Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə47/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   ...   39   40   41   42   43   44   45   46   47

Qafqaz  çaylarının  su  ehtiyatlarının  hesablanma  metodikası  və 
onların  qiymətləndirilməsi»  (Azərbaycan  daxilində) mövzusun­
da  namizədlik  dissertasiysı  müdafiə  etmiş  və  coğrafiya  elmləri 
namizədi  alimlik  dərəcəsi  almışdır.  Elmi  fəaliyyətinin  əsas 
istiqamətini  su ehtiyatlarının qiymətləndirilməsi, onların hesab­
lanması  üçün  metodikanın  işlənməsi,  axımın  il  ərzində  paylan­
ması və dəyişkənlik (variasiya əmsalı) kəmiyyətlərinin öyrənil­
məsi  təşkil  edir.  Azərbaycanın  Kiçik  Qafqaz  bölgəsi  üçün  ilk 
dəfə  olaraq  «Variasiya  əmsalı»  xəritəsi  tərtib  etmiş,  sudan  ən 
aktiv istifadə  dövrü  üçün  (iyun-avqust)  təbii  tənzimlənmə  gös­
təricisi  kəmiyyətini  vermiş,  inzibati  rayonlar  üçün  su  ehti­
yatlarını  hesablamışdır.  M.Ə.Teymurov  respublikamızın  dövlət 
və  qeyri-hökümət  təşkilatlarının  xətti  ilə  təşkil  edilən  m üxtəlif 
elmi  konfrans  və  simpoziumlarda  da  fəal  iştirak  etmişdir.  15- 
dən çox elmi əsərin müəllifidir.
Uluxanlı Nurəddin  Dostuməli  oğlu
N.D.Uluxanlı  1947-ci  ildə  Erm ə- 
nistanın  Basarkeçər  rayonunun  Böyük 
Məzrə  kəndində 
anadan  olmuşdur. 
1972-ci  ildə  ADPİ-nu  bitirib,  coğra­
fiyaçı  ixtisası  almışdır.  1972-ci  ildən 
Coğrafiya  institutunun  iqlimşünaslıq 
şöbəsində  kiçik  elmi  işçi,  elmi  işçi, 
böyük  elmi  işçi,  tətbiqi  iqlimşünaslıq 
bölməsinin  müdiri  vəzifələrində  işlə­
mişdir. 
1986-cı 
ildə,  «Azərbaycan 
SSR-də  əncir  bitkisinin  becərilməsi­
nin  aqroiqlim  şəraiti  və  ehtiyatları» 
mövzusunda  dissertasiya  müdafiə  edərək  coğrafiya  elmləri  na­
mizədi  alimlik dərəcəsi  almışdır.
Mikroiqlimşünaslıq,  kənd  təsərrüfat  iqlimşünaslığı  sahələ­
rində təcrübəli mütəxəssisdir.
192
N.D.Uluxanlı  bir  sıra  kənd  təsərrüfatı  bitkilərinin  (əncir, 
badam,  xurma,  çay)  istiyə  və  rütubətə  tələbatını,  onların  key­
fiyyətinin  və  məhsuldarlığının  meteoroloji  amillərlə  əlaqəsini 
müəyyənləşdirmiş,  bitkilərin  inkişafını  məhdudlaşdıran  amilləri 
aşkar etmiş,  sənaye əhəmiyyətli  məhsul  əldə etmək baxımından 
aqroiqlim  rayonlaşdırılması  aparmışdır.
Bir monoqrafiya (həmmüəlliflərlə),  30-a yaxın elmi  məqalə 
və  xəritələrin müəllifidir.  «Azərbaycan  Respublikası  ərazisində 
subtropik  meyvə  bitkilərinin  aqroiqlim  ehtiyatları»,  «Azərbay­
can  Respublikasında  bəzi  subtropik  meyvə  bitkilərinin  aqroiq­
lim  rayonlaşdırılması»,  «Azərbaycanda  iqlimin  antropogen  və 
təbii  dəyişm ələrinin  bəzi  qarşılıqlı  əlaqələri»,  «Azərbaycanda 
əncirin  istiliklə  təmin  olunmasına  dair»,  «Azərbaycanda  üzü­
mün  becərilm əsinin  aqroiqlim  ehtiyatları»,  «Dağlıq  ərazilərin 
arid  zonalarının  iqlim  meliorasiyasının  bəzi  aspektləri  »  və  s. 
elmi  əsərləri  nəşr olunmuşdur.  APU-nin  coğrafiya  fakültəsində 
dosentdir və  dekan  işləyir.
Umudov Cahangir İman  oğlu 
(1936-2007)
C.İ.Umudov  1936-cı  ildə  Xaçmaz 
rayonu  Mardanoba  kəndində  anadan 
olmuşdur. 
1960-cı  ildə  BDU-nun 
geologiya-coğrafiya  fakültəsini  bitir­
mişdir.  1972-ci  ildə  «Xəzər  dənizinin 
Azərbaycan  sahili  balıq  təsərrüfatının 
coğrafiyası»  mövzusunda  namizədlik 
dissertasiyası  müdafiə  etmişdir. 1960- 
cı  ildən  Azərbaycan  MEA  Coğrafiya 
institutunda  «Xəritəçilik»  şöbəsində  kiçik  elmi  işçi,  1969-cu  il­
dən  iqtisadi  coğrafiya  şöbəsində  mühəndis,  kiçik  elmi  işçi,
1975-ci  ildən  ömrünün  sonuna  qədər  «Xəzər»  şöbəsinin  «İqti­
sadiyyat»  bölməsində  elmi  işçi vəzifəsində  işləmişdir.
193


Umudova  Rəna  İbrahim qızı
R.İ.Umudova  1947-ildə  Kürdəmir 
rayonunda  anadan  olmuşdur.  1971-ci 
ildə  ADU-i  bitirmişdir.  1976-cı  ildən 
Azərbaycan  ME A  Coğrafiya  İnstitutu­
nun  qiyabi  aspirantı  olmuşdur.  1983 —
 
cü  ildə  «Bakı  şəhəri  əhalisinin  miqra­
siyası»  mövzusunda  namizədlik  dis­
sertasiyası  müdafiə  etmişdir.  1975- 
1985-ci  illər  Azərbaycan  MEA  Coğ­
rafiya  institutunda  kiçik  elmi  işçi, 
1986-1993-cü  illərdə  isə  Elmi  Tədqiqat  Əmək  institutunda 
şöbə  müdiri  işləmişdir.  1993-cü  ildən bu  günə  qədər BDU-nun 
«Xarici ölkələrin iqtisadi  və  siyasi coğrafiyası»  kafedrasının baş 
müəllimi  işləyir.  37 elmi əsərin müəllifidir.
Yunusov  Müseyib  İdris oğlu
В
M.İ.Yunusov  1956-cı  ildə  A zər­
baycan  Respublikasının  Oğuz  rayonu­
nun  Kərimli  kəndində  doğulmuşdur. 
1980-cı  ildə  ADU-nun  geologiya- 
coğrafiya fakültəsini  bitirib coğrafiyaçı 
ixtisası  almışdır.  Həmin  il  Azərbaycan 
MEA  Coğrafiya  İnstitutunda  «Aero­
kosmik  metodların  coğrafi  tədqiqatlara 
tətbiqi»  laboratoriyasında  mühəndis 
kimi  işə  başlamışdır. 1982-86-cı  illər­
də  Azərbaycan  EA  Coğrafiya  İnstitu­
tunun  landşaftşünaslıq  şöbəsinin  qiya­
bi  aspirantı  olmuşdur.  1990-cı  ildə  «Kür-Araz  ovalığı  təbii 
komplekslərinin  irriqasiya-meliorasiya  tədbirlərinin  təsiri  ilə 
dəyişilməsi  (Kür  çayının  sağ  sahili  hissəsində)»  mövzusunda 
namizədlik dissertasiyası  müdafiə etmişdir.  Sonrakı  illərdə kiçik
I
194
elmi  işçi,  elmi  işçi,  böyük  elmi  işçi  vəzifələrində  çalışmışdır. 
Hazırda aparıcı  elmi işçi  işləyir.
O, 
Kür-Araz  ovalığında  antropogen  amillərin  landşaftın 
formalaşmasına  təsirini  müəyyənləşdirmiş,  suvarma  kompleks­
lərinin  tarixi  formalaşma  etaplarını  öyrənmişdir.  Aqroirriqasiya 
komplekslərinin  differensasiyası  xüsusiyyətlərini  araşdırmış  və 
ekoloji  cəhətdən  dayanıqlı  aqroirriqasiya  landşaftlarının  yara­
dılması  yolları  və  kriteriyalarını  göstərmişdir.  Bununla  yanaşı 
Muğan,  Mil,  Qarabağ  düzləri  aqroirriqasiya  komplekslərinin 
strukturu  və  dinamikasını  aerokosmik  materiallar  əsasında  d ə ­
qiqləşdirmiş,  həmin  komplekslərin  xəritə-sxemini  tərtib  etmiş­
dir.  Kiçik  Qafqazın  şimal-şərq  və  cənub-şərq  yamaclarının  an­
tropogen  landşaftlarının  aerokosmik  materiallar  əsasında  öyrə­
nilməsində,  Kür-Araz  ovalığının  landşaftlarının  səhralaşma 
problemlərinin  araşdırılmasında  yaxından  iştirak  etmişdir.  Ha­
zırda  landşaftların  ekoloji  müxtəlifliyinin  və  potensialının  qiy­
mətləndirilməsi  problemləri  üzərində  işləyir.  50-dən  çox  elmi 
əsəri nəşr olunmuşdur.
Yüzbaşov Rəmzi  Mövsüm  oğlu 
(1906-1990)
R.M.Yüzbaşov  Şamaxı  şəhərində 
anadan  olmuşdur.  1927—
ci  ildə  A zər­
baycan  Pedaqoji  institutunu  coğrafiya 
ixtisası  üzrə  bitirmişdir.  1938-1941 —
ci 
illərdə  Azərbaycan  EA  sistemində 
(SSRİ  EA-nın  filialı)  aspiranturada 
oxumuşdur. 
R.M. Yüzbaşov 
1931- 
1933-cü  illərdə  Azərbaycan  Maarif 
Komissarlığında 
təlimatçı, 
1933- 
1935-ci  illərdə  Əmircan  qəsəbəsində 
məktəb  müəllimi  olmuş,  1941 —
 1945—
 
ci  illərdə  Sovet  Ordusu  sıralarında  ol­
muş,  1945-1949-cu  illərdə  Respublika  Nizami  adına  Tarix
195


muzeyində  elmi  hissə  üzrə  müdir  müavini  vəzifələrində  işlə­
mişdir.  1949—1951 —
ci  illərdə  müstəqil  tərcüməçi  kimi  fəaliyyət 
göstərmiş,  1951 —
 1952—
ci  illərdə  Azərbaycan  MEA-nın  nəşriy­
yatında  redaktor,  1955—1957—
ci  illərdə  Ədəbiyyat  və  Dilçilik 
institutunda  kiçik  elmi  işçi,  1958- 1977-ci  illər  Azərbaycan  EA 
Coğrafiya  institutunda elmi  işçi, baş elmi  işçi olmuşdur.  1962-ci 
ildə  «Azərbaycan  coğrafiya  terminlərinin  tədqiqi»  mövzusunda 
namizədlik  dissertasiyası  müdafiə  etmiş  və  coğrafiya  elmləri 
namizədi  alimlik dərəcəsi  almışdır.  1976-cı  ildən  ömrünün  so- 
nunadək  Coğrafiya  institutunda  «Coğrafi  adlar»  şöbəsinin  rəh­
bəri  vəzifəsində  işləmişdir.  Azərbaycanda coğrafi  terminlərinin 
elmi  və  milli  mahiyyətinin  araşdırılması  və  coğrafiya  elminin 
tarixinin  öyrənilməsi  sahəsində  məşhur alim  kimi tanınır.  Onun 
Azərbaycanda  coğrafi  terminlərin,  yer adlarının düzgün  və  elmi 
təhlilinə  dair  çap  etdirdiyi  çoxlu  elmi  əsərləri  indi  də  yüksək 
qiymətləndirilir.  Yüzlərlə  yer  adlarının  təhrif  olunmasını  və 
onların  Azərbaycan  xalqına  məxsus  olduğunu  sübut  etmişdir. 
Yüksək vətənpərvər və milli qürura malik tanınmış alim  idi.
Yusifbəyova Zibeydə Qurbanəli qızı
Z.Q.Yusifbəyova  1956-cı  ildə  Şə­
ki  şəhərində  anadan  olmuşdur.  1984- 
cü  ildə  BDU-nun  kimya  fakültəsini 
kimyaçı  ixtisası  üzrə bitirmişdir.  1994- 
cü  ildə  «Böyük  Qafqazın  cənub-şərq 
hissəsinin  dağ-meşə  torpaqlarında  də­
mirin  formaları  və  torpaqəmələgəlmə 
prosesində  onların  rolu  (Azərbaycan 
Respublikası  daxilində)»  mövzusunda 
namimzədlik  dissertasiyası  müdafiə 
etmişdir.
1978—
ci  ildən  Azərbaycan  MEA 
Coğrafiya  institutunda  mühasib,  laborant,  mühəndis,  baş  m ü­
həndis vəzifələrində  işləmişdir.  1988-ci  ildə attestasiya yolu  ilə
196
kiçik  elmi  işçi,  1993-cı  ildən  isə  elmi  işçi  vəzifəsinə  keçiril­
mişdir.
Elmi  maraq  dairəsi:  torpaqlarda  kimyəvi  proseslərin  təd ­
qiqidir.  Bu  sahədə 20-dən çox  elmi əsərin müəllifidir.
Yaqubov Qəşəm Şamil oğlu
Q.Ş.  Yaqubov  1938-ci  ilin  iyul 
ayının  1-də  Gürcüstanın  Borçalı  ma­
halının  Kəpənəkçi  (indiki  Kvemo-Bo- 
lnisi)  kəndində  əkinçi  ailəsində  ana­
dan olmuşdur.  Qonşu Faxralı kənd orta 
məktəbini  qurtardıqdan  sonra  1957—
1962-ci  illərdə  Azərbaycan  Dövlət 
Pedaqoji  İnstitutunun  və  Azərbaycan 
Dövlət  Universitetinin  tələbəsi  olmuş, 
coğrafiya-biologiya  ixtisası  üzrə  ali 
təhsil  almışdır.  1962-1964-cü  illərdə 
hərbi  xidmətdə  olmuş,  1964-cü  ilin 
sentyabr ayından  etibarən  əmək  fəaliyyətinə başlamışdır.  1964- 
1968-ci  illərdə  Bakı  torpaq  ekspedisiyasında  mühəndis-torpaq­
şünas, dəstə  rəisi  vəzifələrində  işləmişdir.  1968-1971 -ci  illərdə 
Azərbaycan  EA  Torpaqşünaslıq  və  Aqrokimya  İnstitutunun 
aspiranturasında oxumuş və  1975-ci  ildə  «Torpaqşünaslıq»  ixti­
sası  üzrə  dissertasiya  müdafiə  edərək  kənd  təsərrüfatı  elmləri 
namizədi-alimlik dərəcəsi  almışdır.
1971-1979-cu  illərdə  Azərbaycan  Dövlət  Yerquruluşu  La­
yihə  («Azdövyerqurlayihə»)  İnstitutunda  dəstə  rəisi  və  layihə 
üzrə  baş  mühəndis,  1979-1991 -ci  illərdə  isə  keçmiş  SSRİ 
Dövlət  Elmi-Tədqiqat  Torpaq  Sərvətləri  İnstitutunun  «Azər­
baycan  şöbəsi»nin  müdiri vəzifəsində işləmişdir.
1991-1993-cü  illərdə  «Aqroekologiya»  Elm  Mərkəzinin 
Geokimya  ekspedisiyasında,  1993—1997-ci  illərdə  isə Azərbay-
197


can EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda şöbə rəisi  və 
lobaratoriya müdiri vəzifəsində çalışmışdır.
Elmi-istehsalat  stajı  43  ildir.  90  elmi-publisist  işin,  o  cüm ­
lədən  8  kitabça,  (təlimat,  metodiki  göstəriş)  və  2  m onoqrafiya­
nın  tək və müştərək müəllifidir.
Q.Ş.Yaqubovun  tədqiqat  işləri  Azərbaycanda,  xüsusən 
Abşeron  bölgəsində  neftin  və  tikinti  materiallarının  çıxarılması, 
nəqli  və  emalı  zamanı  pozulmuş  torpaqların  rekultivasiyasına 
həsr edilmişdir.  Bu  işlər neftli tullanlılarla,  xüsusən  mazutlaşmış 
və  bitumlaşmış  torpaqların  rekultivasiya  texnologiyasının  işlə—
 
nilməsinə,  neft mədəni  və  texnogen  pozulmuş yerlərin  elmi  c ə ­
hətdən  təsnifatına  və  onların  rekultivasiya  işlərinin  lay ih ələn - 
dirilməsində  istifadə  olunmasına  həsr  edilmişdir.  Həmin  tə d ­
qiqat işlərinin  elmi  nəticələri  elmi-nəzəri  və  təcrübi  əhəm iyyət 
daşıyaraq  rekultivasiya  işlərinin  həyata  keçirilməsində  istifadə 
edilmişdir.
Q.Ş.Yaqubovun  uzun  müddət  Azərbaycanın  bütün  bölgə­
sində  torpaq  və  bitki  örtüyünün  iri  miqyaslı  tədqiq  edilməsinin 
rəhbəri  və  icraçısı  olmuşdur.  O,  elmi  işlərin  icraçısı  olmaqla 
onun  nəticələrinin  təbliğ  olunması  məqsədilə  respublikada  və 
xarici  ölkələrdə  çağrılan  elmi  konfranslarda  elmi  m əruzələrlə 
çıxış  etmişdir.  Bir  sıra  tədqiqat  işlərinin  nəticələri  xarici  d il­
lərdə  dərc  edilmişdir.  O,  əmək  veteranıdır  və  əldə  etdiyi  elmi 
nailiyyətlərə  görə  keçmiş  SSRİ  XTNS-nin  gümüş  medalı  ilə 
mükafatlandırılmışdır.
Q.Ş.Yaqubov  əm ək  fəaliyyəti  hərtərəflidir.  Elmi  işlərlə 
yanaşı  uzun  müddət  istehsalatda  da  çalışmışdır.  O,  1997-ci  il­
dən  başlayaraq  Azərbaycan  Dövlət  Torpaq  Komitəsinin  D övlət 
Yerquruluşu  Layihə  İnstitutunda  direktor  müavini,  hal-hazırda 
isə baş mühəndis  vəzifəsində  çalışmaqla  respublikamızda tor­
paq  islahatının  aparılması  üçün  lazım  olan  hüquqi  normativ  sə­
nədlərin  hazırlanmasında  fəal  iştirak  edir.  O  Dövlət  Yerqu­
ruluşu  Layihə  İnstitutunda  baş  mühəndis  vəzifəsində  işləməklə 
yanaşı  Azərbaycan  MEA-ın  Torpaqşünaslıq  və  Aqrokimya 
institutunun  «Torpaqların  rekultivasiyası»  laboratoriyasında  ya­
rım  ştat vahidi  üzrə  aparıcı  elmi  işçi  vəzifəsində  elmi  fəaliyyət
198
göstərir.  Q.Ş.Yaqubov  hal-hazırda  istehsalatda  çalışmaqla  tor­
paqların  münbitliyinin  bərpası,  rekultivasiyası,  mühafizəsi  və 
torpaq-bitki  sisteminin  ekologiyası  barədə  elmi  axtarış  işlərini 
davam  etdirməklə  bu  sahədə  elmi  kadrların  hazırlanması  ilə  də 
məşğul olur.
Zamanov Xəlil Calal oğlu 
(1927-1997)
X.C.Zamanov  Naxçıvan  MP-nin 
Şərur  rayonun  Çərciboğan  kəndində 
anadan olmuşdur.
Azərbaycan Dövlət Pedaqoji  insti- 
tunun  coğrafiya  fakültəsini  qurtarmış­
dır.  1952-ci  ildə  Azərbaycan  MEA 
Coğrafiya  institutunun  aspiranturasını 
bitirib 
1953-cü 
ildə  «Şimal-şərqi 
Azərbaycan  və  Qobustanın  dağ  göl­
ləri»  mövzusunda  namizədlik  disser- 
asiyası  müdafiə  etmişdir.
Elmi  tədqiqatlarının  əsas  istiqa­
məti  Azərbaycanın  göllərinin  və  su  anbarlarının  hidroloji  xü­
susiyyətləri,  onların mühafizəsi və təsərrüfat əhəmiyyətinin  öy­
rənilməsidir.  Bu  problemlərə  həsr  olunmuş  40-a  qədər  məqa­
lənin,  eləcədə  «Azərbaycanın  su  anbarları,  gölləri  və  yeddillik- 
də  onların  xalq  təsərrüfat  əhəmiyyəti»,  «Böyük  Qafqazın  göl­
ləri  və  su  anbarlarının  hidroloji  xüsusiyyətləri»  (hemmüəllif- 
lərlə),  «Azərbaycanın  çayları,  gölləri  və  su  anbarları»  (həm - 
müəlliflərlə),  «Kiçik  Qafqazın  gölləri  və  su  anbarlarının  su 
balansı» kitablarının müəllifidir.
1980-cı  ildən  Naxçıvan  MR-na  getmiş  və  ömrünün  sonuna 
qədər  Naxçıvan  elmi  mərkəzində  və  Pedaqoji  institutda  işlə­
mişdir.
199


Zəkiryəyeva Natella  Tahir qızı
N.T.Zəkiryəyeva 
1974-cü 
ildə 
Sumqayıt  şəhərində anadan olmuşdur.
1996-cı  ildə  Bakı  Dövlət  Universi­
tetinin  coğrafiya fakültəsini  bitirmişdir. 
1996-1999-cu  illərdə  Azərbyacan  Milli 
Elmlər  Akademiyası  H.Ə.Əliyev  adma 
Coğrafiya  İnsitutun  aspiranturasında 
oxumuşdur.  2008-ci  ildə  “Azərbay­
canda  Böyük  Qafqazın  orta  şəhərlə­
rinin  inkişafının  tənzimlənməsi  (Şamaxı,  Şəki,  Xaçmaz  şəhər­
lərinin timsalında)”  mövzusu  üzrə  namizədlik dissertasiyası  mü­
dafiə etmişdir.
Əmək  fəaliyyətini  1996-cı  ildə  AMEA  II.Ə.Əliyev  adına 
Coğrafiya  İnsitutun  “İqtisadi  və  sosial  coğrafiya”  şöbəsində  ki­
çik  elmi  işçi  kimi  başlamışdır.  Hazırda  həmin  insitutun  “Azər­
baycanın  iqtisadi  və  siyasi  coğrafiyası”  şöbəsində elmi  işçi  vəzi­
fəsində  çalışır.  Coğrafiyanın  müxtəlif problemlərinə  həsr  olunan 
12-dən çox elmi  məqalənin müəllifidir.
Zeynalova  Səidə Maarif qızı
S.M.  Zeynalova  1968-ci  ildə  Bakı 
şəhərində  anadan  olub.  1975-ci  ildə 
orta  məktəbi,  1990-cı  ildə  BDU-nun 
geoloji-coğrafiya  fakültəsini  coğrafi­
yaçı  ixtisası  üzrə  fərqlənmə  diplomu 
ilə  bitirmiş  və  təyinatla  AMEA-nın 
Coğrafiya  İnstitutuna  Landşaftşünaslıq 
şöbəsinə  laborant vəzifəsinə  işə  götü­
rülmüşdür.
1992-1995-ci  illərdə  AMEA-nm 
Coğrafiya  İnstitutunun  aspiranturasın­
200
da  əyani  təhsil  almışdır.  1998—
ci  ildə  «Cənub-Şərqi  Qafqazın 
cənub  yamacının  arid  landşaftlarının  indikasion  deşifrlənməsi» 
mövzusunda  namizədlik  dissertasiyası  müdafiə  etmiş,  coğrafiya 
elmləri namizədi  alimlik dərəcəsi  almışdır.
Onun  elmi  əsərləri  əsasən  Cənub-Şərqi  Qafqazın  cənub 
yamacının arid  landşaftlarının formalaşma xüsusiyyətlərinə  həsr 
ölünmüşdür.  30-dan  artıq  elmi  məqaləsi  çap  olunmuş  və  müx­
təlif elmi konffansalarda məruzələrlə çıxış etmişdir.
Zülfüqarov Tahir Xıdır oğlu 
(1930-2010)
T.X.Zülfüqarov 
1930-cu 
ildə 
Xaçmaz  rayonunun Nərəcan kəndində 
anadan  olmuşdur.  1951 -ci  ildə  Quba 
şəhərindəki  ikiillik müəllimlər institu­
tunu  coğrafiya-biologiya  ixtisası  üzrə,
1956-cı  ildə  isə  ADU-nun  geologiya- 
coğrafiya  fakültəsini  coğrafiyaçı  ixti­
sası  üzrə  bitirmişdir.  1958-1960-cı 
illərdə  Azərbaycan  Hidrometeorolo­
giya  İdarəsinin  X əzər  dənizi  ekspedisiyasında  miihəndis- 
okeanoloq  işləmişdir.  1960-1963-cü  illərdə  Azərbaycan  MEA 
Coğrafiya  institutunun  əyani  aspirantı  olmuşdur.  1966-cı  ildə 
«Orta  Xəzərin  qərb  hissəsində  suyun  temperaturunun  şaquli 
paylanması»  mövzusunda  dissertasiya  müdafiə  edib  coğrafiya 
elmləri  namizədi  alimlik dərəcəsi  almışdır.  1963-1969-cü  illər­
də  Azərbaycan  EA  Coğrafiya  İnstitutunda  kiçik  elmi  işçi,  Pir- 
allahı  adasındakı  X əzər  dəniz  elmi-tədqiqat  stansiyasının  rəisi 
olmuşdur.  1969-cu  ildən  ADPU-də  fiziki  coğrafiya  kafedrasın­
da  baş  müəllim  kimi  işə  başlamışdır və  ömrünün  sonuna  qədər 
dosent vəzifəsində  işləmişdir.
X əzər  dənizinin  hidrometeorologiyasına,  xüsusilə  Orta 
Xəzərin  Azərbaycan  sektorunda  dərin  qatlarda  hava  şəraitidən
201


asılı  olaraq  temperaturun  tərəddüdü  ilə  əlaqədar  «Maye  qrun­
tun»  əm ələ  gəlməsini  ilk  dəfə  tədqiq  etmişdir və  mühüm  elmi 
nəticələr əldə etmişdir.
Xəzər dənizinin,  onun  ayn-ayn  akvatoriyalarının  hidrom e­
teorologiyasına  dair  40-dan  artıq,  elmi  məqalənin  müəllifidir. 
Ali  məktəblərdə  coğrafiyanın  tədrisinə  aid  metodik  proqramla­
rın  müəllifi  və  elmi  redaktoru  olmuşdur.  Azərbaycan  Sovet  en­
siklopediyasında  m üəllif  kimi  iştirak  etmişdir  və  80-a  qədər 
məqalənin müəllifidir.
202
M Ü N D Ə R İ C   A T
Ön s ö z ...................................................................................... 3
Azərbaycan  MEA akadem ikləri........................................... 7
Azərbaycan  MEA müxbir ü z v lə ri.....................................  19
Elmlər d o k to rları.................................................................. 35
Elmlər n a m iz ə d lə ri...............................................................91
203

Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə