Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə9/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   ...   5   6   7   8   9   10   11   12   ...   47

çoxsaylı  coğrafi  və  stasionar  müşahidələr  aparmışdır.  Onun  2 
monoqrafiyası  «Azərbaycan  SSR  torpaqları»  (1953),  «Dellüvial 
formalı  şoranlaşmış  torpaqlar  və  onların  meliorasiyası  m əsələ­
ləri» (1968) və 250-dən çox məqaləsi  çap olmuşdur.
Abdürrəhmanov Balaca  Elyas oğlu 
( 1922- 1977)
B.E.Əbdürrəhmanov K əlbəcər rayonunun  İstibulaq kəndin­
də  anadan  olmuşdur.  O,  1941-ci  ildə  məktəbi  bitirdikdən  sonra 
Kəlbəcərdə  rayonun  m ədəni-m aarif  sahəsində  bir  sıra  məsul 
vəzifələrdə çalışmışdır.
B.Əbdürrəhmanov  1946-cı  ildə  Azərbaycan  Dövlət  Uni­
versitetinin  Geologiya-coğrafiya  fakültəsinə  daxil  olmuş  və 
1951 -ci  ildə oranı  bitirdikdən  sonra təyinatla  AM  Elmlər Aka­
demiyasına  göndərilmişdir.  Elmə  marağı  nəzərə  alınaraq 
Moskvaya  aspiranturaya  göndərilmişdir.  Burada  aspiranturanı 
qurtararaq  namizədlik  dissertasiyası  müdafiə  etmişdir.  Mos­
kvadan  qayıtdıqdan  sonra  o  AMEA  İqtisadiyyat  İnstitutunun 
«Məhsuldar  qüvvələrin  yerləşdirilməsi»  şöbəsində  kiçik  elmi 
işçi,  sonra  isə  baş elmi  işçi  vəzifəsində  çalışmışdır.  1968-ci  ildə 
İnstitutda  «Nəqliyyat-iqtisadi  əlaqələn)  şöbəsini  yaradaraq  ona 
rəhbərlik  etmişdir.  1969-cu  ildə  «Azərbaycan  SSR-də  nəq­
liyyat-iqtisadi  əlaqlərin  səmərələşdirilməsi  problemi  və  onun 
ictimai  intehsalın  faydalılığının  yüksəldilməsinə  təsiri»  mövzu­
sunda doktorluq dissertasiyası müdafiə etmişdir.
B.E.Əbdürrəhmanov  geniş  profilli  alim  olmuşdur.  O,  məh­
suldar  qüvvələrin  yerləşdirilməsi  və  nəqliyyat  iqtisadi  əla­
qələrinin  səmərələşdirilməsi  problemləri  üzrə  nəinki  respubli­
kamızda,  habelə  keçmiş  İttifaq  miqyasında  tanınmış  alimlərdən 
biri  idi.  Onun  apardığı  elmi-tədqiqat  işlərinin  nəticələri  və  töv­
siyələri  dəfələrlə  bir  sıra  müvafiq  nazirlik  və  təşkilatlar  tərə­
findən  istifadə  edilmişdir.  Ümumiyyətlə  professor  B.Əbdür­
rəhmanovun  elmi  yaradıcılığını  üç  əsas  elmi  istiqamət-iqtisadi
38
coğrafiya,  məhsuldar  qüvvələrin  yerləşdirilməsi  və  nəqliyyat- 
iqtisadi əlaqələr təşkil edirdi.
O yüksək  səviyyəli  mütəxəssis — alim kimi  pedaqoji fəaliy­
yət  göstərmişdir.  O,  8  monoqrafiya,  100-dən  çox  elmi  əsərin 
müəllifidir.  5 nəfər elmlər namizədinin elmi rəhbəri olmuşdur.
Antonov Boris Alekseyeviç 
( 1913- 1981)
B. A. Antonov  Tatarıstan  Muxtar 
respublikasında 
anadan 
olmuşdur.
1931 —
ci  ildə  Kazan  Dövlət  Universi­
tetinin  Coğrafiya  fakültəsini  bitirmiş­
dir.  1941 -ci  ildən  keçmiş  SSRİ  EA 
Azərbaycan  filialının  Coğrafiya  sek­
torunda  elmi  işçi  olmuş,  1945-ci  ildən 
sonra  isə  Azərbaycan  EA  Coğrafiya 
institutunda  geomorfologiya  şöbəsində 
fəaliyyət  göstərmişdir.  Böyük  elmi  iş­
çi,  institutun  elmi  katibi,  1963-cü  il­
dən  ömrünün  sonunadək  geomorfologiya  şöbəsinin  müdiri  və­
zifəsində çalışmışdır.
O,  1947-ci  ildə  «Xəzər dənizinin  şərq  sahillərinin  geomor­
fologiyası»  mövzusunda  namizədlik,  1964-cü  ildə  isə  «Cənub 
şərqi  ön  Qafqazın  geomorfologiyası  (Kiçik  Qafqazın  Azər­
baycan  daxilində)»  mövzusunda  doktorluq  dissertasiyası  müda­
fiə  etmişdir.  B.A.Antonov Azərbaycanın  geomorfologiyası  üzrə 
ilk  mütəxəssislərdən  biri  idi.  O,  ilk dəfə olaraq  Kiçik  Qafqazın, 
Lənkəran  regionun  yeni  tektonikası,  relyefinin  inkişaf tarixi,  pa­
leocoğrafiyası,  qədim  buzlaşmaları  və  müasir  relyefəmələgə- 
tirici  proseslərin  təzahür  qanunauyğunluqlarını  öyrənmişdir. 
Onun  tədqiqatları  Azərbaycanda  geomorfologiya  elmini  nəzəri 
cəhətdən  zənginləşdirmiş,  geomorfoloji  rayonlaşmanın  aparıl­
masına  imkan  vermişdir.  Bir sıra iri miqyaslı  geomorfoloji  xəri­
tələrin  və  monoqrafiyaların  müəllifidir.  Keçmiş  SSRİ  respııbli-
39


kaları  içərisində  birinci  olaraq  Dumitraşkonun  müəllifliyi  və 
redaktəsi,  və  B.A.Antonovun  müəllifliyi  və  yaradıcı  iştirakı  ilə 
«Azərbaycanın geomorfoloji xəritəsi» (1956) və «Azərbaycanın 
geomorfologiyası»  (1959)  monoqrafiyası  dərc  edilmişdi.  Bu 
keçmiş  SSRJ miqyasında Azərbaycan geomorfoloqlarının böyük 
uğuru  idi.
B.A.Antonov  elmi  xidmətlərinə  görə  «Şərəf nişanı»  ordeni 
və  medallarla  təltif olunmuşdur.  100-dən  çox  elmi  məqalə  və 
monoqrafiyaların  müəllifidir.  Azərbaycanda  geomorfoloq  alim- 
mütəxəssis  kadrların  yetişməsində  mühüm  xidmətləri  ol­
muşdur.
Axundov Nazim  Həmid  oğlu 
(1927- 1997)
N. 
H.Axundov  Azərbaycanın  Gən­
cə  şəhərində  anadan  olmuşdur.  1952- 
ci  ildə  Gəncə  şəhərində  Kənd  Təsər­
rüfatı  İnstitutunu  bitirdikdən  sonra 
1953—1956-cı 
illərdə 
Özbəkistanın 
Daşkənd  şəhərində  ETMİ-nun  aspi­
ranturasında oxumuşdur.
O,  1956-1957—
ci  illərdə  Özbəkis­
tan  «Meşə  lahiyə»  idarəsində  mü­
həndis,  taksator,  1957-1963-cü  illərdə 
Azərbaycan  ETMİ-də  baş  elmi  işçi  və 
şöbə  müdiri, 
1964-1967-ci  illərdə
Azərbaycan  EA  Təbiəti  Mühafizə  komissiyasının  elmi  katibi 
işləmişdir.  1968-1997—
ci  illərdə  AMEA  Coğrafiya  institutunda 
təbiəti  mühafizə  şöbəsində  baş  elmi  işçi,  laboratoriya  rəhbəri, 
sonralar  şöbənin  elmi  məsləhətçisi  vəzifələrində  işləmişdir.  O, 
1964-cü  ildə  namizədlik,  1992—
ci  ildə  isə  «Azərbaycan  meşə­
lərinin  coğrafi  qanunauyğunluqları  və  onların  optimallaşdırıl- 
ması»  mövzusunda  doktorluq  dissertasiyalarını  müdafiə  etmiş­
dir.  Azərbaycanın  dağ  rayonlarında  meşəsalma  və  yamacların
40
bərkidilməsi,  dağlıq  ərazilərdə  qozmeyvəli  meşələrin  yaradıl­
ması,  meşələrin  təsnifatı  mövzularında  silsilə  elmi  məqalələrin 
və  Azərbaycan  meşələrinin  iri  miqyaslı  xəritəsinin  müəllifidir. 
Onun  5 0-dən çox elmi əsəri  və monoqrafiyası  nəşr olunmuşdur.
N.H.Axundovun  Azərbaycan  meşələrinin  tədqiqində,  onun 
mühafizəsi  işində  mühüm  rolu  olmuşdu.  O,  ilk  dəfə  olaraq 
Azərbaycanın  dağ  meşələrinin  yuxarı  sərhəddinin  dinamikasını 
tədqiq  etmiş  və  onların  mühafizəsinin  təşkili  ilə  əlaqədar  bir 
neçə  rasional  təkliflər  vermişdir.  «Meşə  sərvətdir»  (1992) 
(H.Ə.Əliyevlə  birlikdə)  adlı  monoqrafiyası,  «Azərbaycanın  me­
şələri»  (1992)  divar  xəritəsi,  50-yə  qədər  məqaləsi  çap 
edilmişdir.
Babaxanov Neron  Aslan  oğlu
N.A.Babaxanov 
1939-cu 
ildə 
Azərbaycan  Respublikasının  Qazax 
rayonunda  anadan  olmuşdur.  1962-ci 
ildə  BDU-nun  Geoloji-coğrafiya  fa­
kültəsinin  coğrafiya  bölməsini  bitir­
mişdir.  1970-ci  ildə  iqtisadi  və  sosial- 
coğrafiya  ixtisası  üzrə  Azərbaycan 
Dövlət  Universitetinin  Elmi  Şurasında 
«Mil-Muğan  düzlərinin  mənimsənil­
məsinin  coğrafi  problemləri»  mövzu- 
sunnda 
namizədlik 
dissertasiyası,
1986—
cı  ildə  isə  Leninqrad  Dövlət  Universitetinin  Elmi  Şura­
sında  «Təbii  fəlakətlərin  iqtisadi-coğrafi  tədqiqinin  elmi  əsas­
ları»  mövzusunda doktorluq dissertasiyası  müdafiə etmişdir.
N.A.Babaxanov  keçmiş  Azərbaycan  Xalq  Təsərrüfatı  İnsti­
tutunda  (indiki  ADİU) müəllim, dosent,  1989-cu  ildə  BDU-nun 
SSRİ-nin  iqtisadi  coğrafiyası  kafedrasının  müdiri,  1990-1991- 
ci  illərdə  Xalq  Təhsili  Nazirinin  müavini  vəzifələrində  işlə­
mişdir.
41


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə