Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 1,22 Mb.
səhifə13/15
tarix30.12.2017
ölçüsü1,22 Mb.
#18827
1   ...   7   8   9   10   11   12   13   14   15

QAYNAQLAR

1. Bayatılar. Bakı, Azərnəşr, 1960 (Tərtib edəni: Həsən Qasımоv)

2. Bayatılar. Bakı, Elm, 1977 (Tərtib edəni: A.Məmmədоva)

3. Bayatılar. Bakı, Yazıçı, 1985 (Tərtib edəni: V.Vəliyev)

4. Mahnılar. Bakı, Azərnəşr, 1967 (Tərtib edəni: Yusif Həsənbəy)

5. B.Vahabzadə, Seçilmiş əsərləri, birinci cild, Bakı, Azərnəşr,1974

6. Əli Kərim, Seçilmiş əsərləri, 1-ci cild .Bakı, Azərnəşr, 1974

7. Hüseyn Hüseynzadə. Seçilmiş əsərləri, Bakı, 1975

8. Əhməd Cəmil, Seçilmiş əsərləri, Bakı, Gənclik,1967

9. Q.Qasımzadə. Seçilmiş əsərləri, 194. Bakı, Azərnəşr, 1988

10. Ağa Laçınlı. Əsərləri, Bakı, Sabah, 2012

11. Musa Yaqub. Bir sim üstə. Bakı, Yazıçı, 1983

12. Məmməd İsmayıl. Seçilmiş Əsərləri. Bakı, Azərnəşr, 1992

13. Nəbi Xəzri. İllər və sahillər, Bakı, Elm, 1987

14. Əliağa Kürçaylı. Seçilmiş əsərləri.Bakı, Şərq-Qərb, 2004

15. Rafiq Yusifоğlu. Aylı cığır. Bakı, Gənclik, 1992

16. Rafiq Yusifоğlu. Eşqin qarlı yоllarında. Bakı, ADPU nəşriyyatı, 2008, 233.

17. Azərbaycan xalq əfsanələri. Bakı, Yazıçı, 1985

18. Rafiq Yusifoğlu. Ədəbiyyatşünaslığın əsasları. Bakı, ADPU nəşriyyatı, 2009

19. Musa Yaqub. Bir sim üstə. Bakı, Yazıçı, 1983



Peşəkar söyləyici ifaçılığı
ŞƏKİ FOLKLORU
Bu folklor nümunələri 1996-cı ildə, 2003-2005-ci illər ərzində Şəki rayo­nu­nun­ Baş Göynük, Aşağı Göynük, Cumakənd, Baqqal kəndlərindən toplan­mış­dır. Təq­­dim olunmuş materiallar arasında aşıq rəvayətləri, aşıq şeirləri, tap­ma­calar, ağı­lar üstünlük təşkil edir. Mətnlərdəki söyləyici əlavələrini mötərizə arasında, öz əla­vələrimizi isə kursivlə verməyi məqsədəuyğun saydıq.

Ləman Vaqifqızı (Süleymanova)
MOLLA CUMA İLƏ BAĞLI RƏVAYƏTLƏR
GƏLİNİN MOLLA CUMANI BAĞLAMASI
Molla Cuma Dəhniyə gidər. Bi gelin süyə gidiymiş. Diyər ki, a gelin, adını nə­di? Bu da Molla Cuma olanı da bilər. Diyər:

Dəhnə yolu budumu?

Arxlar dolu sudumu?

Adımı xavar alıfdı,

Molla Cuma budumu?

Molla Cuma bağlanıfdı də. Ho gelin bağlıyifdi hunu. Amma hunu bağlıyə bi­lən olmamışdi gelinnən savayi.



Söylədi: Ədilova Qələm Hacıbala qızı.
MOLLA CUMA VƏ HACI KƏRİM
Qaxın Qıpçax kəndi var. Unun dosdu olufdu (söyləyici Molla Cumanı nə­zər­də tutur – top.). Bi dənə araba göndəriflər buna, dosdunnan taxıl isdiyifdi. Burda ta­xıl gej biçilir. Aranda amma bir ay qavağa biçilirdi. Dosduna diyifdi ki, manıa bir az buğda göndər. Arabanı boş qəytərifdi, vermiyifdi. Unda ho dosduna bi dənə söz ya­zıf göndərifdi ki, bi dənə dosdum vardı, o da baş tutmadı:

Mən səni dos bildim, ay Hacı Kərim,

Qanacağını yoxdu, qaban diyirəm.

Əslını yengiloydu, əslınıı unutma,

Sıxnaxdan gəlifdi, babanı diyirəm.

Sən gəl tərk et belə ləvənd peşəni,

Kənd həyatıdı, get binələ meşəni.

Hacılıxdan yoxdu səndə nişanə,

Tərəkəmə, ya da çovan diyirəm.

Sən mənə versəydını, bi tağar buğda.

Mən də getirif verərdim nəğdi.

Verminəm, dolanırsanı, gezirsanı dağda.

Hakq özü qoysun sanıa divan deyirəm,

Cümənin əlində biçarələnirsən.

Çox dərtdərnən qaralanırsanı.

Güllə deymiş kimi yaralanırsanı.

Qıllı ayax, yasdı davan diyirəm.

Elin dəyyususanı, ölkənin bici,

Məkkəyə getməynən adam bil, olmaz hacı.

Pul tapbıyəsanı, təndirə asasan saci.

Yeyəsən aşınıı yavan diyirəm.

Əyrinin sözdəri olurmuş əyri.

Yurdunıda bayquşdar eləsin seyri.

Qalmasın dörd ayax, bir itdən qeyri,

Üzülsün qapınnıan heyvan diyirəm.

Manıa yalan danışan ağzını cırılsın.

İlahidən isdəmişəm qapınıa peçət vurulsun.

Sənnən sora uşaxlarını qırılsın.

Cinazanıın dalıncə qohum-qardaş düzülsün.

(Qərəz unun cürmə-cücüyünə* qarğıyi.)



Söylədi: İbrahimxəlilov İsmayıl Baba oğlu.
CUMA DAYI VƏ QARI
Bi vaxı biçinə gidiydilər camahat. Xüsusi biçin biçiydilər. Taxıl biçiydilər. Gi­dən adamnarı ho kəntdə taşpiriydilər ki, sanıa habı adam, habı adam. Cuma da­yi­ni də bi dənə qarıyə verəllər. Bu, qarıyə biçin biçir. Qarı buna darı cadıynən şor qo­yür, yimağa. Unuynən gidiy, taxıl bişməlidi. Habı boydə darı cadı qoyür ağzına, bi ba­lacə də şor. Ha eliyi boğazınıan keşmiyi. İkisi də bir-birinnən bərk şeylərdi. Axı­rı təngə gəlif cada bi dənə şeyir qoşər. Diyər:

Gürcünün babıdı qəntnən pendir,

Qavağıma getirdını cad yapan təndir.

Gürcünün babıdı qəntnən soğan,

Qavağıma getirdını adamı boğan.

Qalmasın öyunıda züryətdən doğan,

Gəl götür xonçəni qancıxdan doğan.

Söyləyici sonda əlavə etdi ki, bu, sandıqça şeiridi, kitabda yoxdu – top.
Söylədi: İbrahimxəlilov İsmayıl Baba oğlu.
------------------------------

*Cürmə-cücük – əsil-nəsil



MOLLA CUMANIN ÇARIĞININ OĞURLANMASI
Bi gün məclis qurulubbuş. Məclisdə Baş Gönühdən cavannar bunun çarığını oğ­ruyüfdülər. O vaxı çarıx oluydü də. Duruf çıxanda görüy ki, çarığı yoxdu. O yən, bu yən baxıf, bilifdi ki, hordaki adamnar oğruyüfdü. Diyifdi:

Ay axmax oğlu, bunu götürüfsanı,

Əşkərdə giyə bilməzsanı,

Yaxına sata bilməzsanı,

Apar, yanda sat, axmax oğlu.

Söyləyici sonda qeyd etdi ki, bu da sandıqça şeiridi, latayır sözdü – top.

Söylədi: İbrahimxəlilov İsmayıl Baba oğlu.
AŞIQ ƏLƏSGƏRİN MOLLA CUMAYA

QUFULLAMA GÖNDƏRMƏSİ
Cuma dayiyə qufullama yazıf göndərifdilər. Deyəsanı Aşıx Ələsgər yazıf gön­də­rifdi ki, bağlamaxdan ötəri. O, Aşağı Göyçə mahalında yaşıyi, bu da burda.

Cuma dayiyə yazıfdı ki, manıa bir sizını dağ yeridi bi iney al. Mal al, horanın ma­lını saxlamax isdiyirəm. O iney də ağ, qırmızı, sarı, qara, qərəz Allah yaradan bü­tün rehləri sayifdi ki, olmasın. Cuma dayi, ho ineyin üsdə bu rehlər olmasın. Manıa həvlə bi iney al, gəlim aparım. Bunun üsdə çox fikirrəşmax lazım ol­mu­yüf­dü. Cuma dayi bunu oxuyən kimi başə düşüfdü. Diyifdi ki, ineyi almışəm, gəl apar. Ba­zar gəlmə, bazar ertəsi gəlmə, xas gəlmə, çərşənbə gəlmə, adına gəlmə, cuma gəl­mə. Qərəz həfdənin yeddi gününü sayifdi ki, bu günnəri gəlmə, qalan nəvax is­di­yisanı, gəl apar.



Söylədi: İbrahimxəlilov İsmayıl Baba oğlu.
BİR FİNCAN SÜD
Gənə bi aşıx yazıy ki, sizi tərəflərə gəlmiyən maldan bi fincan süt sağ, manıa dər­mana lazımdı. Gəlim aparım. Bu da diyi, fincanı sən göndər. Fincana usda çe­ki­ci deyməsin. Sərraf eli deymiyən bi fincan geti. Unuynən apar. Bu da münkün dö­yül axı.

Söylədi: İbrahimxəlilov İsmayıl Baba oğlu.
EŞİT MƏNƏM, GÖR MƏNƏM, BİL MƏNƏM
Molla Cumanı başqa zonanın aşığı bağlamağa gəliy. Yolda Cumeynən ras­da­şiy, unnan soruşüy kü, manıa Molla Cuma lazımdı. Molla Cuma diyir:

– Eşitmənəm, görmənəm, bilmənəm.

Başqa zonanın aşığı heş nə başa düşmüyü, Molla Cuma da uzaxlaşif getmişdi. Ki­şi məjbur olub ayri adamnan Molla Cumanı soruşüy. Həmən adam Cumanı gös­də­rif diyi:

– Odu ey, gidiy.

Kişi qaçə-qaçə gəlif Molla Cumuyə çatıy. Diyi:

– A kişi, mən səni axdariyəm axır.

Molla Cuma heş halını da pozmuyüf diyi:

Mən də sanıa didim axır. Eşit, mənəm, gör, mənəm, bil, mənəm.

Başqa zonanın aşığı pərt oluy. Dəə fikrinnən daşinif geri qəyidiy.

Söylədi: Xəlilov Füzuli Bayram oğlu.
GEN GÖTÜRÜBSƏ ...
Başqa zonanın aşığı Molla Cuma ilə deyişmağa gəliy. Molla Cuma da öydə ol­muyü. Arvadınnan gəlif soruşüy. O da diyir:

– Gen götürfsə, tez gələcək, dar götürüfsə, gec gələcək.

Kişi məhətdəl qalıy, dəə qəyidif gidiy. Sonradan öyrəniy ki, Molla Cuma me­şi­yə gidibmiş. Ağaci böyüh götürüfsə, tez, kiçih götürüfsə, gec gəlcaxdı. (Baltanın ağ­zı nəzərdə tutulur – top.).

Söylədi: Xəlilov Füzuli Bayram oğlu.
RƏVAYƏTLƏR
ÖZ MALIN KİMİ YE
I mətn

O vaxında biri deyər ki, mənim sürümə heç oğru gələmməz. Biri durar diyər ki, niyə gələmməz. Gəlsanıa beycə sənını sürunıun yarsını oğurruyam. Bu gecə gə­lər yaxşı xamırnan xaşxaşı yoğurar. Kişinin yeddi iti olar, bu da yeddi gündə yo­ğu­rar. Töküf itdərin hərəsi bi tərəfdə səvərər*. Qoyünü yarı eliyif gidər. Aparar qoçü kə­sər. Kişinin də adı İsmeyildi. Diyər: “Ay İsmeyil, ay İsmeyil (qonşüdü də). Ax­şam bizə yaxşı qonaxlar gəlcaxdı, yaxşı yimax-işmax olcaxdı, qoçu kəsmişəm. Yol­daşınıı da götür gəl”. Qoçu kəsif yerdə qalan qoyünnəri də ağıla doldurar. Ax­şam bular da gələr. Yeməyi süfrüyə qoyuf diyər: “Ye, qardaşım, ye, öz malını kimi ye”. Diyər: “Ə, kavaf da eliyını katlet də elıyını. Öz malı kimi yesin. Halal xoşunı ol­­sun”. Heş nə. Yiyif-içənnən sora diyər: “Ay İsmeyil, sən də manıa halallıx ve­ri­sanı­mı? Beycə qoyunnarınıı gətirif qoçu kəsmişəm. Bi on-onbeşi də ağıldadı”. Di­yər: “Nə danışısanı?”. Diyər: “Vallah”. Diyər: “Bes itdər nejə olmuşdu?”. Diyər: “Öyu­nıu Allah tihsin. Birini göydən asmışam, o birrəri də yerdədi”. Diyər: “Nə­təri?” Diyər: “Səvəti hördüm,

-----------------------------------

*Səvərər – sərilər, uzanar

içinə kündəni qoydum, unu keçirdif ağacin başinə dar­dım, it səvətin içində qaldırdım ağaca, o birrəri də yerdə yatdılar”. Diyər: “Ə, ye­ri düşür itınıı, ağacin başində qalıfdı zingilliyə-zingilliyə”.

Söylədi: Qurbanova Firuzə Həsənqulu qızı.
II mətn

Bi kişiyə qonax gəlifdi, adı Qasım olufdu. Gecə oturuymüşdər də, payız ge­cə­lə­rində. Gecənin bivaxı qonax gəlifdi beş-altı nəfər oluflər də, iki ata-anası, dört də uşax. Kişi bilmiyifdi nağarsın, öydə də yimağa heş nə yox. Arvat vurnuxanda di­yif­di ki, sən çay qoy, mən həyin* gəliyəm. Gidif qonağın öküzünü oğruyuf gə­lif­di. O iki illıx öküzü çiynində getirifdi, getirif kesif qoourma, yimax, işmax, sahat bi­rə kimi. Eldən-ayaxdan da cəld olufdu. Heş şey. Yiyif, səhər duruf gidiflər. Gidif ba­xıf görüfdü ki, öküz yoxdu ağılda. Bi üç aydən sora darışıy Qasıma. Diyi: “Ay Qa­sım, ho sizə gələn günüm dağıleydi, ho sizə gəldim öküzüm oğrandı ho gecəsi”. Bil­miyi də, nə bilsin ki, gülər, diyər, Qasım ki, ə, kesif yiyərsanı, bilməzsanı sora. Di­yər: “Mən kesif yisəm, səni də çağır­manammı? Dosux”. Mən kesməmişəm. Di­yər: “Ə, siz beş-altı nəfər bizə qonax gəldınıız. Mənim ətimmi variydi? Getirdim ke­sif bi yerdə yidıx də”. Dəə dosdu heş nə dimiyifdi.



Söylədi: İbrahimxəlilov İsmayıl Baba.
AY MAMAOĞLU
Şayir Osman Sarıvəlli variydi də. Onun bi nəfər maması oğlu varıydi, qalxoz sə­diri işdiyirmiş. Cavan oğlanıydi. Uşağıın biri qucağındeymiş yoldaşinin, biri də te­zəcə yeriyimiş. Bu da gəlif öz kəntdərinə Sarıvəlli kəndinə Osman Sarıvəlli. Bu­na deyif ki, sizə də gələjəm. Bu sədir də erkəyi-zadı kəsdirir, soydurur. Deyir: “Ge­dim daa bir fermaları-zadı yoxluyum, gəlim”. Kəntdə də toy varıymiş. Bu da sə­dir­di dəə, toya çağırıflar. Deyir: “Gedim toya da nəməri verim, sora gəlim”. Bu da ge­dən­ kimi toya, o, sədirin sağlığına, bu, sədrin sağlığına. Sədir olur tamam piyan. Ha...­ Bu, maşın göndərir, yoldaşını da gətizdirillər, uşaxlarını da. Yoldaşına yaxşı otax-zad uşaxlarına. Bivaxı bu deyir: “Ə, mən gedim, yoldaşım məni gözdüyər, uşax­lar-zad”. Deyir: “Ə, narahat olma, olar da burdadılar. Biz savaxatan burda ye­yif-içəjiyih”. Osman Sarıvəlli də rəhmətdiyh gəlir bulara. Gəlir, görür kü, heş kəs yox­du. Oturur öydə, qonşular-zad, eşidənnər gəlir də. Biraz oturullar, eliyillər, çı­xıb gedillər. Təhlif eliyillər, heş kimə getmir. Deyir: “Hər halda gələjəh özü”. Ax­şam olur, bu gəlmir. Mal-heyvan gəlir, payızın soyux günü. Ha... Duruf malları-za­dı tovlıyə salır. Axşam olur buna çay-çörəyh verən olmur. Özü alıf yiyirmiş. Un­nan sora

-----------------------------

*Həyin – indi

qapıda da bir it varıymiş, bunu görən kimi şahə qalxırmış. Əlacı kəsilif ho baş­yağı* da alıf itə tulluyur ki, səsini kəssin. Bivaxı görüfdü ki, bişiyh də sütə cu­muf­du. Bayırda qadın sütü bişiripbiş ki, mayə qoysun də, qatıx çalsın. Osman Sarı­vəl­li götürüy sütə mayə vuruy, üsdünü də basdırıy. Nəsə də, səhər də duruy məytuf ya­zır, qoyur ho zadın üsdünə, çıxır, gedir Osman Sarıvəlli. Deyir ki:

Yenə unutmarıx sizi, yada salıf, ay mamoğlu.

Avad olmuş kəndınıızda qonax qaldım, ay mamoğlu.

Hər kim gəldi, “buyur, əyləş” dedim.

Əyləş, otur, gözdəhagözdə.

Qonaxları bi quru sözlə yola saldım, ay mamoğlu.

(Qonşuları deyir də.)

Qışın boranı bürümüşdü dağı, dərəni.

Qapınıdakı mal-qaranı dama ötürdüm, ay mamoğlu.

Çıxmışdı bu kəndin adı, dodağımda qaldı dadı.

Çörəyh, su verən olmadı, özüm aldım, ay mamoğlu.

Görmə Boz itin üzünü,

Hərdən ağardır gözünü.

Özüm əlimlə mən özümü.

İşə salmışam, ay mamoğlu.



Söylədi: Şahbazov Famil Mürsəl oğlu.
TAPMACALAR

Səhər durdum sanıa zillədim (göz).


İki qonşü bir-birilərini görmüyü (göz).
Boşqava qoymax olmaz,

Kesisanı kesmax olmaz,

Yiyisanı, doyüsanı (ana südü).
İki daş arasına yaylıq sərmişəm.

Otuz altı ildir qurumuyü (dil).


Səhər durdum, haçiyə mindim (şalvar).
Bir xörək bişirdim. Nə qədər duz töksəm, yenə də şit oluy (soyutma yumurta).

Söylədi: İsaqova Nurcahan Abuzər qızı.
--------------------------------

*Başyağ – Kəsilmiş heyvanın başı və ayaqları

Hap-hapı,

Dəmir qapı.

Şah ölkəsi,

Hamı bağı (qəbiristanlıq).


Qaradır qarğa döyül.

İy biliy, tula döyül.

Qanatdıdı, quş döyül (cücü).
Darğdan gəlir danqara,

Qolları pılan qara.

Danbır-dunbur yerişi,

Dırnağı seysan* para (fil).


Mən baxıyəm, o qaçiy (qulaq).
Yeddi dəmirri toxmax, unu bilməyən axmax (baş).
Quyu, içində suyu.

Suyun içində ilan.

İlanın ağzında mərcan (lampa).

Söylədi: Xəlilova Mehin Məmmədəli qızı.
Min minara

Divi qara.

Yüz min çiçək

Bi yarpax (Quran).


Gedirəm Ərəş bağına

Gələrəm salama (orucluq)


Bir balaca boyu var,

Aləminən toyu var (lampa).


Yol içində bi cam qatıx (Ay)
Mən gedirəm, özü də gedir (kölgə).
Yol içində yooğun abay** (təndir).

-----------------------------------

*Seysan – səksən

*Abay – arvad

Uzun-uzun ulama

Kol divində bulama.

Gedər Ərəş bağına

Gələr sənə salama (bayram).


Bir balaca bacı

Yandırar dağı-daşı (kibrit).


Diyir addım atana

Deydi kotana.

Dəryada balıx

Üzü ceyrana (güzgü).



Söylədi: Muradova Mehruzə İslam.
Halma məzər, kolda gəzər (üzüm).

Söylədi: Aslanova Nazilə Aslan.
Dolu gidiy, boş qəyidiy (qaşıx).

Söylədi: Əhmədova Qərənfil Hüseynbala qızı.
Diyi gelinnərdə hansı gelindi qaşmağı yaxşi,

Yirmi dört qadaxnan qadaxlanıfdı başmağı yaxşi,

Bezənifdi bezeyi yaxşi (at).
Uzaxdan gəlifdi, bi parçə ağdı.

Sıralanıf, cərgələnifdi, sanki bi bağdı.

Söylətdim unu, dərdi-qəmim azaldı (məytuf).
Bizim anamızın üç üzü var,

İkisi qaradı, biri ağ (qaranlıx gecə, işıqlı gündüz, qara torpax).


Gəl-gəl diyirəm, gəlmiyi.

Gəlmə-gəlmə diyirəm, gəliy(dodax).

Üç rehdə boyənifdi boyəsi,

Yerdən göyə dayanıfdı dayağı.

Hər yerdə gezir sorağı (yağış).
Bi baci, bi qardaşıx,

Aləmə də biz arxadaşıx (Gün, Ay).

Gidiy hora,

Bilmiyi hara?

Alıy hunu,

Bilmiyi neyi? (ölən adam)


Alaxlar içində biz də alağıx,

Deymiyını bizə çox yaraxlıyıx.

Sizə də gerehliyıx (gicitkən və qanqal)

Söylədi: Məmmədov Musa İsa oğlu.
Qat-qat döşeyh,

Unu bilmiyən olsun eşşeyh (kələm)


Halçax dağdan qar yağar (ileyh, un)
Uzun-uzun uzanar,

Özünə köyneyh qazanar (qarğıdalı)


Haydabanı, huydabanı,

Altı ayağı, iki dabanı (tərəzi)



Söylədi: Məmmədova Maral Mustafa qızı.
Sarı sakqal,

Hunu bilmiyənin

Atası çakqal (qarğıdalı)

Söylədi: Ağamirzəyeva Səmən Vələd qızı.
Aşıx eldən uxarı.

Şana teldən uxarı.

Aşıx bir şey görufdü

Dizi beldən uxarı (çəyirtgə).


Göydən gidiy qazdar. Yerdə də oluy bi dənə axsax qaz. Yerdəki axsax qaz di­yi ki, eyyy, göydən gidən yüz qaz. Məni də götür ol, düz qaz. Göydəki qazdar diyi ki, biz yüz döyülux, bi bizi qədər, bi bizim yarımız qədər, bi də yarımızın yarısı qə­dər, bi də sən axsax qaz olanda yüz qaz bitiy. Hindi di görüm, göydən gidən neçə qaz oluy?

Cavabı: 36 qaz.



Söylədi: Soltanova Məryəm Həsən.

AĞILAR
I mətn

Helə zulumkəriydi. Zəhmət keçif, yurt-yuva salıf, bala böödüf, olara güvənə bil­miyən qızıma laylay. Ay ölümü hasand olan, zulumu çox olan, əzyət keçən, eli qa­varrı gidən balama laylay. Qucağı qundax görmüyən, beşiy qırağında otur­muyən, yarımçıx dünyadan gidən qızım, a laylay. Oğul çiynində getmiyən, bala bö­ötmüyən, zəhmət keçif öy-eşiy quruf, içində oturmuyən, heş neydən gü­vənmiyən balama laylay, laylay. A bezehli beşiylər öyünə girmiyən, a bezehli be­şih­lərə qundax qoymüyən qızıma laylay, qızıma laylay. Bala, dərdim çoxdu, tər­pət­mə məni, dərtdi anaların birisi mənəm, ay oğul. Yesir balası olan ana ağlasın. Ağ­laram, saxlıyə bilməzsan1, a bala (Söyləyici ağını dillə deyir – top.).



Söylədi: Kərimova Xatın Kərim qızı.
II mətn

Bi cavan balam ölüfdü, ay arvatdar. Əli xınalı əldən tutmuyən, balam, xınalı baş aşmiyən balam. Ay bey oturanda “Allah sanıa şükür” dimiyən balam ölüfdü. Ba­­lam, a laylay, balam, a laylay. Diyirəm, ay analar, ay bacilər, diyi burda bi cavan ölüf­dü, cavan ölüfdü. Özü çaarıf, özü diyif, özü oynuyən cavan balam ölüfdü, ca­van balalar ölüfdü. Helə analara bi mən qurban, balası ölən analara diyi, mən qur­ban, balam ölüfdü, balam ölüfdü, balam ay laylay.



Söylədi: Məmmədova Zahidə Məmmədəli qızı.
III mətn

Diyirəm, altı balalı bi gəlin balam ölüfdü, ay balam, ay balam. Hı, bala bö­ö­düf diyi, doyuncax çağırmıyən balam ölüfdü, ay analar, ay bacilər. Ad qoyüf, adını do­yüncə çağırmıyən balam ölüfdü, eyy, balam ölüfdü, gəlin balam ölüfdü. Ay lay­lay­, laylay. Bir öy tikif, yolunu yaxşi tanamıyən balam ölüfdü, ay arvatdar, ay lay­lay, laylay. Əri özünnən doymüyən, özü ərinnən doymüyən balam ölüfdü, ay ar­vat­dar. Elə balam, a laylay, balam a laylay (avazla oxuya-oxuya ağlayır – top.).



Söylədi: Məmmədova Zahidə Məmmədəli qızı.
IV mətn

Bu yaxınnarda qohumnarda bi yas yeri vardı, hora getmişdim. Sora orda ağı di­yən diyax ki, molla də, ev yəəsinə, yas yəəsinə müraciət elədi ki: “Ay Limunət, ya­sınıı verərsən, düşərsən həyətə, hammını dağıdıf, sağa baxarsanı, sola baxarsanı, qə­hərrənarsanı, diyərsanı, ay Cəbrayil:

Bu bağ bizimiymiş,

İçindeki üzümiymiş.


Hammı dağıldı, getdi,

Yıxılan öy bizimiymiş”.



Söylədi: Xəlilova Mehin Məmmədəli qızı.
V mətn

Dədəm, lay-lay, qardaş, vay-vay. Sora diyi ki, huna vay-vay dimiyını, lay-lay di­yını. (Bəzən də 10-15 il əvvəl ölənnəri, özü də də faciyeynən ölənnəri qatıylər. Mə­sələn, avariyədə, şeydə ölənnəri qatıylər).

Qanı çöllərə dağılan qardaş,

Al qanı xırman olan qardaş,

Xırman qanı göl olan qardaş,

Sora da diyi, vay-vay dimiyını,

Lay-lay diyını buna.

Gör bunu kimnərə tay eliyirəm,

Unnan da doyməsə, filankesə tay eliyirəm,

Unnan da doyməsanı, filankesi qatıf huna ağlıyirəm.

(Filankesdər kimnərdi? Allah eləməsin, görüsanı, bi nəsildən biri avaryeyə dü­şüy, biri gülleynən ölüy, biri nə bilim, suda boğuluy ölüy. Cavan ölən, ayləsi qalan, nə­ bilim ...)

“Ay toy sesi dağlardan getmiyən filankes,

Bezehli öyünnən doymuyən filankes,

Körpə balasını böödə bilmiyən filankes,

Dırnağının divinnən palçıx bulaşıxları getmiyən filankes”. (Öy tikəndə nətəri oluy dırnaxlar?). “Elinin qavarı getmiyən filankes”.

Söylədi: Xəlilova Mehin Məmmədəli qızı.
VI mətn

Ox, bi murat görmüyən büvümə* mən vay diyərəm, laylay diyərəm. Mənim oğul­suz-uşaxsız, yurtsuz-yuvasız gidən büvümə laylay diyərəm. Laylayi vayə dö­nən büvüm, laylay. Laylay dimərəm, vay diyərəm. Laylay, büvümə laylay. Öyü-eşi­yi dağılan, öy-eşiyinə yiyə tapılmıyən büvüm. Ata öyünnən pay olmuyən büvüm (Oy ata öyünnən yəə çıxan olmuyən qızdar. Mən də holardanam).



Söylədi: Xəlilova Hürü Məmmədəli qızı.
MƏRSİYƏ

Bu dünyada çox çalışdim, olmadım rahat,

Cismim azarıma getirmədi taqət.

Anadan oluf çox fəqir oldum.

-------------------------------

*Büvü – bibi

Bi məkana çıxa bilmədim.

Gedirəm bu gözəl dünyadan,

Qalını salamat, eyləyin halal.

Anadan zühur oldum.

Öy-eşiyh tihdim, bi məkana çıxa bilmədim.

Heş kesi mənim kimi olmasın.

Bir oğlum ölüfdü, bir dənə də qızım.

“Ana, epbeyh” –, diyə-diyə,

“Ata, çöreyh” –, diyə-diyə acinnən öldülər,

Üreyim çox zəyif oldu, illərnən xəsdə oldum.

Bir zalım qaynanıyə-qaynatıyə gəlin oldum.

Nə gəlinnığım bilinmədi, nə qocəlığım, nə cavannığım.

Öylər tikif, eşiylər tikif, balaları böödüf,

Şükür eliyən vaxı, eli qızıl bileyhli yiyəm öldü,

Yenə də elə fəqir, zülümnən, bavat ömür-gün sürüyəm.

Allah büyünnən sora balalarıma pis işdər qismət eləməsin.

Allah ölüm verəndə anıyə versin, balalarıma verməsin.

Öylər tikif, bağlar saldıx, güvənə bilmədıx.

Heş də bizim dizimizə su gəlmədi,

Azar-bezarnan oynədıx.

Bi məkana çıxa bilmədim.

Yenə də Allahdan razıyəm.

Qalan balalarımın pis işini manıa görkəzməsin,

Allah heş bi ananı baladan ötəri göynətməsin (avazla oxuyur – top.).

Bismillahirrrəhmanirrəhim, Allahu-məsəli Muhəmmədin və ali Muhəm­məd. Ya­sin. Səleyliluhu Allahi səlam Qurani həkim. İnnəkə lə munəl mursəlun. Alə si­ra­tə müstəqim. Siratə əlləzinə əmtərəleyhim ğeyril mağzubi vəllazalin. Amin. Amin. Amin. (Söyləyici həm ağını, həm də surəni xüsusi avazla deyir – top.).

Söylədi: Kərimova Şəfiqə Kərim qızı.
AŞIQ ŞEİRLƏRİ
QOCALIQ
Ağalar, tutdu qolumnan bixəbərdən qocalıx.

Aldadif yıxdı evim giribən dərtdən qocalıx.

İşləyif cəsədimi yeri-yerdən qocalıx.

Ətəyim əldən qoymur, açılmır sərdən qocalıx.


Qocalıx çox yaman dərtdi, qış yeriməz, göz görməz.

İtə dönüf hürər olsanı, oğul-uşax cavaf verəmz.

Dosd-aşna yan qaçər, heş kim halım sormaz.

Günü-günnən geri gedər xeyirdən-şərdən qocalıx.


Söylərsən ağzın əyəllər, oğul-uşaxdan qaçarsanı

Gücənərsanı gücunı çatmaz, oraxdan, xışdan qaçərsanı

Dişdərını zara yetirər, çörehdən, aşdən qaçərsanı

Yar yanında xəcil eylər, utandırar yardan qocalıx.


Kəlfətin dişə yaraşır.

Qocalıf eldən düşüncə,

Əzreyil döşə yaraşır.

Palaz-paltar tərk oluncə

Mürdəşir leşə yaraşir.

Qalmaxdan ölmax yaxşidi

Daş-torpax başə yaraşır.

Dəli könlüm, bir şeydən nə bezərsən?

Xalx səni cahil sanar

Qocalıxdan nə sanırsanı?

Vallah, qardaş, hər insanı

Salır avırdan qocalıx.



Söylədi: İbrahimxəlilov İsmayıl Baba oğlu.
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə