Azərbaycan miLLİ elmlər akademiyasi fiZİka-riyaziyyat və texniKA elmləRİ BÖLMƏSİ



Yüklə 280,91 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix07.04.2018
ölçüsü280,91 Kb.
#36421
1   2   3   4   5   6   7   8

 

 

 



20 

 

3.  Akademik  Mirabbas  Qasımovun  xatirəsinə  həsr  olunmuş 

“Diferensial  operatorların  spektral  nəzəriyyəsi”  adlı  elmi  konfrans  (8-10 

dekabr 2014-cü il) keçirilmişdir . 

 

Konfrasda xarici ölkələrdən (Rusiya, Türkiyə, İsrail, Misir, İtaliya, 



İngiltərə,  Böyük  Britaniya,  İspaniya)  24 nəfər alim  iştirak  etmiş,  6  plenar 

məruzə dinlənilmiş və 35 məqalə çap olunmuşdur.      

 

M.V.Lomonosov ad. Moskva Dövlət Universitetinin professorları: 



Andrey  Şkalikov,  Qaraxan  Mirzəyev,  Başqordıstan  Dövlət  Universitetinin 

professoru Azamat Axtyamov, Tel-Əviv Universitetinin professoru Yakov 

Yakubov, Türkiyə Universitetlərinin professorları: Heybətqulu Mustafayev

Rauf Əmirov, Manaf Manafov, Etibar Pənahov, Xanlar Məmmədov, Dönə 

Karaxan  

və başqaları çıxış etmişlər. 

  

 

 



İnstitut  əməkdaşları  iştirak  etdikləri  Respublikada  və  xaricdə 

keçirilən digər elmi tədbirlərdən aşağıdakıları sadalamaq olar:  

 

İkinci Xəzər Beynəlxalq “Su texnologiyaları” konfransı (11 aprel 2014, 



Bakı ); 

 



Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  anadan 

olmasının  91  illiyinə  həsr  olunmuş  magistrant,  doktorant  və  gənc 

tədqiqatçıların  “Riyaziyyat  və  mexanikanın  aktual  problemləri”  adlı 

Respublika Elmi Konfransı (12-13 may, 2014-cü il Bakı);  

 

Azərbaycanın  görkəmli  alimi,  AMEA-nın  müxbir  üzvü,  prof. 



Y.Ə.Əmənzadənin  anadan  olmasının  100-illiyinə  həsr  olunmuş 

“Mexanikanın  klassik  və  müasir  problemləri”  adlı  Respublika  elmi 

konfransı (Bakı, 22 may 2014);  

 



“Ряды Фурье и их приложения” adlı Beynəlxalq konfrans (27 may-03 

iyun 2014, Rusiya, Novorosiysk).  

 

“Mini-courses  in  Mathematical  Analysis”  Beynəlxalq  konfrans  (10-14 



iyun 2014 Padova, Italiya); 

 



“Congres  of  Turkic  World  Mathematicians  Beynəlxalq  konfrans  (June 

5-7, 2014 Bulan-Sogottu, Kyrgyzstan).  

 

Международная  конференция  «Современные  материалы  матема-



тики, механики и информатики». (15-19 sentyabr 2014, Tula, Rusiya); 

 



"Geopetrol  -2014  “Beynəlxalq  Elmi  konfrans  (15-23  sentyabr  2014 

Polşa, Zakopane və Krakov şəh). 

 

Caucasian  Mathematics  Conference  CMC  I  (September  5-6,  2014 



Tbilisi, Gürcüstan) 


 

 

 



21 

 



Second International Conference on Analysis and Applied Mathematics 

(ICAAM 2014) (September 11-13, 2014 Shymkent, Kazakhstan); 

 

Birinci  Dünya  Müharibəsinin  başlanmasının  100  illiyinə  həsr  olunmuş 



elm  tarixi  üzrə  "Отношение  дискретного    и  непрерывного  в  работах 

Насирэддина Туси" adlı Beynəlxalq konfrans (23-28 noyabr 2014, Sankt-

Peterburq, Rusiya); 

 



International  conference  on  recent  advances  in  pure  and  applied 

mathematics (ICRAPAM14) (6-9, November, 2014, Antalya, Turkey) 

 

10-th İnternational Fracture Conference, Kayseri, Turkey 2014; 



 

22-nd  Annual  İnternational  Conference  on  Composites  of  Nano 



Engineering (ICCE-22) Malta; 

 



XVIII  International  Conference  on  Mechanics  of  2014  Composite 

Materials (MCM-2014), Riqa, Latviya. 

 

"Историческое  наследие  ученых  и  мыслителей  средневекового 



Востока,  его  роль  и  значение  для  современной  цивилизации" 

(Səmərqənd, Özbəkistan 2014).   

 

 

 



6.  Elmi şuranın fəaliyyəti. 

 

  



 

İnstitutun  Elmi  Şurası  əməkdaşların  fundamental  sahələrində 

aparılan elmi-tədqiqat işlərini koordinasiya edir. Hər il olduğu kimi, bu il 

də  ölkəmizin  elmi  tutumlu  strateji  problemlərinin  həllində  İnstitutun  elmi 

potensialından istifadə edərək, aşağıdakı dövlət proqramlarının və müvafiq 

tədbirlər  planının  icrası  ilə  əlaqədar  elmi-tədqiqat  və  elmi-texniki  işlər 

yerinə yetirilmiş və Elmi Şurada mütəmadi olaraq müzakirə edilmişdir: 

 

2014-cü ildə İnstitutun Elmi Şurasının  16  iclası keçirilmişdir.                    



 

Elmi  Şuranın  iclaslarında  Azərbaycan  Respublikası  Prezidentinin, 

AMEA  Rəyasət  Heyətinin  aidiyyəti  qərar  və  sərəncamlarının  və  Dövlət 

Proqramlarının  tədbirlər  planının  icrası,  İnstitutun  elmi-tədqiqat  işlərinin 

planı, başa çatdırılmış elmi-tədqiqat işlərinin tətbiqi planı, kadr məsələləri, 

yubileylər, təltiflər, nəşr fəaliyyəti, konfransların keçirilməsi, ezamiyyətlər, 

şöbələrin fəaliyyəti, elm və texnikanın yeni nailiyyətləri, birgə elmi-texniki 

əməkdaşlıq,  İnstitutun  elektron  saytının  yenilənməsi,  2014-cü  ilin  elmi-

tədqiqat  iş  planlarının  müzakirəsi  və  təsdiqi,  Akademiyanın  üzvlüyünə  və 

direktor  seçkisi,  əməkdaşların  eləcədə  doktorant  və  dissertantların 




 

 

 



22 

attestasiyası,  elmi  işçilərin  tutduqları  vəzifələrə  yenidən  seçilmələri, 

Thomson  Reuters  siyahısında  olan  jurnallarda  dərc  olunmuş                         

məqalələrə  görə  müəlliflərin  mükafatlandırılması  və  s.    kimi  məsələlər 

müzakirə olunmuşdur.            

 

Science  Publishing  Group  şirkətinin  məlumatına  əsasən  İnstitutun 



əməkdaşı    dosent  Raisə  Kazımovanın  “Alternative  procedure  of  deducing 

Kabotnov’s  relations  for  the  time  to  corrosion  fracture  of  metals” 

(Materials Science, Kanada 2010, v.40, №2, p.265) məqaləsi dünyanın bir 

çox alimləri tərəfindən yüksək qiymətləndirilmişdir.                                            

 

Hesabat  ilində  riyaziyyat  və  mexanika  istiqamətləri  üzrə 



ümuminstitut seminarı, 8 daimi elmi seminar və akademik Akif Hacıyevin  

rəhbərliyi ilə riyazi analiz üzrə ümumişəhər seminarı fəaliyyət göstərmişdir.  

Hesabat ilində mexanika üzrə Birləşmiş seminar da öz fəaliyyətini 

davam  etdirmişdir.  Bu  seminarda  müdafiəyə  çıxarılan  fəlsəfə  doktoru  və 

elmlər  doktoru  dissertasiyalarının  ilkin  müzakirələri,  Riyaziyyat  və 

Mexanika  İnstitutunun,  Respublikanın  digər  elmi  mərkəzlərinin 

əməkdaşları  tərəfindən  alınmış  yeni  və  mühüm  nəticələr  də  müzakirə 

edilmişdir. 

 

İl  ərzində  Ümuminstitut  seminarı  öz  işini  fasiləsiz  olaraq,  davam 



etdirmiş,  seminarın  iclaslarında  İnstitut  əməkdaşlari  ilə  yanaşi  xarici 

ölkələrdən  gəlmiş  tanınmış  alimlərin  də  məruzələri  dinlənilmişdir:

 

Volfram  Tədqiqatlar  İnstitutunun  (ABŞ)  texniki  rabitə  və  inkişaf 



strategiyası  üzrə  mütəxəssis  Vitaliy  Kaurov  "Tədqiqat  və  təhsil 

məsələlərində  Volfram  texnologiyasının  tətbiqi"  mövzusunda,  Türkiyənin 

Atatürk Universitetinin (Türkiyə) fənn fakültəsinin professoru Arif Səlimov 

"Anti-Keler-Kodatsi  strukturları  haqqında  bəzi  qeydlər"  mövzusunda, 

Humboldt  Universitetinin  (Almaniya)  əməkdaşı  İlmar  Balaxan  oğlu 

Qəhrəmanov 

"Elliptik 

hipergeometrik 

funksiyalar" 

mövzusunda, 

Türikiyənin  Koç  Universitetinin  professoru  Varqa  Kələntərov  “Güclü 

sönən  dalğa  tənlikləri  ilə  yaranmış  dinamik  sistemlərin  sonlu  ölçülü 

asimptotik  davranışı”  mövzusunda  və  professor  İsrailin  Tel-Əviv 

Universitetinin professoru Yakov Yakubov "Hilbert  və Banax fəzalarında 

elliptik diferensial operator məsələləri" elmi məruzə ilə çıxış etmişlər. 

 

 

 



Yüklə 280,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə