Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə2/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   2   3   4   5   6   7   8   9   ...   47

tədqiqat  metod  və  prinsipləri  işlənilmiş,  ilk  dəfə  olaraq  Azər­
baycan  respublikasının  ümumi  və  m üxtəlif sahələrinə  aid  uzun 
ömürlü  atlasları  hazırlanmış,  m üxtəlif miqyaslı  xəritələri  tərtib 
edilmiş,  təbii  komplekslərin  regional  və  tipoloji  təsnifatının 
yeni  variantları  hazırlanmış,  stasionar  və  tətbiqi  müşahidələrin 
əsası  qoyulmaqla  onların  miqyası  genişləndirilmişdir.  Bu  illər 
ərzində  tətbiqi,  ekoloji  və  konstruktiv  coğrafiyanın  təməli  qo­
yulmuş,  paleocoğrafiya  və  sosial  coğrafiya  sahəsində  yeni-yeni 
uğurlar qazanılmışdır.
Coğrafiyaçı  alimlərimizin  xidmətləri  elmi  ictimaiyyət  və 
dövlət  tərəfindən  layiqincə  qiymətləndirilmiş,  onlar  yüksək 
elmi  adlara  və  müxtəlif Dövlət  Mükafatlarına  layiq  görülmüş­
lər.  İndi  onların  fundamental  tədqiqat  əsərləri  gənc  coğrafiyaçı 
alimlərimizi  düzgün  istiqamətləndirdiyi  üçün  onlar  böyük  elmi 
uğurlara doğru irəliləyirlər.
Təqdim  olunan  bu  biblioqrafik  sorğu  kitabı  Azərbaycanda 
Coğrafiya  elmini  yaratmış  kollektivin  fəaliyyətinin  altmış  illik 
zaman  kəsiyini  əhatə  edir,  onların  hər  bir  üzvünün  Coğrafiya 
elminin  m üxtəlif  sahələrində  qazandığı  uğurları  qısa  şəkildə 
səciyyələndirir.  Burada  uzun  illər  Coğrafiya  institutunda  işlə­
miş,  coğrafi tədqiqatlar tarixində izlər qoymuş alimlər haqqında 
qısa  elmi-bioqrafik  məlumatlar  verilir.  Belə  bir  kitabın  çap 
edilməsi  elmdə  böyük  xidmətləri  olan  alimlərin  daim  yaddaş­
larda  yaşamasına,  varisliyi  qoruyub  saxlamağa  və  sələflərinin 
elmi  ənənələrini  davam  və  inkişaf  etdirməyə  xidmət  etməklə 
bacarıqlı  coğrafiyaçıların yetişməsi  üçün də  elmi-tərbiyəvi  əhə­
miyyətə malikdir.
Bu  kitabın  yazılmasında  son  məqsəd  hər  bir  coğrafiyaçı 
alimin  elmi  yaradıcılıq  və  həyat  yolunu  qısa  şəkildə  işıqlandır­
maq,  onların  hər  birinin  elmə  verdiyi  uğurları  təbliq  etmək  və 
son  bir  əsr  ərzində  yaşamış  istedadlı  alimlərimizin  elmi  uğurla­
rını  qabartmaqdır.  Bizim  coğrafiyaçı  sələflərimizin  elmi  yaradı­
cılığı  gələcək  nəsillərə  örnəkdir.  Bu  əsərlə  biz  öz  coğrafiyaçı 
alimlərimizin  qədrini  bilməklə onların  adını  və  elmi  irsini  az da 
olsa gələcək nəsillərə çatdırırıq.
Akademik Budaq  Budaqov
6
AZƏRBAYCAN
MİLLİ  ELMLƏR  AKADEMİYASININ 
HƏQİQİ  ÜZVLƏRİ
(A kadem ikbr)


Ə liy e v   H ə sə n   Ə lir z a   oğlu 
( 1907- 1993)
Əliyev  Həsən  Əlirza  oğlu  Ermə­
nistan  respublikasının  Sisiyan  rayo­
nundakı  Cömərdli  kəndində  anadan 
olmuşdur.  1932—
ci  ildə  Azərbaycan 
kənd  təsərrüfatı  institutunu  bitirmiş,
1932-1934-cü  illərdə  Azərbaycan  el­
mi-tədqiqat  pambıqçılıq  institutunun 
aspirantı olmuşdur.  1944-cü  ildə «Bö­
yük  Qafqazın  cənub-şərq  yamacında 
çayların  aşağı  axınlarının  torpaqları» 
mövzusunda  namizədlik  dissertasiyası 
müdafiə etmişdir.  1944-1949-cü  illər­
də  Azərbaycan  EA  Torpaqşünaslıq  və  Aqrokimya  institutunun 
elmi  işlər  üzrə  direktor  müavini,  1949-1952—
ci  illərdə  A zər­
baycan  EA Botanika  institutunun direktoru vəzifəsində  işləmiş­
dir.  O  1950-ci  ildə  Azərbaycan  KP  MK  Katibi  və  Respublika 
Kənd  təsərrüfatı  nazirinin  birinci  müavini  təyin  edilmişdir.
1952-ci  ildə Həsən  Əliyev Azərbaycan  SSR EA-nın  həqiqi  üz­
vü  seçilmişdir.  Azərbaycan  SSR  EA-nın  yaradıcılarından  biri­
dir.  1952-1954-cü  illərdə Azərbaycan KP  MK-nın  üzvü olmuş­
dur.  1952-1957-ci  illərdə  Azərbaycan  EA-nın  akademik  katibi 
vəzifəsində  çalışmışdır.  1957-1968-ci  illərdə  Azərbaycan  EA 
Torpaqşünaslıq  və  Aqrokimya  institutunda  Meşə  torpaqlarının 
coğrafiyası  şöbəsinin  rəhbəri olmuşdur.
1965-ci  ildə  «Böyük  Qafqazın  torpaqları  və  ondan  səm ə­
rəli  istifadə  yolları»  (Azərbaycan  SSR  daxilində)  mövzusunda 
doktorluq  dissertasiyası  müdafiə  etmişdir.  1968-1987-cü  illərdə 
Azərbaycan  EA  Coğrafiya  institutunun  direktoru,  1987-93-cü 
illərdə  isə direktorun məsləhətçisi vəzifəsində  işləmişdir.
Əsas tədqiqat sahəsi  meşə  torpaqlarının  coğrafiyası,  respub­
lika  torpaq  xəritələrinin  hazırlanması,  ekoloji  problemlərin  həl­
li,  quru  meliorasiyanın  inkişafı  və  Azərbaycan  Respublikasının 
bioloji,  ekoloji  problemlərinin  beynəlxalq  aləmdə  təbliğ  edil-
9


məsi  olmuşdur.  H.Əliyev  demək  olar  ki,  bütün  ömrünü  Azər­
baycanda  təbiəti  mühafizə problemlərinin həllinə həsr etmişdir. 
Azərbaycanda  milli  kadrlann  yetişdirilməsində,  onların  hərtə­
rəfli  inkişafında  mühüm  rol  oynamışdır.  Onun  yetişdirdiyi  on­
larla  elmlər  namizədi  və  elmlər  doktorları  indi  Azərbaycanda 
mühüm  elmi  tədqiqat,  istehsal,  kənd  təsərrüfat  sahələrinə  rəh­
bərlik  edir.  O  «Azərbaycan  təbiəti» jurnalının  yaradıcısı  və  baş 
redaktoru,  coğrafiya  üzrə  bir  sıra  problem  elmi  şuraların  üzvü, 
Azərbaycan  Coğrafiya  Cəmiyyətinin,  Təbiəti  mühafizə  cəmiy­
yətinin prezidenti olmuşdur. Akademik dünyanın bir çox ölkələ­
rində  -Yunanıstan  (1953,  1958),  Kanada  (1978),  Polşa  (1980) 
ABŞ  (1977,  1984),  Rumıniya  (1966),  İsveç  (1966)  Macarıstan 
(1979),  Yaponiya (1980), AFR (1981)  və  s.  olmuş və  elmi yara­
dıcılıq mübadilələri aparmışdır.  H.Əliyev  1976-cı  ildə Azərbay­
can  Sovet  Ensiklopediyası  Baş  redaksiya  heyətinin  üzvü  olmuş­
dur.  Akademik  H.Ə.Əliyev  elmdə  xidmətlərinə  və  ictimai-si­
yasi  fəaliyyətinə  görə  «Lenin  ordeni»  (1977),  «Qırmızı  əmək 
bayrağı»  (1952)  ordeni,  «Şərəf nişanı»  (1950)  Oktyabr  inqilabı 
ordeni  (1982),  Vavilov  adma  qızıl  medal  (1972)  və  s.  yüksək 
dövlət  mükafatlarına  layiq  görülmüş,  bir  neçə  çağırış  Azər­
baycan  Respublikası  Ali  Sovetinə  deputat  seçilmişdir.  1974-cü 
ildə  elmdə  xidmətlərinə  görə  ona  «Respublikanın  əməkdar elm 
xadimi»  adı  verilmiş,  1978-ci  ildə  Təbiətin  mühafizəsi  və 
Azərbaycanın  təbii  ehtiyatlarından  səmərəli  istifadəsi  üzrə 
kompleks  işlərinə görə  Respublika  Dövlət mükafatına  layiq gö­
rülmüşdür.  Onun  1000-dən  çox  mühüm  elmi  və  elmi-kütləvi 
əsəri  nəşr  olunmuşdur.  O  cümlədən  «Pirsaat  düzənliyi  torpaq­
ları  və  perspektivləri»  (1940)  «Böyük  Qafqazın  şimal-şərq  his­
səsinin  meşə  və  meşə-bozqır  torpaqları»  (1964),  «Böyük  Qaf­
qazın  şərq  hissəsinin  litogen  torpaqları»  (1970),  «Tuqay  meşə­
lərini  qoruyaq»  (1984),  «Həyəcan  təbili»  (1976,  1982),  «Böyük 
Qafqazın  cənub-şərq  yamacı  düzən  çaylarının  torpaqları» 
(1948),  «Qəhvəyi  meşə  torpaqları»  (1965),  «Kür  boyu  Tuqay 
meşələrinin  torpaqları»,  «Böyük  Qafqazın  torpaqları»  və  başqa 
əsərləri  vardır.  Həsən  Əlirza  oğlu  Əliyev  nəinki  Azərbaycan,
10
həmçinin  Dünyada  Torpaqşünaslıq,  Təbiəti  mühafizə  və  eko­
logiya elmləri  sahəsində Böyük mütəxəssis kimi  tanınmışdı.
Akademik  Həsən  Əliyevin  1982  ildə  dərc  edilmiş  «Həyə­
can təbili» əsəri  respublikamızda təbiətin  mühafizəsi  işinin can­
lanmasına  çox  böyük  təkan  vermişdi.  O  1978  ildə  Azərbaycan 
Təbiəti  Mühafizə  cəmiyyəti  üzvülərinin  sayını  bir  milyona 
çatdırmış  və  bu  işə  içtimaiyyəti,  o  cümlədən  də  şagirdləri  cəlb 
etmişdir.
Budaqov  Budaq Əbdüləli  oğlu 
( 1928- 2012)
Budaqov  Budaq  Əbdüləli  oğlu 
Ermənistan  Respublikasının,  Zəngiba- 
sar  (indiki  Masis)  rayonunun  Çoban- 
kərə 
kəndində 
anadan 
olmuşdur.
1940-cı  ildə  Ermənistan  Respublikası,
Masis  rayonunun  Mehmandar kəndin­
dəki  natamam  orta  məktəbi  bitirdik­
dən  sonra,  İrəvan  şəhərində  Azərbay­
can  Pedaqoji  məktəbinə  daxil  olmuş,
1947-ci  ildə  oranı  bitirmişdir.  1951-ci 
ildə  Azərbaycan  Pedaqoji  institutunu,
1955-ci  ildə  keçmiş  SSRİ  EA  Coğra­
fiya  İnstitutunun  aspiranturasını  bitirmiş,  1955-ci  ildə  isə  «Cə­
nub-Şərqi  Qafqazın  geomorfologiyası»  mövzusunda  namizədlik 
dissertasiyası  müdafiə etmişdir (Moskva ş).
B.Ə.Budaqov 
1955-ci  ildən  ömrünün  sonuna  qədər 
Azərbaycan  EA  Coğrafiya  İnstitutunda  çalışmışdır.  1955-1967- 
ci  illərdə  kiçik  elmi  işçi,  baş elmi  işçi,  «Fiziki  Coğrafiya»  şöbə­
sinin  müdiri  vəzifələrində  işləmişdir.  Həmin  illərdə  Azərbay­
can  Coğrafiya  Cəmiyyətinin  elmi  katibi  olmuşdur.  B.Ə.Buda- 
qov  1967-ci  ildə  «Böyük  Qafqazın  Azərbaycan  hissəsinin 
geomorfologiyası  və  yeni  tektonikası»  mövzusunda  doktorluq
11


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə