Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə42/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   ...   39   40   41   42   43   44   45   46   47

Mirzəyev Pullu  Səməd oğlu 
(1935-1997)
P.S.Mirzəyev  Naxçıvan  MR  Or­
dubad rayonunun  Əylis  kəndində  ana­
dan  olmuşdur.  1959-cu  ildə  BDU-nm 
coğrafiya  fakültəsini  coğrafiyaçı  ixti­
sası  üzrə  bitirmişdir.  1959-61 —
ci  il^- 
lərdə Azərbaycan MEA Coğrafiya ins­
titutunun  iqlimşünaslıq  şöbəsinin  aspi­
rantı olmuşdur.
1963-1968-ci  illərdə  Azərbaycan  MEA  Coğrafiya  institu­
tunun  iqlimşünaslıq  şöbəsində  laborant,  kiçik elmi  işçi,  baş  elmi 
işçi,  1968-ci ildən  isə ADPU-nın coğrafiya fakültəsində dosent, 
professor, kafedra müdiri vəzifəsində işləmişdir.
1966-cı  ildə  «Naxçıvan  MR-nın  aqroiqlim  xüsusiyyətləri» 
mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Əsas  elmi  marağı  Naxçıvan  M R-nın  aqroiqlim  şəraitinin 
öyrənilməsi  və  onun  təsərrüfata tətbiqi  məsələlərini  əhatə  edir. 
«Naxçıvan  MSSR-nin  aqroiqlim  səciyyəsi»  (1972)  mono­
qrafiyasının və  60-dan çox elmi məqalənin müəllifidir.
Mirzəyev  Şamo  İsmayıl  oğlu
S.İ.M irzəyevl938-ci  ildə  Laçın 
rayonunun  Sadınlar  kəndində  anadan 
olmuşdur. 
1961 -ci  ildə  BDU-nun 
geoloji-coğrafiya  fakültəsini  fiziki- 
coğrafıyaçı  ixtisası üzrə bitirmişdir.
1962-ci  ildə  Laçın  rayonunun  Sa- 
dınlar  kəndində  coğrafiya  müəllimi, 
1962-1964-cü  illərdə  Bakı  Torpaq 
ekspedisiyasında  mühəndis-torpaqşü­
nas  və  dəstə  rəisi  olmuşdur.  1964-
172
1967-ci  illərdə Azərbaycan  MEA  Torpaqşünaslıq və Aqrokim­
ya institutunda meşə torpaqşünaslığı  ixtisası  üzrə  əyani aspiran­
turada  təhsil  almışdır.  1970-ci  ildə  «Həkəriçay  hövzəsinin  yu­
xan  hissəsində  palıd  və  vələs  meşələrinin  dağ-m eşə  torpaqlan 
və  onların  meşəçilik  xüsusiyyətləri»  mövzusunda  namizədlik 
dissertasiyası müdafiə etmişdir.
1968-1987-cü  illərdə  Coğrafiya  institutunda kiçik elmi  işçi. 
1973-1983-cü  illər  böyük  elmi  işçi,  1987—
ci  ildən  2002-ci  ilə 
qədər  «Torpaq  coğrafiyası»  şöbəsinin  müdiri  vəzifəsində  işlə­
mişdir.
Elmi  maraq  dairəsi  torpaqşünaslıq,  xüsusilə  meşə  torpaq­
şünaslığı,  torpaq coğrafiyası  sahələridir.
Elmi  fəaliyyəti  dövründə  Kiçik Qafqazın cənub-şərq  hissə­
sində  inkişaf  etmiş  dağ-meşə  torpaqlannın  genetik-coğrafi  və 
təsərrüfat  xüsusiyyətlərini,  eləcə  də  meşə  tiplərində  kül  ele­
mentlərinin  bioloji  dövranını  statisonar  şəraitdə  ətraflı  öyrən­
miş,  meşə  torpaqlarının meşəbitmə xüsusiyyətləri,  bonitirovka- 
sı, onlardan səmərəli istifadə olunması torpaqların münbitliyinin 
artırılması,  meşələrin  bərpası  və  s.  haqqında meşəçilik təsərrü­
fatlarına elmi-praktiki  təkliflər verilmişdir.
40-dan  çox  elmi  əsər və  o  cümlədən  bir monoqrafiyanın  -  
«Həkəriçay  hövzəsinin dağ-m eşə  torpaqlan və  onlardan  səm ə­
rəli  istifadə  edilməsi»  -müəllifdir,  (akademik  H.Ə.Əliyevlə 
birlikdə).
Elmi  mövzularla  yanaşı  təsərrüfat  müqaviləsi  əsasında 
görülən  işlərdə  də  fəal  iştirak  etmişdir.  1993-1995—
ci  illərdə  iri 
miqyaslı  torpaq  xəritələri,  aqroistehsal  kartoqramları  tərtib  et­
mişdir.
1981,  1986,  1990-cı  illərdə  ÜTC-nin  qurultayında  nüma­
yəndə kimi  iştirak etmiiş və məruzə ilə  çıxış etmişdir.
173


Mirzəyeva Tutuxanım 
Ağamirzə  qızı  (1930-2003)
T.A.Mirzəyeva Hacıqabul rayonunun 
Navahi 
kəndində 
anadan 
olmuşdur. 
1953-cü  ildə  Azərbaycan  Dövlət  Uni­
versitetinin  geologiya-coğrafiya  fakül­
təsini  bitirmişdir.  1953-1963-cü  illərdə 
həmin  universitetin  iqtisadi  coğrafiya 
kafedrasında  baş  laborant,  1970-cı  ilə 
qədər  Azərbaycan  MEA  Coğrafiya  ins­
titutu  iqtisadi  coğrafiya  şöbəsində  kiçik  elmi  işçi  vəsifəsində 
çalışmışdır.  1967-ci  ildə  həmin  şöbənin  əyani  aspiranturasını 
bitirmişdir.  1969-cu  ildə  «Azərbaycan  Respublikasının  dəmir 
yolu  nəqliyyatı  və  iqtisadi  əlaqələri»  mövzusunda  namizədlik 
dissertasiyası  müdafiə  etmişdir.  1970-cı  ildən  ömrünün  sonuna 
qədər  N.Tusi  adına  ADPU-da  dosent  vəzifəsində  işləmişdir. 
Onun  əsas  tədqiqat  sahələri  Azərbaycan  Respublikasının  iqti­
sadi-sosial  problemləridir.  Azərbaycan  Ensiklopediyasının 
1972-ci  ildə  nəşr  edilmiş  atlasında  Azərbaycan  nəqliyyatı  x ə ­
ritəsinin  müəllifidir,  iqtisadi-sosial  coğrafiyaya  aid  abuturi- 
yentlər üçün coğrafiyadan vəsaiti,  20-dən çox  elmi-pedaqoji  və 
metodiki məqaləsi  çap olunmuşdur.
Muradov Bəxtiyar Bəzirqan  oğlu
B.B.Muradov  1949-cu  .ildə  Bakı 
şəhərində  anadan  olmuşdur.  1973-cü 
ildə  Azərbaycan Dövlət Universitetinin 
geologiya-coğrafiya  fakültəsini  bitir­
mişdir.  1975-ci  ildən Coğrafiya  institu­
tunda,  sonralar Kosmik  tədqiqatlar  ins­
titutunda  işləmiş,  Moskva  şəhərində 
SSRİ  EA  Su  problemləri  institutunda, 
təcrübə  keçmiş  və  əyani  aspirant
174
olmuşdur.  1996-cı  ildə  «X əzər dənizinin buxarlanması,  meteo- 
müşahidələrin  nəticələrinin  ona  görə  qiymətləndirməsi»  möv­
zusunda namizədlik dissertasiyası  müdafiə  etmişdir.  1996-cı  ilə 
qədər  AMAKA  ekologiya  institutunda  işləmiş,  sonralar  A zər­
baycan  Respublikası  Təbii  ehtiyatların  mühafizəsi  elmi  xidm ə­
tinin rəhbəri vəzifəsində olmuşdur.  1998-ci  ildən  Azərbaycan­
da  X əzər  ekologiya  proqramı  üzrə  NATO-nun  regional  koor- 
dinatoru  işləyir.  Bir  neçə  Beynəlxalq  ekologiya  layihələrinin 
iştirakçısı  olmuşdur.  O,  bir  elmlər namizədi  hazırlamışdır.  40-a 
qədər  çap  olunmuş  elmi  işi  vardır.  Su  səthinin  temperaturunun 
distansion  üsulla  təyin  edilməsi  haqqında  bir  müəlliflik  şəha­
dətnaməsi almışdır.
Nəsibzadə  Loğman  İsa oğlu
L.İ.Nəsibzadə  1932-ci  ildə  Gür­
cüstan  Respublikası  Bolnisi  rayonu 
Aşağı  Qoşakilisə  kəndində  anadan ol­
muşdur.  1955-ci  ildə  ADPİ-nun  coğ­
rafiya  fakültəsini  bitirmiş  və  coğrafi­
yaçı  ixtisası  almışdır.  1955-ci  ildən 
Gürcüstan  Respublikası  Bolnisi  rayo­
nu  Saraclı  kənd  orta  məktəbində 
müəllim  işləmişdir.
1959-cu  ildə  Azərbaycan  MEA 
Coğrafiya  İnstitutunda  aspiranturaya 
daxil  olmuş,  1964-cü  ildə  «Azərbay­
can  SSR  dəniz  neft  yataqlarının  iqtisadi  coğrafi  səciyyəsi» 
mövzusunda  namizədlik  dissertasiyası  müdafiə  etmişdir.  1962- 
ci  ildən  1967-ci  ilədək  kiçik  elmi  işçi,  1967-ci  ildən  1970-ci 
ilədək  isə  baş  elmi  işçi  vəzifələrində  çalışmışdır.  1970-cı  ildən 
etibarən  ADPU  coğrafiya  fakültəsində  dosert  vəzifəsində  fəa­
liyyət göstərir.
175


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə