Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə32/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   28   29   30   31   32   33   34   35   ...   61

79
2013/
I
əks etdirir. Göy atlının yüksəkdən enmə kimi hisslə əsfanələşdirilmiş təq -
dimatı obrazın məkan və zamanda yerini bildirmiş olur. Bu sahədə araş -
dırma aparan Dr.Yaşar Kalafat göyün müqəddəslik ehtiva edərək göy iyə -
ləri ilə yanaşı göyün iyə olduğunu Göy Tanrı inanc sistemindəki mövqeyi
ilə üst-üstə düşdüyünü deyir (2, 13). Təbrizdə Göy məscid, Naxçıvanda
Göy dağ pirləri, ümumiyyətlə, göy türbə, göy baba kimi yerlərin məkan
olaraq adlarını çox saymaq olar. 
GÖY YER-MƏKAN- GÖY RƏNG
Tanrının olduğu yer, yəni məkan onu sahib olduğu ilə ifadə edir. De -
mək, rəng də buna görə əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, Yaradılış das-
tanı  “Oğuz  xaqan”da  Oğuz  xaqanın  doğum  rəngi  göy,  Törəyiş  dastan-
larında ağacdan törəmə mavi işıq, türklərin qurtuluş və yürüş zəfərlərində
mavi tüklü, gök böri əsas qüvvədi. Demək, göy atlının birdən təzahür edib
yox olması göydən gəlməsinə işarədi. Göy dağ piri ilə bağlı əfsanəyə görə
Culfa ətrafında olan döyüşlərdə düşmən qalib gəlmiş və üstünlük qazan-
mağa  başlamışdı. Birdən-birə Göy dağdan göy atlı peyda olub yel kimi
gəlmiş, qat-qat çox olan yağı düşməni məhv etmişdi. Üzü niqablı göy atlı
kimsəyə görünmədən də geri qayıtmışdı. Varlığı əsrarəngiz olan bu obraz
yaşlıların təsvir etdiyi bir çox döyüşlərin qəhrəmanıdı. Yəni qəhrəman za -
man və məkansızdı. 
Samsunun Ladik bölgəsində Dikilidaş türbəsi ilə bağlı rəvayətlərə görə
“74 Barış Hərəkatında Dikilidaş Türbəsi və Seyyid Əhməd-i Kəbir Tür -
bələrinin qapılarını ziyarətçilərə bağlamışlar. Hərbi müdaxilənin başladığı
vaxtda Ladik üzərindən böyük bir işıq topası gurultulu bir şə-kildə Kipr
adasına doğru uçub getmişdir. Xalq bu mübarək insanların savaşa, əsgər-
lərə sipər olmağa getdiklərini söyləyirlər. Müharibə sırasında iki düşmən
əsgəri arasında belə bir dialoq keçir: ‘Biz Türk ordusunu önlərindəki ağ -
saqqallılar  üzündən  məğlub  edə  bilmirik”  (1,  6).  Şalbazarı  qəsəbəsində
yerləşən Həsən təkkəsində yatan mübarək insanın qurtuluş savaşında şə -
hid olduğu və Kipr Barış Hərəkatı sırasında məzarın olduğu bu təpədən
qırmızı bir işığın Kipr tərəfinə getdiyi də rəvayət olunur (1, 12). Ermə ni -
lərlə XX əsrin əvvəllərində və I Qarabağ savaşında qarşı-qarşıya gətirilən
qəhrəman  Göy  atlı  Göy  dağın  pirinin  də  yaranma  səbəbi  kimi  göstəril -
məkdədir. Peyğəmbər övladlarını Qafqaza-Azərbaycana qədər təqib edən
düşmənlər son olaraq Göy atlı obrazının qılıncı, gücü ilə məğlub olmuş -
lar.  Pirin  müqəddəsliyinin  bir  səbəbi  kimi  də  bura  Göy  atlının  gəlişidi.
Diqqətçəkən  məqamlardan  biri  də  göy  libasla  yanaşı  göy  atlı  ifadəsidi.
Fikrimizcə, Göy atlı ümumi bir yanaşmadı, yəni şəxs anlamında olmayıb
bütöv məna daşımaqdadır. 
Ümumiyyətlə,  GÖY-YER-ORTA  insanın  yerləşdiyi  məkanda  zamanla
uzlaşma sisteminin mövcudluğudur. Gültəkin abidələrində ıduk yer kutsal-


80
2013/
I
lığı və qoruyucu iyələrdən bəhs edilməkdədir. Üçlü mifoloji sistemin əsas
lay və fikir qatında qoruyucu olan iyələr bütün zamanlarda məkansızdır.
Obrazın fərqli ad və boyutları yaşıl sarıklılar olaraq Türkiyədəki istiq -
lal savaşında əsgərlərin yanında yer almış ulu insanlar-ruhlardı. Araş dır -
maçı alim Y. Kalafata görə bu yer iyəsi Anamaygildi. Alim bu iyəni Ana -
dolu türk kültür coğrafiyası hüdudlarına uyğunlaşdırır (2, 42). 
Qeyd etmək yerinə düşərdi ki, yuxugörmə inanclarımızda göy yerinə -
yaşıl geyimli (bəzən bu geyim əba deyə səsləndirilir) adamın qeybdən xə -
bərlərinin doğruluğu söylənməkdədir. Yaşıl geyimli obraz etibarilə göy at -
lıdan fərqli anlatılmaqdadır. Daha ziyadə yaşlı və bilgin üz surəti görün-
mədən qeybdən xəbər verən obrazdır. Bu obraz xalq arasında vergiverən
kimi də bilinir. Vergi verilməsi seçilmişlik əlamətidir. Eyni ilə qeybi an la -
yan, bilən deməkdir. Lakin bu yuxuları inamı və imanı sabit olanlar görə
bilər.  Demək,  rənglər  iyəlik  xüsusiyyətini  bildirməyə  xidmət  edir.  Göy
rəngin ifadə  xüsusiyyəti əski dini inanc Tenqriçilikdirsə, yaşıl daha  çox
İslamı bildirir. Yozqatda gəlin alma günü bəzək düzəldilir və yaşıl və al
bayraq bağlanır. Burada yaşıl muradı, al Türk bayrağını təmsil edir. Ya şı -
lın ifadə mənasındakı muradına yetişməyi yuxugörmələrdəki “vergi ver-
ildi, seçildi” ifadələriylə bilirik. Yuxuda yaşıl rəng görmək muradına çat-
maq deməkdir. Qarsda uşaqlar göy qurşağını görəndə “yaşıl mənim” de -
yib yarışırlar. Çünki göy qurşağının altından keçməklə cənnətə gediləcəyi
inamı vardır (3, 187-236). 
Bəzi  hallarda  yuxugörmə  miflərində  və  ya  pirlərlə  bağlı  inanclarda
obraz Xızır(ə) ümumiləşdirilir. Lakin mətnlərdən aydın olur ki, obrazlar
arasında fərqliliklər vardır. Demək, İslamiyyətdən öncəki ağ saqqalı dədə,
pir surəti İslam  mədəniyyətinin əski inanclarla kəsişməsində ümumiləş -
miş obrazlılıq qazanır. Təbii ki, fərqləndirmələr inam şəkli inanc qaynağı
ilə müqayisə olunmalıdır. Manas dastanında ağ saqqalı ay qoca gəlir və
oğlana  Seytek  adını  verib  qeyb  olur.  Qədim Altay  dastanında  da  qayın
ağacından enən ağ saqqallı pir oğlana ad verir (5, 90). Bütün türk boyla -
rında pir-ağsaqqal, nurlu dədə obrazı mövcuddur. Həmçinin adı keçən qo -
ruyucu ruhlar  da vardır. Televüt türk  boyunun qoruyucu ruhunun  söyüd
ağacından  əsası,  yaşıl  parçadan  isə  geyimi  vardır.  «Dədə  Qorqud  kita -
bı»nın “Dirsə xanın oğlu Buğacın boyunu bəyan edər” boyunda deyilir;
“oğlan  onda,  yıxıldıqda  boz  atlı  (yaşıl  donlu)  Xızr  (İlyas)  oğlana  hazır
oldu. Üç qatla yarasın əli ilə sığadı.
–  Bu  yaradan  qorxma,  oğlan,  (sənə)  ölüm  yoxdur  dedi.  Dağ  çiçəyi
anan  südü  ilə  sənin  yarana  məlhəmdir  dedi,  qayıb  oldu”  (4,  23).  Lakin
maraqlı odur ki, adqoyma ənənəsindən fərqli olaraq göy atlı (mif mətn lə -
ri), yaşıl  geyimli  pir (yuxugörmələr)  iki  surət, obraz olmaqla  yanaşı iki
dünya arasında mediator rolunu oynayır. Bu obrazlar qeybdən gəlir, xə -
bərdarlıq edir və insanüstü güc göstərir. 


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə