Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə6/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   2   3   4   5   6   7   8   9   ...   47

Gül Qasım  Kazım  oğlu 
(1909- 1972)
Gül  Qasım  Kazım  oğlu  Azərbay­
canın  Şamaxı  şəhərində  anadan  ol­
muşdur.  1933-cü  ildə  Rusiyanın  Le­
ninqrad  şəhərində  su  mühəndisləri 
institutunu  bitirmişdir.  1952-1958—
ci 
illərdə  Bakı  Dövlət  Universitetində  fi­
ziki  coğrafiya  kafedrasının  müdiri,
1954-1957-ci  illərə  həmin  universite­
tin  elmi  işlər üzrə prorektoru vəzifələ­
rində  işləmişdir.  1957-1962-ci  illərdə 
Azərbaycan EA Coğrafiya İnstitutunun 
direktoru,  Xəzər  problemləri  bölməsi­
nin  rəhbəri  vəzifələrində  çalışmışdır.  Uzun  illər  (1957-1972) 
keçmiş  SSRİ  EA  Okeanoqrafiya  institutu  Aral-Xəzər  bölməsi­
nin  və  Azərbaycan  MEA  X əzər  komissiyasının  (1953-1972), 
Azərbaycan  SSR  Coğrafiya  Cəmiyyətinin  sədri  olmuşdur 
(1958-1970).
Azərbaycanda  Coğrafiyaşünas  alim  kadrların  hazırlanma­
sında xidməti  böyükdür.  Azərbaycanda fiziki  coğrafiya üzrə  ilk 
orta  məktəb  dərsliyi  onun  tərəfindən  hazırlanmışdır.  «Xəzər 
dənizi»,  «Qızılağac  körfəzinin  coğrafiyası»,  «Dənizdə  neft  m ə­
dənləri  rayonlarının  coğrafiyası»,  «Xəzərin  qərb  sahillərində 
dalğaların  rejimi  və  dinamikası»,  «Meteorologiya  və  iqlimşü­
naslıq» kimi  elmi  əsərlərin müəllifidir.  Azərbaycanda Coğrafiya 
elminin  inkişafında,  xüsusilə  Xəzər  dənizi  problemlərinin  elmi 
həlli  məsələsində dəyərli  xidmətləri olmuşdur.
Q.Gül  okeanoloqlarının  1 —
ci  ümumdünya  qurultayında 
(Nyu-York,  1959)  «Dünya  okeanının  səviyysinə  dair»  məruzə 
etmişdir.  «Şərəf nişanı»  ordeni  ilə  təltif olunmuşdur.  100-dən 
çox elmi əsərin və 5 tədris kitabının müəllifidir.
Qasım  Gül  Azərbaycanda  ilk  coğrafiya elmləri  doktoru,  coğ­
rafiya  sahəsində  ilk  professor,  AEA-nın  ilk  coğrafiyaçı  müxbir 
üzvü,  ilk  Xəzərşünas-okeanoloq  olmuşdur.  Xəzər  dənizinin 
hidrologiyası  ilk  dəfə  professor  Q.Gülün  doktorluq  dissertasi­
24
yasında  və  bir  sıra  monoqrafiyalarında  dərin  təhlil  olunmuşdur. 
O, Azərbaycanda okeanologiya məktəbinin banisidir.
Məmmədov  Ramiz  Mahmud  oğlu
R.M.Məmmədov  1950-ci  ildə Gür­
cüstan  Respublikası  Qardabani  rayo­
nunun  Qaracalar  kəndində  anadan  ol­
muşdur.  1967-ci  ildə  həmin  kəndin 
orta  məktəbini  bitirmiş  və  Azərbaycan 
Dövlət  Universitetinin  fizika  fakültə­
sinə  qəbul  olunmuş  və  1972-ci  ildə  ali 
təhsilini başa vurmuşdur.
O,  elmi  fəaliyyətə  1973-cü  ildə 
Azərbaycan  Respublikası  Elmlər  Aka­
demiyası  Coğrafiya  İnstitutunun  Xəzər 
Dənizi  Problemləri  Mərkəzində  başlamışdır.  Azərbaycan  SSR 
Elmlər  Akademiyasının  göndərişi  ilə  1975-1976-ci  illərdə 
Moskva  Okeanologiya  İnstitutunda  stajyor  olmuş,  1977-ci  ildə 
isə  həmin  institutun  əyani  aspiranturasına  qəbul  olunmuşdur. 
1980-ci  ilin  yanvar  ayında  o  “Dayaz  dənizlərdə  və  şirinsulu 
sututarlarında  turbulent  mübadilə”  mövzusunda  Moskva  Okea­
nologiya  İnstitunun  Dissertasiya  Şurasında  «Okenologiya»  ix­
tisası  üzrə  namizədlik  dissertasiyası  müdafiə  edərək  fizika- 
riyaziyyat elmləri  namizədi elmi  dərəcəsini  almışdır.
Bakıya qayıtdıqdan sonra o  1980-1985-ci  illərdə Azərbaycan 
«Kosmik  Tədqiqatlar»  Elm-İstehsalat  Birliyinin  «Xəzər  elmi 
tədqiqat  stansiyasının»  müdiri  vəzifəsində  çalışmış,  1985-ci  ildə 
AEA  Rəyasət  Heyyətinin  qərarı  ilə  əvvəl  Geologiya,  1989-cu 
ildə  isə  yenidən Coğrafiya İnstitutuna  işə qaytarılmışdır.  1991-ci 
ildən  Coğrafiya  İnstitutunun  Xəzər  Dənizi  Problemləri  Mərkə­
zinin  müdiri,  1994-cü  ildən  isə  həm  də  bu  institutun  elmi  işlər 
üzrə  direktor  müavini  vəzifəsində  işləyir.  Hazırda  Coğrafiya 
İnstitutunun direktoru vəzifəsini  icra edir.
25


1995-cı  ildə  “Xəzər  dənizinin  hidrofiziki  sahələrinin  dəyiş­
kənliyi  və  onların  çirkləndiricilərin  yayılmasına  təsiri”  mövzu­
sunda  doktorluq  dissertasiyası  müdafiə  edərək  texnika  elmləri 
doktoru  elmi  adını  almış,  2001-ci  ildə  “Coğrafiya”  ixtisası  üzrə 
AMEA-nın  müxbir  üzvü  seçilmişdir.  2009-cu  ildə  Azərbaycan 
Ali  Attestasiya Komissiyasının qərarı  ilə ona hidrologiya ixtisası 
üzrə professor elmi rütbəsi verilmişdir.
R.Məmmədov  Azərbaycanda  və  dünyada  Xəzər  dənizinin 
tədqiqatları  üzrə tanınmış alim  və  mütəxəssisdir.  Onun elmi  təd ­
qiqatları,  əsasən,  Xəzər  dənizinin  ən  aktual  problemlərinə  -  hid­
rologiyasına,  hidrofızikasına,  atmosferlə  dənizin  qarşılıqlı  təsiri­
nə,  dənizdə  turbulent  mübadilə  və  turbulent  diffuziyanın  tədqi­
qinə,  səviyyənin  dəyişməsinə,  iqlim  dəyişmələrinin  Xəzər  dəni­
zinə  təsirinə,  çirkləndiricilərin  dənizdə  yayılmasının  fiziki-coğ- 
rafı  modelinin  yaradılmasına,  Xəzər dənizinin  status  probleminə 
və ümumiyyətlə,  Xəzərin ekocoğrafıyasına həsr olunmuşdur.
Kür-Araz  hövzəsinin  transsərhəd  su  problemləri,  Azərbay­
canda səhralaşma prosesinin tədqiqi,  landşaft  planlaşdırılması  və 
ətraf mühitin  mühafizəsi  də  R.Məmmədovun  əsas  tədqiqat  isti­
qamətlərindəndir.
Kür-Araz  hövzəsinin  transsərhəd  su  problemlərinin  tədqiqi 
də  alimin  elmi  axtarışlarının  maraq  dairəsindədir.  Bu  mövzuda 
önəmli  məqamlardan  biri  onun  2009-cu  ildə  Cenevrə  şəhərində 
Birləşmiş  Millətlər  Təşkilatının  “Daşqınların  yaranmasının 
transsərhəd  risklərinin  idarə  olunması”  mövzusunda  keçirdiyi 
beynəlxalq  seminarda  “Su  resurslarının  inteqrasiya  olunmuş 
metodu  ilə  Kür  hövzəsində  daşqınların  qarşısının  alınması” 
mövzusunda etdiyi  məruzədir.
R.Məmmədov  Xəzər  dənizində  keçirilmiş  15-dən  çox  dəniz 
ekspedisiyanın  iştirakçısı  və çoxunun  rəhbəri  olmuş,  onların tədqi­
qat  planını  tərtib  etmişdir.  O  öz tədqiqatları  ilə  Sakit,  Hind  okean­
larında,  Qara  və  Baltik  dənizlərində,  Baykal  gölündə  keçrilən  bir 
neçə beynəlxalq ekspedisiyaların da iştirakçısı olmuşdur.
2005-ci  ildə  R.Məmmədov  rus  alimləri  ilə  birgə  Moskvanın 
“Nauka”  nəşriyyatının  sifarişi  ilə  “Xəzər dənizinin  müasir vəziy­
26
yəti”  monoqrafiyasım  yazıb.  Monoqrafiyada  müəlliflər  Xəzər 
dənizinə  aid  öz  tədqiqatlarının  nəticələrini  təqdim  etməklə  ya­
naşı onun müasir vəziyyəti  ilə bağlı  yeni ümumiləşdirmə verirlər 
və problemə öz münasibətlərini açıqlayırlar.
2007-ci  ildə  R.M.Məmmədovun  “Hidrometeoroloji  dəyiş­
kənlik  və  Xəzər  dənizinin  ekocoğrafı  problemləri”  kitabı  işıq 
üzü  görüb.  Bu  monoqrafiyada  müəllifin,  əsasən,  özünün  bu  sa­
hədə  uzunmüddətli  tədqiqarlarının  ümumiləşdirilmiş  nəticələri 
verilmişdir.
2007-ci  ildə  alimin  gürcü  həmkarları  ilə  birlikdə  “Qəza  və 
risklərin  coğrafiyası  (Qafqaz-Pont  regionun  rütubətli  subtropik 
zonaları”  kitabı  Tbilisi  şəhərində  işıq  üzü  görür.  Gürcüstan  və 
türk  alimləri  ilə  elmi  əməkdaşlığı  davam  etdirən  alim  2008-ci 
ildə  Tbilisidə  öz  həmkarları  ilə  birgə  “Cənubi  Qafqazda  ətraf 
mühitin antropogen transformasiyası”  kitabını  çap  etdirib.
R.M.Məmmədovon  elmi  əsərləri  dünyanın  məşhur  elmi 
jurnalları  və  nəşriyyatlarında  (“Şpringer”,  “Elsevier”,  “Nauka”, 
“Kluver Akademik”  və  s.)  çap olunmuşdur.  O,  250 elmi  məqalə, 
11  kitab və  1  atlasın  müəllifidir,  20-yə qədər işi  AMEA-nın  mü­
hüm  nəticələrinin  siyahısına daxil  edilmişdir.
1980-1986-cı  illərdə  Qarşılıqlı  İqtisadi  Yardım  Şurası  ölkə­
lərinin  icra  etdiyi  “Dünya  okeanı”  layihəsinin  idarə  heyətinin 
üzvü  olmuşdur.  O,  Sakit,  Hind  və  Atlantik  okeanlarında  beynəl­
xalq  ekspedisiyaların  öz  tədqiqat  mövzusu  ilə  iştirakçısı  olub. 
Azərbaycan  Respublikasında  Xəzərin  kompleks  tədqiqat  planını 
tərtib  etmiş  və  Bakıda  Xəzərə  aid  beynalxalq  və  respublika 
konfranslarının  keçirilməsinin  təşkilatçısı  və  aktiv  iştirakçıların­
dan  biridir.
R.M.Məmmədov beynəlxalq aləmdə yaxşı  tanınmış və çəkisi 
olan  tədqiqatçıdır.  Təkcə  son  10  ildə  40-a  qədər  ölkədə  keçiril­
miş  beynəlxalq  simpozium,  konfrans,  seminar  və  toplantıların 
iştirakçısı  olub,  məruzə  ilə  çıxış  etmiş,  bəzilərinə  isə  sədrlik  et­
mişdir.  O,  ümumiyyətlə  götürdükdə  dünyanın  82  şəhərində 
(Paris,  San-Fraçisko,  Brussel,  London,  Afina,  İstanbul,  Tokio, 
Helsinki,  Brisbon,  Sinqapur,  Moskva,  Sankt-Peterburq,  Pissa,
27


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə