Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə40/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

Məmmədbəyov  Elxan Şərif oğlu
E.Ş.Məmmədbəyov  1959-cu  ildə 
Sabirabad  rayonunun  Yolçubəyli  kən­
dində anadan olmuşdur.
1983-cü  ildə  ADU-nun  geoloji- 
coğrafiya  fakültəsini  bitirib,  coğrafiya­
çı  ixtisası  almışdır.
1983-cü  ildə  Azərbaycan  MEA 
Coğrafiya  institutunun  «Toponimika» 
(coğrafi  adlar)  şöbəsində  laborant kimi 
işə  başlamışdır.  1986-1990-cı  illərdə 
Azərbaycan  MEA  Coğrafiya  institutu­
nun  landşaftşünaslıq  şöbəsinin  qiyabi  aspirantı  olmuşdur.  1986 
ildən  «Aerokosmik  metodlar»  bölməsində  kiçik  elmi  işçi,  elmi 
işçi  vəzifələrində  işləmişdir.  Hazırda  «Landşaftşünaslıq  və 
landşaft  planlaşdırılması»  şöbəsinin  ararıcı  elmi  işçisi  vəzifə­
sində  çalışır.  1992-ci  ildə  «Kiçik  Qafqazın  cənub-şərq  yamacı 
landşaftlarının  antropogen  dinamikası»  mövzusunda namizədlik 
dissertasiyası müdafiə etmişdir.
Elmi  maraq  dairəsi  təbii  və  antropogen  landşaftşünaslığı, 
aerokosmik  metodların  coğrafi  tədqiqatlara tətbiqi  və toponimi­
kanı  əhatə  edir.  Tədqiqat  işlərində  Kiçik  Qafqazın  cənub-şərq 
yamacı  müasir  landşaftlarının  dinamikasında  mühüm  rol  kimi 
antropogen amillərin  təsir formalarını  müəyyənləşdirmiş və h ə ­
min  ərazinin  landşaftlarının  müxtəlif tarixi  mərhələlərdə  dina­
mikasını araşdırmış,  müvafiq təbii komplekslərin dayanıqlıq d ə ­
rəcəsini  müəyyənləşdirmişdir.  Bundan  əlavə  aerokosmik  mate­
riallardan  istifadə  etməklə  iri  miqyaslı  landşaft  xəritələri  tərtib 
etmişdir.  Antropogen  landşaftşünaslığa  dair  bir  sıra  silsilə  elmi 
əsərlərin və hesabatların müəllifidir.
164
Məmmədəlizadə Mübariz 
Ömər oğlu (1954-1998)
M. Ö. Məmmədəlizadə  Gürcüstan 
Respublikası  Bolnisi  rayonunun  Asan- 
xacalay kəndində anadan olmuşdur.
1974-cü  ildə  ADPİ-nin  coğrafiya 
fakültəsini  bitirib  coğrafiyaçı  ixtisası 
almışdır.  1983-cü  ildə  Azərbaycan 
MEA  Coğrafiya  institutunun  «Land­
şaftşünaslıq» bölməsində aspiranturanı 
qiyabi  bitirmişdir.  1986-cı  ildə  aerokosmik  materiallarından  is­
tifadə  etməklə  «Böyük  Qafqazın  cənub  yamacının  selli  çay 
hövzələrinin  landşaftları»  mövzusunda  namizədlik  dissertasi­
yası  müdafiə  etmişdir.  O,  aerofotoşəkillər  üzərində  landşaftın 
öyrənilməsi  ilə  məşğul  olan  ilk  tədqiqatçılardan  biridir.  Bu 
sahədə bir sıra elmi əsərləri vardır.
Mehtiyev N əcəf Novruz oğlu 
(1929-2008)
N.N.Mehtiyev  Bakı  şəhərinin  Sa­
bunçu  qəsəbəsində  ziyalı  ailəsində 
anadan  olmuşdur.  1950-55-ci  illərdə 
ADU-nun  geoloji-coğrafiya  fakültəsi­
ni  bitirib  fiziki-coğrafiyacı  ixtisası  al­
mışdır.
1955-58-ci  illərdə  Azərbaycan 
Hidrometeoroloji  Xidmət  idarəsinin 
Xəzər  dənizində  yerləşən  Neft  Daşları  stansionarında  m ühən­
dis-okeanoloq  vəzifəsində  işləmişdir.  1958-ci  ildən  Azərbay­
can  MEA  Coğrafiya  institutunun  X əzər  şöbəsində  kiçik  elmi 
işçi  vəzifəsinə  təyin  edilmişdir.  Uzun  müddət  Xəzər  dənizinin 
sahilləri  üzrə geomorfoloji tədqiqatlar aparmışdır.
165


1963-cü  ildə  Xəzər dənizinin Azərbaycan  sahillərinin  geo­
morfologiyasına  dair  «Cənubi  Xəzərin  qərb  sahillərinin  dina­
mika  və  morfologiyası»  mövzusunda  namizədlik  dissertasiyası 
müdafiə  etmişdir.  1965-ci  ildə  Xəzər  bölməsində  böyük  elmi 
işçi vəzifəsinə keçirilmişdir.
Xəzər  dənizinin  geomorfologiyası  və  okeanologiya  sahə­
sinə dair problem məsələlri öyrənmişdir.
1966-cı  ildə  bu  sahədə  bir  monoqrafiya  nəşr  etdirmişdir. 
Həmçinin 50-dən çox elmi məqaləsi nəşr olunmuşdur.
Mehdiyeva  Validə Zülfıiqar qızı
1947-ci  ildə  T ərtər  rayonunda 
anadan  olm uşdur.  1963-cü  ildə  o rta 
məktəbi,  1968-ci  ildə  Bakı  D övlət 
Universitetinin  «Coğrafiya»  fakültə­
sini  bitirmişdir.  1985-ci  ildə  nam i­
zədlik  dissertasiyası  müdafiə  edərək 
coğrafiya elmləri  namizədi  adı  alm ış­
dır.  1968-ci  ildən  bu  vaxta  qədər 
indiki  Azərbaycan  Dövlət  İqtisad 
U niversitetində  müəllim,  dosent  və- 
zifələrindəişləyərək  80-dan çox m eto­
dik  göstərici,  metodik  vəsait,  elmi  məqalə,  dərs  vəsaiti,  dərs­
lik  və  m onoqrafiya  nəşr  etdirm işdir.  Bunlardan  «M əhsuldar 
qüvvələrin  inkişafı  və yerləşdirilməsi»,  «D ünyanın  iqtisadi  və 
sosial  coğrafiyası».  «Qlobal  problem lər  və  təbii  mühit», 
«Təbii  resurstar  və  davam lı  inkişaf»,  «Azərbaycan  R espub­
likasının  təbii  şəraiti,  təbii  ehtiyatları  və onların  iqtisadi-eko­
loji  qiymətləndirilməsi» və sair dərsliklərini göstərmək  olar.
M ehdiyeva  Validə  Z ülfüqar  qızı  2011-ci  ildən  A zərbay­
can  D övlət  İqtisad  Universitetinin «Ə traf m ühitin mühafizəsi 
və iqtisadiyyatı» kafedrasının müdiri vəzifəsində çalışır.
166
Məhərrəmova  Solmaz Həbib qızı 
(1932-1982)
S.H.Məhərrəmova  İsmayıllı  rayo­
nunun  Basqal  kəndində  anadan  o l­
muşdur. 
1955—
ci  ildə  Azərbaycan 
Dövlət Universitetinin  geologiya-coğ­
rafiya fakültəsini  fiziki-coğrafiyaçı ix­
tisası  üzrə  bitirmişdir.  1963-cü  ildə 
Moskva  şəhərində  SSRİ  EA-nın  Coğ­
rafiya  institutunun  aspirantı  olmuşdur.
1968-ci  ildə  Moskvada  «Abşeron  ya­
rımadasının  iqliminin  formalanmasın- 
da  nordun  rolu»  mövzusunda  nami­
zədlik dissertasiyası  müdafiə etmişdir.
1955—1958—
ci  illərdə  Azərbaycan  Hidrometeoroloji  xidmət 
idarəsində  mühəndis  meteoroloq  işləmişdir.  1959—
 1975—
ci  il­
lərdə  Azərbaycan  EA  Coğrafiya  institutunun  X əzər  sektorunda 
kiçik  elmi  işçi,  böyük  elmi  işçi  olmuşdur.  20-dən  çox  elmi 
məqalənin müəllifidir.
Mərdənov  İldırım  Eldar oğlu 
(1932-2011)
İ. E. Mərdənov 
Bakı 
şəhərində 
anadan  olmuşdur.  1954-cü  ildə  Azər­
baycan  Pedaqoji  İnstitutunun  coğra­
fiya  fakültəsini  bitirib,  coğrafiyaçı  ix­
tisası  almışdır.
1958-1960-cı  illərdə  Azərbaycan 
ME A  Coğrafiya  İnstitutunda  geomor­
fologiya  şöbəsində  baş  laborant,  kiçik 
elmi  işçi  olmuşdur,  1960-1963-cü  il­
lərdə  keçmiş  SSRİ  EA  Coğrafiya  İns­
titutunun aspirantı  olmuşdur.
167


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə