Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə15/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

İsmayılov Çingiz Niyazi oğlu
Ç.N.İsmayılov  1952-ci  ildə  A zər­
baycanın  Qax  şəhərində  anadan  o l­
muşdur.  1974-cü  ildə  BDU-nun  geo­
logiya-coğrafiya fakültəsini coğrafiya­
çı  ixtisası üzrə bitirmişdir.  1974-1976- 
cı  illərdə  Quba  rayonunun  Yelenovka 
kəndində  coğrafiya  müəllimi,  1977-ci 
ildə  Azərbaycan  SSR  EA  Coğrafiya 
İnstitutunda 
mühəndis 
olmuşdur. 
1979-1981 —
ci  illərdə  BDU-nun  iqti­
sadi  və  sosial  coğrafiya  kafedrasının  əyani  aspirantı  olmuşdur. 
1983-cü  ildə  «Neftqazkimya  kopmleksinin  inkişafının  coğrafi 
məsələləri»  mövzusunda  namizədlik  dissertasiyası  müdafiə  et­
mişdir.  1981 -ci  ildən indiyədək Azərbaycan Dövlət Universite­
tinin  İqtisadi  və  sosial  coğrafiya  kafedrasında  müəllim  və  do­
sent  vəzifələrində  işləyir.  Elmi  maraq  dairəsi  neftqazkimya 
kompleksinin  ərazi  təşkili,  dənizsahili  ərazilərin  mənimsənil­
məsi  və  inkişafı,  X əzər  dənizində  neft  hasilatı  ilə  bağlı  ətraf 
mühitin  mühafizəsi  məsələlərdir.  Əldə  etdiyi  elmi  işlərin  n ə­
ticəsi  X əzər Gəmiçilik idarəsində Azərbaycan  İran  iqtisadi  əla­
qələrinə  müvafiq  yüklərin  daşınmasının  təkmilləşdirilməsində 
istifadə  olunmuşdur.  90-dan  çox  elmi  məqalənin  müəllifidir. 
2004-cü  ildə  «Xəzəryanı  regionun  neftqazkimya  kompleksinin 
ərazi  təşkilinin əsas problemləri»  mövzusunda doktorluq disser­
tasiyası müdafiə etmişdir.
62
Qaşqay  Rəna  Mir-Tağı qızı
R.M.Qaşqay  1938-ci  ildə  Bakı, 
şəhərində  anadan  olmuşdur.  1960-cı 
ildə  BDU-nun  geoloji-coğrafiya  fa­
kültəsini  coğrafiya  ixtisası  üzrə  bitir­
mişdir.
1959-cu  ildən  Azərbaycan  MEA 
Coğrafiya  institutunun  hidrologiya  şö­
bəsində laborant və kiçik elmi  işçi  və­
zifəsində  işləmişdir.  1961 —
ci  ildə  keç­
miş  SSRİ  EA  Coğrafiya  institutunda 
aspiranturaya  daxil  olmuş  və  1966-cı 
ildə  Moskva  şəhərində  «Böyük  Qaf­
qazın  su  balansı  (Azərbaycan  daxilində)»  adlı  namizədlik  dis­
sertasiyası  müdafiə  etmişdir.  1967-ci  ildə  baş  elmi  işçi  vəzifə­
sinə  keçirilmişdir.  1986-cı  ildən  indiyə  kimi  «Qurunun  hidro­
logiyası»  şöbəsinə  rəhbərlik  edir.  2009-cu  ildə  «Azərbaycan 
çayları  axımının  formalaşması,  keçməsi  və  istifadəsinin  coğrafi 
askpetləri»  adı  altında  doktorluq  dissertasiyasını  müdafiə 
etmişdi.
Əsas  elmi  fəaliyyəti  Azərbaycan  çaylarının  axınına  həsr 
edilmişdir.  Onun  tərəfindən  çayların  formalaşması  və  onların 
çoxillik tərəddüdləri  aşkar edilmişdir.  Çayların  qida m ənbələri­
nin  (yeraltı,  səth)  qanunauyğunluqlarını  müəyyən  etmiş,  onların 
qarşılıqlı əlaqələri  nəticəsində  respublika ərazisində hidroqrafik 
rayonlaşma  aparmış,  və  ayrı-ayrı  yüksəklik  qurşaqlarının,  təbii 
vilayətlərin,  iqtisadi  rayonların  və  s.  su  ehtiyatlarını  hesabla­
mışdır.  Çay  sularının  formalaşmasında  iştirak  edən  yeraltı  sula­
rın  müəyyənləşdirilmə  metodikasını  işləmiş  və  yeraltı  axım 
xəritəsi tərtib edilmişdir.
3  monoqrafiya  və  60-dən  artıq  elmi  məqalənin  müəllifidir. 
Bunlardan  «Böyük  Qafqazın  su  balansı»  (1973)  «Azərbaycan 
SSR-in  su  balansı»  (1979,  həmmüəlliflə),  «Azərbaycan  SSR-in 
su  ehtiyatlan»  (1989,  həmmüəlliflə),  «Çay  axımının  forma­
laşması,  səmərəli  istifadəsi  və Azərbaycan  ərazisi  üzrə yenidən
63


paylanması  yolları»  və  s-ni  göstərmək  olar.  İnstitutda  yeni 
hazırlanan «Konstruktiv coğrafiya» (3  cild) monoqrafiyasının və 
«Azərbaycanın  təbii  şəraiti  və  təbii  ehtiyatlar»  atlasının  əsas 
müəlliflərindəndir.
Coğrafiya İnstitutu və  Su Problemləri  institutlarının  elmi  və 
elmi-texniki  şurasının  üzvüdür.  Pedaqoji  fəaliyyətlə  də  məşğul 
olur.
Mədətzadə Əliabbas Abbasqulu oğlu 
(1909- 1972)
Ə.A.Mədətzadə  Bakının  Maştağa 
qəsəbəsində  anadan  olmuşdur.  1931- 
cı  ildə  ADPİ-nın  fizika-riyaziyyat  fa­
kültəsini  bitirib,  Respublika  Hidrome­
teoroloji  xidmət  idarəsində  əmək  fə a ­
liyyətinə  başlamışdır.  İlk  elmi  işi 
1936-cı  ildə  tərtib  etdiyi  «Azərbayca­
nın  sinoptik rayonlaşdırılması» xəritəsi 
olmuşdur və ondan  indi i  də hava proq­
nozlarının  verilməsində  istifadə  olu­
nur.
1946-cı  ildə  «Cənubi  Xəzərin  fırtınaları»  mövzusunda  na­
mizədlik,  1957-ci  ildə  isə  «Abşeronun  hava  və  iqlim  tipləri» 
mövzusunda doktorluq dissertasiyası  müdafiə etmişdir.
Ə.A.Mədətzadə  1947-1950-cı  illərdə  Azərbaycan  Hidro­
meteoroloji  xidmət  idarəsinin  Dəniz  rəsədxanasının  direktoru 
işləmişdir.  Onun  bundan  sonrakı  bütün  həyatı  AMEA Coğrafiya 
İnstitutu  ilə  bağlı  olmuşdur.  1959-1972-cü  illərdə  isə  əvvəl 
sinoptik  meteorologiya,  sonra  isə  atmosfer  fizikası  şöbəsinə 
rəhbərlik etmişdir.
Ə.A.Mədətzadənin  elmi-tədqiqat  işlərinin  əsas  istiqaməti 
Azərbaycanda atmosfer proseslərinin öyrənilməsi,  Xəzər üzərin­
64
də  güclü  küləklərin  yaranmasının  səbəbləri,  havanın  uzunmüd­
dətli proqnozlarının metodikasının işlənməsi və s. olmuşdur.
O,  zərərli  atmosfer  hadisələrindən  olan  və  təsərrüfata  bö­
yük  ziyan  vuran  dolu  proseslərini  hərtərəfli  tədqiq  etmişdir. 
Ə.M ədətzadə  ilk  dəfə  güclü  topa-yağış-dolu  buludlarının  ya­
ranmasının  aerosinoptik  şəraitini  öyrənmiş,  ərazinin  fiziki-coğ­
rafi  xüsusiyyətlərini  nəzərə  alaraq  dolunun  məkan  və  zamanca 
paylanmasının ümumi qanunauyğunluqlarını müəyyən etmiş,  ilk 
dəfə  Azərbaycanda  dolu  düşən  günlərin  illik  paylanma  xərit­
əsini vermişdir.
O,  X əzər  dənizinə  hakim  olan  küləkləri  7  sinoptik  qrupa 
bölmüş,  burada  küləklərin  yaranması  və  paylanması  qanunauy­
ğunluqlarını  öyrənmiş,  qasırğalı  küləkləri  əmələ  gətirən  sinop­
tik  şəraiti  tədqiq  etmiş,  bunların  proqnozunun  metodikasını  iş­
ləyib hazırlamışdır.
Ə.A.Mədətzadə  Azərbaycana  müxtəlif istiqamətlərdən  gə­
lən  hava  kütlələrini  tədqiq  etmiş,  onların  respublikada yaratdığı 
sinoptik şəraiti müəyyən etmiş, xəritəsini vermişdir.
Onun  coğrafiya  elminə  verdiyi  töhfələr  içərisində  1963-cü 
ildə  çap  olunmuş  «Azərbaycan  Respublikasının  atlası»nda  ver­
diyi  xəritələr xüsusi  qeyd olunmalıdır.  O,  ilk dəfə Azərbaycana 
daxil  olan  hava  kütlələrinin  hərəkət  istiqamətini  müəyyənləş­
dirmiş,  fəsillik  hava proqnozunun  metodikasını  işləmiş,  ilk dəfə 
təbii-sinoptik  iqlim fəsillərinin xəritəsini  tərtib etmişdir.
Ə.A.Mədətzadə  «Cənubi  Xəzərin  qasırğaları»,  «Abşeronun 
hava  növləri  və  iqlimi»,  «Şərqi  Qafqazın  təbii  sinoptik  iqlim 
fəsilləri»  monoqrafiyalarının,  çoxlu  sayda  xəritələrin  və  100-ə 
qədər məqalənin müəllifidir.
Ə.A.Mədətzadə  1970-ci  ildə  həmmüəllifi  və  redaktoru  ol­
duğu  «Azərbaycanın  iqlimi»  monoqrafiyasına  görə  Respublika 
Dövlət mükakfatına layiq görülmüşdür.
65


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə