Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə11/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

Əlizadə  Elbrus Kərim oğlu
E.K.Əlizadə  Azərbaycan  Respub­
likasının  Ağdaş  rayonunda  Aralbir 
kəndində  anadan  olmuşdur.  1974-cü 
ildə  BDU-nun  geologiya-coğrafiya 
fakültəsinə  qəbul  olunmuş  və  1979-cu 
ildə  həmin  fakültəni  fərqlənmə  dip­
lomu  ilə  bitirmişdir.  Təyinatla  1979- 
cu  ildən  Azərbaycan  EA  Coğrafiya 
İnstitutunun  «Aerokosmik  metodların 
coğrafiyaya  tətbiqi»  laboratoriyasında 
(sonralar  «Aerokosmik  tədqiqatlar» 
bölməsi)  işləməyə  başlamışdı.  1988-ci  ildən  2003-cü  ilədək 
həmin  bölmənin  müdiri  olmuşdur.  Hazırda  «Landşaftşünaslıq 
landşaft  planlaşdırılması»  şöbəsinin  müdiridir.  Əsas  elm i-təd­
qiqat  sahəsi-geomorfologiya,  Aerokosmik  deşifrləmə  metodla­
rının  geomorfologiya  və  landşaftşünaslığa  tətbiqi,  ekocoğrafiya 
və  fiziki  coğrafiyadır.  1984-cü  ildə «Cənub-Şərqi  Qafqazın  cə­
nub  yamacı  relyefinin  morfostruktur  təhlili  (kosmik  fotoşəkil­
lərin deşifrləmə materialları  əsasında)»  mövzusunda namizədlik 
dissertasiyası  müdafiə  etmişdir.  1987-ci  ildə  SSRİ  EA  Coğ­
rafiya  İnstitutunda  ixtisasartırma  kursu  keçmişdir.  Əsas  elmi 
əsərlərinə  misal  olaraq  «Azərbaycanın  və  qonşu  ərazilərin  dağ 
sistemlərinin  morfostruktur  quruluşu»  monoqrafiyasını  (Bakı, 
1998),  «Böyük  Qafqazın  şərq  hissəsi  liniamentlərinin  deşifrlən- 
məsi  və  morfotektonik  interpratasiyası»  (1989),  «Kiçik  Qafqa­
zın  şərq  hissəsinin  və  ətraf  ərazilərin  morfotektonik  bloklar 
karkasının»  aşkarlanması  (Moskva,  1991),  «Dağlarla  düzənlik­
lərin  təmas  zonasında  dağ  sistemlərinin  fəaliyyətinin  müasir 
ekocoğrafi  problemləri  (həmmüəlliflərlə,  Kifev,  2006),»  Şərqi 
Zaqafqaziyanın  ekoloji-geomorfoloji  baxımdan  daha  təhlükəli 
zonaları  (Kosmik  şəkillərin  deşifrlənmə  materiallarının  aydın-
46
laşdırılması  əsasında)  (Moskva  2003)  və  başqa  məqalələrini 
göstərmək  olar.  Tədqiqatları  əsasən  Azərbaycan  və  ona  qonşu 
olan  ərazilərin  morfotektonik  quruluşunun  kosmik  şəkillərin 
deşifflənməsi  vasitəsi  ilə  tədqiqinə  və bu  əsasda  ərazinin  mor­
fostruktur quruluşunun  qanunauyğunluqlarının  aşkar edilməsinə 
və  müxtəlif miqyaslı  morfostruktur  xəritələrinin  tərtibinə  həm­
çinin  ekogeomorfologiya  və  ekocoğrafi  problemlərin  tədqiqinə 
həsr olunmuşdur.
Bir sıra beynəlxalq  elmi  konfrans və  seminarların  iştirakçısı 
olmuşdur (Tehran,  1992;  1995,  Ankara,  1994,  Texas,  1995,  Bar­
selona,  1995  Alma-Ata,  2001,  2004;  Slovakiya,  2003;  İrkutsk, 
2004, Novosibirsk,  2004,  Ruminiya,  2004,  Vladiqafqaz 2010  və 
s.)  170-ə  yaxın  elmi  məqalənin,  2  monoqrafiyanın,  3  kitabın, 
orta  məktəblər  və  ali  məktəblərə  qəbul  imtahanlan  üçün  coğ­
rafiyadan  tərtib  olunmuş  3  proqramın  və  ümumtəhsil  m əktəb­
lərin  6-cı  sinifində  tədris  edilən  «Coğrafiya»,  10-cu  sinif üçün 
«Yerşünaslıq»  dərsliklərinin,  abuturiyentlər  üçün  nəşr  olunmuş 
«Coğrafiya» tədris vəsaitinin,  2 test toplusunun  və s.  həm m üəl- 
lifidir.  1992-ci  ildən  BDU-nun  coğrafiya  fakültəsində  ixtisas 
kurslarından  mühazirə  oxuyur.  Coğrafiya  institutunun  elmi  Şu­
ralarının  üzvüdür.  Onun  2  aspirantı  namizədlik  dissertasiyasını 
müdafiə  etmişdir.  2004-cü  ildə  «Alp-Himalay  qovşaq  zonası 
mərkəzi  hissəsinin  şərq  seqmenti  dağ  sistemlərinin  morfostruk­
tur  differensasiyası  qanunauyğunluqları  (kosmik  şəkillərin  de­
şifrlənmə materialları  əsasında) mövzusunda doktorluq disserta­
siyası  müdafiə  etmişdir.  AR  Prezidenti  yanında  AAK  ekspert 
şurasının elmi  katibidir.
47


Əyyubov Əsgər Cabbar oğlu 
( 1926- 2000)
Ə.C.Əyyubov  Azərbaycanın  Şəki 
şəhərində  anadan  olmuşdur.  1951-ci 
ildə  BDU-nu  bitirib,  SSRİ  EA  Coğra­
fiya  institutunun  aspiranturasına  qəbul 
olunmuşdur.  1954-ci  ildə  həmin  ins­
titutda 
iqlimşünaslıq 
ixtisası 
üzrə 
«Azərbaycanın  kurortları  və  istirahət 
yerlərinin  iqliminin müqayisəli  təhlili» 
mövzusunda  namizədlik,  1971-ci  ildə 
isə  «Azərbaycanın  iqlim  ehtiyatları  və 
onlardan  əkinçilikdə  istifadə  olunma­
sı»  mövzusunda  doktorluq  disserta­
siyasını  (Bakı şəhəri) müdafiə etmişdir.
Ə.C.Əyyubov  1955-ci  ildə  coğrafiya  elmləri  namizədi  kimi 
Azərbaycan  EA  Coğrafiya  institutunda  kiçik  elmi  işçi,  sonralar 
baş  elmi  işçi  olmuş,  1973-cü  ildən  2000-ci  ilədək  «Təbiəti 
mühafizə»,  «Meteorologiya  və  kənd  təsərrüfatı  iqlimşünaslığı», 
«İqlimşünaslıq»  şöbələrinin  müdiri vəzifələrində  işləmişdir.
Respublika radiosunda 20  il  müddətində «Təbiət» jurnalının 
aparıcısı  olmuş,  Bakı  ali  məktəblərində  pedaqoji  fəaliyyət  gös­
tərmiş,  bir  neçə  elmi-texniki  və  müdafiə  şuralarının  üzvü, 
respublika  prezidenti  yanında  Ali  Attestasiya  komissiyasının 
eksperti,  bir  çox  monoqrafik  əsərlərin  redaktoru,  EA  «Xəbər­
lər»  jurnalının  (Yer  Elmləri  bölməsi  üzrə)  baş  redaktorunun 
müavini  olmuşdur.  1970-1990-cı  illərdə  YUNESKO-nun  «İn­
san  və  biosfer»  (MAB)  proqramı  üzrə  işçi  qrupunun  və  ABƏŞ- 
də işçi  qrupunun rəhbəri idi.
Həmmüəlliflərlə  birlikdə  «Azərbaycanın  iqlimi»  monoqra­
fiyasına  görə  Respublika  Dövlət  mükafatına,  «Azərbaycan  SSR 
iqliminin  bonitirofkası»  əsərinə  görə  SSRİ  EA  Coğrafiya  cə­
miyyətinin  F.P.Litke  adına  qızıl  medalına,  «Azərbaycanın  aqro­
iqlim  rayonlaşdırılması»  divar  xəritəsinə  görə  SSRİ  XTNS-nın 
bürünc  medalına,  «Azərbaycan  Respublikasının  aqroiqlim  atla­
48
sı»na görə Respublika «Təhsil» cəmiyyətinin birinci mükafatına 
layiq  görülmüşdür.
Ə.C.Əyyubovun  elmi  maraq  dairəsi  iqlimşünaslıq,  meteoro­
logiya və  aqroiqlimşünaslıq,  fiziki  coğrafiya,  insan və bitki  eko­
logiyası,  kurort  və  tibbi  iqlimşünaslıq  kimi  geniş  sahələri  əhatə 
etmişdir.  İlk  dəfə  Azərbaycan  ərazisi  timsalında  dağlıq  ölkələ­
rin  aqroiqlim  rayonlaşdırılmasının  sistemini  işləyib  hazırlamış, 
respublikanın bioiqlim  potensialını  və  bir ildə  eyni  sahədən  2-3 
məhsul  almaq  imkanlarını  elmi  cəhətdən  müəyyənləşdirmiş, 
Azərbaycanın  dünya  iqlim  analoqlarını  aşkarlamaq  məqsədilə 
planetin  şimal  yarımkürəsinin  subtropik  zonasının  aqroiqlim 
rayonlaşdırılmasmı,  respublika  ərazisinin  iqlim-meliorasiya  ra- 
yonlaşdırılmasını  aparmış,  və  sübut  etmişdir  ki,  Azərbaycanın 
torpaq-iqlim  ehtiyatları  indikindən  iki  dəfə  çox  ərzaq  məhsul­
ları  istehsal  etməyə  imkan verir.  Tədqiqatlarının müəyyən  qismi 
Azərbaycanda  sellərin  formalaşmasında  iqlimin  roluna  həsr 
edilmişdir.
Kurort və  tibb  iqlimşünaslığı  sahəsində  apardığı  tədqiqatlar 
Azərbaycan  kurortlarının  iqlimini  geniş  təhlil  etməyə,  Abşeron 
yarımadasında ürək-dam ar sistemi  xəstəliklərinin ağırlaşmaları­
nın  hava  şəraiti  ilə əlaqədar olmasını,  tibbi-meteoroloji  proqnoz 
hazırlamaq  üçün  biometeoroloji  əlamətləri  müəyyənləşdirməyə 
imkan  verir.  Əsgər Əyyubov talantlı  və  işgüzar  iqlimşünas  alim 
olmaqla  yanaşı  həm  də,  aqroiqlim  və  kurort  iqlimi  elmi  istiqa­
mətlərinin,  bitki  və  insan  biometeorologiyası  üzrə  elmi  m ək­
təbin banisi və inkişaf etdiricisidir.
200-dən  artıq  elmi  əsər  və  7  monoqrafiya  çap  etdirmişdir. 
Onlardan  «Azərbaycanın  iqlimi  haqqında  oçerklər»  (1962), 
«İstisu  kurortu»  (Həmmüəlliflə)  (1965),  «İqlim  və  hava
(1967)  »,  «Azərbaycan  SSR-in  aqroiqlim  rayonlaşdırılması
(1968)  »,  «Azərbaycan  SSR  iqliminin  bonitirovkası  (1975)», 
«Azərbaycan  SSR-in  kurort  və  istirahət  yerlərinin  iqlimi» 
(1987),  «Azərbaycanın  iqlimi»  (həmmüəlliflərlə),  «Azərbaycan 
SSR-in  iqlim ehtiyatları» (1984) və s.  qeyd etmək olar.
49


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə