Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,66 Mb.
səhifə4/28
tarix15.03.2018
ölçüsü2,66 Mb.
#32166
1   2   3   4   5   6   7   8   9   ...   28

40. İSMAYIL PEYĞƏMBƏR
Qurban kəsmə elə bil ki İbrahimxəlil peyğənbərin dövrünnən qalıfdı. Onun elə bil züryəti yoxumuş. Allah-talıya üz tutur, deyir:

– Ya Allah, sən maa bir övlat ver.

Mının da arvadının adı Həcərmiş. Allah-tala deyir ki, Həcər­dən saa bir züryət verəjəm. Kişi gəlir arvada deyir ki, bı arvadın da atmış yaşı varmış, Allah-tala sənnən maa züryət verəjək. Arvat əl atır üzünə, deyir ki, mənim innən belə züryətim olar? Deyir ki, hə, Allah-tala verəjək, olajax.

İndi gəlir həmən bı İsmayıl olur. Yekəlir, irilir, yeddi-səkgiz yaşına çatır. İbrahimxəlil peyğənbər hər gejə yuxuda görür ki, buna deyillər “ya peyğənbər, isdəhlii qurban kəsmədin”. Bı gəlir nə qə­dər qoyunu, malı varmış kəsir, dəvəsi varmış kəsir. Bu yuxunu yüz dəfə görür. Deyir ki, ya peyğənbər, isdəhlii maa qurban kəsmədin. Bı da fikirrəşir, deyir ki, İsmayıldan başqa mənim isdəhlim kimdi? Arvada deyir ki, arvat, İsmayılın paltarını dəyişdir, başına xına qoy, əlinə xına qoy, birəz də bizə çörəh, mını götürüf gedəjəm ov vır­ma­ğa. Bı da deyir ki, əşi, gedirsən get dana, mını nəə özünnan aparır­san. Deyir ki, yox, mını da aparajam.

Hə... İndi durur dəsmala çörəh bağlıyır, gedir. Yolda şeytan, Allah nəhlət eləmiş, gəlir İsmayılın anasına deyir ki, ay başaa kül, nəə oturmusan? İsmayılı atası aparıf qurban kəsməyə. Bı da deyir: “Allah saa nəhlət eləsin, heç ata da oğlunu qurban kəsər?” Əl çək­mir. Arvat götürür cəhrənin başını atır, – ona göra nəhlət deyillər şeytana, – şeytanın gözünü tökür.

İndi yolnan gedillər. Bir düzəngahlıxda, bir yerdə durur. Uşa­ğa deyir ki, bala, mən Allah-taladan diləy elədim, Allah-tala səni ver­di mana. İndi səni gətirmişəm Allahın yanında qurban kəsməyə, nə deyirsən? Bı deyir ki, hə... Uşaxdı dayna. Allah qooluna zad gə­ti­rir, deyir ki, hə, ata, sən məni Allah yolunda qurban kəsənnən soora mən heş zad demirəm. İndi gedillər. Uşax deyir ki, ata mənim əl-əəğimi bağla, üzümə də bir şey at. Birdən çabalıyıf səni incidə­rəm, Allaha ağır gedər. Pıçax da götürmüşümüş. Pıçağı götürür, uşa­ğın əl-əəğini bağlıyır, yönü qibləyə yıxır, pıçağı boğazına sürtür, nə qədər eliyir pıçax kəsmir. Pıçağı vırır bir daşa, daş iki bölünür. Görür kü, Allah-taladan sada gəlir: “Allahu əkbər, Allahu əkbər”. İbrahimxəlil deyir: “La ilaha illallah və Allahu əkbər”. Bı üzü örtülü, əl-əəği bağlı uşax da – İsmayıl da deyir ki, “Allahı əkbər, vəlillahi ilhəmd”. Bıllar dayanır, dayananda görüllər ki, Allah-tala Həzrəti Cəbrayıla deyir ki, get cənnətdən bir qoçı apar, mən onu sınıyırdım. Bir qoç apar onun əvəzinə, İsmayılın əvəzinə qurbanı kəssin. Bir dizi qara, gözü qara qoç gətirir İsmayılın əvəzinə, mını kəsir. İsmayılı da durquzur. Bıllar deyir:

– Həmd olsun ya rəbbim, ya rəsul Allah, bizi bı zaddan qurtardın.

Birəz də ətinnən kabab eliyillər, yeyillər, qalanını da bağlıyır torbıya, götürür gəlir. Arvat deyir:

– Şeytan deyir İbrahimxəlil peyğəmbər oğlu İsmayılı qurban kəsir. Helədi?

İbrahimxəlil peyğəmbər deyir:

– Arvat, şeytan sənə necə demişdi, elə həyliydi. Hamba mən bı yuxunu yüz dəfə görmüşdüm. İndi də dedim İsmayıldan başqa mənim isdəhlim kimdi? Elə apardım mını kəsməyə. Onçun gəlif şeytan həylə səni alladıfdı.

Hə, indi bala, hər şey Allahın əlindədi. O, uşağını kəssə, ildə gərəh hərə öz oğlunun birini kəseydi. Allah-tala elə bil ki irazı olmuyufdu. Mının əvəzinə qoş gəlif, kəsif. İsmayıl qurbanı onnan qalıf. Elə bil ki ildə hərə bir qoyun kəsir İsmayılın adına.


41. İSA PEYĞƏMBƏR
İsa peyğəmbər sağdı da hələ. Mehdi Sahib-Zaman zuhr olan­da onda o da gələjəh, ikisi bir yerdə elə bil ki qırx il padşahlıq eli­yəjəklər. İsa peyğəmbər də həylə ölüləri həm də dirildirmiş. Elə bil ki kimsə öləndə gedif çağırırmış, dirildirmiş, danışdırırmış. Hə...
42. MƏHƏMMƏD PEYĞƏMBƏRİN ÖLÜMÜ
Bir gün bı, əsabalarını yığıf başına. Çağırıf deyif ki, mən dün­yamı dəyişəjəm, məəm bir-iki töfsiyəm var, gəlin sizə nağıl eliyim. Dediyi vaxda çamaat yığılıf gələndə görüllər ki, Məhəmməd pey­ğəmbər bağda ağaş divi təpir. Deyir:

– Ya peyğəmbərimiz, axı siz dediz mən ölürəm, sizə mənim töfsiyəm var.

Deyir:

– Hə, düz deyirsiz, bala, indi yaxşı eliyif gəlmisiz. Mən bı işi görürəm ki, gedif oğurrux eləmiyəsiz, əv çapmıyasız, adam öldü­r­müyəsiz, qan töhmüyəsiz, zəhmatıznan işdiyif dolanasız. Haram mal yemiyasız. Ona görə bu işi mən sizə tövsiyə eliyirəm.



Deyir ki, mən rəhmətə gedəjəm, məni ağ dəvənin üsdünə qoyarsız, ağ dəvə harda yatsa, orda məni dəfn edərsiz.

Üş günnən sora Məhəmməd peyğəmbər əleyhsalam dünyasını dəyişir. Bını qoyullar ağ dəvənin üsdünə, tafırını bıraxıllar, camaat dü­şür bı ağ dəvənin dalına. Gəlir, həmən, Məkkə, Məkkə deyirih ha, or­da yönü qivliyə yatır. Orda, o Məkkədə Məhəmməd peyğəmbəri dəfn eliyillər. İndi o Məkkiyə gedənnər gedir hamısı orda onun qavrını ziyarat eliyir.


43. PEYĞƏMBƏRİN MERACA GETMƏSİ
Məhəmməd peyğəmbərin Cənabi Əli qardaşı oğlu olur, həm də yeznəsi oluf. Cənab Əli sirr imiş, hər şeyi bilirmiş. Məhəmməd peyğəmbər göyün yeddinci mərtəbəsinə tura gedir. Əlidən gizdin gedir, ona demir. Deyir, o getdiyi yerdə bına bir sırfa açılır, yeməh gəlir, bir dənə də alma gəlir. – Heydər babam danışıf yanımda. – Sıfra açılıf yeməh gələndə Məhəmməd peyğəmbər deyif:

– Mən bı almanı təh yeyə bilmərəm, maa yoldaş ver.

Baxır ki, pərdə var. Bı pərdənin arasınnan bir nəfər əlini uza­dıf bınnan çörəh yeyif, Məhəmməd peyğəmbərnən. Bı yeyir, o da yeyir. Bı almanı kəsir, yarsını bu əl götürür, yarsını da özü götürür. Amma yemir, saxlıyır özündə.

Məhəmməd peyğəmbər qayıdıf gələndə Əli gedir bunnan görüş­məyə. Deyir: “Əmi, mehracın mübarəh olsun!”

Deyir:

– Əli, mən axı saa deməmişdim. Sən hardan bildin ki, mən mehraca getmişəm?



Deyir:

– İndi gördüklərinən bir az söhbət elə.

Deyir:

– Mən getdim belə sırfa salındı, nemətdər gəldi. Mən yoldaş tələb elədim, təh yeyə bilmədim. Ordan bir əl gəldi, tühlü əl, mənnən yeməh yedi.



Yeməh vaxtı, düyü qülfallahdı da, yediyi düyüdən bir dənə əlinin üsdünə düşür, qalır tükün arasında. Deyir:

– O əli tanımazdın ki, nədi, nətərdi?

Deyir ki, ançax bir dənə düyü düşdü onun əlinin üsdündəki tüklərin arasına. Əlini belə gösdərir, deyir: “Bu əli deyirsən?”

Baxır ki, həmən düyü o əlin üsdündədi. Sora deyir:

– Almanın yarsını verdim ona.

Əli almanı çıxardır, deyir:

– Bu almadı?

Məhəmməd peyğəmbər də çıxardır, birrəşdirir ki, həmən almadı.



44. PEYĞƏMBƏR VƏ QIZI
Bir arvad var idi. Gəldi gördü mən çilə aşı dəmliyirəm. Dedi ki, baxıram təmizkar, hər şeyin yerini bilənsən da. Bunnan da bağlı bir misal çəkdi. Dedi ki, peyğəmbər bir gün qızıynan gəzməyə çı­xır. Qız susuyur. Atası bir qapını döyür. Görür bir qız çıxdı. Deyir:

– Maa bir isdəkan su ver, qızım susduyufdu.

Bu da götürüf verir. İsdəkan çirkli olduğu üçün qız işmir, tökür yerə. Peyğəmbərimiz deyir:

– Çox sağ ol qızım, səni görüm evdə oturuf ər çörəyi yeyəsən.

Bir az gəlillər. Qız genə deyir ki, ata, susamışam. Genə atası bir qapını döyür, gətirif bir isdəkan su verillər. Yaxşı isdəkanmış. Qız içir, deyir “çox sağ ol”. Peyğəmbərimiz də deyir:

– Çox sağ ol, səni görüm özün qazanıf, özün yeyəsən.

Nəysə, gəlillər bəri. Görür bir cavan oğlan gəlir qavaxdan. O qədər sütüldü, heş bir günahı yoxdu da. Peyğəmbərimiz baxır, deyir ki, canı yanmışın nə ölməli canı var ey. Birəz qabağa gedillər. Gö­rür bir qoca kişi hasaynan gəlir yıxıla-dura, gücnən yeriyə-yeriyə. Deyir ki, baxtavərin nə qədər ömrü var ey. Bir də çönür arxaya, görür qızı gəlmir. Deyir:

– Qızım, niyə gəlmirsən?

Deyir:

– Sən peyğəmbərsən, bəs hakkı nahakka verirsən də. Bına adi camaat nə deyər?



Deyir:

– Gəl otur, qızım, mən saa izah eliyim niyə görə belə de­yi­rəm. O suyunu işmədiyin qız pinti qızdı, hara getsə qayıdıf gələcəh o evə. Yoldaşı gedif çöllərdə işdiyəcəh, gələcəh, baxmıyacax təmizdi, çirk­lidi, qoyuf qavağına bir tikə yeyəcək ki, yatsın, tezdənnən işə ge­də­cəh axı. Küncü-bucağı eşələmiyəcəh görüm təmizdi, çirklidi. Am­ma o təmiz qız hara getsə özünün başını saxlıyacax da, bədbəxt ol­­mu­yacax. O qocanın da o qədər günahı var ki, sən təsəvvür elə, də­yir yerə, qalxır bir də yeriyir. Onu nə cəhənnəm qəbul eliyəcəh, nə cənnət. Amma o cavanın heş bir günahı yoxdu. Gedən kimi düşəcəh cənnətə.



45. PEYĞƏMBƏRİN İTİ VƏ TÜTƏYİ
Canavar deyir ki, mən bir gecədə yeddi para kənd gəzirəm. Bu yeddi para kəntdə ilahinin buna verdiyi qisməti gəzir. Canavar deyir ki, mən bu dağın başınnan o birsi dağın başında qara şumun içində qara qoyunu seçirəm. Niyə? İlahinin ona verdiyi qismətdi. Ona görə yaşdı adamlar deyir ki, canavarın ağzına söymək olmaz. Çünki canavarın ağzı Qurannan bağlanır.

Deyillər, canavar peyğəmbərin iti oluf, ilan balığı da onun tütdəyi oluf. Nətər olufsa, heyvanı əldən çıxıf. Canavara deyif ki, çıx get özün öz başını saxla. Tütəyi də atıf suya, deyif ki, sən də maa lazım deyilsən. O da ilan balığı oluf, canavar da canavar. İndi ilan balığını tutanda cığıldıyır tütdək səsi çıxardır.


46. MƏHƏMMƏD PEYĞƏMBƏR VƏ ƏZRAYIL
Bizim Axund Hacı Ağacan da bir söz söylüyürdü. O deyirdi ki, o vaxtı peyqəmbərimiz ölüm ayağında məlayikədən (Əzrayıldan – top.) soruşdu ku, mənim vaxtım tamamdı. Ya Əzrayıl, mənnən sora, mənim ümmətimin canını nejə alajaxsan sən? Dəəndə, dedi ki, ya peyqəmbər, sənin ümmətinin əlini, əyağını bağlıyaram, onnan sora onun başını kəsərəm, onun canını belə alaram. Ama o saymadı. – Görükür o da (Hacı Ağacan – top. ) bilmirmiş, çünki o vaxtı ruhanı təhsili yoxudu. İmiş­lidə, molla Bülbüldən dərs almışdı o. – Hə, deyir ki, dokquz dənə vasıta saydı, heş birini peyqəmbər qəbul eləmədi. Deyir, axırda dedi ki, ya rəsul Allah, sənin ümmətinin canını mən belə alaram. Can vermə məqamında onun gözünün qavağına cənnətdən bir alma göndərərəm, əlin atıb o almanı ki, götürmək isdiyəndə, onun əli almıya çatmaz, elə canını orda alaram mən.
47. HƏZRƏT ƏLİ VƏ YEZİD
Yezidnən imamların davası düşəndə bı imamlarımızın hamısı qətl olur. Göydən vəhy gəlir Əliyə. Əli Allahın pəhləvanıdı, şiridi. Əli düşür bı Yezidin qoşununu qırmağa. Qıranda Allah-tala Cabre­yildən vəhy göndərir. Cabreyil buyruxçudu. Göndərir ki, get, Əliyə denən ki, hamını qırıf qutarmasın, yer üzündə adam qalmaz. Gəlir Cabreyil Allah-talanın sözünü bına çatdırır. Deyir:

– Yox, and içmişəm Əbəlfəzin qələm olan qollarına, atımın üzəngisinə qan çıxıncan bı Yezidin qoşununu qırajam.

Orda Cabreyil genə gedir Allah-talıya deyir ki, bəs Əli belə deyir. Allah-tala orda bir al yağış tökür. Yağış başdıyır, sel-su qalxır, qannı su qalxır Əlinin atının üzəngisinəcən. Orda əl saxlıyır. Əl saxlıyannan sora bırda belə qərara gəlillər ki, Yezidnən Əli təhbətəh görüşsün. Bıllar çıxır meydana. Yezid deyir:

– Qavaxjan sən qaldırırsan qılınjı vurmağa, yoxsa mən?

Əli deyir:

– Allah saa nəhlət eləsin, biz fürsəti qavaxça duşmana verrih. Sən qaldır vır.

Qaldırır qılınjı, Əlinin başına vıranda Əli qalxanı qaldırır, qılış sürüşür düşür. Əliyə heş nə olmur, bir ziyanı dəymir. İndi Əli qılınjın qaldırıf vıranda Yezid dimməz duruf. Deyir:

– Nə hiss elədin?

Deyir:

– Bax, barmağımın başı göynədi, bir də dilimin ucu. Qaldır qılıncı vır da bir də.



Deyir:

– Allah saa nəhlət eləsin, atı tərpət.

Tərpədəndə atı, yarı şakka olur: yarı şakkası bir tərəfə düşür, yarı şakkası bir tərəfə. Yezid orda cəhənnəmə vasil olur.
48. ƏN ŞƏRAFƏTLİ İNSAN
O vaxtı Əmirəlmöminə bir yəhudu sual verir ki, Adəm peyqəm­bər şərafətlidi, yoxsa sən şərafətlisən? Deyir ki, mən şəra­fət­liyəm. Deyir ki, nəyə görə?

Deyir:


– Ona görə ki, Adəm peyqəmbərə Allah-tala buğdadan ye­məyi qadağan, nəh buyurmuşdu. O, onnan yedi, ama mənim yedi­yim hələ arpa çörəyidi. Mən hələ dilimə buğda çörəyi vurmamışam.

Deyir ki, ya Əli, bəs baban Nuh peyqəmbər şərafətlidi, yoxsa sən? Deyir ki, mən Nuhdan şərafətdiyəm. Deyir ki, nəyə görə?

Deyir:

– Ona görə ki, onun övladının biri atasına iman gətirmədi, ama mənim oğlum Hüseyn hələ dünya yaranmamışdan qabağ insannar Allah yanında ruh şəklində yaradılan vaxt Hüseynin ruhu, Hüseynin nuru Kərbəla yolunda, Allah yolunda, İslam yolunda, din yolunda, peyqəmbər yolunda, haqq yolunda şərafətə çatmağı qəbul eləmişdi.



Deyir ki, bəs ya Əli, sən şərafətdi olarsan, yoxsa İsa pey­qəmbər? Deyir ki, mən onnan da şərafətdiyəm. Deyir ki, nəyə görə?

Deyir:


– Ona görə ki, İsa peyqəmbəri anası xurma ağacının divində dünyaya gətiribdi, amma mənim anam məni Kəbə evində dünyaya gətiribdi. Kəbə evi İbrahimxəlil peyqəmbərin vaxtınnan da əvvəl oluf, Nuh peyqəmbərin tufanınnan da qavağ olufdu. Adəm peyqəmbərin lap zamanında olufdu Kəbə evi.

Hə... Deyir ki, mənim anam Kəbə evinin yanıynan gedən vaxtı ilahi bir qüvvəynən Kəbə evinin divarı aralanır, mənim anam içəri daxil olur. İçəri daxil olanda həmən divar bir də öz yerini alır. Mənim anam Əsəd qızı Fatimə məni orda dünyaya gətirifdi. Üş günnən sora Kəbə evi aralanıf, mənim anam məni çölə gətirəndə əmim oğlu peyqəmbər anamın qucağınnan məni alıf, mən gözümü açanda ilk dəfə peyqəmbəri görmüşəm, əmim oğlunu görmüşəm. Ona görə mən İsa peyqəmbərdən şərafətdiyəm.

Deyir ki, bəs ya Əli, sən şərafətdisən, yoxsa əmin oğlu pey­qəmbər? Deyir ki, o sözü mən deyə bilmərəm, o sözü peyqəm­bərdən soruşun, dəəndə, peyqəmbər deyir ki, mən elmin xəzinə­siyəm, Əmirəlmöminin o elm xəzinəsinə açardı. Məni öyrənməh istiyən gərəh əvvəlcə Həzrət Əli əleyhüssəlamı öyrənsin.
49. FATMA NƏNƏ
Başına döndüyüm Fatma ana deyifdi ki,

Aşıx yaza nə qaldı,

Xalın yaza nə qaldı.

Ülkər yana sallandı,

Canım çıx, gör yaza nə qaldı?

Fatma nənə də qüvvəli evliya imiş. Biz indi su qıjısı deyirih ey, kəhrizdərdə bitir. Görürsən onun ağ-ağ saplaxları olur. El dağa gedəndə Fatma ananı mindiriflər dəvəyə. Biri deyif ki, ayə, nə su qıjısı ola, onnan yeyərsən.

Deyif:

– El dağdan gələndə yeyərsən.



Da bağışda, üzr isdiyirəm, Fatma nənə qoltuğunun altının tükünü qoparıf atır, külək aparıf atır suyun içinə. Gələndə görüflər su doludu su qıjısıynan. Bax, həmən o su qıjısı onun qoltuğunun tükünnən əmələ gəlif.
50. VEYSƏL QƏRANİ
Veysəl Qara Məhəmməd peyğənbərin dosduymış. Bir gün qəzəvət vaxdıymış. Gəlir Məhəmmət peğənbərin, canım qurban ona, yanına. Gəlir görür ki, isdolun üsdə bir diş var. Arvadınnan soruşur ki, bı diş nə dişdi? Deyir ki, bəs peyğənbərin dişidi, qəzəvət vaxdı düşüf. Deyir ki, mən bı dişdərimin hamısını çıxardıf qoyajam bu dişin yanına. İndi otuz iki diş bu kişinin – bı Veysəl Qaranın, bir diş də peyğənbərin dişi. Görür peyğənbər gej gəlir, çıxır gedir. Peyğənbər gəlir, deyir ki, bı əvdən dosd iyi gəlir, kim gəlmişdi? Deyir ki, bəs Veysəl Qara gəlmişdi. Deyir ki, bəs bı dişdər kimin­di? Deyir ki, Veysəl Qaranın dişidi. Sənin bir dişaa görə o dişdəri­nin hamısını çə­kib tökdü yerə. İndi Allah-tala bına deyir ki, sən əllaru çək o dişə. Onun hamısı təsbeh olur. Bı təsbeh var ha, bax, ona əllərini çəkir, olur təsbeh. Gətirir mını düzür sapa, onu elə bil ki, zikir eliyirsən. Otuz iki diş Veysəl Qaranın, bir diş də, canım qur­ban ona, peyğən­bə­rin. Onu otuz iki dəfə, elə bil ki, “Sübhan Allah” deyirsən, otuz üç dəfə “Əlhəmdülillah” deyirsən, genə otuz üç dəfə “Allahı Əkbər” deyirsən.

Həməşə Veysəl Qara camahatın dəvəsini yığarmış, otararmış, hakqını almazmış. Deyir:

Səhərdən durardı, dəvə güdərdi,

Hakqın almazdı, beylə gedərdi.

Yəmən ellərində Veysəl Qaranı,

Şirin dillərində oxur Quranı.


Yasdığı daş idi, döşəyi puşdu,

Hakqı həbibinin sevgili dosdu.

Yəmən ellərində Veysəl Qaranı,

Şirin dillərində oxur Quranı.


Bir həbəsi vardı dəvə tükünnən,

Allahı çıxartmaz qəlbinnən, fikrinnən.

Yəmən ellərində Veysəl Qaranı

Şirin dillərində oxur Quranı.


51. BİSMİLLAHSIZ AÇILAN SÜFRƏ
Biri imamlarnan dosdaşır. Biri-birini qonax çağırır. İmam Hüseyn bir çolpa kəsir. Bir çolpaynan bular doyullar. Həmin şəxs sora İmam Hüseyni qonax çağırır, bir dəvə kəsir. Dəvənin yarısını yeyillər, doymullar. Deyir:

– Ay dost, nətər olur sənin çolpannan sən də doyursan, mən də doyuram, bütün sırfa doyur, yola düşür. Mən dəvənin yarı şakqasını yeyirəm, nə özüm doyuram, nə qonax?

Deyir ki, sənə Allah nəhlət eləsin, sırfa açılanda nə bismillah demirsən, nə sırfa yığılanda “əlhəmdülillah, Allah sən yetir demir­sən”. Amma mən, “bismillah, ya Allah” deyif başdıyıf yeyirəm, doyuram. Sırfa yığışılanda da “ələhəmdülillah, Allah sən özün yetir” deyirəm.

Kafır deyir ki, mən bunu demirəm. Deyir:

– Ona gora da sən doymazsan. Nə rizqin olmaz, nə bərkətin.

PİRLƏR VƏ OCAQLAR HAQQINDA
52. HACI QARAMAN
I mətn

Allahın məsəli əla Məhəmmədin və ali Məhəmməd. Ya Allah, sən hamımızın işin oand*, cəmi şərlərdən uzağ elə, isdiyənnərnən hamılıxca bir yerdə şaddığ elə, mehribançılığ elə. Hajı Qaraman babıya, elə bil ki, o vədə deyiflər ki, harda çəliyin dursa, orda bina salassan, əv tikəssən. Həə... İndi Hajı Qaraman baba da cəleyvatan-mış dana. Hajı Əhməd addı bir kişi varmış, varrı kişiymiş, gəlir mının yanına. Kişi görür ki, bı yad adamdı. Deyir:

– Bala, elə bil qərib adamsan, gəl qonağ ol.

Gejə qalır bıllarda. Görür kü, bir qız uşağıdı, elə yerdə yatılıdı. İndi bı qızın anasınnan soruşur ki, ana, o uşax niyə yatılıdı. Deyir ki, bala, xəsdədi qılçalarınnan, yeriyə bilmir. Deyir ki, bir istəkan su gətir, oxuyum, ver ona, işsin.

Həmişə onu gejə anası çıxardırmış çölə. Hə, indi ana gəlir görür kü, qız özü çöldən gəlir. Deyir ki, bala, sən nətər oldu ki, çıxdın çölə. Deyir ki, o, suyu içənnən sora elə bil ki, şəfa gəldi. Hajı Əhməd deyir ki, gəl bırda ol, bı qız da sənin şifannan yaxşı olub, qızı verəjəm saa. Qızın da adı Yetərmiş. Hə, qızı alır, gedir. Orda indi dam tikdirir özünə. Damı tikdirəndə gəlin görür ki, gündə bı damın bir tərəfinnən nəysə göyərir, bitir. Bı bını daşıyır, tökür çölə. Yoldaşı əvə gələndə deyir ki, axı mən belə bir möcüzə görmüşəm. Bu nədisə bitir, ha tökürəm çölə, genə də bitir. Deyir ki, onu tökmə çölə, qoy görəh nə bitir. Bırda yekə bir ardıc ağacı bitir. İndi bı kişi damı sökür, ayrı yerdən tikir. Sora bı varranır, özünə pəyə tikir, onnan sora məçid tikir, hər şərayitini düzəldir. Üç oğlu olur; İbrahim Çələbi, Məhəmməd Çələbi, Mustafa Çələbi. Bircə dənə də qızı olur. Mının da adı Mərziyə. Yekəlillər, əmələ gəlillər, əvlənillər. İndi bı arvat deyir ki, a kişi, maa sən mehir verməmisən axı. Deyir ki, gedəh, – elə bil ki, Hajı Qaraman babanın damınnan bir az əynə, – orda saa bir mehir yeri gösdərəjəm. Gedir, balaca bir çala varmış bırda, “bismillahi-rəhmanı-rəhim” eliyir, əlini uzadır ora. Bıra olur dərin bir quyu. Deyir:

– Bax, bı quyunun suyu qiyamatacan sənin mehrindi. Bu quyu qiyamatacan qurumuyajax.

Hə, indi Allahdandı da, mının qisməti olub. Hə, indi, qiyama-tacan bu su qurumur, elə həylə balaca quyudu. Onnan sora Allah-tala maralları bına urza verir, süd verir. Qızı deyir ki, ata, beyjə gördüm, qərif yerdən – Arazın qırağınnan bizə qonax gəlif. Papurus çəkdilər, iyi burnuma gəldi. Gözdüyüllər, görüllər ki, iki kişidi, bir də bir qa­dın, bir də bir uşax. Bı xəsdələnif, bını gətiriflər bıra. Deyir, indi bılla­ra gətirif qatıx qoyullar, üzüm qoyullar, bir də yemiş qoyullar. Deyillər ki, hələ biz belə bir şey görməmişik. İndi kişi ora-bıra baxır – bı qonax gələn, deyir ki, bax bının bırda sağılanı yox, bı südü har­dan alır. Kişi gedir görür ki, arvat duruf bir əz məlhəm bişirir qoyur bir şəlpənin* arasına, sərnici də götürür. Vedrə yox idi, qabaxcan sərnicidi. Sərinci də götürür dərə yuxarı, – ora elə bil ki, dağ yeri kimiymiş, meşəliymiş, – gedir. Dərə yuxarı arvat gedir, gedir, of-of eliyir, marallar gəlir tökülür. Bu məlhəmi də maralın birinin buynuzu çıxmışımış, mına qoyur, sarıyır. Onnan sohra durur sərnici doldurur, sağır, balalarını bir tərəfə ötürür, nənələrini də bir tərəfə. Üsdünə də dua oxuyur, qayıdır gəlir. Deyir ki, hə, bu maral südüymüş, qatığıy­mış, onçun bu həylə ləzzətdidi. Hə, onnan sohra həylə, maralın biri küsür, bu kişinin gözü dəyir dayna, çıxır gedir.

Hə, sora da ona bir kişi şəkk gətirir. Hajı Qaraman babanın böyrünnən keçəndə atdan yıxılır, boynı sınır, elə bırda da ölür. Onu Hajı Qaramandan birəz aralıda basdırıllar. Ora ziyarətə gedən hərə ona bir daş atırdı. Bax, elə həmin o daşın tınqıllığı** nə boydaydı, nə fason­da. Atırdı, bına nəhlət oxuyurdı ki, sən şəkk gətirmisən.

İndi Allah, bala, duasınnan ayırmasın. Bala, o həqqidən də, mö­cü­­zəliymiş. Hə, indi biz Məhəmməd Çələbinin övlatdarınnanıx, elə bil oğlannarın böyüyü Məhəmməd Çələbiymiş, biz də onun törəməsiyik.

II mətn

Maral buynuz tökən ojax deyərdilər ora. Şıx Hacı Qaraman baba dünyasını dəyişənnən sora marallar gedif orda buynuzdarını vuruf bir-birinə, qırıf töküflər şivən kimi, yas saxlıyan kimi.

O sifdə gəlif çıxıf bizim kəndin yaxınına, Sirih kəndinə. Orda Sirihnən Tatarın arasında bir yerə düşüf. Onun möcüz çəliyi var­mış. Orda Yetər nənə oluf. Onun gözdəri tutuluf. Anası-atası gedif kök alağı eliyirmiş, onu da evdə qoymurmuşdar da, qız uşağı imiş. Onu da aparırmışdar özdəriynən. Qurban olduğum gedif çıxıf ora. Deyif:

– Niyə o uşağa da demirsiniz kömək eliyə?

Deyif:

– Gözdəri görmür.



Deyif:

– Olar, bir gejə mən sizdə qalım?

Deyillər:

– Niyə olmur?

Möcüz çəliyi varmış, verif qıza, gedif bularnan söhbət eliyif. Tezdən də duruf. Buna sütdü aş bişiriflər. Hajı Qaraman çəliyi alan­da belə çəkif gözdərinə, qız ayana, bu yana baxır. İsdiyir anasına deyə, qonaxdan utanır. Bunnan irəli də qızdar ayrı olurdu da. Deyə bilmiyif ki, mənim səsim çıxa yad qonağın yanında. Gedir çalğını götürüf başdıyır qapını süpürməyə. Onnan da həyat yoldaşı olur. İndi Yetər nənəynən onun məzarı birdi.
III mətn

Şıxlar kəndində Ağdonnu şıx var. Bir vəşi maralı tutur, əlinə də ilanı alır şallax yerinə. Deyir: “Hajı Qaraman qoy məhətdəl qalsın ki, mən elə kəramətin yiyəsiyən ki, vəşi maral minif gedirəm”.

Bunun da yarımçıx hörgüsü var imiş. Hörgünü minif gəlif onun qabağına. Deyif: “Xoş gəlmisən”. Deyif ki, hə, sən mənnən böyüh ojaxmısan. Maral da vəşi də olsa yeriyəndi, amma hörgünün yeriməyi möcüzədi.

Ağdonnu şıx gedif ona təzim eliyir ki, sən bütün ojaxlara padşah göndərilmisən Diyarbəkirdən.



IV mətn

Bir dəfə Hajı Qaramanın özünə İran zonasınnan qırx atdı gəlir. Hajı Qaraman hayat yoldaşına deyif ki (çul, örkən olurdu da qabax, siz yağın ki görməmisiz), ata çul, örkən gətir. Gətirif bir çul-örkən. Deyif:

– Başına dönüm, axı bu qırx atdı, bir at dəyil a?

Deyif:


– Sənin işin yoxdu, sən göt çulla.

Köhnə dağarcığın divinnən də bir tas arpa gətirif. Deyif:

– Axı bu bir atın normasıdı?

Deyif:


– Sənin işin yoxdu.

Götürdühcə gəlif yerinə, götürdühcə gəlif yerinə. Qırx atın qır­xına həmin çul-örkən, həmin arpa bəs edif. Belə-belə onun möcü­zələri oluf.


V mətn

Alı Mamedov gəlif, o vaxdı bilmirəm komitet imiş. Üç milis göndərif, biri də Mütəllim addı ki, gedin Hajı Qaramanı dağıdın. Gəlif ora düsəri vuran vaxt – elə düsərin yeri bilinir, – düsərin ağzı keçif daşa, elə orda da qalıf. Kişinin gözdəri tutuluf. O birisinin də atının yəhəri aşmışmış, düzəldəndə at ayaxlıyıf onu. Elə heylə qayıdıf gediflər. Deyiflər ki, bəs belə-belə. Onda Alı Mamedov deyif ki, tay toxunmalı dəyil, toxunmuyun ona.

Bir nəfər deyif ki, mən onu təkcə dağıdaram. Elə birinci əlini daşa atanda qara ilan barmağınnan vuruf onun.
VI mətn

Biri taxıl əkirmiş. Quraxlıx oluf, taxıl bitmiyif. Bu da keçir­miş. Deyif:

– Ay baba, bəs nağarajağıx, bu il bizim balalarımız qırılajax.

Orda o iki rükət namaz qılıf, Allaha yalvarıf, dua eliyif. İki dəyqə keşməmiş leysan gəlif taxılı bərpa eliyifdi. Yağış çəkilənnən sora taxıl bitif.



53. HACI QASIM ÇƏLƏBİ
Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə