  ki,  həmin  stansiyada 
yeni  bir bitki  -  qvaula  bitkisinin  toxum u əldə  edildi  və yayıldı17.  Elmi  Tədqiqat
Mərkəzi  və  Elmi  Tədqiqat  stansiyasınm  birgə  işi  nəticəsində  Dağlıq  Q arabağ 
ərazisində  yeni  bir  bitki  -   skosener  bitkisinin  əhəmiyyəti  aşkar  edildi.  Həmin 
bitkinin  kökündən  saqqız  düzəldilirdi.  Bu  bitkidən  kauçuk  əldə  etmək 
planlaşdırılmışdı.  Alimlərimizin  birgə  səyi  və  əməyi  nəticəsində  Dağlıq 
Q arabağda  1937-ci  ildə  Evkalpid  bitkisinin  əkilməsi  və  yayjm ası  qaydalannm  
tətbiqinə18, 
1938-ci 
ildə 
yeni 
üsulla, 
«D adan 
üsulu» 
ilə 
ançılığı 
təkmilləşdirilməsinə  başlandı.  Bu  məqsədlə  «Dadan  üsulu»  ilə  düzəldilmiş 
çərçivələri  pətəklərdə  arılara  necə  qulluq  etməli»  kitabı  çap  olundu  və  arıçılıq 
rayonlarm da  yayıldı.  Həmin  il  Xankəndi  şəhərində  Arı  Damazlıq  Mərkəzi 
yarandı.  Həmin Mərkəz qonşu dağ rayonlarım bal arısı ilə təmin edirdi19.
1939-cu  ildə  Dağlıq  Qarabağda  Süncen  İstinad  Mərkəzi  yaradılmışdı. 
K.K.Oqaniesovun  rəhbərliyik  etdiyi  həmin  mərkəzdə  təcrübə  məqsədilə 
günəbaxan,  qarğıbah  və  sarqo  bıtkiləri  əkildi.  Ən  yüksək  məhsuldarlıq 
günəbaxan  bitkisindən  əldə  edildi  -   hər  hektardan  316  sentiner.  Qarğıdalıda 
məhsuldarlıq  149  sentiner,  sarqoda  192  sentiner  oldu.  O na  görə  də  günəbaxan 
bitkisinin ərazidə daha çox əkilməsinə başlandı20.
Azərbaycanın  qədim  yaşayış  mərkəzi  olmuş  Xocalı  abidələrinin  tədqiqinə 
alimlərimiz  1920-ci  ildən  başlamışdılar.  Arxeoloq,  dilçi  Meşanikov  Cənubi 
Qafqazda  aparılan  arxeoloci  qazıntı  işlərinə  başçılıq  etmişdir.  1926-1927-ci 
illərdə Xocalıda aparılan qazıntı işləri nəticəsində burada e.ə. XIII-VII əsrlərə aid 
arxeoloji  abidə, daş qutu və kurqanlar, müxtəlif tipli saxsı  qablar, silahlar,  bəzək 
əşyaları,  tunc əmək alətləri, at əsləhləri, Yaxm Şərqlə əlaqələri sübut edən maddi- 
mədəniyyət əşyalan aşkar edilmişdir21.
1938-1939-cu  illərdə  Xankəndi  şəhəri  yaxmlığmda  apanlan  arxeoloji  qazıntı 
işləri nəticəsində Enolit və Tunc dövrlərinə aid abidə, e.ə.  V-III min illəyə aid dia- 
metri  4,5  metr olan  kurqanaltı dəfn kam eralan,  daş  güzgülər,  mis xəncərlər,  daş 
həvəng,  oxuclan,  sümük  alətlər,  qızıl  muncuq  və  asmalar,  müxtəlif  geramika 
nümunələri,  heyvan  sümükləri  və  s.  aşkar  edilmişdir22.  Sonrakı  dövrlərədə 
tədqiqat  işləri  davam  etdirilmiş  və  Şuşada,  Tuğda,  Tağlar  kəndində  aparılan 
arxeoloji  tədqiqat  işləri  nəticəsində  respublikamızda  qədim  insanın  meydana
89


Yüklə 197,49 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə