Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə41/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   ...   37   38   39   40   41   42   43   44   ...   47

1966-cı  ildə  «Böyük Qafqazın cənub yamacının  selli  çayla­
rının  geomorfoloji  xüsusiyyətləri»  mövzusunda  namizədlik 
dissertasiyası  müdafiə  etmişdir.  1967-ci  ildən  baş  elmi  işçidir. 
1969-1972-ci  illərdə  Böyük  Qafqazın  müxtəlif  miqyaslı  geo­
morfoloji  xəritələrini  tərtib  etmiş,  sellərin  yayılmasının  kom ­
pleks öyrənilməsində,  institutun tematik planlarına uyğun olaraq 
tədqiqat  işləri  aparılmasında  yaxından  iştirak  etmişdir.  1979- 
1990-cı  illərdə  Böyük  Qafqazın  morfostruktur  relyef  formala­
rını  tədqiq  etmiş,  xəritə  və  hesabatların  əsas  icraçılarından  biri 
olmuşdur.  1982—
ci  ildən  xəritəçilik  şöbəsinin  müdiri  işləmiş və 
tematik xəritələrin və atlasların tərtibi  sahəsində çalışmışdır.
Elmi-tədqiqat  İstiqaməti-Azərbaycanın  dağ  çaylarında  sel­
lərin  geomorfoloji  xüsusiyyətlərinin  öyrənilməsi,  dağ-yamac 
proseslərinin,  sürüşmə,  uçqun  və  başqa  proseslərin  tədqiqi, 
geomorfoloji  xəritələşdirmə  və  tədris  xəritələrinin  tərtibini 
əhatə  edirdi.
«Böyük Qafqazın Cənub yamacında sellərin əmələ gəlm ə­
sinin  geomorfoloji  şəraiti»,  «Böyük Qafqazın  morfostrukturları­
nın  genetik təsnifatı»,  «Cənub-Şərqi  Qafqazda  morfoskulptura- 
ların  əmələ  gəlməsinin  əsas  qanunauyğunluqları»,  «Cənub- 
Şərqi  Qafqazda düzəlmə  səthlərinin öyrənilməsinin  bəzi  m əsə­
lələri»,  «Kriogen  morfogenezin  bəzi  məsələləri»,  «Böyük  Qaf­
qazın  qədim  buzlaşması»,  «SSRİ-nin  sel  təhlükəli  rayonları 
xəritəsi»  (Moskva),  «Azərbaycanın  selli  ərazilərinin  xəritəsi», 
«Müasir denudasiya proseslərinin  şaquli  zonallıq  qanunauyğun­
luqları», «Ekzogen  morfogenezin morfostrukturlarla əlaqəsi»  və 
s.  kimi  məqalələri  mühüm  elmi  problemlərin  həllinə  yönəl­
mişdir.
168
A.A.Mikayılov  1936-cı  ildə  Gür­
cüstan Respublikası  Bolnisi rayonunun 
Fəhralı  kəndində  anadan  olmuşdur.
1962-  ci  ildə ADU-nun  geoloji-coğra­
fiya  fakültəsini  bitirib,  coğrafiyaçı  ix­
tisası  almış,  və  Azərbaycan  EA  Coğ­
rafiya  institutunun  «Fiziki-coğrafiya 
və  geomorfologiya»  şöbəsində  baş  la- 
borant vəzifəsinə  işə  qəbul  edilmişdir.
1963-  cü  ildən  «Landşaftşünaslıq»  şö­
bəsində  kiçik  elmi  işçi,  baş  elmi  işçi,
«Aerokosmik  metodlar»  laboratoriya­
sının rəhbəri, sonralar baş elmi  işçi  işləmişdir.
1967-ci  ildə Azərbaycan  MEA Coğrafiya  institutunun  aspi­
ranturasını  bitirmişdir.  1971 -ci  ildə  «Qusar  maili  düzənliyi  və 
onun  ətraf sahələrinin  geomorfoloji  quruluşu  (Azərbaycan  SSR 
və  Dağıstan  MSSR  daxilində)»  mövzusunda namizədlik disser­
tasiyası  müdafiə  edərək  coğrafiya  elmləri  namizədi  alimlik 
dərəcəsi  almışdır.
1993-cü  ildən  aparıcı  elmi  işçi  vəzifəsində  işləyir.  Land­
şaftşünaslıq  sahəsində  üç  elmlər  namizədinin  hazırlanmasında 
xüsusi  xidməti  olmuşdur.
Elmi  maraq  dairəsi  geomorfologiya,  landşaftşünaslıq,  aero­
kosmik  metodların  coğrafiyaya  tədqiqi  sahələrini  əhatə  edir. 
Palçıq  vulkanları  landşaftının  inkişaf qanunauyğunluqlarını,  ye­
ni  tektonik  hərəkətlərin  landşaftların  formalaşmasına  təsirini 
(Cənub-Şərqi  Qafqaz və Azərbaycan  ərazisi  nümunəsində) öy­
rənmişdir.  Respublikamızın  ayrı-ayrı  regionlarının  iri  miqyaslı 
landşaft  və  geomorfoloji  xəritələrini  tərtib  etmişdir.  A.Mikayı- 
lov  100-dən  çox  elmi  əsərin,  o  cümlədən  2  monoqrafiyanın 
müəllifidir.
Bunlardan  «Cənub-Şərqi  Qafqazın  landşaftının  müasir 
tektonika  ilə  əlaqədar  inkişafı  və  formalaşması»  (B.Budaqovla
Mikayılov Almas Abdu  oğlu
169


1985),  «Qusar  maili  düzənliyinin  geomorfologiyası»  (1985)  və 
s.  daha böyük maraq kəsb edir.
2005-ci  ildə  ona  Azərbaycanın  «Əməkdar  elm  xadimi» 
fəxri  adı verilmişdir.
Mirzazədə A kif Mirzə oğlu 
(1940-2011)
A.M.Mirzazədə 
Bakı 
şəhərində 
anadan  olmuşdur.  1966-cı  ildə  A zər­
baycan  Dövlət  Universitetinin  geologi­
ya-coğrafiya  fakültəsini  bitirib  coğ­
rafiyaçı  ixtisası  almışdır.  1966-1967-cı 
illərdə  Bakı  ekskursiya  və  səyahətlər 
bürosunda  metodist,  1967-1968-ci  ildə 
Azərbaycan MEA  Coğrafiya  institutun­
da kiçik  elmi  işçi,  1968—
ci  ildən  ömrü­
nün  sonuna  kimi  N.Tusi  adma  ADPU-da  «ümumi  coğrafiya» 
kafedrasında laborant,  müəllim  işləmişdir.  1970 -1973-cü illər­
də  əyani  aspirant  olmuşdur.  1980-cı  ildə  «Dağlıq  rayonlarda 
kənd  təsərrüfatı  istehsalının  ərazi  üzrə  təşkilinin  coğrafi  prob­
lemləri» (Azərbaycan  SSR Dağlıq Şirvan rayonunun  timsalında) 
mövzusunda namizədlik dissertasiyası müdafiə  etmişdir.
O, 
dağlıq  rayonlarda  kənd  təsərrüfatının  və  sənaye  isteh­
salının  inteqrasiyası,  aqrar-sənaye  komplekslərinin  əsasında 
dağlıq  şəraitdə  kənd  təsərrüfatı  istehsalının  ərazi  təşkilinin  yeni 
formalarının  tətbiqi  və  istifadəsinin  optimal  imkanlarını  tədqiq 
etmişdir.  Dünyanın  iqtisadi-sosial  coğrafiyasına  aid  metodik 
tövsiyyələri  və  göstərişləri,  elm-pedaqoji  metodiki  məqalələri 
və proqramları nəşr edilmişdir.
170
M.H.Mirzəyev  1936-cı  ildə  Laçın  I 
rayonunun  Sadınlar  kəndində  anadan 
olmuşdur.
1961 —
ci  ildə  ADU-nun  geoloji- 
coğrafiya  fakültəsini  coğrafiyaçı  ixti­
sası üzrə bitirmişdir.  1961-1963-cü il­
lərdə  Bakı  Torpaq  Ekspedisiyasında, 
sonralar  isə  Azərbaycan  Kənd  Təsər­
rüfatı  Nazirliyi  Eroziya  bölməsində 
çalışmışdır. 
1963-1966-cı 
illərdə 
Azərbaycan  MEA  Coğrafiya  institutun 
«Landşaftşünaslıq»  şöbəsində  əyani  aspiranturada  oxumuşdur. 
1967-ci  ildə  «Qarabağ  vulkanik  yaylasının  landşaftı  və  təbii 
rayonları»  mövzusunda  namizədlik  dissertasiyası  müdafiə  et­
mişdir.  1968-1976-cı  illərdə  ADPİ-də  «Ümumi  coğrafiya»  ka­
fedrasında  müəllim,  baş  müəllim  və  dosent  vəzifələrində  işlə­
mişdir.  1979-1986—
cı  illərdə onun  fəaliyyəti  Azərbaycan  Elmi- 
Tədqiqat  Pedaqoji  Elmlər  institutunda  coğrafiyanın  tədrisi  m e­
todikası  ilə  bağlı  olmuşdur.  Coğrafiya  elminin  tədrisi  meto­
dikası üzrə  müvafiq təklifləri  vardır.
1986-cı  ildən  Azərbaycan  Pedoqoji  Kadrların  ixtisasının 
artırılması  və  yenidən  hazırlanması  institutunda  pedaqoqika- 
psixologiya  kafedrasında  dosent,  1994-cü  ildən  indiyədək  İns­
titutun  ictimai  elmlər kafedrasında dosent vəzifəsində  çalışır.  O, 
Azərbaycanda  ilk  «Təbiətşünaslıq»  (HI-IV  və  V  siniflər  üçün) 
dərsliklərinin  və  «Fiziki  coğrafiya»  dərsliyinin  müştərək m üəl­
liflərindən  biridir.  Onun  coğrafiyanın  xüsusilə  landşaftşünaslı­
ğın  bu  və  ya  digər m əsələlərinə  dair  tədqiqatları  ölkəmizdə  və 
xaricdə  çap  olunmuşdur.  15-ə   qədər kitab  və  200-ə  qədər elmi 
kütləvi  məqalənin müəllifidir.
Mirzəyev Malik Hüseyn  oğlu
171


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə