Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə7/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   2   3   4   5   6   7   8   9   10   ...   47

Buxarest,  Berlin  və  s.)  müxtəlif elmi  toplantıların  iştirakçısı  ol­
muşdur.  ABŞ-nın  Mülki  Tədqiqatlar  və  İnkişaf Fondu,  Avropa­
nın  Kopernikus,  İNTAS,  Çərçivə  Proqamı  6  və  7,  NATO-nun 
“Elm  Sülh  Naminə”  və  s.  beynəlxalq  fondların  elmi  qrantlarına 
layiq görülmüşdür.
Elmi  işlərlə  yanaşı  R.M.Məmmədov  aktiv  olaraq  elmi-təş­
kilatı  və  kadrların  hazırlanması  məsələləri  ilə  də  məşğuldur. 
2002-ci  ildən  Coğrafiya  İnstitutunda  fəaliyyət  göstərən  D ok­
torluq  Dissertasiya  Şurasının  sədri,  2005-ci  ildən  Xəzər  Dənizi 
Tədqiqatları  Üzrə  Əlaqələndirmə  Şurasının  sədri  və  2002-ci  il­
dən  Coğrafiya  Elminin  Fundamental  Problemləri  üzrə  Beynəl­
xalq  Elmi  Şuranın  (Moskva  ş.)  üzvüdür.  2001-ci  ildən  Qara Də­
niz  İqtisadi  Əməkdaşlıq  Təşkilatı  nəzdində  yaradılmış  “Təmiz 
su”  beynəlxalq  mərkəzin  direktorlar  şurasının  üzvüdür.  1999- 
2008-ci  illərdə  isə  Avropa  İttifaqının  Cənubi  Qafqaz  ölkələri 
üçün  təsis  etdiyi  Beynəlxalq  Ekoloji  Mərkəzin  (Tbilisi)  Kon- 
sultativ Şurasnının prezidenti olmuşdur.
Xəlilov  Şahvələd Binnət oğlu 
(1939-2007)
Ş.B.Xəlilov  Gürcüstanın  Başkeçid 
rayonunun  Yuxarı  Qarabulaq  kəndin­
də  anadan  olmuşdur.  1957—
ci  ildə 
Qardabani  Azərbaycan  orta  mərkəbini 
bitirdikdən  sonra  ADU-ya  daxil  ol­
muş.  1962-ci  ildə  oranı  fərqlənmə 
diplomu  ilə  bitirmiş  və  təyinatla 
Azərbaycan  EA  Coğrafiya  İnstitutuna 
işə  göndərilmişdir.  O,  institutda  baş 
laborantlıqdan  şöbə  müdiri  və  elmi  iş­
lər  üzrə  direktor  müavini  vəzifəsinə
28
qədər yüksəlmişdir.  Burada Qurunun hidrologiyası,  o  cümlədən 
də  su  anbarlarının  mühafizəsinə,  ekologiyasına  həsr  edilmiş, 
namizədlik  və  doktorluq  dissertasiyaları  müdafiə  etmiş  və 
1984-1986-cı  illərdə  Coğrafiya  İnstitutunun  elmi  işlər  üzrə 
direktor müavini işləmişdir.
Ş.B.Xəlilovun  əsas  elmi  fəaliyyət  istiqaməti  Azərbaycanın 
su  anbarlarının  və  göllərinin  hidroloji  xüsusiyyətləri,  su  anbar­
larının  bilənməsi  və  sahillərinin  dinamikası,  su  təsərrüfatı  təd­
birlərinin,  o  cümlədən  su  anbarlarının  ətraf mühitə  təsiri,  onla­
rın  mühafizəsi,  səmərəli  istifadəsi  problemlərinin tədqiqidir.  O, 
Azərbaycan  coğrafiyaçıları  içərisində  birinci  olaraq  yeni  su  an­
barlarının səmərəli yerləşdirilməsinin əsas ekoloji-coğrafi prin­
siplərini  işləyib hazırlamış,  mövcud su  anbarlarının ətraf mühitə 
neqativ  təsirlərinin,  o  cümlədən  onların  bilənməsi  və  sahilləri­
nin  dinamikasının  intensivliyi  proqnozunu vermişdir.  O,  həmçi­
nin Azərbaycanın ekoloji-coğrafi problemlərinə həsr edilmiş bir 
sıra  orijinal  tədqiqatların  müəllifidir.  Onun  son  (1995,  1997  və 
2000-ci)  illərdə  əldə  etdiyi  elmi  nəticələr  Azərbaycan  MEA- 
nın  Rəyasət  Heyətində  coğrafiya  elminin  ən  mühüm  nəticələri 
kimi  qəbul edilmişdir.
Ş.B.Xəlilovun  apardığı  tədqiqatların  nəticələrindən  «Bakı- 
hidrolayihə»  İnstitutu  Yeni  Azərbaycan  DRES-nin  baş  su  götü- 
rücü  qurğusunun  və  onun  tunelinin  (1974),  Xudafərin  və  Qız 
Qalası  su  anbarlarının  (1979),  Mingəçevir  su  anbarının  yenidən 
qurulması  və  HES  tikintisinin  (1982),  İsmayıllı  rayonunda  Gir- 
dimançay  və  Əyriçay  üzərində  su  anbarlarının  (1991-1992)  və 
Baş  Mil  kanalı  üzərində  HES  və  su  anbarı  (1994)  layihələrinin 
tərtibində  istifadə edilmişdir.
Respublikanın  gölləri  və  su  anbarlarının  mühafizəsi  və  sə­
mərəli  istifadəsi  üzrə  elmi  nəticələr  Dövlət  Ekologiya  və  Tə­
biətdən  İstifadəyə  Nəzarət  Komitəsi  tərəfindən  Azərbaycan 
Respublikasının su  ehtiyatlarının kompleks istifadəsi və mühafi- 
həsi  üzrə baş sxeminin  tərtibində  istifadə edilmişdir.
Ş.B.Xəblov  bir çox  Beynəlxalq  və  Ümumittifaq  simpozium 
və  müşavirələrində  (Pedinq-İngiltərə,  Helsinki,  Moskva, 
Sankt-Peterburq,  Novosibirsk,  Tiflis,  Minsk,  Yakutsk,  Velikiy
29


Novqorod  və  s.).  Azərbaycanın  coğrafiya  elmini  ləyiqincə  təm ­
sil  etmişdir.
O,  100-dən artıq elmi əsərin, o cümlədən 5  monoqrafiyanın 
müəllifidir.  Həmçinin  ASE-nin  VI-X  cildlərində  çaylar,  göllər 
və su anbarlarına aid 50-dən artıq məqalə çap etdirmişdir.  Onun 
12  elmi əsəri xarici ölkələrdə nəşr olunmuşdur.
20  il  ərzində  (1974-1993)  daimi  aparıcısı  olduğu  A zərbay­
can televiziyasının ən  çox sevilən verilişlərindən olan  elm i-küt­
ləvi  «Səyahət» və «Sovet Azərbaycanına  səyahət»  (1981-1986) 
verilişləri  coğrafi  biliklərin  yayılmasına,  əhalinin  ekoloji  m ə­
dəniyyətinin  yüksəlməsinə  və  təbiətə  olan  münasibətlərin  düz­
gün  istiqamətləndirilməsinə  xeyli  təsir  göstərmişdir.  Ş.B.Xəli- 
lov  ictimai-siyasi  fəaliyyəti  ilə  də  fərqlənir.  O,  1978-84-cü  il­
lərdə Azərb EA partiya komitəsinin katibi, Bakı  ŞS-nın deputatı 
seçilmişdir.  Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  da,  o 
YAP  Yasamal  rayon  təşkilatının  əsas  təşkilatçılarından  biri  ol­
muş  və  1993-cü  ildən  2001-ci  ilədək  rayon  təşkilatı  sədrinin 
birinci  müavini  seçilmişdir.  YAP-ın  I  (1999)  və  II  qurultayla­
rında  (2001) YAP siyasi  şurasının üzvü seçilmişdir.
Ş.B.Xəlilov  Azərbaycan  Respublikası  Prezidenti  yanında 
Ali  Attestasiya komissiyası  Ekspert  şurasının  üzvü  olmuşdur.  O, 
2000-ci  ilin  sonunda  BDU-nun  Humanitar m əsələlər üzrə  pro­
rektoru  və  1997-ci  ildən  coğrafiya  fakültəsində  ətraf  mühitin 
mühafizəsi  kafedrasının  professoru  işləmişdir.  2001-ci  il  iyunun 
30-da  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  müxbir  üzvü 
seçilmişdir.
30
Səfərov  İbrahim  Səfər oğlu 
(1913- 1998)
İ.S.Cəfərov 
Şamaxı 
qəzasının 
Quşçu  kəndində  anadan  olmuşdur.
1930-cu  ildə  Şamaxının  Quşçu  kənd 
orta 
məktəbini 
bitirdikdən 
sonra
S.Ağamalıoğlu  adına  Bakı  kənd  tə­
sərrüfatı  texnikumunun  meşəçilik  şö­
bəsinə  daxil  olmuşdur.  1930-cü  ildə 
Tiflis  şəhərində  Zaqafqaziya  meşə- 
texniki  institutunu  meşəçi  ixtisası  üzrə 
bitirmişdir. 
1939-1940-cü 
illərdə 
Azərbaycan  Xalq  Komissarlığının  Baş 
meşə-sənaye  idarəsində  baş  mühəndis  vəzifəsində  işləmişdir. 
1940-cı  ilin  əvvəlində  Sovet  ordusu  sıralarında  Bessarabiyanın 
azad  edilməsində  iştirak  etmişdir.  1942-1952—
ci  illərdə  yenidən 
ordu  sıralarında  xidmət  edərək  müxtəlif  səviyyəli  6  medal  ilə 
təltif  edilmişdir.  1952-1953-cü  illərdə  Azərbaycan  Nazirlər 
Sovetinin  sədr  müavini,  1953-1961 -ci  illərdə  Əkinçilik  institu­
tunun  direktoru,  1961 —
 1965-ci  illərdə  Azərbaycan  MEA-nın 
Botanika  institutunda  baş  elmi  işçi,  meşəşunaslıq  laboratoriya­
sının  rəhbəri  olmuşdur.  1987—1990—
cı  illərdə  AMEA  Botanika 
İnstitutunun direktoru olmuşdur.
1949-cu  ildə  «Dəmirağacın  bioekoloji  xüsusiyyətləri  və 
onun  təsərrüfat  əhəmiyyəti»  mövzusunda  namizədlik,  1961 -ci 
ildə  isə  «Azərbaycanın  3-cü  dövr qiymətli  relikt ağac  bitkiləri» 
mövzusunda  doktorluq  dissertasiyası  müdafiə  etmişdir.  İ.S.  Sə­
fərov  50  il  müddətində  meşəşünaslıq,  meşəçilik,  yaşıllaşdırma 
sahəsində,  böyük  işlər görmüşdür.  Eldar  şamı  İ.Səfərovun  tək ­
lifi  əsasında  Bolqarıstan-Rumıniya,  Əlcazair və digər ölkələrdə 
sınaqdan çıxarılmış və  Bolqarıstanın cənubunda  Sandansk rayo­
nunda  Eldar  şamının  iri  meşə  massivi  salınmışdır  ki,  bura  da  o 
birinci  bonitet  kimi  formalaşmışdır.  1980-cı  ildən  Azərbaycan 
MEA-nın  müxbir  üzvü  olan  İ.Səfərovun  rəhbərliyi  altında  2 
elmlər  doktoru,  25-ə  qədər  elmlər  namizədi  hazırlanmışdır.
31


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə