Azərbaycan miLLİ elmlər akademiyasi akademiK h.Ə.ƏLİyev adina coğrafiya institutu



Yüklə 368 Kb.
Pdf görüntüsü
səhifə46/47
tarix11.04.2018
ölçüsü368 Kb.
#37415
1   ...   39   40   41   42   43   44   45   46   47

Süleymanov Məhi Əhməd  oğlu 
(1935-2001)
M.Ə.Süleymanov  Göyçay  rayo­
nunda  anadan  olmuşdur.  1954-cü  ildə 
əlaçı  attestatı  ilə  imtahansız,  ADPİ-nin 
coğrafiya-biologiya  fakültəsinə  daxil 
olmuş və  1959-cu  ildə  həmin  fakültəni 
bitirmişdir.  1959-1962—
ci  illərdə Azər­
baycan  MEA  Botanika  institutunda 
kiçik  elmi  işçi  işləmiş,  1962-ci  ildə 
BDU-nun  geoloji-coğrafiya  fakültəsi­
nin  fiziki-coğrafiya  kafedrasında  aspi­
ranturaya  daxil  olmuşdur.  1965-ci  ildə 
vaxtından  əvvəl  «Ceyrancöl-Acınohur 
öndağlığımn  təbii  landşaftları»  mövzusunda  namizədlik  disser­
tasiyası  müdafiə  etmişdir.  Həmin  ildən  Azərbaycan  MEA  Coğ­
rafiya  İnstitutunda  kiçik  elmi  işçi,  sonralar da  baş  elmi  işçi  v ə­
zifəsində işləmişdir.
1976-cı  ildən  2001 -ci  ilə  qədər  BDU-nın  coğrafiya  fakül­
təsinin  fiziki-coğrafiya  kafedrasında  dosent  vəzifəsində  çalış­
mışdır.
İki dərs vəsaiti  «landşaftşünaslığın  əsaslarının nəzəri  kursu» 
və «Coğrafiyanın  çöl-tədqiqat metodları» və  bir monoqrafiyası - 
«Ceyrançölün  təbii  landşaftları»  çapdan  çıxmışdır.  Bunlardan 
əlavə dörd tədris proqramı  (Landşaftşünaslığın  əsasları;  Ümumi 
yerşünaslıq;  Ftziki-coğrafi  rayonlaşma  və  Fiziki-coğrafiyanın 
problemləri)  nəşr  edilmişdir.  100-dən  artıq  elmi  məqalənin 
müəllifidir.
188
Tahirov Ağasəf Yusif oğlu
A.Y.Tahirov  1948-ci  ildə  Qəbələ 
rayonunun  Nohurqışlaq kəndində  ana­
dan olumuşdur.  1970-ci  ildə Azərbay­
can  Dövlət  Universitetinin  geologiya- 
coğrafiya  fakültəsini  coğrafiyaçı  ixti­
sası  üzrə  bitirib.  Coğrafiya  İnstitutu­
nun  «Meşə  torpaqları  coğrafiyası» 
şöbəsində  sonralar isə  «Təbiəti  müha­
fizə  və  təbii  sərvətlərdən  səmərəli  is­
tifadə»  şöbəsidə  işə  qəbul  edilib.
1974-1976-cı  illərdə  Coğrafiya  ins­
titutunun  əyani  aspirantı  olmuşdur.  1983-cü  ildə  «Daşüz  dağ­
larının  torpaq  örtüyü,  onların  mühafizəsi  və  səmərəli  istifadə 
olunması»  mövzusunda  namizədlik  dissertasiyası  müdafiə  et­
mişdir.
Əsasən  Böyük  Qafqazın  torpaqlarının  genezisi,  xəritələş­
dirilməsi  və  onlardan  səmərəli  istifadə  olunması  problemi  ilə 
məşğul  olmuşdur.  Meşə  bitkilərinin  inkişaf  xüsusiyyətlərinin 
öyrənilməsi  və  m ədən  tullantılarının  rekultivasiyası  sahəsində 
ixtisaslaşmışdır.
Elmi  fəaliyyəti  dövründə torpaqların genetik xüsusiyyətləri, 
onların  rütubət və  istilik  rejimi,  səthi  meyilliyi,  eroziyaya  uğra­
ması,  meşələrin  torpaq  əmələ  gəlmə  prosesinə  təsiri  və  bioloji 
dövranı,  onların  mühafizəsi  və  səmərəli  istifadə  olunması  ilə 
əlaqədar səmərəli  elmi tədqiqatlar aparmışdır.
Onun  20-dən  çox  elmi  məqaləsi  nəşr  olunmuşdur.  «Meşə 
döşənəyinin  torpaq  əm ələgəlm ə  prosesinə  təsiri»,  «Qəbələ  ra­
yonu  ərazisində  dəm ir  ağacı»,  «Azərbaycanın  meşə  torpaqla­
rının genezisi  və səmərəli  istifadə olunması», «Daşüz dağlarının 
palıd,  vələs  meşələrində  kül  elementlərinin  bioloji  dövranı  və 
toplanması»  və s.  əsas elmi  işlərindən hesab olunur.
189


Tarixazər Sitarə Əbülfəz  qızı
S.Ə.Tarixazər  1960-cı  ildə  Bakı 
şəhərində  anadan  olmuşdur.  1988-ci 
ildə  Azərbaycan  Dövlət  Universiteti­
nin  geologiya-coğrafiya  fakültəsini 
coğrafiyaçı  ixtisası  üzrə  bitirmişdir. 
1991-1995—
ci 
illərdə 
Azərbaycan 
MEA  Coğrafiya  institutunun  fiziki- 
coğrafiya  şöbəsinin  aspirantı  olmuş­
dur.  1997-ci  ildə  «Dağlıq  ölkələrin 
morfoskulpturlarının 
deşifrələnmə 
metodikasının 
işlənilməsi 
(Böyük 
Qafqazın  şimal-şərq  yamacı  timsa­
lında)»  mövzusunda namizədlik dissertasiyası  müdafiə  etmişdir. 
1988-ci  ildən  Azərbaycan  MEA  Coğrafiya  institutunda  baş  la- 
borant,  1995-ci  ildən  «Aerokosmik  metodların  coğrafiyaya  tət­
biqi»  bölməsində  kiçik elmi  işçi,  elmi  işçi,  böyük elmi işçi,  hal- 
hazırda  isə  «Landşaftşünaslıq  və  landşaft  planlaşdırılması» 
şöbəsində aparıcı  elmi  işçi vəzifəsində  çalışır.
Elmi  fəaliyyətinin  əsas  istiqaməti  ekzodinamik-geomorfo- 
loji  proseslərin  öyrənilməsi,  və  aerokosmik  metodların  coğrafi 
tədqiqatlara  tətbiqidir.  Tədqiqatlarında aerokosmik materialların 
indikasion-geomorfoloji  deşifrələnməsi  əsas  yer  tutur.  Alp  tipli 
ölkələrin  morfoskulpturlarının  indikasion-geomorfoloji  deşifrə­
lənmə  metodikasına  dair  səmərəli  təklifləri  olmuşdur.  Şərqi 
Qafqazın  şimal-şərq  yamaclarında  morfoskulpturların  differen- 
siyasıyası  xüsusiyyətlərini  öyrənilmişdir.  Kosmik  şəkillərin 
geomorfoloji  deşifrələnməsi  əsasında  böyük  miqyaslı  geomor­
foloji  xəritələr  tərtib  etmişdir.  70-dən  çox  elmi  əsərin  və  bir 
monoqrafiyanın  müəllifidir.
190
Tatlıyeva Zahidə  İsmayıl qızı
Z.İ.Tatlıyeva  1944-cü  ildə  Bakı 
şəhərində  anadan  olmuşdur.  1970-ci 
ildə  Azərbaycan  Dövlət  Universiteti­
nin  mexanika-riyaziyyat  fakültəsini 
bitirmişdir.  Moskva  şəhərində  Dövlət 
Okeanologiya  institutunda  dissertant 
olmuşdur. 
1968-2003-cü 
illərdə 
Azərbaycan  Dövlət  Hidrometeorolo­
giya  komitəsində  işləmişdir.  1988-ci 
ildə  «Xəzər  dənizində  ekstremal  fır­
tınalar  və  təhlükəli  buz  daşınmaları»  mövzusunda  namizədlik 
dissertasiyası  müdafiə  etmişdir.  1989-cu  ildən  böyük  elmi  işçi­
dir.  1992-ci  ildə  Hidrometeorologiya  Komitəsində  Xəzər dəni­
zinin  çirklənməsi  laboratoriyasının  müdiri  olmuşdur.  Onun  tə ­
rəfindən  sinoptik  situasiya və  su-hava  temperaturları  arasındakı 
fərqə  əsasən  ilk  dəfə  təhlükəli  fırtınalar  və  qasırğaların  proq­
nozlaşdırılması  metodu  işlənilmişdir.  Bir  çox  elmi  əsərlərin 
müəllifidir.  2003-cü  ildən  Azərbaycan  MEA  Coğrafiya  insti­
tutunun  X əzər dənizinin  problemləri  şöbəsində  böyük  elmi  işçi 
vəzifəsində çalışır.
Teymurov  Mövlud  Əsədulla oğlu
M.Ə.Teymurov  1967-ci  ildə  Şəki 
rayonunun  Aşağı  Göynük  kəndində 
anadan  olub.  1991 -ci  ildə  BDU-nun 
coğrafiya  fakültəsini  hidrologiya  ixti­
sası üzrə bitirib və həmin  il  Milli  Elm­
lər  Akademiyası  Coğrafiya  İnstitu­
tunun  hidrologiya  şöbəsinə  işə  qəbul 
edilib. 
1993-1997-ci  illər  ərzində 
Coğrafiya  İnstitutunda  qiyabi  aspiran­
turada  təhsil  alıb.  1999-cu  ildə  «Kiçik
191


Yüklə 368 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə