Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə44/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   ...   39   40   41   42   43   44   45   46   47

olmuşdur.  1965—
ci  ildə  «Xəzər  dənizinin  radiasiya  balansı», 
mövzusunda  namizədlik  dissertasiyası  müdafiə  etmişdir.  O, 
1995-ci  ilə  qədər  Azərbaycan  MEA  Coğrafiya  institutu  X əzər 
bölməsində  baş  elmi  işçi  vəzifəsində  çalışmışdır.  R.Z.Reyfman 
X əzər  dənizinin  tədqiqatının  m üxtəlif  sahələriində  elmi  işlər 
aparmışdır.  60-dan  çox  elmi  məqalənin,  2  monoqrafiyanın 
müəllifidir,  5  il  «Xəzər dənizinin  hidrologiyası»  adlı  nəşrin  baş 
redaktoru olmuşdur.
Rəhimli Vəkil Ənvər oğlu
V.Ə.Rəhimli  1946-cı  ildə  Ağdam 
rayonunun  Üsoğlan  kəndində  anadan 
olmuşdur.  1970-ci  ildə  Azərbaycan 
Dövlət  Universitetinin  geoloji-coğra­
fiya  fakültəsini  bitirmişdir.  1969-cu 
ildən Azərbaycan MEA Coğrafiya  ins­
titutunda 
iqlim 
şöbəsində 
çalışır. 
1979-cu  ildə  əyani  aspiranturanı  bitir­
mişdir.  1986-cı  ildə  kiçik  elmi,  sonra - 
lar  elmi  işçi,  baş  elmi  işçi  vəzifəsində 
olmuşdur.  1985-ci  ildə  «Kiçik  Qafqa­
zın  yüksək dağlıq  zonasının  iqlimi  və  mikroiqlim  variasiyaların 
tədqiqi» mövzusunda namizədlik dissertasiyası  müdafiə etmişdir. 
O,  bütün  iqlim  elementlərinin  fəsillər  və  illər  üzrə  şaquli  qra- 
dientlərinin  differensiallaşdırılmış  kəmiyyətlərini  aşkar  etmişdir. 
«Azərbaycanın  inzibati  rayonlarının  iqlimi»  adlı  monoqrafiyası, 
(1978, həmmüəlliflə) və 23  məqaləsi  çap olunmuşdur.
180
Rəhimov Xəyyam Şakir oğlu
X.Ş.Rəhimov  1946-ci  ildə  Bakı 
şəhərində  anadan  olmuşdur.  1971 —
ci 
ildə BDU-nun geoloji-coğrafiya fakül­
təsini bitirib,  coğrafiyaçı  ixtisası  almış­
dır.  1966-cı  ildən  Azərbaycan  EA 
Coğrafiya  İnstitutunda  baş  laborant, 
mühəndis, kiçik elmi  işçi, elmi işçi, bö­
yük  elmi  işçi  vəzifələrində  işləmişdir.
1984-cü  ildə  «Azərbaycanda  narın  be­
cərilməsinin  aqroiqlim  şəraiti  və  ehtiyatlan»  mövzusunda  nami­
zədlik dissertasiyası müdafiə  etmişdir.  1990-cı  ildən Azərbaycan 
EA  Coğrafiya  institutunda  mikroiqlim  bölməsinin,  2000-ci  ildən 
isə  iqlimşünaslıq  şöbəsinin  müdiri  vəzifəsində  işləyir.  1994-cü 
ildə Azərbaycan  Respublikası  Təhsil  cəmiyyətinin  təbiət  elmləri 
üzrə təsis etdiyi  müsabiqənin  laureatı  olmuşdur.  Əsas elmi tədqi­
qat  istiqaməti  Azərbaycanda  aqroiqlimşünaslıq,  meşə  iqlimşü­
naslığı,  meliorativ  iqlimşünaslıq,  mikroiqlimşünaslığın  coğrafi 
aspektlərinin  öyrənilməsidir.  Bu  sahədə  60-dan  çox  elmi  əsərin 
müəllifidir.  Azərbaycanda  üzümün  və  subtropik  bitkilərin  becə­
rilməsinin  aqroiqlim  ehtiyatlarım  tədqiq  etmişdir.  Azərbaycan 
Respublikasının  aqroiqlim  atlasının  elmi  redaktoru  və  həmmüəl- 
lifidir.  «Azərbaycanda üzümün  becərilməsinin  aqroiqlim  ehtiyat­
ları» (1991) adlı monoqrafiyanın həmmüəllifıdir.
Rüstəmov  Qalib  İsaq  oğlu
Q.İ.Rüstəmov  1953-cü  ildə  Şəki 
şəhərində  anadan  olmuşdur.  1970-ct 
ildən  1975-ci  ilə  qədər  Şəki  ipək 
kombinatında  m üxtəlif  peşələrdə  ça­
lışmışdır.  1975-1978-ci  illərdə  Zaqa- 
tala Politexnik texnikumunda təhsil al­
mışdır. 
1983-cü  ildə  Azərbaycan 
Dövlət  Universitetinin  geoloji-coğra-
181


fiya fakültəsini  coğrafiya ixtisası üzrə bitirmişdir.  1983—1995—
ci 
illərdə  Azərbaycan  M EA-nın  Coğrafiya  İnstitutunda  baş  labo- 
rant,  sonralar  mühəndis  və  kiçik  elmi  işçi  vəzifələrində  çalış­
mışdır.  1985-ci  ildən  Azərbaycan  MEA-nın  Coğrafiya  İnstitu­
tunun  dissertantı  olmuşdur.  1997-ci  ildə  «Böyük  Qafqazın  C ə­
nub  yamacı  landşaftlarının  ekoloji-geokimyəvi  xüsusiyyətləri» 
mövzusunda  namizədlik  dissertasiyası  müdafiə  etmişdir.  Əsas 
elmi  marağı  landşaftların  antropogen  amillərin  təsirindən  qo­
runması,  ətraf mühitin  mühafizəsi,  müasir  ekoloji  gərginlik  ra­
yonlarında  mövcud  problemlərin  aradan  qaldırılması,  landşaft­
ların  yaxşılaşdırılması  yollarının  araşdırılması,  müxtəlif landşaft 
rayonlarında  ekokimyəvi  şəraitin optimallaşdınlması  m əsələlə­
rini  əhatə  edir.  Müqayisəli  və  əlaqəli geokimyəvi  analizlər yolu 
ilə  respublikanın  bir  sıra  rayonlannda  (Balakən,  Şəki,  İsmayıllı 
və  s.)  ekoloj i-geokimyəvi  landşaft  tədqiqatları  aparmışdır.  Bir 
sıra mühüm elmi m əqalələrin müəllifidir.
Salamov Gülbala Ağaməmməd oğlu 
(1928-1985)
G.A.Salamov  Bakının  Saray  qəsə­
bəsində  anadan  olmuşdur.  1953-cü  il­
də  Azərbaycan  Dövlət  Universitetinin 
geologiya-coğrafiya  fakültəsini  coğra­
fiyaçı  ixtisası  üzrə  bitirmişdir.  Həmin 
il AMEA Torpaqşünaslıq  və Aqrokim- 
ya  institutunun  meşə  torpaqları  labo­
ratoriyasına 
işə 
qəbul 
edilmişdir. 
1957—
ci  ildə  həmin  institutun  aspiran­
turasını  bitirmişdir.  1964-cü  ildə  «Bö­
yük  Qafqazın  qara  torpaqları»  mövzu­
sunda  dissertasiya  müdafiə  edərək  kənd  təsərrüfatı  elmləri 
namizədi  alimlik dərəcəsi  almışdır.  1968—
ci  ildən  AMEA  Coğ­
rafiya  institutuna  işə  keçirilmiş  və  baş  elmi  işçi  vəzifəsində 
işləmiş,  sonra isə  «meşə torpaqlarının genezisi və xəritələşdiril­
182
L
məsi»  laboratoriyasına  rəhbərlik  etmişdir.  O,  respublikanın  bir 
sıra regionlarında meşə torpaqlarının yayılması, onların genetik- 
təsərrüfat  xüsusiyyətləri,  torpaqlardan  səmərəli  istifadənin 
yolları  və  başqa m əsələlərə  aid  elmi  tədqiqat  işləri  aparmış,  iri 
miqyaslı torpaq xəritələri tərtib etmişdir.
G.Salamovun  2  monoqrafiyası  «Böyük  Qafqazın  alçaq  və 
dağətəyi  zonalarının  qara  torpaqları»  (1971),  «Böyük  Qafqazın 
cənub  yamacının  meşə  torpaqları»  (1978),  və  80-dən  çox 
məqaləsi nəşr olunmuşdur.
Salmanova  Tahirə 
Məmmədpaşa  qızı
T.M. Salmanova  1951 -ci  ildə  Ba­
kı  şəhərində  anadan  olmuşdur.  1976- 
cı  ildə  BDU-nun  kimya  fakültəsini 
kimyaçı 
ixtisası 
üxrə 
bitirmişdir.
1982-ci  ildə  Azərbaycan  MEA  Coğ­
rafiya  institutunun  aspiranturasına  qə­
bul  olunmuşdur.  1990-cı  ildə  akade­
mik  H.Ə.Əliyevin  rəhbərliyi  altında 
«Kiçik  Qafqazın  cənub-şərq hissəsində  üzümaltı  torpaqların  hu- 
musluluq  vəziyyəti»  mövzusunda  namizədlik  dissertasiyası  mü­
dafiə  etmişdir.  Kənd  təsərrüfatı  elmləri  namizədidir.  1972-ci  il­
dən  Azərbaycan  MEA  Coğrafiya  institutunda  baş  laborant,  mü­
həndis,  kiçik  elmi  işçi,  elmi  işçi,  1996-cı  ildən  isə  böyük  elmi 
işçi  vəzifəsində  çalışır.  1997-ci  ildə  Ekoenergetika  Akademi­
yasında «Torpağın ekologiyası» ixtisası üzrə doktor adı almışdır.
Elmi  fəaliyyəti  dövründə Kiçik  Qafqazın  cənub-şərq  hissə­
sində aşağı  və orta dağ zonasında üzümalti  torpaqlarda humusun 
tərkibi, ehtiyatı  və onun dəyişilməsi, gübrələrin mineral tərkibi­
nin  üzümaltı  torpaqlara  təsiri,  azotlu  torpaqlarda  udulmuş  əsas­
ların  miqdarı  ilə  üzümün  məhsuldarlığı  arasındakı  əlaqəlri 
müəyyən  etmişdir.
40-a yaxın  elmi  məqaləsi  çap edilmişdir.
183


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə