Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə8/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   ...   4   5   6   7   8   9   10   11   ...   47

İ.Səfərovun  10  monoqrafiya,  200-dən  çox  elmi  məqaləsi  çap 
olunmuşdur.  1964-cü  ildə  ona  «Respublikanın  əm əkdar  meşə- 
çisi»,  adı  verilmiş,  «Şərəf nişanı»  ordeni,  və  20-dən  çox  medal 
almış,  müxtəlif  təşkilatların  20-dən  çox  Fəxri  fərmanına, 
Ümuimittifaq  Xalq  Təsərrüfatı  Nailiyyətləri  sərgisinin  qızıl, 
gümüş  və  bürünc  medalına  layiq  görülmüşdür.  1993-cü  ildə 
«Qafqazın  meşə  bitkilərinin  rayonlaşdırılması»  işinə  görə 
Ümumiittifaq  elmi-tədqiqat  texniki  institutunun  diplomuna  la­
yiq görülmüşdür.
Şıxlinski Ənvər Mamay  oğlu 
( 1911- 1992)
Ə.M.Şıxlinski  Azərbaycanın  Qa­
zax  rayonunda,  Qazaxbəyli  kəndində 
anadan olmuşdur.
O,  1932—
ci  ildə  G əncədə  Azər­
baycan  Kənd  Təsərrüfat  İnstitutunu 
bitirmişdir.  1933-cü  ildə  Sankt-Peter­
burqda  Baş  Geofizika  rəsədxanası 
nəzdində 
mütəxəssis-iqlimşünaslar 
hazırlayan  Ali  kurslarda  təhsil  almış­
dır.  1947-ci  ildə  «Azərbaycan  SSR-in 
atmosfer  yağıntıları»  mövzusunda  namizədlik  dissertasiyası,
1971 -ci  ildə  isə  «Azərbaycan  SSR-nin  istilik  balansı»  mövzu­
sunda  doktorluq  dissertasiyası  müdafiə  etmişdir,  ,1972-ci  ildə 
Azərbaycan  EA-sınm  müxbir  üzvü  seçilmişdir  və  professor 
adına layiq görülmüşdür.
1932—
 1941 -ci  illərdə  Azərbaycan  Hidrometeoroloji  Xidmət 
idarəsində  mütəxəssis-iqlimşünas və  iqlim  şöbəsinin rəisi vəzi­
fələrində çalışmışdır.  1941-1945-ci  illərdə Böyük Vətən müha­
ribəsinin  iştirakçısı  olmuşdur.  1948-1950-ci  illərdə  Coğrafiya
32
institunun  direktoru  işləmişdir.  1950-1954-cü  illərdə  ADU-da 
müəllim,  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetində  kafedra 
müdiri  və  coğrafiya  fakültəsinin  dekanı  olmuşdur.  1954-1987- 
ci  illərdə  Azərbaycan  EA-sı  Coğrafiya  institutunda  kiçik  elmi 
işçi,  baş  elmi  işçi,  iqlimşünaslıq  şöbəsinin  rəhbəri,  1959-1962- 
ci  illərdə elmi  işlər üzrə direktor müavini olmuşdur.
O  1954-1992-ci  illərdə  iqlimşünaslıq  şahəsində  25  elmlər 
namizədi  hazırlamışdır.  1991 -ci  ildə  ona  Azərbaycanın  Əm ək­
dar  Elm xadimi  fəxri  adı  verilmiş,  1970-ci  ildə  Elm  və  texnika 
sahəsində  Azərbaycan  Dövlət  mükafatına  layiq  görülmüşdür. 
1983-cü  ildə  keçmiş  SSRİ-nin  Xalq  Təsərrüfatı  Nailiyyətləri 
Sərgisinin  gümüş  medalını,  2  dəfə  isə  Ümumittifaq  Coğrafiya 
cəmiyyətinin  «Coğrafiya  elmləri  sahəsində  görkəmli  əsərlərinə 
görə»  diplomunu  almışdır.  Böyük  Vətən  müharibəsindəki  xid­
mətlərinə  görə  II  dərəcəli  Vətən  müharibəsi  ordeninə  və  me­
dallara layiq  görülmüşdür.  Elm  sahəsindəki  xidmətləri  «Qırmızı 
Əmək  bayrığı»  Ordeni  (1991)  və  bir  sıra  medallarla  qiymət­
ləndirilmişdir.
Əsas  elmi  maraq  dairəsi  ümumi  iqlimşünaslıq,  Azərbaycan 
iqliminin  təsnifatı,  dağlıq  ölkələrin  radiasiya  və  istilik  balansı, 
iqlimin  modelləşdirilməsinin  tədqiqi,  dağlıq ölkələrdə  iqlim xə­
ritələrinin  tərtibi  metodikasının  işlənilməsi  olmuşdur.  Respub­
lika hüdudlarında əsas iqlim  amillərinin paylanmasını öyrənmiş, 
ərazidə  formalaşan  iqlim  tiplərini  müəyyənləşdirmişdir.  İstilik 
və  radiasiya  balansı  elementlərinin  yeni  hesablanması  metodi­
kasını  vermişdir.  Proqnozlaşma  ilə  bağlı  son  100  ildə  iqlimin 
dəyişməsi  və  tərəddüdünə  dair  bir  sıra  mühüm  tədqiqatlar 
aparmışdır.
Onun  rəhbərliyi  altında  Coğrafiya  elminin  yeni  sahələri 
olan  mikroiqlimşünaslıq,  atmosferin  çirkləndirilməsi,  iqlimin 
modelləşdirilməsi  problemləri  üzrə mütəxəssis kadrlar hazırlan­
mışdır.
33


«Azərbaycan  SSR-in  atmosfer  yağıntıları  (1949)»,  keçmiş 
SSRİ-nin  mütəxəssis  coğrafiyaçıları  tərəfindən  yüksək qiym ət­
ləndirilmişdir.  Onun  yazdığı  «Azərbaycan  SSR-nin  istilik  ba­
lansı»  monoqrafiyası  (1969),  və  atlası  (1978),  «Azərbaycan 
SSR-in  iqlim  xəritəsi»  (1976,  1991)  və  s.  əsərləri  indi  də  öz 
əhəmiyyətini  saxlayır.  Bundan başqa coğrafiya elminin problem 
m əsələlərinə aid yüzlərlə mühüm elmi əsərlərin müəllifidir.
Ə.M.Şıxlinskinin elmi  əsərləri  iqlimşünaslıq baxımından bir 
çox  dövlətlərdə  analoqu  olmayan  əsərlərdir.  Bu  səbəbdən  də 
onun yazdığı  əsərlər uzunömürlüdür.
Ə.M.Şıxlinski  «Sovet  Azərbaycanı»  (1958)  adlı  fundamen­
tal  əsərin  redaktoru  və  təşkilatçısı  olmuşdur.  O  dərin  təfək­
kürlü, yaradıcı düşüncəli  bir alim idi.
34
E L M L Ə R   D O K T O R L A R I


A b d u y e v   M u x ta r  R z a q u lu   oğlu  
(1926- 1979)
M.R.Abduyev  Ağdaş  rayonunun 
Üçqovaq  kəndində  anadan  olmuşdur.
1941-ci  ildə  Ağdaşda  3  saylı  orta 
məktəbi,  1944-cü  ildə  isə  Ağdaş  Pe­
daqoji  məktəbini  bitirmişdir.  1951-ci 
ildə  ADU-nun  geologiya-coğrafiya 
fakültəsini  coğrafiya  ixtisası  üzrə  bi­
tirdikdən  sonra  müsabiqə  yolu  ilə  tor­
paqşünaslıq  ixtisası  üzrə  Azərbaycan 
EA-nın  aspiranturasına daxil  olmuş  və 
1956-cı  ildə  İrəvan  şəhərində  «Şirvan 
düzünün  şərq  hissəsi  torpaqlarında  şorluluğun  dinamikası» 
mövzusunda  dissertasiya  müdafiə  edərək  kənd  təsərrüfatı  elm­
ləri  namizədi  adını  almışdır.  1966-cı  ildə  M.Abduyev «Delüvial 
formalı  şorlaşmış torpaqlar və onların  meliorasiyası  məsələləri» 
mövzusunda doktorluq dissertasiyası  müdafiə  etmişdir.  1971-ci 
ildə ona professor elmi  adı  verilmişdir.
1951-ci  ildə  M.R.Abduyev Azərbaycan  EA  Torpaqşünaslıq 
və  Aqrokimya  İnstitutuna  işə  daxil  olmuşdur.  1954-1968-ci  il­
lərdə  kiçik  elmi  işçi  və  baş  elmi  işçi, 1968-1979-cu  illərdə  elmi 
işlər üzrə direktor müavini  işləmişdir.
M.R.Abduyev  11  aspirant və  dissertantın  rəhbəri  olmuşdur. 
O,  ali  məktəblərdə  kadr hazırlığında da fəal iştirak etmişdir.
Alimin  elmi  uğurlarının  yekunu  olaraq  1968-ci  ildə  «Delü­
vial  formalı  şoranlaşmış  torpaqlar və  onların  meliorasiyası  m ə­
sələləri»,  (rus dilində) adlı  monoqrafiyası  çap  edilmişdir.  O,  bu­
rada  torpağın  şoranlaşmasına  səbəb  olan  istər  təbii,  istərsə  də 
antropogen  amillərin  hər  bir  istiqamətini  araşdıraraq  mühüm 
elmi  təklif və tövsiyələr vermişdir.  M.R.Abduyev Azərbaycanın 
bir  çox  iri  irriqasion-meliorativ  obyektlərinə  (Şirvan,  Qarabağ, 
Mil  düzləri,  Siyəzən-Sumqayıt  massivi)  və  torpaqlarına  aid
37


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə