Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə17/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   ...   13   14   15   16   17   18   19   20   ...   47

2009-cu  il  də  “Kür  çökəkliyi  göllərinin  eko  hidroloji  prob­
lemləri,  onların  mühafizəsinin  və  tənnzimlənməsinin  əsas  prin­
sipləri”  dissertasiya  müdafiə  edərək  coğrafiya  elmləri  doktoru 
elmi dərəcəsi  almışdır.
40-a  yaxın  elmi  məqalənin,  hidrometeoroloji  cihaz  və  ölçü 
üsulları  sahəsində  şəhadətnaməsi  olan  24  səmərələşdirici  təkli­
fin  müəllifidir.  Onun  əsas  elmi  fəaliyyəti  müxtəlif landşaftlarda 
yerləşən  göllərin  rejimi,  su  ehtiyatlarının  tərəddüdü  və  onların 
ekoloji  problemlərinə  həsr  olunmuşdur.  «Azərbaycanın  təbii 
şəraiti  və  təbii  ehtiyatları»  atlasına  daxil  olmuş  göllər haqqında 
elmi təhlilin müəllifidir.
1988—
ci  ildə  «Əla  Hidrometeoroloq»  döş  nişanı  ilə  təltif 
olunmuşdur.
Məmmədov Zahid Səttar oğlu
Z.S.Məmmədov  1947-ci  ildə Azər­
baycan  Respublikasının  Zəngilan  rayo­
nunun Baharlı  kəndində doğulmuşdur.
1970-ci  ildə  ali  təhsil  almış,  1977—
 
ci  ildə  isə  Azərbaycan  MEA-nın  Coğ­
rafiya  İnstitutunda  iqtisadi  coğrafiya 
ixtisası  üzrə  aspiranturanı  bitirmişdir. 
1973-cü  ildən  Azərbaycan  MEA  Coğ­
rafiya  İnstitutunda kiçik  elmi  işçi  və baş 
elmi  işçi  vəzifəsində  işləmişdir.  Hal-hazırda  Azərbaycan 
Kooperasiya İnstitutunda kafedra müdiridir.
1980-ci  ildə  «Naxçıvan  MSSR-in  maddi  istehsalının  və 
nəqliyyat  iqtisadi  əlaqələrinin  inkişafının  iqtisadi-coğrafi  prob­
lemləri»  mövzusunda  namizədlik,  1996-cı  ildə  «Azərbaycan 
Respublikasının  nəqliyyat  və  nəqliyyat-iqtisadi  əlaqələrinin 
inkişafının  iqtisadi-coğrafi  problemləri»  mövzusunda doktorluq 
dissertasiyası  müdafiə etmişdir.
Coğrafiya  elmində  nəqliyyat  və  nəqliyyat-iqtisadi  əlaqələr 
problemləri  üzrə  tədqiqat  aparır.  Onun  60-dan  çox  elmi  əsəri 
nəşr olunmuşdur.
70
Müseyibov  Müseyib Ağababa oğlu 
( 1927- 2011)
M.A.Müseyibov 
Azərbaycan 
Respublikası  Tovuz  rayonunun  Qa- 
raxanlı  kəndində  anadan  olmuşdur.
1949-cu  ildə  Azərbaycan  Dövlət 
Universitetinin 
geologiya-coğrafiya 
fakültəsini  coğrafiyaçı  ixtisası  üzrə 
bitirmişdir.  1950—
 1952—
ci  illərdə  h ə­
min 
universitetin 
aspiranturasında 
təhsil  almışdır.  1953-cü  ildə  «Kür və 
İori  çayları  arasının  geomorfologi­
yası»  mövzuda  namizədlik,  1963-cü 
ildə  «Orta  Kür  çökəkliyinin  geomor­
fologiyası  və  yeni  tektonikası»  (qərbi  Azərbaycan  və  şərqi 
Kaxetiya  timsalında)  mövzusunda  doktorluq  dissertasiyası  mü­
dafiə  etmişdir.  1965—
ci  ildən  professordur.  1960-cı  ildən  ömrü­
nün  sonuna  qədər  BDU-da  fiziki  coğrafiya  kafedrasının  müdiri 
olmuşdur.  1970-ci  ildən  Azərbaycan  Təhsil  Nazirliyinin  Elmi- 
metodik  şurasının  coğrafiya  bölməsinin  sədri,  1996-cı  ildən 
TQDK-da (Tələbə  Qəbulu  Üzrə  Dövlət  Komissiyası)  coğrafiya 
seminarının  rəhbəri.  Onun  rəhbərliyi  ilə  15  elmlər namizədi  və 
bir elmlər doktoru  hazırlanmışdır.  Azərbaycanda və  Beynəlxalq 
aləmdə  görkəmli  fiziki-coğrafiyaçı,  geomorfoloq,  paleocoğrafi 
landşaftşünas  alim  kimi  tanınır.  Azərbaycanda  coğrafiya  elmi 
ilə ali  və orta məktəbin  coğrafi  təhsil  əlaqələrinin yaranmasında 
xidmətləri  böyükdür.  Respublika  orta  və  Ali  məktəbləri  üçün 
coğrafiya  fənni  üzrə  bir  neçə  dərsliyin,  13  monoqrafiyanın  və 
300-ə  qədər  elmi  məqalənin  müəllifidir.  Onun  iştirakı  və  rəh­
bərliyi  ilə  fiziki  coğrafiya  kafedrasında  Azərbaycan  Respub­
likasının  orta  miqyaslı  landşaft,  geomorfoloji  və  yeni  tektonik 
xəritələri  nəşr  olunmuşdur.  O  Azərbaycanda  geomorfologiya, 
paleocoğrafiya  və  landşaftşünaslıq  elmlərinin  təməlini  qoyan 
alimlərdən  biridir.  «Zaqafqaziyanın  fiziki  coğrafiyası»,  (1986) 
«Orta  Kür  çökəkliyinin  geomorfologiyası  və  neotektonikası»,
71


(1975)  «Azərbaycanın  geomorfologiyası»,  (1974)  (R.J.Quliyev 
birlikdə)  «Qitələrin  fiziki-coğrafiyası»,  (1973)  (2  cilddə)  «Qaf­
qazın  regional  geomorfologiyası»,  (1979),  «Azərbaycanın  fiziki 
coğrafiyası»,  (1998)  «Azərbaycanın  landşaftları»,  (1981,  2003) 
«Ümumi  geomorfologiya»  (N.Şirinov  və  B.Budaqovla  birgə) 
«Zaqafqaziya  landşaftları»,  (1983),  (B.Budaqov,  D.V.Uqleba, 
B.V.Saxadze)  «Təbiətin  təazadlan»,  (1989),  «Ceyrançöl  alçaq 
dağlığının  təbii  landşaftı»,  (1975)  kimi  mühüm  əsərlərin  m üəl­
lifidir.  1980-ci  ildə  ona  əməkdar  elm  xadimi  fəxri  adı 
verilmişdir.
Nəbiyev Nəbi  Əliabbas oğlu
N.Ə.  Nəbiyev  1925-ci  ildə  A zər­
baycanın  Kürdəmir  rayonunun  Karlar 
kəndində  anadan  olmuşdur.  1941-ci 
ildə  orta  məktəbi  bitirdikdən  sonra 
1942-ci  ilə  qədər  rayonda  müəllimlik 
etmiş,  sonra  Sovet  ordusu  sıralarında 
(1947-ci  ilin  mart ayına qədər) xidmət 
etmişdir.  Böyük  Vətən  müharibəsində 
2  orden və  15  medalla təltif edilmişdir. 
1947-ci  ildə  keçmiş  V.İ.Lenin  adına 
Azərbaycan  Dövlət  Pedaqoji  İnstitu­
tunun  coğrafiya  fakültəsinə  daxil  olmuşdur.  1951-ci  ildən 
Azərbaycan  EA  Coğrafiya  İnstitutunda  elmi  katib,  kiçik  elmi 
işçi  işləmiş  və  1957-ci  ildə  Akademiyanın  İqtisadiyyat  İnstitu­
tuna keçirilmişdir.  Orada aparıcı elmi  işçi  vəzifəsində  işləyir.
1958—
ci  ildə  «Azərbaycan  SSR  qərb  rayonlarının  iqtisadi- 
coğrafi  xarakteristikası  və  təsərrüfatının  gələcək  inkişafı»  möv­
zusunda  namizədlik,  1983-cü  ildə  «Azərbaycan  SSR-də  mine­
ral  sərvətlərdən  kompleks  istifadə  edilməsi  və  istehsalın  yerləş­
dirilməsi»  mövzusunda doktorluq  dissertasiyası  müdafiə  edərək 
iqtisad  elmləri  doktoru  alimlik  dərəcəsi  almışdır.  Azərbaycan 
EA  iqtisadiyyat  institutunda fəaliyyəti  dövründə  kiçik  elmi  işçi,
72
baş  elmi  işçi,  25  il  «Təbii  sərvətlərin  iqtisadiyyatı»,  və  «Təbii 
sərvətlərdən  istifadə  edilməsi»  şöbəsinin  müdiri  vəzifələrində 
işləmişdir.
N.Nəbiyev  17  monoqrafiyanın  (onlardan  4  müştərək  müəl­
liflə),  250-yə  qədər  elmi,  elmi-kütləvi  məqalənin  müəllifidir. 
Elmi  fəaliyyəti  məhsuldar  qüvvələrin  yerləşdirilməsi,  təbii 
sərvətlərdən  istifadə  edilməsi,  ətraf mühitin mühafizəsi  və bun­
larla  əlaqədar  istehsalın  inkişafı  problemlərinə  həsr  edilmişdir. 
O,  «Azərbaycan  mineral  xammal  sərvətlərindən  kompleks  isti­
fadə  edilməsi»,  (1978)  «Təbii  sərvətlər  və  istehsal»,  (1983) 
«Təbii  sərvətlər və  ekoloji  mühit»  (1987)  (professor N.A.Vəli­
yevlə)  «İqtisadiyyat,  cəmiyyət  və  ekoloji  mühit»,  (2000), 
«Təbii  sərvətlərin  istifadəsi  və  mühafizəsi»  (1989)  adlı  mono­
qrafiyaların  müəllifidir.  N.Nəbiyevin  toponimika  elmi  sahəsin­
də  də  böyük  xidmətləri  vardır.  Onun  «Coğrafi  adların  m ənşə­
yi»,  (1969)  «Coğrafi  adların  sirri»,  (1969)  «Coğrafi  adlar» 
(1982) adlı əsərləri nəşr edilmişdir.
N.Nəbiyevin  istehsalın  yerləşdirilməsinə,  təbii  sərvətlərin, 
xüsusilə  mineral-xammal,  təkrar  xammal  ehtiyatlarının  səm ə­
rəli  istifadəsinə,  onların  əsasında  istehsalın  inkişafı  və  təkmil- 
ləşdirilməsinə  dair  iqtisadi  cəhətdən  əsaslandırılmış  bir  neçə 
təklifi  istehsalatda  tətbiq  edilmişdir.  Onun  40  ildən  artıq  elmi 
fəaliyyəti  dövründə  təbii  sərvətlərin  iqtisadiyyatı,  onlardan  isti­
fadə  edilməsi  sahəsində  məktəb yaratmışdır.
Yüksək  ixtisaslı  elmi  kadrların  yetişdirilməsində,  ali  mək­
təblərdə  müvafiq  fənlərin  tədrisində,  eləcə də dövrü  mətbuatda 
elmin  təbliğində  N.Nəbiyevin  xidmətləri  vardır.  Bir  sıra  elmi 
şuraların  üzvü olan  N.Nəbiyev 20-yə  qədər Respublika,  ümum- 
ittifaq,  beynəlxalq  miqyaslı  elmi  konfranslarda,  simpoziumlarda 
aktual  m əsələlərə dair məruzələrlə çıxış etmişdir.
Azərbaycan  Respublikasının prezident təqaüdçüsüdür.
73


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə