Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə36/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   ...   32   33   34   35   36   37   38   39   ...   47

Kərimov  Rövşən Nəriman oğlu
R.N.Kərimov  1977-ci  ildə  Bakı 
şəhərində  anadan  olmuşdur.  O,  1993- 
cü  ildə  orta  məktəbi,  1997-ci  ildə
N.Tusi  adma ADPU-nun Coğrafiya fa­
kültəsini  bakalavr  pilləsi  üzrə  bitir­
mişdir.  1999-cü  ildə isə həmin univer­
sitetdə  coğrafiya  magistri  dərəcəsini 
almışdır.
R.Kərimov  2000-ci  ildə  AMEA 
akad.  H.Ə.Əliyev adına  Coğrafiya İns­
titutunun  aspiranturasına  daxil  olmuş­
dur.  2004-cü  ildən  həmin  institutun  «Əhali  coğrafiyası»  şöbə­
sində  elmi  işçi  vəzifəsində  çalışır.  2005-ci  ildə  «Azərbaycanın 
regional  mərkəz  şəhərlərinin  demoqrafik  xüsusiyyətləri  və 
əmək  ehtiyatilarından  istifadə  problemləri»  mövzusunda  apar­
dığı  tədqiqat işini  başa çatdıraraq müdaifə  etmiş,  coğrafiya elm ­
ləri  namizədi  alimlik  dərəcəsini  almışdır.  Hazırda  R.Kərimov 
elmi  fəaliyyətini  davam  etdirir,  respublikada  keçirilən  elm i- 
praktik  konfranslarda  iştirak  edir.  Onun  19  elmi  məqaləsi  çap­
dan  çıxmışdır.
Qaramollayev  Sabir Rəzzaq oğlu 
(1930-2006)
S.R.Qaramollayev Lənkəran şəhə­
rində  anadan  olmuşdur.  1951-ci  ildə 
ADU-nun  coğrafiya  fakültəsini  bitir­
mişdir.  1951-1954-cü  illərdə  A zər­
baycan  MEA  Coğrafiya  institutunda 
kiçik  elmi  işçi,  1954-1964-cu  illərdə 
Lənkəran  rayon  Xalq  Maarif sistemin­
də  maarif müffətişi,  məktəb  direktoru 
olmuşdur.  1964-1967-ci  illərdə  A zər­
148
baycan MEA Coğrafiya  institutunun aspirantı  olmuşdur.  1968-ci 
ildə  «Lənkəran-Astara  iqtisadi  rayonunun  təsərrüfatının  müasir 
vəziyyəti  və  gələcək  inkişafının  bəzi  məsələləri»  mövzusunda 
namizədlik dissertasiyası  müdafiə etmişdir.
1967—
 1971 -ci  illərdə  yenidən  Coğrafiya  institutunda  kiçik 
elmi  işçi,  baş  elmi  işçi  vəzifəsində  çalışmışdır.  Coğrafiya  insti­
tutunda  həmkarlar  təşkilatına  rəhbərlik  edib.  1971 -ci  ildən 
ADPU-də dosent  işləmişdir.
Elmi maraq dairəsi  əsasən  iqtisadi coğrafiya sahəsində əha­
linin  məskunlaşmasının  qanunauyğunluqlarını,  yaşayış  m əntə­
qələrinin  formalaşması  və  təsərrüfatın  yerləşməsinin  coğrafi 
problemlərinin həllini  və  s. əhatə edir.
Bu sahədə  35-ə qədər elmi əsəri  nəşr olunmuşdur.  Bir neçə 
yeni  elmi-pedaqoji  metodiki  proqramların  hazırlanmasında  və 
onların tədrisi yollarının öyrənilməsində iştirak etmişdir.
Qədməliyev  Əjdər Nizaməddin  oğlu 
(1942-1999)
Ə.N.Qədməliyev  Quba  rayonunun 
Aşağı-Xuc  kəndində  anadan  olmuş­
dur.  1970-ci  ildə  ADU-nun  geoloji- 
coğrafiya 
fakültəsini 
bitirmişdir.
1975-1977-ci 
illərdə 
Azərbaycan
MEA  Coğrafiya  institutunun  əyani  as­
piranturasında  oxumuşdur.  1983-cü  il­
də  «Böyük  Qafqazın  şimal-şərq  hissə­
sində  yayılmış  torpaqların  əsas  xüsu­
siyyətləri  və  ardıc  meşələrinin  bər­
pası»  mövzusunda  namizədlik  disser­
tasiyası  müdafiə  etmiş,  coğrafiya  elm­
ləri  namizədi  alimlik dərəcəsi almışdır.
149


1978  ildən  Azərbaycan  MEA  Coğrafiya  institutunda  kiçik 
elmi  işçi,  baş  elmi  işçi  olmuş və  1995-ci  ildə  «Arid torpaqların 
coğrafiyası» laboratoriyasının müdiri vəzifəsində işləmişdir.
Bu sahədə 50-dən artıq məqalənin,  bir neçə böyük miqyaslı 
xəritənin  və  təsərrüfatın  müxtəlif  sahələrində  tətbiq  edilən 
səmərələşdirici təkliflərin müəllifidir.
Qəribov Yaqub Əli oğlu
Y.Ə.Qəribov  1952-ci  ildə  Q əbələ 
rayonun  Nic  kəndində  anadan  olmuş­
dur.  1973-cü  ildə  APİ-nun  coğrafiya 
fakültəsini  bitirmişdir.  1976-1979-cu 
illərdə  Azərbaycan  EA  Coğrafiya  ins­
titutunun aspirantı olmuşdur.
1983-cü  ildə  «Şirvan  düzü  təbii 
landşaftlarının  antropogen  dəyişilməsi 
və  onların  gələcək  səmərəli  rekon­
struksiya  yollan»  mözsuzunda  nami­
zədlik  dissertasiyası  müdafiə  edərək 
coğrafiya elmləri namizədi  alimlik dərəcəsi  almışdır.
1979-1993-cü  illərdə Azərbaycan  EA  Coğrafiya  institutun­
da kiçik elmi işçi,  baş elmi  işçi və apancı elmi  işçi vəzifələrində 
işləmişdir.  1994-cü  ildən  BDU-nin  Coğrafiya  fakültəsində  do­
sent,  2012-ci  ildən  isə  kafedra  müdiri  vəzifəsində  çalışır.  4 
nəfər  elmlər  namizədi  hazırlamışdır.  Azərbaycanda  təbii  land­
şaftların  antropogen  dəyişməsinin  ilk  tədqiqatçısıdır.  İlk  dəfə 
olaraq  Azərbaycanda  bu  sahədə  antropogen  landşaft  xəritəsi 
tərtib  etmiş,  landşaftın  paleocoğrafi  inkişaf  mərhələlərinin, 
həmçinin  landşaftın  dəyişməsi  və  formalaşmasında  antropogen 
amillərin rolunu tədqiq etmişdir.
Orta  məktəblər  üçün  «Azərbaycanın  fiziki  coğrafiyası» 
dərsliyinin  həmmüllifidir və  landşaftşünaslığa  aid  çoxsaylı  m ə­
qalələri  çap edilmişdir.
150
Quliyev  İsmayıl  Əhliman oğlu
İ.Ə.Quliyev  1953-cü  ildə Cəbrayıl 
rayonunun Daşkəsən  kəndində  anadan 
olmuşdur.  1975-ci  ildə  Azərbaycan 
Dövlət  Pedaqoji  institutunun  coğrafi­
ya  fakültəsini  coğrafiyaçı  ixtisası  üzrə 
bitirmişdir. 
1980-1984-cü 
illərdə 
Azərbaycan  MEA  Coğrafiya  institu­
tunun  aspirantı  olmuşdur.  1987—
ci  ildə 
«Kiçik  Qafqazın  cənub-şərq  hissəsin­
də  dağ-m ədən  sənaye  tullantıları  ilə 
suvarılan  torpaqların  çirklənməsi»  mövzusunda  namizədlik dis­
sertasiyası  müdafiə  etmişdir.  Kənd  təsərrüfatı  elmləri  namizə­
didir.  Coğrafiya  institutunun  «meşə  torpaqlarının  coğrafiyası» 
şöbəsində  əvvəlcə  baş  laborant,  kiçik  elmi  işçi,  böyük  elmi  işçi 
vəzifələrində  çalışmış,  hazırda  həmin  şöbənin  müdiri  vəzifə­
sində işləyir.
Elmi  maraq  dairəsi  əsasən Azərbaycanda təbii  sərvətlərdən 
səmərəli  istifadə  yollarının  tədqiqi,  təbiəti  mühafizə  və  ekoloji 
problemlərin  həlli  məsələsidir.  Bir sıra elmi  əsərlərin  və 4 elmi 
layihənin müəllifidir.
Quliyev  Rafiq  Yaqub oğlu 
(1932-2012)
R.Y.Quluyev  Şuşa  şəhərində  ana­
dan  olmuşdur.  1955—
ci  ildə  Azərbay­
can  Dövlət  Universitetini  geologiya- 
coğrafiya 
fakültəsini 
bitirmişdir. 
1955-1959-cu  illərdə  Uzaq  Şərqdə- 
geoloq,  1959-1961 —
ci  ildə  Azərbay­
canda  Geologiya  İdarəsində-hidro- 
geoloq  işləmişdir.  1960-1963-cü  il­
lərdə  Moskva  şəhərində  Coğrafiya
151


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə