Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə39/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

Məmmədov İbrahim  Hüseyn  oğlu
İ.H.Məmmədov İbrahim  Hüseyn  oğlu  1934-cü  ildə  Göyçay 
rayonunda  anadan  olmuşdur. 
1957-ci  ildə  Bakı  D övlət 
Universitetinin  geologi  coğrafiya  fakültəsini  coğrafiyaçı  ixtisası 
üzrə  bitirmişdir.  1960-1963-cü  illərdə  Lomonosov  adma 
Moskva Dövlət Universitetinin  aspirantı  olmuşdur.  1968-ci  ildə 
«Cənubi  Xəzərin  qərb  sahili  və  Abşeron  rayonunda  dəniz  sə­
viyyəsinin  qeyri-dövrü  tərəddüdü»  mövzusunda  namizədlik 
dissertasiyası  müdafiə etmişdir.  1970-1973-cü  illərdə Coğrafiya 
institutunun  «Xəzər problemləri»  bölməsində  «Xəzər dənizinin 
iqtisadiyyatı»  sektorunda  çalışmışdır.  Xəzər  dənizi  problem lə­
rinə dair 80-dan çox elmi məqalənin müəllifidir.
Məmmədov  Məhəmməd Əhməd  oğlu
M.Ə.Məmmədov 
1952—
ci 
ildə 
Azərbaycanın  Laçın  rayonunun  K ala- 
falıq kəndində anadan  olmuşdur.
1975-ci  ildə  Azərbaycan  DPİ-nun 
coğrafiya fakültəsini  bitirmişdir.
1977—
ci 
ildən  Azərbaycan 
EA 
Coğrafiya  institutunun  «Meşə  torpaqla­
rının  coğrafiyası»  şöbəsində  laborant 
vəzifəsində  işləmiş,  1980-1982-ci  il­
lərdə həmin  şöbənin  əyani  aspirantı  ol­
muşdur.  1982-ci  ildən  «Biocoğrafıya» 
bölməsində  mühəndis,  elmi  işçi,  böyük  elmi  işçi  vəzifəsində 
işləyir.
1986-cı  ildə  «Böyük  Qafqazın  şimal-şərqində  və  Abşeron 
yarımadasında  torpaq-iqlim  şəraitinin  meyvə  ağaclarının  inki­
şafı  və  məhsuldarlığına  təsiri»  mövzusunda  üzrə  namizədlik 
dissertasiyası müdafiə etmişdir.
160
I
Elmi  marağı  torpaqşünaslıq,  biocoğrafıya  və  torpaq  coğ­
rafiyası sahələridir.
«Abşeron  yarımadasında  adi  badamın  su  rejiminin  torpaq 
rütubətindən  asılılığı»,  «Dağ-şabalıdı  torpaqların  fiziki  xassə­
ləri  və  onlarda  rütubətin  dinamikası»,  «Böyük  Qafqazın  şimal- 
şərq yamacında  püstənin  rürubət  rejiminin  dağ-şabalıdı  torpaq­
ların  nəmliyindən  asılılığı»,  «Meyvə  ağaclarının  kül  tərkibi  və 
bioloji  udma  qabiliyyəti»  və  s.  kimi  elmi  məqalələrin  m üəl­
lifidir.
Məmmədov Qərib Mutu oğlu
Q.M.Məmmədov 
1932—
ci 
ildə 
Gürcüstan  Respublikasının  Qardabani 
(Keçmiş Qarayazı) rayonunun Qaraca­
lar kəndində anadan olmuşdur.
1953-cü  ildə  Azərbaycan  Dövlət 
Universitetinin  geoloji-coğrafiya  fa­
kültəsini 
coğrafiyaçı 
ixtisası 
üzrə 
fərqlənmə diplomu  ilə  bitirərək Azər­
baycan  Respublikası  Hidrometeorolo­
giya komitəsinə  işə göndərilmişdir.
1961-1964-cü 
illərdə 
Moskva 
Dövlət Universitetinin  aspirantı  olmuşdur.  Orada  «Xəzər dəni­
zinin  orta  hissəsində  dəniz  axınları  və  su  mübadiləsi»  mövzu­
sunda  dissertasiya  müdafiə  edərək  coğrafiya  elmləri  namizədi 
alimlik dərəcəsi  alıb,  Bakıya  qayıtmışdır.  1954-1969-cu  illərdə 
Azərbaycan  EA  Coğrafiya  institutunun  Xəzər  problemləri 
sektorunda  işləyib.  1969-cu  ildə  BDU-nun  coğrafiya  fakültə­
sinə dəvət olunur və  indiyədək həmin fakültədə işləyir.  1970-cı 
ildən  fakültənin dosentidir.
Əsas  elmi  marağı  X əzər dənizində  axınların,  xüsusilə  dərin 
qatların  dinamikasının  öyrənilməsidir.  Bu  sahədə  70-dən  çox 
elmi  əsərin müəllifidir.
161


Məmmədov Rafik Hüseyn  oğlu 
(1934-2010)
R.H.Məmmədov  Quba  rayonunun  Qonaqkənd  kəndində 
anadan  olmuşdur.  1957-ci  ildə  ADP  institutunun  coğrafiya  fa­
kültəsini  bitirmişdir.  1958-1966-cı  illərdə  Azərbaycan  EA 
Coğrafiya  institutunda  baş  laborant kiçik  elmi  işçi  vəzifələrində 
çalışmışdır.  1961-1964-cü  illərdə  M.Lomonosov  adına Moskva 
Dövlət  Universitetinin  aspirantı  olmuşdur.  1966-1970-ci  ildə 
İqtisadiyyat  institutunda  şöbə  müdiri  vəzifəsində  işləmişdir. 
1970-1980-cı  illərdə  ADU-də  iqtisadi-coğrafiya  kafedrasının 
dosenti,  1980-ci  ildən  2010-cu  ilə  qədər  Azərbaycan  İqtisad 
Universitetində  iqtisadi-coğrafiya  və  təbii  resurslardan  istifadə 
kafedrasının  müdiri  olmuşdur.  1966-cı  ildə  namizədlik  disser­
tasiyası  müdafiə  etmişdir.  83  elmi  işin  müəllifidir.  1985-ci  ildə 
professor adı  almışdır.
Məmmədzadə Rəfiqə Ağaməcid qızı
R.A.Məmmədzadə  1952-ci  ildə 
Bakı  şəhərində  doğulmuşdur.  1974-cü 
ildə  Azərbaycan  Dövlət  Universiteti­
nin  geologiya-coğrafiya  fakültəsini  bi­
tirmişdir.  1974-cü  ildən  Azərbaycan 
MEA  Coğrafiya  institutunda  Xəzər 
problemləri 
sektorunda 
işləmişdir. 
1975—
ci  ildə  SSRİ  EA-nın  Okeano­
logiya  institutunda  təcrübə  keçmişdir. 
1977-1985-ci  illərdə  Azərbaycan  EA 
«Geofizika»  Elmi  mərkəzində  Xəzər 
dənizinin  problemləri  sektorunda  baş 
mühəndis  vəzifəsində  olmuşdur.  1994-cü  ildə  namizədlik  dis­
sertasiyası  müdafiə  etmişdir.  O,  təbiətin  mühafizəsi  problem-
162
ləri,  suların,  su  anbarlarının mühafizəsinə  dair elmi  məqalələrin 
müəllifidir.  1986-cı  ildən  Coğrafiya  institutunda  Xəzər  şöbə­
sində kiçik elmi,  baş elmi  işçi  vəzifəsində olmuşdur.
Məmmədova  Səlimə Nəsir qızı
S.M.Məmmədova  1934-cü  ildə 
Bakı  şəhərində  anadan  olmuşdur.
1957-ci  ildə  Bakı  Dövlət  Universiteti­
nin  geologiya-coğrafiya  fakültəsini 
coğrafiyaçı  ixtisası  üzrə  bitirmişdir.
1962—
  1970—
ci 
illərdə 
Azərbaycan 
MEA  Coğrafiya  institutunun  aspirantı 
olmuşdur.  1970-ci  ildə  «Azərbaycan 
ərazisində  Salbuz və sır-sıra hadisələ­
rinin  əm ələ  gəlməsinin  meteoroloji 
şəraiti»  mövzusunda  namizədlik  dis­
sertasiyası  müdafiə  etmişdir.  1980-ci  ildən  Coğrafiya  institutu­
nun  «Meteorologiya  və  kənd  təsərrüfatı  iqlimşünaslığı»  şöbə­
sində  böyük  elmi  işçi  vəzifəsində  işləyib  və  bu  sahədə  elmi 
araşdırmalar  aparmışdır.  Mikrosinoptika  sahəsində  ixtisaslaş­
mışdır.  Sinoptik  proseslərə  aid  elmi  nəticələrinin  Azərbaycan 
şəraitində  tətbiqinə  nail  olmuşdur.  30-dan  çox  elmi  əsəri  nəşr 
olunmuşdur.
163


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə