Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə16/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   ...   12   13   14   15   16   17   18   19   ...   47

Mehrəliyev Eybalı Qara oğlu 
(1930-2011)
E.Q.Mehrəliyev 
Azərbaycanın
Ağsu  rayonunun  Bico  kəndində  d o ­
ğulmuşdur.  1951-ci  ildə  ADU-nun 
coğrafiya fakültəsini bitirərək iqtisadi—
 
coğrafiyaçı  ixtisasını  almışdır.  1952-ci 
ildə  ADU  tədris  kabinə  müdiri;  1952—
 
1957—
ci  illərdə  AEA-mn  Coğrafiya 
institutunda iqtisadi  coğrafiya şöbəsin­
də  kiçik  elmi  işçi  vəzifəsində  işləmiş­
dir.  1957-1964-cü  illərdə  AEA  İqti­
sadiyyat  institutunda  kiçik,  sonralar  baş  elmi  işçi,  1964-cü  ildə 
Azərbaycan  Tikinti  Materiallan  ET  İnstitutunda  İqtisadi  tədqi­
qatlar  şöbəsinin  rəhbəri,  1966- 1968-ci  illərdə  Azərbaycan  Neft 
Kimya  institutunda  dosent,  1966-67-ci  illərdə  Azərbaycan  Xalq 
Təsərrüfatı  İnstitutunda  dosent,  1967-69-cu  illərdə  Coğrafiya 
institutunda  «Dəniz  iqtisadiyyatı»  şöbəsinin  rəhbəri  olmuşdur. 
1970-1973-cü  illərdə ADPİ-da  coğrafiya  fakültəsində dosent və 
dekan  işləmişdir.  1973-1976-cü  illərdə  AEA  Coğrafiya  institu­
tunda «Dəniz iqtisadiyyatı» şöbəsinin rəhbəri,  1976-77-ci  illərdə 
Kosmik  tədqiqatlar  EİB  laboratoriya  rəhbəri,  1977-86-cı  illərdə 
Coğrafiya  institutunda  «Əhali  coğrafiyası»  şöbəsinin  rəhbəri  və 
1986-cı  ildən  aparıcı  elmi  işçi  işləyib.  1998-ci  ildən  etibarən 
Azərbaycan  Prezidenti  yanında  Dövlət  İdarəçilik  Akademi­
yasında işləmişdir.
1958—
ci  ildə  «Muğan  düzünün  iqtisadi  coğrafiyası»  mövzu­
sunda  namizədlik  dissertasiyası,  1991-ci  ildə  «Dağlıq  rayon­
larda əhalinin  inkişafı  və  məskunlaşmasının  iqtisadi-coğrafi  as­
pektləri»  mövzusunda  doktorluq  dissertasiyası  müdaifə  etmiş­
dir.  (Kiyev şəhərində)
66
O,  Azərbaycanda  məhsuldar  qüvvələrin  yerləşməsi  üzrə 
tanınmış  mütəxəssisdir.  Sənayenin  iqtisadiyyatı  və  ölkəşünas­
lıq,  toponomika,  elm  tarixi  sahələrində  bir  sıra  elmi  problem­
lərlə məşğul  olmuş və  bu  problemlərə  həsr olunmuş  150  əsərin 
o  cümlədən  4  monoqrafiyanın  müəllifidir.  Onun  rəhbərliyi  al­
tında 4 nəfər elmlər namizədi hazırlanmışdır.
Məmmədov Maqbet Ədil oğlu 
(1937- 2005)
M.Ə.Məmmədov  Ağdam  şəhə­
rində  anadan  olub.  Azərbaycan  Poli­
texnik  İnstitutunun  hidromeliorasiya 
fakültəsini  bitirdiklən  sonra  bir  müd­
dət  «Kür-Araztikinti»  Baş  idarəsində 
işləmişdir.
1967-ci  ildə  Moskva  İnşaat  Mü­
həndisləri  İnstitutunun  aspiranturasını 
bitirən  M.Ə.Məmmədov  lıidravlika 
üzrə  namizədlik  dissertasiyası  müda­
fiə  etmişdir.  O,  1971 -ci  ildə  Azər­
baycan  Dövlət  Universitetinin  fiziki 
coğrafiya  kafedrasında  dosent,  1973-cü  ildən  hidrometeorolo­
giya  kafedrasının  müdiri  olmuşdur.  Onun  məqalələri  bir  neçə 
xarici  ölkələrdə  dərc  olunmuşdur.  Uzun  müddət  müasir  Riyazi 
statistikanın  və  ehtimal  nəzəriyyəsinin  hidrologiya  elminə  tət­
biqi  ilə məşğul olmuşdu.  Onun  dağ çaylarının  maksimal  su  sərf­
lərinin  və  onların  kiçik  təminatlarının  hesablanma  metodikası 
praktiki  işdə  istifadə  edilmişdir.  O,  1984-cü  ildən  elmlər dokto­
rudur.  1986-cı  ildə  isə  professor  adını  almışdır.  M.Məmmədov 
120-dən  çox  elmi  məqalənin  müəllifidir.
M.Məmmədov  4  elmlər doktorunun,  10-dan  çox  elmlər na­
mizədinin  işlərinə elmi rəhbər olmuşdur.
2002-2003-cü  illərdə  Avropa  Komissiyasının  TACIS  Proq­
ramı  çərçivəsində  yerinə  yetirilmiş  «Kür  hövzəsinin  su  ehtiyat-
67


larinin  birgə  idarə  olunması»  regional  layihəsinin  Azərbaycan 
üzrə işçi  qrupunun üzvü olmuşdur.
2001-2003-cü  illərdə  ABŞ-ın  Beynəlxalq  İnkişaf Agentli­
yinin  (USAİD)  dəstəyi  ilə  DAİ  kompaniyasının  yerinə  yetirdiyi 
«Cənubi  Qafqazın  su  ehtiyatlarının  idarə  olunması»  layihəsində 
iştirak etmişdir.
Məmmədov Nadir Gülməmməd  oğlu
N.G.Məmmədov 
1941-ci 
ildə 
Azərbaycanın  Masallı  rayonunun  Ər- 
kivan kəndində doğulmuşdur.
1967-ci  ildə  BDU-nun  Coğrafiya 
fakültəsini,  1972-ci  ildə  isə  Azərbay­
can  EA  Coğrafiya  institutun  aspirantu­
rasını  bitirmişdir.  1975-ci  ildə  «Azər­
baycan  SSR  Muğan  və  Salyan  düzən­
likləri  coğrafi  adlarının  tədqiqi»  adlı 
namizədlik,  2004-cü  ildə  isə  «Azər­
baycan 
Respublikası 
oronimlərinin 
təsnifatı  və  formalaşmasının  əsas  qanunauyğunluqları»  mövzu­
sunda doktorluq dissertasiyası  müdafiə etmişdir.
N.Məmmədov  Azərbaycanın  coğrafi  adlarının  tədqiqi  və 
türk  (Azərbaycan)  mənşəli  adların  avtoxton  olması  problemləri 
ilə  məşğul  olmuşdur.  N.G.Məmmədov Azərbaycanda toponimi­
yanın  öyrənilməsi  ilə  məşğul  olmuş,  müəyyən  etmişdir  ki, 
oronimlərin  yaranması  bir  neçə  amillərin  qarşılıqlı  əlaqəsinin 
nəticəsidir.
Mühüm  elmi  işlərindən  «Azərbaycan  respublikasının  oro- 
nimləri»,  (1999)  «Azərbaycan oronimlərinin yaranması  qanuna­
uyğunluqları»  (1999)  «Azərbaycanın  yer  adları»  (1993)  və  s. 
qeyd  etmək  olar.  N.Məmmədov  BDU-da  elmi  pedaqoji  fəaliy­
yətlə məşğuldur.
68
M əmmədov Vaqif Ağaəli oğlu
V.A.Məmmədov  1946-ci ildə Ba­
kı  şəhərində  anadan  olmuşdur.  1968- 
ci  ildə  BDU-nun  geoloji-coğrafiya 
fakültəsini  bitirmişdir.  1968-1972-ci 
illərdə  «Hidrometeorologiya»  idarə­
sində  texnik-okeanoloq  və  mühəndis- 
hidroloq vəzifəsində çalışmışdır.
1972—1977—
ci  illərdə  Azərbaycan 
EA  Coğrafiya  institutunun  «Qurunun 
hidrologiyası»  şöbəsində  kiçik  elmi 
işçi vəzifəsində  işləmiş,  1974-1978-ci 
illərdə  Coğrafiya  institutunun 
aspi­
rantı olmuşdur.
1977-1993-cü  illərdə  Hidrometeorologiya  komitəsində 
Hidrologiya  şöbəsinin  rəisi  vəzifəsində  işləmişdir.  Bu  illərdə 
10-dan  çox  «Hidroloji  illik»  və  «Hidroloji  məlumat»  sorğu 
kitablarının tərtibçisi  və redaktorlarından  biri  olmuşdur.  1980-cı 
ildə  «Ekotexnika»  Respublika  müsabiqəsində  «Kür-Araz  ova­
lığı  göllərinin  su  ehtiyatlarının  qorunması  və  səmərəli  istifadə 
yolları»  mövzusunda tədqiqat işinə  görə  Il-ci  dərəcəli  diplomla 
pulla  mükafatlandırılmışdır.  1978-1986-cı  illərdə  BMT yanında 
su  təsərrüfat  məsələləri  üzrə  ekspetrlərin  ehtiyat  qrupuna  daxil 
edilmişdir.  1981 —
 1983-cü  illərdə  Xəzər dənizi  səviyyəsi  tərəd­
düdünün  ətraf  sahələrə  təsiri  və  ekoloji  tarazlığın  pozulması 
problemləri  üzrə  Ümumittifaq  Qara-Boğaz-Qol  ekspedisiyası­
nın rəisi  və tədqiqat işlərinin  iştirakçısı  olmuşdur.
1985-ci  ildə  «Kür-Araz  ovalığının  gölləri  və  onların  su 
balansı»  mövzusunda  namizədlik  dissertasiyası  müdafiə  etmiş­
dir.  1986-cı  ildə  YUNESKO  tərəfindən  Moskva  Dövlət  Uni­
versiteti  nəzdində  təşkil  olunmuş  Beynəlxalq  Ali  Hidroloqlar 
kursunu  bitirmişdir.
1994-cü  ildən  AMEA  Geologiya  institutunda  «Hidrologiya 
və mühəndisi  geologiya şöbəsində  aparıcı,  baş elmi  işçi,  hazırda 
isə «Geologiya»  şöbəsinin  rəhbəri  vəzifəsində  çalışır.
69


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə