Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə10/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

N. 
A.Babaxanov uzun  illər SSRİ Dövlət Xalq  Təhsili  Komi­
təsinin  coğrafiya  ixtisası  üzrə  Universitetlər  Birliyinin  İqtisadi 
və  sosial  coğrafiyanın  tədrisi  üzrə  metodik  bölmənin,  SSRİ 
Coğrafiya  Cəmiyyətinin  Rəyasət  Heyəti  nəzdində  Sosialist 
Cəmiyyətinin  Kompleks  Ərazi  Təşkili  Elmi  Şurasının,  SSRİ 
Elmlər  Akademiyası  Rəyasət  Heyəti  nəzdində  Elmi  Sovetin 
Dağlıq  Regionların  problemləri  bölməsinin  üzvü  olmuşdur.  69 
adda elmi  məqalə və kitabların müəllifidir.
O,  dəfələrlə  Ümumdünya,  Beynəlxalq  və  Respublika  kon­
qres,  simpozium  və  konfranslarında  məruzələrlə  çıxış  etmiş, 
SSRİ  və  Azərbaycan  Coğrafiya  Cəmiyyətlərinin  qurultaylarına 
üç  dəfə  nümayəndə  seçilmişdir.  Hal-hazırda  Azərbaycan  Xalq 
Təhsili  Nazirliyinin  Coğrafiya  Tədris-Metodik  Bölməsinin  və 
Azərbaycan EA Coğrafiya İnstitutundakı doktorluq  və namizəd­
lik üzrə  İxtisaslaşdırılmış Müdafiə  Şurasının üzvü,  BDU iqtisadi 
coğrafiya kafedrasının professorudur.
Əliyev  Məmməd  bəy  Hüseyn  bəy oğlu 
(1882- 1967)
M.H.Əliyev 
Gəncə 
şəhərində 
anadan  olmuşdur  1898-ci  ildə  Tiflis- 
dəki  Yer  quruluşu  texnikumuna  daxil 
olmuş  və  1902-1905-ci  illərdə  Peter­
burq  Ali  Hərbi  Topoqrafıya  məktəbi­
nin  birinci  dərəcəli  diplomla  bitirərək, 
Peterburq  Quberniyasının  topoqrafik 
layihələşdirmə  idarəsində-  hərbi  topo­
qraflar korpusunda işə başlamışdır.  Hə­
min  vaxtlar  o  Pribaltika,  Finlandiya, 
Kiyev  və  başqa  quberniyalarda  topo­
qrafik  planlaşdırma  işləri  görərək  yeni 
xəritələr  tərtib  etmişdir.  1908-ci  ildə  M.Əliyev  Tiflisdə  Qafqaz 
hərbi  topoqrafiya  şöbəsinə  göndərilir  və  burada  topoqrafiya-
42
geodeziya  işləri  aparır.  1913-1914-cü  illərdə  I-II  sinif trianqul- 
yasiya  aparmaq  üçün  Beynəlxalq  sərhəd  komissiyasına  ezam 
edilmişdir.  Zaqafqaziyanın  müstəqil  respublikalara  ayrılması  ilə 
əlaqədar,  Tiflisdə  Azərbyacan  hərbi  nazirliyinin  hərbi  topoqra­
fiya  şöbəsi  yaranır və  M.Əliyev həmin  şöbənin  rəisi  təyin  edilir. 
1919-cu  ildə  polkovnik  M.Əliyev  Azərbyacan  Demokratik  Res­
publikasının  ilk  hərbi  attaşesi  olmuşdur.  Azərbaycanda  Sovet 
hakimiyyəti  qurulduqdan  sonra  M.Əliyev  hərbi  mütəxəssis  kimi 
Bakıya  gəlmiş  və  hərbi  Topoqrafiya  idarəsi  rəisinin  müavini 
təyin  olmuşdur.  1924-1928-ci  illərdə  S.Ağamalı  oğlu  adma  Yer 
quruluşu  texnikumunun  direktoru,  Azərbaycan  Politexnik  İnsti­
tutunda  kafedra  müdiri  və  direktor  müavini  işləmişdir.  1944- 
1948-ci  illərdə  Azərbaycan  SSR  EA-Coğrafiya  İnstitutunda 
kartoqrafıya  şöbəsinin  rəhbəri  olmuşdur.  Sonralar  indiki  Azər­
baycan  Neft  Akademiyasının  geodeziya  kafedrasının  müdiri 
olmuşdur və  onun  Geodeziya  və  kartoqrafiya  sahəsində  ixtisaslı 
mütəxəssislər  hazırlanmasınmda böyük  böyük  xidmətləri  vardır. 
1931-ci  ildə  professor  elmi  adı  almışdır,  1945-ci  ildə  Azərbay­
can  SSR  Əməkdar  elm  xadimi  fəxri  adına  layiq  görülmüşdür. 
1928-ci  ildə  Azərbaycan  dilində  “Geodeziya  kursu”,  1951-ci 
ildə “Geodeziya  təcrübələri”  və  s.  dərsliklərini  yazmışdır.  1961- 
ci  ildə  yazılmış  “Geodeziya  və  topoqrafik  rəsmxət”  dərsliyinin 
müəlliflərindən  biridir.  O  Lenin  ordeni  və  medallarla  təltif edil­
mişdir.  Azərbyacanda geodeziya  və  kartoqrafiya  elminin  əsasını 
qoymuş,  dünya  şöhrətli  alim,  pedaqoq,  hərbi  xadim olmuşdur.
43


Əfəndiyev Vüsət Əmir oğlu
V.Ə.Əfəndiyev 
1953-cü 
ildə 
Azərbaycanın  Tovuz  rayonunun  K e- 
şişkənd  kəndində  anadan  olmuşdur. 
1977—
ci  ildə  M.B.Lomonosov  adma 
Moskva  Dövlət  Universitetinin  coğ­
rafiya  fakültəsini  coğrafiyaçı  ixtisası 
üzrə bitirmişdir.
1977-1979-u  illərdə  Azərbaycan 
EA  Coğrafiya  institutunda  baş  la- 
borant,  kiçik  elmi  işçi;  1979-cu  ildən 
Bakı  Dövlət  Universitetinin  coğrafiya 
fakültəsində  assistent,  baş  müəllim,  dosent,  1987—1991 -ci  illər­
də  geologiya-coğrafiya  fakültəsinin  dekan  müavini,  1991- 
1994-cü  illərdə  coğrafiya  fakültəsinin  dekanı  vəzifələrində  iş­
ləmişdir.  1982—1985—
ci  illərdə  Bakı  Dövlət Universitetinin  dis­
sertantı  olmuşdur.  1999-cu  ildən  Bakı  Dövlət  Universitetinin 
prorektoru  vəzifəsində  işləyir.  1985-ci  ildə  «Bakı  aqlomerasi­
yasının  ətraf zonasının  ərazi  təşkili»  mövzusunda  namizədlik, 
2004-cü  ildə  isə  «Azərbaycanda  urbanizasiyanın  iqtisadi-coğ­
rafi  problemləri»  mövzusunda  doktorluq  dissertasiyası  müdafiə 
edib  coğrafiya  elmləri  doktoru  alimlik  dərəcəsi  almışdır.  A zər­
baycan Təhsil nazirliyinin fəxri  fərmanı  ilə təltif olunmuşdur.
Əsas  elmi  tədqiqat  istiqaməti  Azərbaycanda  aqlomerasiya 
proseslərinin  inkişafı  və onun  coğrafi  problemləridir.  Bu  sahələ 
50-dən  çox  elmi  əsəri  və  üç  monoqrafiyası  dərc  edilmişdir  ki, 
onlardan  «Azərbaycan  Respublikası  şəhərlərinin  inkişafının 
coğrafi  məsələləri»  (1995),  «Urbanizasiya və Azərbaycanın  şə ­
hər  yaşayış  məskənləri»  (2002),  «Urbanization  and. urban  set­
tlements o f Azerbaijan»  (2004),  (ingilis dilində)  və  s göstərmək 
olar.
44
Ələsgərov Bayram  Cavad  oğlu
B.C.Ələsgərov 
1934-cü 
ildə
Azərbaycanın 
Gədəbəy 
rayonunda 
Rüstəm  Əliyev  kəndində  anadan  ol­
muşdur. 
1965—
ci 
ildə  Azərbaycan 
Dövlət Universitetinin  geologiya-coğ­
rafiya  fakültəsini  bitirərək  mühəndis 
geoloq  ixtisası  almışdır.  1966-1969- 
cu  illərdə  Azərbaycan  EA  Coğrafiya 
institutunun  paleocoğrafiya  şöbəsində 
aspirant olmuşdur.  1971 —
ci  ildə «Şəm- 
kirçay-Zəyəmçay  hövzələrinin  paleo­
coğrafiyası»  mövzusunda  namizədlik  dissertasiyası,  1990-cı  il­
də  isə  «Pleystosendə  Azərbaycanın  paleocoğrafiyası»  mövzu­
sunda  doktorluq  dissertasiyası  müdafiə  etmişdir.  1969-cu  ildən 
Azərbaycan  EA Coğrafiya institutunda  işləyir.
2004-cü  ildən  Paleocoğrafiya  şöbəsinin  rəhbəridir.  Azər­
baycan  ərazisində  Pleystosenin  ayrı-ayn  əsrlərinin  (Bakı,  Xə­
zər,  Xvalın  və  Holosen)  relyefini,  bitki  və  torpaq  örtüyünü,  iq­
lim  şəraitini,  çay  şəbəkəsini,  Xəzər  dənizinin  inkişaf  tarixini 
bərpa  etmək  məqsədilə  ardıcıl  elmi  tədqiqat  işləri  aparmışdır. 
Pleystosenin  ayrı-ayrı  əsrləri  üçün  paleocoğrafi,  paleoiqlim, 
paleolandşaft  xəritələrini  (1:500  000  miqyaslı)  tərtib  etmiş  və 
dəqiq  məlumatlar vermişdir.
O, 
120-dən  çox  elmi  əsərin,  o  cümlədən  bir  neçə  mono­
qrafiyanın «Erkən və orta  Pleystosendə Azərbaycanın paleocoğ­
rafiyası»  (1988),  (Ə.V.Məmmədov  birlikdə)  «Pleystosendə 
Azərbaycanın  paleocoğrafiyası»  (Ə.V.Məmmədov  birlikdə) 
(2002), müəllifidir.  Dəfələrlə xarici  ölkələrdə  elmi  toplantılarda 
mühüm elmi məruzələrlə çıxış etmişdir.
1996-cı  ildən  Bakı  Dövdət  Universitetində  və  digər  ali 
məktəblərdə  pedaqoji  fəaliyyətlə  məşğul  olur.  Coğrafiya  insti­
tutunda Veteranlar şurasının  sədridir.
45


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə