Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə43/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   ...   39   40   41   42   43   44   45   46   47

Elmi  maraq  dairəsi  əsas  etibarilə X əzər dənizinin təbii  sər­
vətlərinin  səmərəli  mənimsənilməsi,  ölkəşünaslıq  və  dünyanın 
qlobal  coğrafi  problemlərinin  tədqiqidir.  «Xarici  ölkələrin  iqti­
sadi  və  sosial  coğrafiyası»,  «Dünyanın  iqtisadi  və  sosial  coğra­
fiyası»,  (tədris vəsaiti),  «Oman  Sultanlığı»  və  s,  kimi  elm i-kül- 
təvi mövzularda əsərlərin müəllifidir.
Nəcəfov Əziz N əcəf oğlu 
(1960-2004)
Ə.N.  N əcəfov  Saatlı  rayonunun 
Sancalar  qəsəbəsində  anadan  olmuş­
dur.  1982-ci  ildə  BDU-nın  geoloji- 
coğrafiya fakültəsini bitirib coğrafiyaçı 
ixtisası almışdır.
1990-cı 
ildə 
Tiflis 
şəhərində 
«Azərbaycan  Respublikasının  qış  ot­
laqlarının  zooiqlim  ehtiyatlan  və  qo­
yunların  otarılması  şəraiti»  mövzusun­
da  namizədlik  dissertasiyası  müdafiə 
etmişdir.
1982-1991-cü  illərdə  Coğrafiya 
institutunun  mikroiqlim  laboratoriyasında  baş  laborant,  kiçik 
elmi  işçi,  elmi  işçi vəzifələrində işləmişdir.  1991-ci  ildən 2004- 
cü  ilə  qədər  Azərbaycan  Respublikası  Dövlət  Ekologiya  və 
Təbii  sərvətlər  Nazirliyində  qoruqlar,  təbiət  abidələri,  ovçuluq 
təsərrüfatları  və  faunanın  mühafizəsi  üzrə  baş  mütəxəssis 
vəzifəsində  işləmişdir.  1993-cü  ildən  Azərbaycan  Respublikası 
Dövlət  qoruqlan  idarəsində  Elmi  Şuranın  katibi  olmuşdur. 
1997-ci  ildə  Ümumidünya  Təbiəti  Mühafizə  İttifaqının  Şimali 
Avrasiya  üzrə  komissiyanın  üzvü  seçilmişdir.  Elmdə  maraq 
dairəsi  iqlimşünaslıq,  zooiqlim  və  təbiəti  mühafizə  sahələrinə 
aiddir.
176
Nuriyev Elxan  Balahəsən  oğlu
E.B.Nuriyev  1947—
ci  ildə  Şamaxı 
rayonunun  Göylər  kəndində  anadan 
olmuşdur.  1969-cu  ildə  Azərbaycan 
Dövlət  Universitetinin  geoloji-coğ­
rafiya  fakültəsini  coğrafiyaçı  ixtisası 
üzrə bitirmişdir.
1972-1976-cı  illərdə  Bakı  şəhə­
rində  m üxtəlif  istehsalat  sahələrində 
işləmişdir.  1976-cı  ildən  Azərbaycan 
MEA  Coğrafiya  institutunda  kiçik  el­
mi  işçi,  elmi  işçi və  baş elmi  işçi  vəzi­
fələrində çalışmışdır.  1983-cü  ildə «Böyük Qafqazın Cənub ya- 
macmdakı  (Mazımçay  ilə  Göyçay  arası)  yaşayış  məntəqəsi  ad­
larının  tədqiqi»  mövzusunda  namizədlik  dissertasiyası  müdafiə 
etmişdir.  1990-cı  ildən  Bakı  Dövlət Universitetinin  xarici  ölkə­
lərin  iqtisadi-siyasi  coğrafiyası  və  turizm  kafedrasının  dosenti­
dir.  Hazırda  coğrafiya  fakültəsində  Humanitar  və  sosial  m əsə­
lələr üzrə  dekan  müavinidir.  Azərbaycanda  coğrafi  adların  təd ­
qiqi,  coğrafiyanın tədris metodikası, dünya təsərrüfatının  coğra­
fiyası,  turizm  və  s.  aid  elmi  əsərlərin  müəllifidir.  Bunlardan 
«Azərbaycan  SSR  Şəki-Zaqatala zonasının  toponimiyası»  (mo­
noqrafiya)  «Azərbaycan  xalq  coğrafiya  terminləri»,  (monoqra­
fiya)  Moskvada  «Coğrafiyanın  məsələləri»  toplusunda,  «Azər­
baycanın  landşaft  toponimləri»,  «Azərbaycanda  toponimik 
tədqiqatlar»,  «(Moskva)  İqlim  xüsusiyyətlərinin  toponimlərdə 
əks olunması»  (Özbəkistan),  «Coğrafi  adların  düzgün  yazılması 
və  tarixi  adların  bərpası».  (Moskva),  «Azərbaycanın  toponim­
lərinin  öyrənilməsi  məsələləri»,  (Varşava),  «Azərbaycanın  to ­
ponimik  lüğəti»  (həmmüəlliflərlə).  «Dünya  təsərrüfatının  coğ­
rafiyası»,  (metodik göstəriş) və  başqa əsərlərin müəllifidir.
177


Paşayev Nəriman  Əziz oğlu
N.Ə.Paşayev  1960-cı  ildə  G ədə­
bəy 
rayonunda 
Hacılar 
kəndində 
doğulmuşdur.  1987—
ci  ildə  Azərbay­
can  Dövlət  Universitetinin  geoloji- 
coğrafıya  fakültəsini  coğrafiyaçı  ixti­
sası  üzrə  bitirmişdir.  1987-ci  ildən  in­
diyə  qədər  AMEA  coğrafiya  institu­
tunda  kiçik  elmi  işçi,  böyük  elmi  işçi 
vəzifələrində  çalışmışdır.  1999-cu  il­
dən  Coğrafiya  institutunda  iqtisadi 
coğrafiya  şöbəsinin  müdiridir.  Elmi 
fəaliyyəti  iqtisadi  coğrafiya  təbii  ehti­
yatların  qiymətləndirilməsi,  təbii-dağıdıcı  hadisələrin  istehsal  - 
ərazi  təşkilinə  təsiri,  sosial  infrastrukturun  ərazi  təşkili  sahələri 
problemlərinin  həlli  ilə  bağlıdır.  1995-ci  ildə  «Azərbaycanın 
Böyük  Qafqaz  ərazisində  təbii-dağıdıcı  hadisələrin  təsərrüfata 
təsirinin  iqtisadi-coğrafi  problemləri»  mövzusunda  namizədlik 
dissertasiyası  müdafiə  etmişdir.  Böyük  Qafqaz  ərazisində  sel, 
sürüşmə  və  doluvurma  hadisələrinin  ilk  dəfə  olaraq  sənaye, 
kənd  təsərrüfatı  və  sosial  infrastruktur  sahələrə  təsir  dairəsini 
öyrənməklə onlara dəyən ziyanın iqtisadi həcmini müəyyənləş­
dirmiş,  yaşayış  məntəqələrinin  və  əhalinin  təbii  fəlakətlər  za­
manı ziyançəkmə dərəcəsindən asılı  olaraq rayonlaşdırma apar­
mışdır.  Son  10  ildə  həmçinin Azərbaycan  Respublikasının  ayrı- 
ayrı  regionların  iqtisadi-  coğrafi  problemlərinin  tədqiq  edil­
məsilə  məşğul  olur.  O,  50  elmi,  20  elmi  publissistik və  30-dan 
çox  elmi  kütləvi  məqalənin  müəllifidir  və  «Təbii  fəlakətlərin 
iqtisadi-coğrafi  öyrənilməsi»  adlı  monoqrafiyası  çap  edilmişdir 
(həmmüəlliflə).  Azərbaycan  Respublikası  Jurnalistlər Birliyinin 
üzvüdür.
178
Piriyev İbrahimxəlil Xanəli oğlu 
(1929-1988)
İ.X.Piriyev  İsmayıllı  rayonunun  Sulüt  kəndində  anadan  ol­
muşdur.  1964-cü  ildə  Azərbaycan  Dövlət  Universitetinin  geo­
loji-coğrafiya  fakültəsini  coğrafiyaçı  ixtisası  üzrə  bitirmişdir. 
1967-ci  ildə  Azərbaycan  EA  Coğrafiya  institutunun  aspirantu­
rasını  bitirib,  hidrologiya  şöbəsində  işə  başlamışdır.  1971-ci  il­
də  «Lənkəran  çayları  və  onların  su  rejiminə  təsir  edən  təbii 
amillər»  mövzusunda  namizədlik  dissertasiyası  müdafiə  et­
mişdir.
1974-cü  ildən  Azərbaycan  Təbiəti  Mühafizə  komitəsində 
Dövlət  müfəttişi  işləmişdir.  1975—1977—
ci  illərdə  Azərbaycan 
Hidrometeoroloji  xidməti  idarəsində  mühəndis  olmuş,  1978-ci 
ildən  ömrünün  axırına  qədər  Azərbaycan  respublikası  su  Prob­
lemləri  elmi  tədqiqat  institutunda  işləmişdir.  O,  əsasən  qurunun 
hidrologiyası  üzrə  ixtisaslaşmış  mütəxəssis  idi.  Azərbaycanda 
çayların  su  rejiminin  əsas  qanunauyğunluqlarını  öyrənmişdir. 
Bir sıra elmi əsərlərin müəllifidir.
Reyfmau Raxil  Ziokymovna
R.Z.Reyfman  1925-ci  ildə  Bela- 
russiya  Respublikasının  Çausi  şəhə­
rində  anadan  olmuşdur.  1947-ct  ildə 
Azərbaycan  Dövlət  Universitetinin  fi­
zika-riyaziyyat  fakültəsini  bitirmişdir. 
Universiteti  bitirdikdən  sonra  A zər­
baycan  Respublikası  Hidrometeorolo­
giya  xidməti  idarəsində  mühəndis, 
okeanologiya  şöbəsinin  rəhbəri  ol­
muşdur.  1962-ci  ildən Coğrafiya insti­
tutunda  X əzər dənizi  problemləri  sek­
torunda  kiçik  elmi  işçi  və  dissertant
179


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə