UOT: 479.21.91
Azərbaycan МЕЛ akademik H.Ə.Əliyev adma Coğrafiya
İnstitutunun elmi şurasının qəran ilə çap olunur
(protokol JV°6 2006-cı il)
K itab
coğrafiya
elmləri namizədləri
H.T.Haqverdiyev,
M .S.H əsənov
və elmi işçi
E.T.M əm m ədova
tərəfindən tərtib edilmişdir.
İdeya müəllifi:
akademik
B.Ə.Budaqov
Baş redaktor:
AMEA-nın müxbir üzvü
R.M .M əmmədov
M əsul redaktorlar:
Coğrafiya elmləri namizədləri
M .S.H əsənov və M.C.İsmayılov
«A zərbaycanın coğrafiyaçı alim ləri»
Bakı: «Elm», 2013, 204 səh.
ISBN 978-9952-453-15-7
Kitab ilk dəfə çap olunmaqla Azərbaycanın bütün coğra
fiyaçı alimlərinin elmi yaradıcılıq fəaliyyətlərinin və coğrafiya
elminin inkişafındakı elmi-nəzəri fikirlərinin, elmə verdikləri töh
fələrin yığcam xülasəsinə həsr olunmuşdur. Əsərdə həmçinin
Azərbaycanda coğrafiya elmi sahəsində yetişmiş elmi-kadr p o
tensialının inkişaf dinamikası və müasir ekocoğrafı problemlərin
həlli istiqamətlərinin təhlili verilmişdir.
1801000000
655(07) -2013
© «Elm» nəşriyyatı, 2013
I
ÖN SÖZ
Azərbaycanda coğrafiya elminin qədim tarixi vardır və
onun coğrafiya elminə töhfələr vermiş bir sıra məşhur coğra
fiyaçı səyyahları olmuşdur. Bunlara misal olaraq X-XI əsrlərdə
yaşa-mış və türk xalqlarının yaşadığı ərazilərin ilk xəritəsini
tərtib etmiş M.Qaşqarini, XIII əsrdə yaşamış, Marağa rəsəd
xanasının əsasını qoymuş, səma cisimlərini müşahidə etməklə
yerin fırlandığını sübut etmiş Nəsirəddin Tusini, XIV-XV əsr
lərdə yaşamış, yer kürəsində yeddi iqlim tipi ayıraraq onların
hər birinin səciyyəsini vermiş Ə.Bakuvini, XVIII-XIX əsrlərdə
yaşamış, ömrünün 40 ilini səyahətdə keçirərək Şimali Afrika,
cənubi, cənub-qərbi və cənub şərqi Asiyanın təbii şəraitinə,
iqtisadiyatına, əhalisinə, təbii ehtiyatlarına aid zəngin mate
riallar toplamış H.Z.Şirvanini, XVIII-XIX əsrlərdə yaşamış,
Azərbaycanda olan bir çox yaşayış məntəqələri, onların m ən
şəyi haqqında ilkin məlumatlar vermiş, dünyada olan müxtəlif
kəşflər haqqında, kainatın quruluşu, ümumi coğrafi təkamül
haqqında müasir dövrdə də əhəmiyyətini itirməyən qiymətli
fikirlər söyləmiş A.Bakıxanovu və başqalarını göstərmək olar.
Professor N.Kərəmovun Hacı Zeynalabdin Şirvani və
A.A.Bakıxanovun həyat və fəaliyyəti haqqında olan kitabları
görkəmli Azərbaycan səyyah və coğrafiyaçıları haqqında zən
gin bilik vermişdir. Bu kitabların Moskvada nəşr edilməsi Azər
baycan coğrafiyaçılarının xarici ölkələrdə, keçmiş SSRİ məka
nında təbliğinə real zəmin yaratmışdır.
Moskva Dövlət Universitetinin riyaziyyat fakültəsinin bio
logiya bölməsini bitirmiş Həsənbəy Zərdabi həyatını Azərbay
canın tədqiqinə, maarifin təşkilinə, ilk dövrü mətbuatın yaran
masına («Əkinçi qəzeti»), Azərbaycan təbiətinin tədqiqinə,
ətraf mühiti qorunmasına həsr etmişdir.
1912-ci ildə Həsənbəy Zərdabinin tələbləri tərəfindən
onun məqalələri toplanaraq «Torpaq, su, hava» adlı əsəri nəşr
edilmişdir. Bu əsər Azərbaycanda işıq üzü görmüş ilk ümumi
yerşünaslıq əsəri adlandırılmasıdır. B.Ə.Budaqovun «Həsənbəy
3