Azərbaycan miLLİ elmlər akademiyasi fiZİka-riyaziyyat və texniKA elmləRİ BÖLMƏSİ



Yüklə 280,91 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix07.04.2018
ölçüsü280,91 Kb.
#36421
1   2   3   4   5   6   7   8

 

 

 



11 

AMEA-nın  müxbir  üzvü,  prof.  V.S.  Quliyev  Kırşehirdə  (Türkiyə) 

Ahi  Evran  Universitetində  mart  ayinda  prof.  Yoshihiro  Sawano  (Tokio 

Metropoliten  Universiteti,  Yaponiya)  ilə  birlikdə  "Workshop  on  Function 

Spaces and Applications" keçirmiş və birlikdə “Generalized Hardy-Morrey 

spaces” mövzusunda birgə elmi araşdırmalar aparmışdır.  

AMEA-nın  müxbir  üzvü,  prof.  V.S.Quliyev  Kütahyada  (Türkiyə) 

Dumlupinar Universitetində aprelin 14-dən 24-nə kimi Prof. Stefan Samko 

(Alvarge  Universiteti,  Portuqaliya)    ilə  birlikdə  "Workshop  on  Function 

Spaces  and  Applications"  keçirmiş  və  birlikdə  “Maximal,  potential  and 

singular operators in the generalized Orlicz - Morrey spaces” mövzusunda 

birgə  elmi  araşdırmalar  aparılmışdır.  Bu  çalışma  əsnasında    F.  Deringoz, 



V.S.  Guliyev,  Stefan  Samko,  Fractional  Maximal  and  PotentialOperators 

and  Their  Commutators  in  Vanishing  Orlicz-Morrey  Spaces.  2014,  1-19 

məqaləsi  hazırlanmış  və 

Revista  Matematica  Complutense  dərgisinə 

çapa 


verilmişdir. 

AMEA-nın  müxbir  üzvü,  prof.  V.S.  Quliyev  Kırşehirdə  (Türkiyə) 

Ahi  Evran  Universitetində  Department  of  Civil  Engineering,  Second 

University of Naples (Aversa, Italy) professoru Lubomira Softova ilə 

birgə 

elmi arasdırmalar aparmışdır.  



R.e.d.  Yuri Turovskiy  Pekin  Texniki  İnstitutunun  dəvəti  ilə  orada 

ezamiyyətdə  olmuş,  Çin  riyaziyyatçıları  ilə  Jordan  Banax  cəbrlərinin 

spektral nəzəriyyəsi üzrə alınan nəticələri müzakirə etmişdir. 

AMEA-nın  müxbir  üzvü  Qeylani  Pənahov  və  dosent  Eldar 

Abbasov Çin Xalq Respublikası Pekin və Chanşa şəhərlərində olmuş, RMİ 

və  GCC  Group  Corp.  İnnovasiyalar  şirkəti  arasında  bağlanmış  birgə 

əməkdaşlıq haqqında müqaviləyə uyğun müzakirələr aparılmışlar. 

F.-r.e.d.  Fərman  Məmmədov  İtaliyanın  Salerno  Universiteti  ilə 

“Dəyişən  dərəcəli  fəzalarda  elliptik  ip  tənliklər  üçün  aradan  qaldırma  və 

approksimasiya  məsələləri”  mövzusunda  elmi  əməkdaşlıq  müqaviləsi 

əsasında araşdırmalar aparmışdır. 

AMEA-nın  müxbir  üzvü  Bilal  Bilalov  Danimarka  Texniki 

Universiteti ilə (Danimarka) “Approksimasiya və freym nəzəriyyəsinin bəzi 

məsələləri” mövzusunda birgə elmi əməkdaşlıq işləri aparmışdır .   

Dosent  Vəfa  Məmmədova  Florida  Texniki  Universitetində  (ABŞ) 

"Xüsusi törəməli parabolik və elliptik tipli tənliklər üçün bəzi yeni aradan 




 

 

 



12 

qaldırıla  bilən  məxsusiyyət  məsələləri"  qrant  layihəsi  üzrə  elmi  müzakirə 

aparmışdır. 

 

2014-cü  ildə  Respublikadan  kənarda  beynəlxalq  elmi  konfrans, 



simpozium  və  seminarlarda  aşağıda  adları  çəkilən  alimlərimiz  iştirak 

etmişlər:  



Polşanın  Krakov  və  Zakapane  şəh.  -  AMEA-nın  müxbir  üzvü  Qeylani 

Pənahov,  prof. Soltan Əliyev,  t.e.n. Eldar Abbasov.  



Gürcüstanın Tbilisi şəh. - AMEA-nın müxbir üzvü Bilal Bilalov, f-r.e.d., 

prof.  Əkbər  Əliyev,  f-r.e.d.  Fərman  Məmmədov,  f-r.e.n  ,dos.  Rövşən 

Bəndəliyev, f-r.e.n. Əli Hüseynli, k.e.i. Aida Quliyeva. 

Çexiyanın Brno şəh.- prof. Soltan Əliyev. 

Rusiyanın Novorossiysk şəh. -dos. Rövşən Bəndəliyev;  

Moskva  şəh.  -  AMEA-nın  müxbir  üzvü  Qeylani  Pənahov,    dos.  Eldar 

Abbasov;  



Sankt-Peterburq şəh. - dos. Əli Babayev. 

Qırğızıstanın İssıkul şəh.  -prof. Misir Mərdanov. 

Özbəkistanın Səmərqənd şəh. -dos Əli Babayev. 

İtaliyanın Solerno şəh. -f-r.e.d. Fərman Məmmədov. 

 

2014-cü ildə İnstitut bir çox xarici ölkələrin aparıcı elmi mərkəzləri 



ilə qarşılıqlı elmi əlaqələrini davam etdirmişdir:  

1.  “Neftin  və  qazın  hidrodinamika  məsələlərinin  tədqiqi,  yeni 

neftqazçıxarma  texnologiyala-rının  tədqiqi  və  işlənməsi”  Rusiya  Təbiət 

Elmləri  Akademiyası;  Neftqazçıxarma  Proseslərinin  Sistemli  Tədqiqatlar 

İnstitutu (Moskva); 

2.  “Neftin  qalan  ehtiyatlarının  laydaxili  qazəmələgətirmə  ilə  çıxarılması 

texnologiyasının  işlənməsi”  New  Mexico  Institute  of  Mining  and 

Technology (ABŞ); 

3.  “Neftmədən  mexanikası  məsələlərinin  tədqiqi;  yeni  neftqazçıxarma 

texnologiyala-rının tədqiqi və işlənməsi”  GCC Group İnc.(Pekin); 

4.  “Diferensial  operatorların  spektral  məsələləri.  Yaxınlaşma  nəzəriyyəsi” 

Riyaziyyat İnstitutu, Kiyev Milli Universiteti (Kiyev); 

5. “Müxtəlif sinif şaxələnən təsadüfi proseslərin tədqiqi” İvano Franko ad. 

Lvov Milli Universiteti (Lvov);  

6.  “Qarışıq  tip  məsələlər  və  opnlara  aid  analiz  və  informatikanın 

problemləri” Tətbiqi Riyaziyyat və Avtomatlaşdırma ETİ, REA Kabardin-

Balkar Elmi Mərkəzi (Nalçik); 



 

 

 



13 

7. “Funksional fəzalar nəzəriyyəsi və harmonik analizin problemləri” REA 

V.A.Steklov ad. Riyaziyyat İnstitutu (Moskva); 

8.  “Maşınların,  mexanizmlərin  və  materialların  mexanikası”  Belarusiya 

MEA Birləşmiş Maşınqayırma İnstitutu (Minsk);  

9.  "Çoxprosessorlu  hesablama  texnikasının  tətbiqilə  optimallaşdırma 

məsələlərinin həlli üçün üsul, alqoritm və proqram təminatının yaradılması" 

REA A.A.Dorodnisin ad. Hesablama Mərkəzi;  M.V.Lomonosov ad. MDU 

(Moskva); 

10. “Özlü maye məsələlərin ədədi üsullarla həlli” REA A.A.Dorodnisin ad. 

Hesablama Mərkəzi;  M.V.Lomonosov ad. MDU (Moskva); 

11.  "Approksimasiya  və  freym  nəzəriyyəsinin  bəzi  məsələləri"  Danimarka 

Texniki Universiteti (Danimarka); 

12.  "Dəyişən  dərəcəli  fəzalarda  elliptik  tip  tənliklər  üçün  aradan  qaldırma 

və approksimasiya məsələləri"  (İtaliya); 

13.  "Ulduz  tip  qraflarda  Hill  operatorunun  spektral  analizi"  Valensiya 

Politexnik Universiteti (İspaniya). 

 Hesabat  ilində  İnstitutun  keçmiş  əməkdaşları:  İlham  Əliyev,  Anar 

Dosiyev,  Fəxrəddin  Abdullayev,  Surxay  Əkbərov,  Varqa  Kələntərov, 

Heybətqulu  Mustafayev,  Daniyal  İsrafilov,  Etibar  Pənahov,  Mübariz 

Qarayev,  Rauf  Əmirov,  Kamal  Soltanov,  Azər  Xanməmmədov,  Xanlar 

Məmmədov,  Azər  Kərimov,  Mənsur  İsmayılov  və  b.  Türkiyənin  aparıcı 

elm və təhsil müəssisələrində fəaliyyətlərini davam etdirmişlər. 

 

Bununla  bərabər  adları  sadalanan  alimlər  İnstitutla  sıx  əlaqə 



saxlayır,  İnstitut  seminarlarında  çıxış  edir,  İnstitutda  kadr  hazırlığında 

iştirak edir, elmi jurnallarda məqalələr çap etdirirlər.  

 

 

İnstitutun  əməkdaşları  xarici  ölkələrin  bir  sıra    nüfuzlu  elmi 



jurnallarının redaksiya heyətinin üzvü və rəsmi rəyçisi olmuşlar:                                   

akademik  Akif  Hacıyev  “Механика  машин,    механизмов  и 

материалов”  (Belarusiya)  redaksiya  heyətinin  üzvü;  "Journal  of 

Mathematical  Inequalities"  (Xorvatiya),  "İnteqral  Transforms  and  Special 

Functions"  (İngiltərə),  "Positivity"  (Almaniya),  "Turkish  Mathematical 

Journal"  və  "Journal  of  Applied  Mathematics"  (ABŞ)  jurnallarının 

rəyçisidir. 



AMEA-nın müxbir üzvü Vaqif Quliyev "Journal of Mathematical 

Inequalities"  (Xorvatiya),  "İnteqral  Transforms  and  Special  Functions" 

(İngiltərə),  "The  Scientific  World  Journal"  (ABŞ),  "Journal  Functions 

Spaces" və "Mathematische Nachrichten" (Almaniya), "Complex Variables 




Yüklə 280,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə