Azərbaycan miLLİ elmlər akademiyasi fiZİka-riyaziyyat və texniKA elmləRİ BÖLMƏSİ



Yüklə 280,91 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix07.04.2018
ölçüsü280,91 Kb.
#36421
1   2   3   4   5   6   7   8

 

 

 



17 

4.

 



 “Neftqazçıxarmada  və  daşınmada  istifadə  olunan  konstruksiya 

elementlərinin  möhkəmlik  xarakteristikalarının  tədqiqi  və  konstruksiyanın 

optimal variantının seçilməsi”                                                  

(80 000 man.)15.10.2013-215.10.2015

                             

                                                           Layihə rəhbəri: prof.  Vaqif  Hacıyev

 

5. “Karbohidrogen çirklənmələrinin  su səthində yayılma dinamikası” 



(45.000man)  01.10.2012-30.09.2014 

                                                           Layihə rəhbəri: prof. Əkbər Əliyev. 

6.  “Durğun  neft  sahələrinin    təyini,  istismar  və  vurucu  quyuların  optimal 

yerləşdirilməsi üçün alqoritmlər və proqram təminatı”  

(160.000  man)   01.10.2012-31.03.2014 

                                                             Layihə rəhbəri: prof. Soltan Əliyev. 

 

 



Türkiyə Ahi-Evran Universitetinin 2 (iki) qrantı: 

 

1.  “Kəsr inteqral operatorların ümumiləşmiş Orliç-Morri fəzalarında 



məhdudluğu”   

(2000 man)  02.10.2013-02.10.2014 

                          Layihə rəhbəri: AMEA-nın müxbir üzvü  Vaqif Quliyev

 

2.  “Harmonik  analizin  inteqral  operatorlarının  Orliç-Morri  fəzalarında 



məhdudluğu”  

(4500 man) 16.06.2013-16.06.2015 

                           Layihə rəhbəri: AMEA-nın müxbir üzvü  Vaqif Quliyev

 

  



 

AMEA-nın  Prezidentinin  “Əsrin  müqaviləsi”  böyük  neft  Sazişinin 

imzalanmasının 20 illiyi münasibətilə keçirilmiş müsabiqədə dosent Famil 

Seyfullayev “Çubuqlarla möhkəmləndirilmiş mühitlə təmasda olan silindrik 

formalı konstruksiyaların dayanıqlığı və rəqsləri” adlı layihə üzrə 3-cü yeri 

qazanmışdır.   

 

İnstitutun  gənc  alimləri  f-r.e.n.,  dos.  Toğrul  Muradov,  r.ü.f.d. 



Səbinə  Sadıqova  28  May  Respublika  Günü  münasibətilə  keçirilmiş 

müsabiqənin qalibləri olmuş və mükafatlandırılmışlar. 

 



 

 

 



18 

İl 


Alınmış 

qrantların 

ümumi sayı 

Qrantın 


məbləği 

Qrant hansı fond və təşkilatdan 

alınmışdır 

 

 



2013 

 



14.000 AZN 

Azərbaycan Respublikası 

Prezidenti yanında Elmin 

İnkişafı Fondu. 

 



272.000 AZN 



Azərbaycan Respublikası 

Dövlət Neft Şirkətinin Elm 

Fondu. 

 

 



2014 

 



108.000 AZN 

Azərbaycan Respublikası 

Prezidenti yanında Elmin 

İnkişafı Fondu. 

 



105.000AZN 



Azərbaycan Respublikası 

Dövlət Neft Şirkətinin Elm 

Fondu. 

 

 



4. Fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi. 

 

Hesabat  ilində  İnstitutun  əməkdaşları  elmi  işləri  ilə  yanaşı 

ölkəmizin  müxtəlif  təhsil  müəssisələrində  pedaqoji  fəaliyyətlərini  davam 

etdirmişlər: 

 

1.  “Zəngi”  və  "Fizika-riyaziyyat  və  informatika"  təmayüllü 



litseylərdə koordinasiya işləri aparılır.  

2.  İnstitutun  əməkdaşları  Bakı  Dövlət  Universiteti,  Milli  Aviasiya 

Akademiyası,  Azərbaycan  Dövlət  Pedaqoji  Universiteti,  Azərbaycan 

Texniki  Universiteti,  Azərbaycan  Dövlət  İqtisad  Universiteti,  Azərbaycan 

Memarlıq  və  İnşaat  Universiteti,  Azərbaycan  Kooperasiya  İnstitutu, 

Azərbaycan 

Respublikası  Prezidenti  yanında  Dövlət  İdarəçilik 

Akademiyası,  Azərbaycan  Dövlət  Neft  Akademiyası,  Sumqayıt  Dövlət 

Universiteti,  Qafqaz  Universiteti,  Azərbaycan  Müəllimlər  İnstitutu, 

Azərbaycan  Müəllimlər  İnstitutunun  Sumqayıt  filialında  mühazirələr 

oxumuş,  ixtisas  kursları aparmış,  bakalavr  və  magistr  dissertasiya  işlərinə 

elmi rəhbərlik etmişlər. 

 

3.  AMEA  Riyaziyyat  və  Mexanika  İnstitutunun  Gənc  Alim  və 



Mütəxəssislər  Şurası  Lənkəran  şəhər  S.Kazımbəyov  adına  6  nömrəli  tam 

orta  məktəbində  28  May-Respublika  Gününə  həsr  olunmuş  “Məntiqlə 




 

 

 



19 

düşün” devizi altında bilik yarışması keçirmişdir. Yarışda Lənkəranın 4, 7, 

10  nömrəli  məktəbləri,  Şürük  və  Xolmili  kənd  tam  orta  məktəblərinin 

şagirdlərinə sertifikat və hədiyyələr təqdim edilmişdir. 

 

4.  BDU,  ADPU,  AMİU-nin  bir  qrup  müəllimi  İnstitutda 



ixtisasartırmadan, tələbələri isə elmi təcrübədən keçmişlər. 

 

5.  Bu  il  noyabr  ayının  10-11-də  AMEA-nın  təşəbbüsü  ilə  keçirilən 



"Bakı Elm Festivalı"-nda institutun şöbə müdiri prof. Qabil Əliyev “Kiçik 

ölçülü sistemlərdə hidrodinamika nəzəriyyəsinin yaradılması” mövzusunda 

məruzə  etmiş  və  gənc  alimlər  "Sehirli  ədədlər"  adlı  səhnəcik  nümayiş 

etdirmişlər. 

 

6.  BDU,  SDU,  GDU  və  AMİ-nun  Ağcəbədi,  Salyan  və  Şəki 



filiallarında Yekun Dövlət Attestasiya Komissiyasına sədrlik etmişlər.  

 

7. İnstitutun bir sıra əməkdaşları Azərbaycan Respublikası Prezidenti 



yanında  AAK-da  Riyaziyyat  və  Mexanika  üzrə  Ekspert  Şurasının  üzvləri 

kimi fəaliyyət göstərmişlər.  

 

5. Keçirilmiş konfranslar, seminarlar və yubileylər.  

 

 

AMEA  Riyaziyyat  və  Mexanika  İnstitutu  2014-cü  ildə  2  (iki) 



Beynəlxalq və bir respublika konfransları keçirmişdir: 

 

1.  AMEA  Rəyasət  Heyətinin  05  fevral  2014-cü  il  tarixli  2/8  saylı 

qərarına  əsasən  AMEA  Riyaziyyat  və  Mexanika  İnstitutunun  55  illik 

yubileyinə  həsr  olunmuş  “Riyaziyyat  və  mexanikanın  aktual  problemləri” 

mövzusunda (15-16  may 2014-cü il ) Beynəlxalq konfrans keçirilmişdir.                       

 

Konfransda  xarici  ölkədən  (Rusiya,    Türkiyə,  İran)  5  nəfər  alim 



iştirak etmiş, 6 plenar məruzə dinlənilmiş və 205 tezis çap olunmuşdur. 

 

2.  Nəsirəddin  Tusinin  xatirəsinə  həsr  olunmuş  "Riyaziyyatın, 

astronomiyanın  tarixi,  mövcud  durumu  və  gələcəyə  baxış"  mövzusunda 

(10-12 sentyabr 2014-cü il)  Beynəlxalq konfrans keçirilmişdir.                                                                         

 

 Konfrasda  xarici  ölkələrdən  (Rusiya,  Türkiyə,  İran,  İspaniya, 



Fransa,  İsveçrə,  Böyük  Britaniya,  Özbəkistan,  Gürcüstan)    24  nəfər  alim 

iştirak etmiş, 7 plenar məruzə dinlənilmiş və 41 məqalə çap olunmuşdur.          

 

Beynəlxalq  Elm  Tarixi  Akademiyasının  akademiki  Sergey 



Demidov,  Lozanna  Politexnik  Universitetinin  professoru  Əhməd  Cabbar, 

Britaniya  İslam  İrsi  Mərkəzinin  Mançester  filialının  prezidenti  Salim 

Aydüz və başqaları çıxış etmişlər. 



Yüklə 280,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə