Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə3/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   2   3   4   5   6   7   8   9   ...   47

dissertasiyası  müdafiə  etmişdir.  1967-cı  ildən  Coğrafiya  İnsti­
tutunda  onun  təşəbbüsü  ilə  yeni  yaradılmış  «landşaftşünaslıq» 
şöbəsinin  müdiri  olmuşdur.  O,  1974-ci  ildən  1988  ilə  kimi 
Azərbaycan  EA  Coğrafiya  institutunun  Elmi  İşlər üzrə  direktor 
müavini  olmuş,  həmin  ildən  (1988)  ömrünün  axırına  qədər 
institutun direktoru  işləmişdir.
Akademik  B.Ə.Budaqov  1976-cı  ildə  Azərbaycan  EA müx­
bir üzvü,  1989-cü ildə həqiqi üzvü-akademiki  seçilmişdir.
B.Ə.Budaqovun  elmi  yaradıcılığı  Azərbaycan  Respublikası 
ərazisinin geomorfologiyasının,  landşaftının, yeni  tektonik hərə­
kətlərin,  toponomiyasının,  ekologiyasının  tədqiqinə,  ətraf mü- 
hütün  qorunmasına,  məktəb  coğrafiyasının  inkişafına  həsr olun­
muşdur.  Azərbaycan  coğrafiyasının  görkəmli  tədqiqatçısı  və 
elmin  təşkilatçısı  olan  B.Ə.Budaqov bir çox  xarici  ölkələrdə də 
tanınır.
B.Ə.Budaqov müasir elmi  problemlərə  həsr olunmuş  1000- 
dən çox əsərin, məqalə və monoqrafiyaların müəllifidir.
B.Budaqov Azərbaycan elm tarixində  ilk dəfə  olaraq «Türk 
uluslarının  yer  yaddaşı»  (1994),  Q.Qeybullayevlə  birgə  «Er­
mənistanda  Azərbaycan  mənşəli  toponimlərin  izahlı  lüğəti» 
(1998),  «Gürcüstanda  olan  türk  toponimlərinin  izahlı  lüğəti» 
(2004),  «Azərbaycanın  təbii  landşaftları  və  onların  qorunması» 
(1974),  «Böyük  Qafqazın  cənub  yamacının  geomoflogiyası» 
(1969),  «Avrasiyanın  türk  toponimləri»  (1998),  «Azərbaycanın 
Böyük  Qafqaz  hissəsinin  müasir  və  qədim  buzlaqları»  (1965), 
kimi  mühüm  problemlərlə  məşğul  olmuş və  bu barədə  kitablar 
çap  etdirmişdir.
Budaq  Budaqov  1962—
ci  ildə  Özbəkistan  EA  akademiki 
Təvi  Arifxan  oğlu  Maklyakonun  dəvəti  ilə  orada  çöl  elmi- 
tədqiqat  işləri  aparmışdır.  Sonradan  bu  ekspedisiya  (1967—
ci 
ildə) Fərqanə  çökəkliyinə təşkil  edilmişdir.
Akademik  B.Budaqov  Azərbaycanda  müasir  coğrafiyanın 
geomorfologiya,  landşaftşünaslıq  və  topononimika  elmi  mək­
təblərinin  banilərindən  biridir.  Onun  rəhbərliyi  ilə  50-yə  qədər 
coğrafiya  elmləri  namizədi  hazırlanmışdır.  Onlardan  bir  neçəsi 
Orta  Asiya  ölkələrində,  Dağıstanda  çalışan  alimlərdir.  Onun
12
1973-cü  ildə dərc  edilmiş «Cənub-Şərqi  Qafqazın geomorfolo­
giyası  və  yeni  tektonikası»  adlı  əsəri  1978—
ci  ildə  Umumittifaq 
Müsabiqəsində  keçmiş  SSRİ  Coğrafiya  Cəmiyyətinin  N.A. 
Prejevalski  adına qızıl  medalına layiq görülmüşdür.
B.Ə.Budaqovun  elmi-təşkilatı  uğurlarına  görə  1970,  1980, 
1985  və  1990-cı  illərdə  keçmiş  SSRİ  Coğrafiya  cəmiyyəti  qu­
rultaylarında  həmin  cəmiyyətin  elmi  şurasının  üzvü  seçilmişdir. 
Eyni  zamanda  Moskvada  nəşr  edilən  «Geomorfologiya»,  Aş­
qabadda  nəşr edilən «Səhralardan istifadə-problemləri»  və  İrk- 
tutskda  dərc  edilən  «Coğrafiya  və  təbii  ehtiyatlan) jurnallarının 
redaksiya  heyəti  üzvü  kimi  də  fəaliyyət  göstərmişdir.  Budaqov 
SSRİ-Hindistan,  SSRİ-Bolqarıstan,  SSRJ-Fransa  elmi  simpo­
ziumlarının  təşkilatçılarından  biri  və  Azərbaycan  üzrə  elmi 
rəhbəri  olmuşdur.  O,  İran  İslam  respublikasında,  Türkiyədə 
keçirilən  beynəlxalq  miqyaslı  elmi  konfranslarda  da  iştirak 
etmiş və məruzələrlə çıxış etmişdir.
B.Ə.Budaqov  məhsuldar  elmi  əməyinə  görə  1982—
ci  ildə 
SSRİ  Xalq  Təsərrüfatı  Nailiyyətləri  sərgisinin  təşkil  etdiyi 
Birinci Zaqafqaziya  sənədli  filmlər kinofestifalında Azərbaycan 
da  təbiəti  mühafizənin  təbliğində  əldə  etdiyi  uğurlarına  görə 
medal  və  diplomla,  1988-ci  ildə  Azərbaycan  SSR  Ali  Soveti 
Rəyasət  Heyyətinin  fəxri  fərmanı  ilə  təltif edilmişdir.  2000-ci 
ildə milli  coğrafia elmindəki  xidmətlərinə görə o, Azərbaycanın 
«Şöhrət  ordeni»  ilə  təltif olunmuşdur.  Akademik  B.Ə.Budaqov 
Respublika  Prezidenti  yanında  AAK  Rəyasət  heyətinin  üzvü, 
Azərbaycan  Milli  Məclisi  yanında  toponomika  komissiyasının 
sədri,  1997-ci  ildən  ömrünün  sonuna  qədər  Respublika  Ağsaq­
qallar  şurasının  sədri,  1990-cı  ildən  isə  Azərbaycan  Coğrafiya 
Cəmiyyətinin  prezidenti  olmuşdur.
13


Məmmədov Ə ləşrəf Veysəl  oğlu 
( 1931- 2003)
Məmmədov  Ə ləşrəf  Veysəl  oğlu 
Qax  rayonunun  İlisu  kəndində  anadan 
olmuşdur.  1948-ci  ildə  Qax-Muğal or­
ta  məktəbini,  1953-cü  ildə  BDU-nun 
geologiya-coğrafiya  fakültəsini  geolo­
giya  ixtisası  üzrə  fərqlənmə  diplomu 
ilə bitirmişdir.
1956-cı  ildə  Azərbaycan  EA  Geo­
logiya  institutunun  aspiranturasını  bi­
tirmiş,  «Kür  və  İori  çayları  arasının 
geoloji  şəraitlə  əlaqədar  təbii  neft-qaz 
təzahürlərinin  tədqiqi»  mövzusunda 
namizədlik,  1978—
ci  ildə  isə  «Orta  Kür  çökəkliyinin  neftlilik- 
qazlılığı  ilə  əlaqədar geoloji  quruluşu  və  inkişaf tarixi»  mövzu­
sunda  doktorluq dissertasiyası  müdafiə  etmişdir.  1956—
 1958—
ci 
illərdə  Azərbaycan  EA  Neft  Ekspedisiyasında,  1958-1971 —
ci 
illərdə  isə Geologiya institutunda  işləmişdir.
O,  1989-cu  ildə  Respublika  Elmlər Akademiyasının  müxbir 
üzvü,  2001 —
ci  ildə MEA  həqiqi  üzvü seçilmişdir.
1972-2003-cü  illərdə  Azərbaycan  EA  Coğrafiya  İnstitutu­
nun  paleocoğrafiya  şöbəsinə  rəhbərlik  etmişdir.  Üç  elmlər dok­
toru,  8 elmlər namizədi hazırlamışdır.
Ə.V.Məmmədov  regional  geologiya,  tektonika,  dördüncü 
dövr geologiyası  və  paleocoğrafiyası  sahələrində  fəaliyyət gös­
tərmişdir.  Onun  əsas  elmi  tədqiqatları  Qafqazın,  o  cümlədən 
Azərbaycanın  və  Xəzər  dənizinin  geoloji  quruluşunun,  geoloji 
inkişaf  tarixinin  öyrənilməsinə,  Azərbaycanın  neftli-qazlı  çö­
küntü  komplekslərinin  müəyyənləşdirilməsinə,  Zaqafqaziyanın 
iqliminin  və  landşaftının  təkamül  qanunauyğunluqlarının  aşkar 
edilməsinə,  ibtidai  insan  cəmiyyətlərinin  formalaşmasında  və 
onların  maddi-mədəniyyətlərinin  inkişafında  təbii  mühitin  ro­
luna həsr olunmuşdur.
14
1960-cı  ildən  Azərbaycanda  nəşr  olunmuş  bir  neçə  geoloji 
xəritələrin (geoloji-tektonik, neotektonik, dördüncü dövr çökün­
tüləri),  SSRİ-nin  cənubunun  tektonik  və  neotektonik  xəritələ­
rinin,  Qafqazın  tektonik  xəritəsinin,  SSRİ-nin  litoloji-paleocoğ­
rafi  atlasının,  SSRİ-nin  Üst  pleystosen  və  holosendə  paleocoğ­
rafiyası  atlasının,  Avrasiya  şelflərinin  litoloj i-paleocoğrafi  xəri­
tələr  atlasının  müəlliflərindən  biri  olmuşdur.  Ə.V.Məmmədov 
10 kitabın,  300-dən  sox  elmi əsərin  müəllifidir.  Onlardan  «Orta 
Kür çökəkliyinin  Sarmat  çöküntülərinin  struktur-fasial  xüsusiy­
yətləri  və  neftlilik  perspektivliyi»  (1968),  «Orta  Kür  çökək­
liyinin  geoloji  quruluşu»(1973),  «Orta  Kür  çökəkliyinin  neftli- 
liklə  əlaqədar  paleocoğrafiyası  və  geoloji  inkişaf tarixi»( 1977), 
«Qərbi  Azərbaycanın  geologiyası  və  neft-qazlılığı»  (M.H.Ağa­
bəyovla) (1960)  «Neft  geologiyası  üzrə  izahlı  lüğət»  (S.H.Sala­
yev  və  Q.A.İsmayılovla  birlikdə)  (1959)  «Azərbaycan  Dör­
düncü  dövr  çöküntülərinin  geologiyası»(1978),  «Azərbaycan 
Erkən  və  Orta  pleystosendə  paleocoğrafiyası»  (B.C.Ələsgərov- 
la) (1988) və başqaları  alimə böyük elmi  şöhrət gətirmişdir.
Ə.V.Məmmədov çoxillik məhsuldar elmi-təşkilatı  fəaliyyə­
tinə  görə  1978—
ci  ildə  Azərbaycan  Dövlət  mükafatı  laureatı 
adına layiq görülmüşdür.
Nadirov A səf Abbasqulu oğlu
A.A.Nadirov  1930-cu  ildə  Nax­
çıvan  MR  Şərur  rayonunun  Cəlilkənd 
kəndində  anadan  olmuşdur.  1946—
cı 
ildə  Noraşen  rayonunun  Yengicə  kən­
dində orta məktəbi,  1951 -ci  ildə ADU 
geologiya-coğrafiya  fakültəsini  bitir­
mişdir.
1951-1952—
ci  illərdə  Azərbaycan 
SSR  Ali  Soveti  Rəyasət  Heyəti  apa­
ratında  Respublika  inzibati  ərazi  böl­
güsü 
üzrə 
məsləhətçi 
işləmişdir.
15


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə