Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə5/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   2   3   4   5   6   7   8   9   ...   47

Babayev  Səfərəli Yaqub oğlu 
( 1923- 2003)
S.Y.Babayev  Naxçıvan  MR-nın 
Babək rayonunun Əznəbürd-Təzəkənd 
kəndində  anadan  olmuşdur.  1954-cü 
ildə  Azərbaycan  Dövlət  Qiyabi  Peda­
qoji  institutu  coğrafiya  fakültəsini  bi­
tirmişdir.  1959-cü  ildə  Azərbaycan 
EA  Coğrafiya  İnstitutunun  dissertantı 
olmuşdur.  1968-ci  ildə  «Naxçıvan 
MSSR-in  təbii  şəraiti  və  landşaftı» 
mövzusunda  namizədlik,  2002-ci  ildə 
isə  «Naxçıvan  MR-da  Dədə-Qorqud 
toponimləri»  mövzusunda  doktorluq 
dissertasiyası  müdafiə etmişdir.
S.Y.Babayev  1937—
 1938-ci  illərdə  Babək  rayonu  Xıncab 
kənd yeddiillik məktəbində  işləmişdir.  1948-ci  ildə Azərbaycan 
LKGİ  Naxçıvan  Vilayət  Komitəsinin  katibi  çesilmişdir.  1950- 
1952-ci  illərdə  Azərbaycan  KP  MK  yanında  İkiillik  Partiya 
məktəbinin  dinləyicisi  olmuşdur.  1952-1955—
ci  illərdə  Naxçı­
van  MR-sı  M aarif  Nazirliyinin  məktəb  inspektoru,  Naxçıvan 
rayon  Partiya  komitəsinin  təbliğat-təşviqat  şöbəsinin  müdiri,
1957-ci  ildə  Naxçıvan  MR  Maarif Nazirinin  müavini,  1968-ci 
ildə  Muxtar Respublikanın  maarif naziri  vəzifəsində işləmişdir.
1963-cü  ildə  Azərbaycan  KP  Naxçıvan  rayon  komitəsinin 
birinci  katibi,  1965-ci  ildə  Naxçıvan  MR Nazirlər Soveti  yanın­
da Radio və Televiziya verilişləri Komitəsinin  sədri  olmuşdur.
1965-1970-cı  illərdə  Naxçıvan  MR  Nazirlər  Soveti  sədri­
nin  birinci  müavini,  1972—
ci  ildə  Azərbaycan  Pedqoji  İnstitutu 
Naxçıvan  filialının direktoru vəzifəsində çalışmışdır.
1972-ci  ildən  başlayaraq  Naxçıvan  Pedaqoji  İnstitutunda 
Coğrafiya  kafedrasının  müdiri,  dekan  və  dosent  vəzifələrində 
işləmişdir.  1996-cı  ildən  ömrünün  sonuna  qədər  Y.Məmməd­
əliyev  adma  Naxçıvan  Dövlət  Uniıversitetin  Coğrafiya  kafedra­
sının müdiri  olmuşdur.
21


1959-cü  ildən  2003-cü  ilə  qədər Azərbaycan  Respublikası 
Coğrafiya  Cəmiyyəti  Naxçıvan  filialının  sədri  olmuşdur.  1959- 
cü  ildən  3  çağırışda  Naxçıvan  Muxtar  Respublikası  Ali  Sove­
tinin deputatı  seçilmişdir.
S.Y.Babayev  uzun  illər Naxçıvan  MR-sı  Ağsaqqallar  Şura­
sının  sədr müavini və  sədri olmuşdur. Xidmətlərinə görə Naxçı­
van  MR  Ali  Soveti  Rəyasət  heyətinin  2,  SSRİ  Coğrafiya  C ə­
miyyətinin  1  Fəxri fərmanı  ilə təltif olunmuşdur.
Elmdə  məşğul  olduğu  əsas  sahə  fiziki  coğrafiya,  landşaft­
ların  tədqiqi  olmuşdur.  Elmi  tədqiqatları  əsasən Naxçıvan  M R- 
nın  fiziki  coğrafiyası, təbii  sərvətləri, təbiətin  mühafizəsi,  topo­
nimikası  və  s.  öyrənilməsinə  həsr  olunmuşdur.  Onlarla  elmi 
əsərin  müəllifidir.  Onun  əsərlərindən  «Qədim  diyarın  təbiəti» 
(1970),  «Əfsanələr  diyarı»  (2001),  «Naxçıvan  MR-nin  coğrafi­
yası»  (1999), və s. daha çox elmi  əhəmiyyətə malikdir.
Ələkbərov  Kazım  Əhdulmanaf oğlu 
( 1909- 1987)
Ələkbərov  Kazım  Abdulmanaf 
oğlu  Bakı  şəhərində  anadan  olmuş­
dur. 
1932-ci  ildə  Bakı  şəhərində 
Azərbaycan  Politexnik  institutunda 
kənd  təsərrüfatı  fakültəsini  aqronom 
ixtisası  üzrə bitirmişdir.  1941-1943-cü 
illərdə  Bakı  şəhərində  Torpaqşünaslıq 
sektorunun  aspiranturasında  təhsil  al­
mışdır.  1943-cü  ildə  «Samur-Dəvəçi 
kanalı  boyu  qrunt  və  torpaq  örtüyü» 
mövzusunda  dissertasiya  müdafiə  edib 
geologiya-mineralogiya  elmləri  nami­
zədi  alimlik  dərəcəsi  almışdır.  1958-ci  ildə  Moskvada  «Azər­
baycan 
SSR-də 
torpaqların 
eroziyası» 
mövzusunda
22
dissertasiyası  müdafiə  etmiş və  kənd  təsərrüfatı  elmləri  doktoru 
adı  almışdır.  1957-1963-cü  illərdə  Bakı  şəhərində  Azərbaycan 
Kənd  Təsərrüfatı  nazirliyi  Torpaq  Eroziyası  Elmi-Tədqiqat 
stansiyasının direktoru  1963-80-cı  illərdə  isə  orada şöbə  müdiri 
işləmişdir.  1960-cı  ildə  SSRİ  Nazirlər  Soveti  yanında  Ali 
Attestasiya komissiyasının  qərarı  ilə  professor elmi  adı  almışdır.
1967-ci  ildə  səmərəli  elmi-tədqiqat və  ictimai  fəaliyyətinə  gö­
rə  «Şərəf  nişanı»  ordeni  ilə  təltif  olunmuşdur.  1968—
ci  ildə 
Azərbaycan  MEA müxbir üzvü seçilmişdir.
К.A.Ələkbərov  1980-cı  ildən ömrünün  sonuna qədər Azər­
baycan  MEA  Coğrafiya  institutundakı  Təbiəti  Mühafizə  şöbə­
sinə  rəhbərlik  etmişdr.  O,  Azərbaycanda  görkəmli  torpaqşünas 
alim  və  torpaqların  eroziyasına  qarşı  mübarizə  sahəsində  m ütə­
xəssis kimi  tanınır.  K.Ə.Ələkbərov Azərbaycanda  torpaq  erozi­
yası proseslərinin yayılmasını, onu əmələ gətirən təbii  amillərin 
elmi  əsaslarını,  Torpaq  eroziyasının Azərbaycan  üzrə təsnifatını 
öyrənmiş,  bu  sahədə  ilk  dəfə  iri  miqyaslı  xəritələr tərtib  etmiş­
dir.  Onun  elmi  təkliflərinə  əsaslanaraq  Azərbaycanda  torpaq 
eroziyasına  qarşı  m üxtəlif mübarizə  üsullarını  əks  etdirən  layi­
hələr  hazırlanmış  və  tətbiq  edilmişdir.  Coğrafiya  institutunda 
işləyərkən  K.A.Ələkbərov  təbiəti  mühafizə  sahəsinə  də  xüsusi 
diqqət ayırmış,  böyük elmi  təcrübi  əhəmiyyəti  olan  əsərlər nəşr 
etdirmişdir.  O, torpaqların eroziyasının  inkişafında, təbii  şəraitin 
pozulmasında  coğrafi  amillərlə  yanaşı  antropogen  amillərin 
təsirini  öyrənmişdir.  Onun  rəhbərliyi  altında  20-dən  çox  elmlər 
namizədi  və elmlər doktoru hazırlanmışdır.
Kazım  Ələkbərov  Azərbaycanın  eroziya  elminin  ilk  təşki­
latçı  və tədqiqatçısıdır.  O  eroziya  sahəsində  bir  sıra  uğurlu  elmi 
tədqiqat və təşkilatı  işlər aparmışdır.
23


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə