Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə12/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

Fətullayev Həsən Yusif oğlu 
( 1953- 2006)
H.Y.Fətullayev  Ermənistan  SSR 
Yexeqnazor rayonunun  Samı  kəndində 
anadan  olmuşdur.  1976-cı  ildə  BDU- 
nu  bitirmiş,  coğrafiyaçı  hiqroloq  ixti­
sası  almışdır.  Həmin il Azərbaycan EA 
Coğrafiya  İnstitutunda  təbiəti  müha­
fizə  şöbəsinə  baş mühəndis vəzifəsinə 
qəbul  edilmişdir.  1978—
ci  ildə  Coğ­
rafiya  institutunda  «Təbiəti  mühafizə 
və  təbii  ehtiyatlardan  səmərəli  isti­
fadə»  ixtisası üzrə qiyabi  aspiranturaya 
daxil  olmuşdur.  1981 —
ci  ildə  elmi  təcrübə  keçmək  üçün  Lenin­
qrad Dövlət Hidrologiya institutuna ezam edilmişdir və  1983-cü 
ildə  həmin  institutda  «Kür  çayının  su  rejimi  və  onun  təsərrüfat 
fəaliyyəti  nəticəsində  dəyişməsi»  mövzusunda  namizədlik  dis­
sertasiyası  müdafiə  etmiş və  coğrafiya elmləri  namizədi  olmuş­
dur.  Sonra  AMEA  Coğrafiya  İnstitutunda  kiçik  elmi  işçi,  elmi 
işçi,  1991 -ci  ildən  böyük  elmi  işçi,  1999-cu  ildən  isə  bölmə 
müdiri  vəzifəsində  işləmişdir.  Dəfələrlə  Beynəlxalq,  ümum- 
ittifaq  və  respublika  elmi  və  elmi-praktiki  konfranslarında  çıxış 
etmişdir.  30  elmi  məqalənin  və  bir monoqrafiyanın  müəllifidir. 
H.Y.Fətullayev  Azərbaycanda  su  ehtiyatlarının  səmərəli  isti­
fadəsi  və mühafizəsi  üzrə təcrübəli  mütəxəssisdir.  Azerbaycan­
da  çayların  axımının  antropogen  dəyişməsinin  qanunauyğun­
luqlarını öyrənmişdir.
2004- 
cü  ildən  BDU-nun  coğrafiya  fakültəsində  Coğrafiya 
elminin tədrisi  ilə məşğul olmuşdur.
2005- 
ci  ildə  «Cənubi  Qafqaz  çaylarının  su  rejiminin  dəyiş­
məsi  (Xəzər hövzəsi  daxilində)»  mövzusunda doktorluq  disser­
tasiyası müdafiə etmişdir.
50
Fiqurovski İvan Vladimiroviç 
( 1865- 1940)
İ.V.Fiqurovski  Rusiya  Federasiya­
sının  Vladimir  vilayətində  doğulmuş­
dur.  Varşava  Universitetini  bitirib  fizi­
ka-riyaziyyatçı  ixtisasını almışdır.  Onun 
elmi-fəaliyyəti  əsasən  Qafqazla  bağlı 
idi.  Ömrünün 40 ilini  Qafqazda yaşamış 
və  özünü  elmi-pedaqoji,  elmi  tədqiqat 
və  elmi  təşkilati  işlərə  həsr  etmişdir.
Meteorologiya  sahəsində  ilk  elmi-təd­
qiqat  sınaq  təcrübəsini  Peterburq  Baş 
geofizika  rəsədxanasında  keçmişdir.
Bundan  bir  az  sonra  o  Tiflis  rəsədxa­
nasına  keçmiş  və  orada  dünyanın  iqlimi  üzrə  elmi  problemlərin 
həllinə başlamışdır.
İ.V.Fiqurovski  1920-ci  ildən  1940-ci  ilədək  Azərbaycanda 
yaşamış  və  Bakı  şəhərində  Politexnik  institutunda  meteoro­
logiya  fənnini  tədris  etmişdir.  Eyni  zamanda  həmin  institutda 
kənd  təsərrüfatı  fakültəsinin  dekanı  olmuşdur.  Onun  təşəbbüsü 
ilə  həmin  fakültənin  bazasında  Gəncə  şəhərində  K ənd-Təsər­
rüfatı  institutu  yaradılmış  və  İ.V.Fiqurovski  uzun  müddət  orada 
həm  fizika-meteorologiya  kafedrasına  rəhbərlik  etmiş  və  həm 
də  tədris  fəaliyyətini  davam  etdirmişdir.  Professor  İ.F.Fiqu­
rovski  1937—
ci  ildə  yaradılmış  SSRİ  EA  Azərbaycan  filialında 
Coğrafiya  sektorunun  ilk  rəhbəri  seçilmişdir.  Həmin  sektorun 
əsasında  AEA  Coğrafiya  institutu  da  təşkil  edilmişdir.  V.Fiqu- 
rovski  1902-ci  ildə  «Qafqazın  iqlim  oçerki»  adlı  xüsusi  kitab 
nəşr  etdirmiş,  həmin  kitabda  Qafqazın  bitki  örtüyünün  zonal- 
lığını  bilavasitə  iqlim  şəraitinin  təsiri  ilə  əlaqələndirmişdir. 
İ.V.Fiqurovski  bunun  əsasında  Qafqazda  landşaftın  şaquli  zo­
nallıq  qanununun  iqlimə  tabeli  şəkildə  formalaşdığını  müəyyən 
etmişdir.  İ.V.Fiqurovski  Qafqazda  və  Azərbaycanda  ilk  və  dün­
ya şöhrətli  iqlimşünaslardan  biri  hesab edilir.
İ.V.Fiqurovski  bütün  dünyada  iqlimşünaslıq  elminin  bani­
ləri  olan  Voyeykov,  A.Hümboldt, Köppen  və  s.  məşhur alimlə-
51


rin  davamçısı  sayılır.  Onun  Peterburqda  nəşr  olunmuş  «Qafqaz 
iqlimlərinin  tədqiqat təcrübəsindən»  (1912),  Tiflisdə  nəşr olun­
muş «Qafqazın  iqlimi»  (1919), «Azərbaycanın  iqlim rayonlaşdı­
rılması»  (1926) və  s.  əsərləri  indi  də öz  elmi  dəyərini  saxlamış­
dır.  Əsərlərinin  hamısı  böyük  elmi  məlumatı  olan  iqlim  xəri­
tələri  ilə  müşayət  olunur.  O  öz  tədqiqat  işlərində  havanın  orta 
illik  temperaturu,  atmosfer  yağıntıları,  atmosfer  sirkulyasiyası 
və s.  problemlərin analizinə geniş yer vermişdir.
O,  özünün  yeni  ideyaları  ilə  dünya  iqlimşünaslıq  elminin 
nəzəriyyəsini  daha  da  zənginləşdirmiş,  dünya  paleoiqliminin 
öyrənilməsinə  xüsusi  diqqət  yetirmişdir.  Onun  tərtib  etdiyi  pa- 
leoiqlim  sxeminin  əsasında  hətta  üçüncü  dövrün  iqlimi,  onun 
xüsusiyyətləri  haqqında  məlumatlar  toplamaq  mümkün  olmuş­
dur.  İvan  Vladimiroviç  Fiqurovski  Qafqazda  və  Azərbaycanda 
iqlimşünaslıq elminin banisidir.
Göyçaylı  Şövqi Yusifziya  oğlu
Ş.Y.Göyçaylı,  1935-ci  ildə  Göy­
çay  şəhərində  ziyalı  ailəsində  anadan 
olmuşdur.  1958-ci  ADU-nin  Geologi­
ya-coğrafiya  fakültəsinin  coğrafiya 
şöbəsini bitirmişdir.  1960-cı ildə «İqti­
sadi  coğrafiya»  ixtisasında  Unversite- 
tin 
aspiranturasına  qəbul  edilmişdir. 
1965-ci  ildə  namizədlik,  1987-ci  ildə 
isə 
Sankt-Peterburq 
Unversitetində 
«Kənd  əhalisinin  məskunlaşması  və 
onun  yenidən  qurulması»  mövzusunda 
doktorluq dissertasiyasını  müdafiyə et­
mişdir.  1989-cu ildən professordur.
1982—
ci  ildən  bu  günə  qədər BDU-də «Ətraf mühiti  müha­
fizə  və  təbii  ehtiyatlardan  səmərəli  istifadə»kafedrasının  müdi- 
ridir.Ş.Y.Göyçaylının  elmi  yaradıcılığı  əhali  məskunlaşmasının 
nəzəri  və  tətbiqi  problemlərinə,  təbiətlə  cəmiyyət  arasındakı
52
qarşılıqlı  əlaqələrin  coğrafi  məsələlərinə,  coğrafi  ekologiyanın 
inkişafına və tədrisinin təkmilləşdirilməsinə  yönəldilmişdir.
O,  130-dan çox əsərin, o cümlədən  monoqrafiyaların,  dərs­
liyin və dərs vəsaitlərinin  müəllifidir.  Azərbaycanın iri miqyaslı 
İqtisadi  və  Əhali  xəritələrinin  həmmüəllifi  və  müəllifi  olmuş­
dur.  Azərbaycanda  ekologiyaya  həsr  edilmiş  topluların  elmi 
redaktoru olmuşdur.
Azərbaycanın  əhalisi,  təbiətin  mühafizəsi  və  təbii  ehtiyat­
lardan  səmərəli  istifadəyə  dair  bir  neçə  proqramın  tərtibində 
iştirak etmişdir.
Ş.Y.Göyçaylmın  təşəbbüsü  və  səyi  nəticəsində  ilk  dəfə 
respublikada «Coğrafiyaçı-ekoloq»  ixtisası yaradılmışdır.
Ş.Y.Göyçayl  6  namizədlik  dissertasiyasının  rəhbəri,  3  dok­
torluq  dissertasiyasının  məsləhətçisi  olmuşdur.  O,  Azərbaycan 
Coğrafiya  Cəmiyyətinin  Rəyasət  Heyətində  İqtisadi  və  Sosial 
Coğrafiya  bölməsinə  rəhbərlik  edir.  Elm-texnika  Komitəsi  ya­
nında 
Ekologiya 
komissiyasının 
üzvü, 
Coğrafiya 
üzrə 
ixtisaslaşmış  müdafiə  şurasının  həmsədri,  AAK-da  Yer elmləri 
bölməsi  üzrə  ekspert  şurasının,  BDU-nun  Böyük  Elmi  Şuranın 
üzvüdür.  Respublika  elmi  konfranslarında,  beynəlxalq  konqres­
lərdə  və  simpoziumlarda,  xüsusilə  MAB-6,  Abitat-  II  Beynəl­
xalq  konfransların  işində  əməli  fəaliyyət göstərmiş  və  məruzə­
lərlə  çıxış  etmişdir.  Beynəlxalq  elmi  İnkişaf  və  Beynəlxalq 
Ekologiya  akademiyalarının  həqiqi  üzvüdür.
Ş.Y.  Göyçaylı müvafiq  nazirliklərin  fəxri  fərmanları  və tə­
şəkkürləri  ilə  mükafatlandırılmış.  O,  «Əməkdar  müəllim»  fəxri 
adına  layiq  görülmüşdür.  (2000)
53


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə