Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə45/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   ...   39   40   41   42   43   44   45   46   47

Səfərov Aydın Səttar oğlu
A.S.Səfərov  1938-ci  ildə  Bakı  şə­
hərində  anadan  olmuşdur.  1962—
ci  ildə 
BDU-nun  geologiya-coğrafiya  fakül­
təsini  coğrafiyaçı  ixtisası  üzrə  bitir­
mişdir. 
1970-ci  ildən  Azərbaycan 
MEA  Coğrafiya  institutunda  çalışır. 
Elmi  maraq  dairəsi  geomorfologiya, 
paleocoğrafiya,  tədbiqi  geomorfologi­
ya və yeni tektonikadır.
1988-ci  ildə  «Cənub-şərqi  Şirva­
nın  və  bitişik  ərazilərin  paleogeomor- 
fologiyası  və  morfostruktur  təhlili»  mövzusunda  namizədlik 
dissertasiyası müdafiə etmişdir.
1971—
1978—
ct  illərdə  apardığı  geomorfoloji  tədqiqatlardan 
və  tərtib  etdiyi  iri  miqyaslı  xəritələrdən  respublikanın  düzənlik 
ərazilərində yeni  suvarma kanalları və kollektorlarının çəkilm ə­
sinin  layihələşdirilməsində  və  köhnələrinin  yenidən  quraşdır- 
masında geniş istifadə  edilmişdir.  1981-1996-cı  illərdə Kür çö­
kəkliyində,  Şamaxı-Qobustan  fiziki-coğrafi  rayonunda,  A bşe­
ron  yarımadasında  relyefin  gələcək  inkişafını  proqnozlaşdır­
maqla,  neft-qaz  yataqlarının  formalaşması,  yeraltı  şirin  su  və 
tikinti  materiallarının  yataqları  haqqında  səmərəli  tədqiqatlar 
aparmışdır.
O, 
«Azərbaycanın  relyefi»  (rus  dilində),  «Azərbaycanın 
konstruktiv coğrafiyası»  kitablarında  geniş  m əqalələr çap  etdir­
mişdir və «Cənub-Şərqi  Şirvanda və qonşu alçaq  dağlıqda m or­
fostrukturların  inkişafında  yeni  tektonik  hərəkətlər»,  «Depres­
sion  sahələrdə  paleorelyefin  öyrənilməsinin  bəzi  m əsələləri 
(Kür  çökəkliyi  timsalında)»  «Geomorfologiyanın  bəzi  m əsələ­
ləri  haqqında»,  «Kür  çökəkliyində  relyefin  inkişafının  əsas 
mərhələləri»,  «Dağarası  çökəkliklərin  paleogeomorfoloji  x əri­
tələşdirilməsi»  (Kür  çökəkliyi  timsalında)  və  s.  başqa  elmi 
əsərlərin müəllifidir.
184
Səmədov Hails İsgəndər oğlu
H.İ.Səmədov  1950—
ci  ildə  Bakı 
şəhərində  anadan  olmuşdur.  1973-cü 
ildə  Azərbaycan  Dövlət  Pedaqoji  ins­
titutunun  coğrafiya  fakültəsini,  1980- 
cı  ildə  Azərbaycan  MEA  Coğrafiya 
instutunun  aspiranturasını  qiyabi  bitir­
mişdir.  1983-cü  ildə  Perm  şəhərində 
«Dağ  çaylarının  gətirmələr  axını  və 
səthi yuyulma» mövzusunda namizəd­
lik  dissertasiyası  müdafiə  etmişdir.
1973-cü  ildən  Azərbaycan  MEA- 
Coğrafiya  İnstitutunda  kiçik  elmi  işçi 
Azərbaycanda dağ çaylarının hidroloji xüsusiyyətlərinə  aid elmi 
tədqiqat  işlərinin  aparılmasında  və  müvafiq  qanunauyğunluq­
ların  öyrənilməsində  fəal  iştirak  etmişdir.  Bu  sahədə  30-dan 
çox elmi əsəri nəşr olunmuşdur.
Sultanov Rauf Ramiz oğlu
R.R.Sultanov  1954-cü  ildə  Bakı  şəhərində  anadan  olmuş­
dur.  1976-cı  ildə BDU-nun biologiya fakültəsini bitirmişdir.
Əmək  fəaliyyətinə  1976-1977-ci  illərdə  BDU-nun  hesab­
lama  mərkəzində  başlamışdır.  1977-ci  ildə  Azərbaycan  MEA 
Coğrafiya  institutunda  baş  laborant,  mühəndis,  1981 —
ci  ildə 
BDU-də  paleobiologiya,  kimya,  geoloji-coğrafiya  problemləri 
laboratoriyasında kiçik elmi  işçi  vəzifəsində  işləmişdir.  1976-cı 
ildə  «Görkəmli  bioloq»  fəxri  adını  almışdır.  1978-1981 -ci  il­
lərdə  ADU-nun  geoloji-coğrafiya  fakültəsinin  aspirantı  ol­
muşdur.  1983-cü  ildə  «Abşeron  yarımadasının  şimal-qərb  his­
səsinin  antropogen  landşaftlarının  geokimyası»  mövzusunda 
namizədlik  dissertasiyası  müdafiə  etmişdir.  Landşaftın  geokim­
yası sahəsində  ixtisaslaşmışdır.
185


Sadıqov Məmməd Oruc  oğlu
Sadıqov  M.O.  1944-cü  ildə  Gür­
cüstanın  Borçalı  mahalının  Sarvan  (in­
diki  Marneuli  şəhəri)  qəsəbəsində 
anadan olmuşdur.
1963-cü  ildə  Mameuli  şəhərin­
dəki Azərbaycan  orta məktəbini  bitirib 
Bakıya  gəlmiş  və  ADU-nın  geoloji- 
coğrafiya  fakültəsinə  daxil  olmuşdur. 
1969-cu  ildə  iqtisadi  coğrafiya  ixtisası 
üzrə  universiteti  bitirmiş  və  Bakı  hava 
məlumatı  bürosunda  işləməyə  başla­
mışdır.
1970-74-cü  illərdə  AMEA  Coğrafiya  institutunun  xəritə­
çilik  şöbəsində  baş  laborant,  sonra  isə  iqtisadi  coğrafiya  şöbə­
sində kiçik elmi  işçi vəzifələrində  işləmişdir.
1974-cü  ildə  eyni  zamanda  institutun  aspiranturasına  qəbul 
edilmiş  və  1983-cü  ildə  «Lənkəran-Astara  iqtisadi  rayonunda 
əhalinin  məskunlaşmasının  tənzimlənməsi  problemləri»  möv­
zusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri  namizədi 
alimlik dərəcəsi  almışdır.
İşlədiyi  müddətdə 200-ə  qədər elmi,  elmi-kütləvi  əsəri  çap 
edilmişdir.  Bunlara  misal  olaraq  «Lənkəran»  (elmi-kütləvi,  et­
noqrafik  oçerk,  həmmüliflərlə,  1981)  «Azərbaycan  SSR-də 
əhalinin  məskunlaşma  problemləri»  (həmmüəlliflərlə,  1984), 
«Ulu  Borcalı»-  (tarixi-coğrafi  oçerk,  1998),  «Ömrə  ömür  cala­
yanlar  Borçalı  həkimləri»  (həm  müəlliflərlə  2003),  «Borçalı 
alimləri»  (ensiklopedik  məlumat  kitabı,  2004),  «Borçalı» 
(ensiklopedik  məlumat  kitabı,  2005),  «Azərbaycan  diasporu» 
(həmmüəlliflərlə,  2005),  «Gürcüstan  respublikasında  azərbay­
canlıların  sosial-ictimai  və  iqtisadi  vəziyyəti»  (tarixi-coğrafi 
məlumat,  2007) və  s.  göstərmək olar.  Son  illər  iqtisadi  coğrafi­
ya  ilə  yanaşı  coğrafi  tarixi  etnoqrafiya,  kimi  məsələlərlə  də 
məşğul  olur.  25  ilə  yaxındır  ki,  ölkənin  m üxtəlif ali  m əktəblə­
rində  coğrafiyanın  tədrisi  ilə  məşğuldur.  Hazırda  AMEA  Tarix 
institutunda aparıcı  elmi işçi vəzifəsində  çalışır.
186
Şükürov  Tofiq Salman  oğlu 
(1936-1989)
T.S. Şükürov  Bakı  şəhərində  anadan olmuşdur.  1959-cu  il­
də  Azərbaycan  Pedaqoji  İnstitutunun  Coğrafiya  fakültəsini 
coğrafiyaçı  ixtisası  üzrə  bitirmişdir.  1964-1967-ci  illərdə A zər­
baycan  MEA  Coğrafiya  institutunun  aspirantı  olmuşdur.  1967- 
cu  ildə  «Orta  Xəzərdə  temperatur tərəddüdlərinin  fəsli  paylan­
ması»  mövzusunda  namizədlik  dissertasiyası  müdafiə  etmişdir. 
1967-ci  ildən  ömrünün  sonunadək  Coğrafiya  institutunda  kiçik 
elmi  işçi,  elmi  işçi,  baş  elmi  işçi,  «Xəzər  dənizi  hidrologiyası» 
laboratoriyasının  rəhbəri  vəzifələrində  çalışmışdır.  X əzər  d ə ­
nizi problemləri  sahəsində  15-dən çox elmi əsərin müəllifidir.
Süleymanov  M anaf Bibiqulu  oğlu
M.B.Süleymanov 
1950-ci 
ildə 
Bakı  şəhərində 
anadan  olmuşdur.
1972-ci  ildə  Azərbaycan  Dövlət  Uni­
versitetinin  geoloji-coğrafiya  fakültə­
sini  coğrafiyaçı  ixtisası  üzrə  bitirmiş­
dir.  1975-1979-cu  illərdə  Moskva  şə­
hərində  SSRİ  EA  Coğrafiya  institu­
tunun  Paleocoğrafiya  şöbəsində  aspi­
ranturada  oxumuşdur.  1982—
ci  ildə 
«Kiçik  Qafqazın  cənub-şərqində  ibtidai  insanların  yaşayış  mü­
hiti»  (Azıx  və  Tağlar  mağaraları  timsalında)  mövzusunda  na­
mizədlik  dissertasiyası  müdafiə  etmişdir  1973-cü  ildən  A zər­
baycan  MEA  Coğrafiya  institutunun  paleocoğrafiya  şöbəsində 
kiçik  elmi  işçi,  1986—
cı  ildən  elmi  işçi  vəzifəsində  işləmişdir. 
Əsasən  Azıx  mağarasının  paleocoğrafiyası,  onun  Aqcaqıl,  orta 
Abşeron  dövrlərində  məskunlaşmasının  tarixi  haqqında  elmi 
tədqiqat işləri  aparmışdır. Azərbaycanda qədim  mağaraların  pa­
leocoğrafiyası  sahəsində  ixtisaslaşmış mütəxəssisdir.
187


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə