Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə30/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   26   27   28   29   30   31   32   33   ...   61

74
2013/
I
dünyamızın bir parçasında canlandırmaq istəmişəm. zövqünü oxşasa, ürə -
yində  bircə  qığılcım  yandırsa,  demək  istəyimə  çatmışam.  Məndən  xoş -
bəxti elə mən özüməm” (7, 41). Bizə elə gəlir ki, bu sözlərdə dərin bir sə -
nətkar səmimiyyəti vardır. Əslində nəbzi həmişə oxucuların qəlbi ilə dö -
yünən, daim axtaran, həm də bu axtarışın bəhrəsini görən və onu şirin bir
dillə qələmə almağı bacaran hörmətli yazıçımız Əzizə xanım bizim ürəy-
imizdə qığılcım yandıra bilib. Deməli o, həmişə istəyinə çatmış və öz gər-
gin əməyindən zövq almağı bacarmışdır.... 
Neçə illər qabaq onun sorağı dağlardan, uzaq kəndlərdən gələrdi. Azər -
baycanımızın elə bir bucağı olmazdı ki, sevimli yazıçının orada sözü-söh-
bəti düşməyəydi.  Çünki o, bütün varlığı,  özünün yaradıcılıq şaxələri ilə
elə, obaya bağlı bir sənət fədayisiydi...
Gözəl müəllim, istedadlı alim və əbədiyaşar yazıçı Əzizə xanım Cəfər -
zadə  ömrünün  son  günlərində  həyatının  ən  müdrik  çağlarını  yaşa yırdı.
Dərya tutumlu ürəyi gəncliyin min bir arzuları ilə döyünür, yazıb yarat-
maq həvəsilə çırpınırdı.
Amma sənətkarın ömrü onun sənətinin ömrü qədərdir. Əgər belədirsə,
o halda Əzizə xanım Cəfərzadə də ölməz sənətkarlarımızdan biri olaraq
daim xatirələrdə yaşayacaqdır.
İşin elmi nəticəsi. Bütün bu axtarışların elmi, nəzəri nəticələri Əzizə
xanımın yorulmazlığı, ömrünün son anlarına qədər apardığı gərgin axta -
rış larının nəticəsidir. O, bütün bunları təkcə bir yazıçı kimi yox, həm də
nəzəriyyəçi alim kimi tərənnüm edib, əsil mütəxəssis nəzərilə ərsəyə gəti -
rib.  Xalqın  tarixi  keçmişində  gördüyü  işlərlə  hər  bir  tarixi  şəxsiyyətin
özünəməxsus yeri, sanbalı Əzizə xanımın fərdi təsvir baxımında gördüyü
xidmətlərin qiymətini alır.
İşin  elmi  yeniliyi. Yazıçının  vəfatından  sonra  da  bu  tarixi  şəxsiy yət -
lərin bariz tərənnümü nəinki öz əhəmiyyətini itirmir, əksinə, da ha da nə -
sil bənəsil qədirbilən oxucuların gərəyi olur.
Əzizə xanımın  əsərlərində tərənnüm  edilən bu  adamların hamısı real
tarixi şəxsiyyətlərdir və onların heç biri bədii təxəyyülün məhsulu de-yil -
dir. Gördükləri işlərin müqabilində əbədiyyət qazanan şəxsiyyətlərin gör -
dükləri işlər də yazıçı tərəfindən bütün xırdalıqları ilə qələmə alınmışdır.
İşin tərbiyəvi əhəmiyyəti. Yazıçının tarixi şəxsiyyətləri tərənnüm edən
bütün əsərləri zaman keçdikcə öz ictimai və tərbiyəvi əhəmiyyətini daha
da  artıracaq.  XVII  əsrin  sonu,  XVIII  əsrin  əvvəllərində  yaşayıb-yaradan
Nişat Şirvani də, səyyah Hacı Zeynalabdin Şirvani də, Natəvan və Heyran
xanım, Məhsəti Gəncəvi də qoyub getdikləri örnək yollarında tarixlər boyu
nəsillərimizə  nümunə  olacaqdır.  Abbas  Səhhətin  hələ  çox la rına  məlum
olmayan, Əzizə xanımın aydın qələmində güzgü kimi açılan mübarizələr-
lə dolu həyatı gələcək nəslin həyat dərsinə dönəcəkdir.


75
2013/
I
ƏDƏBİYYAT
1.  “Azərbaycanın  aşıq  və  şair  qadınları”  (tərtib  edəni  Ə.Cəfərzadə).  I  nəşr
Bakı: Gənclik, 1974
II nəşr. Bakı: Gənclik, 1991
2. Əzizə Cəfərzadə. “Fatma xanım Kəminə”. Bakı: Gənclik, 1971
3. Ə.Cəfərzadə. “Şirvanın üç şairi”. Bakı: Gənclik, 1971
4. Ə.Cəfərzadə. “Sünbülüstan”. Bakı: Gənclik, 1971
5. Ə.Cəfərzadə. Abdulla Padarlı. Bakı: Gənclik, 1971 
6. Ə.Cəfərzadə. “Hun dağı”. “Gənclik” nəşriyyatı, Bakı, 1975
7. “Könül çırpıntıları” (tərtib edəni Ə.Cəfərzadə). Bakı: Gənclik, 1972
8.  Qasım  Qasımzadə.  “İşıqlı  yollar”.  “Azərbaycan  gəncləri”  qəzeti,  8  mart
1950
9. “Məhsəti Gəncəvinin rübailəri” (tərtib edəni Ə.Cəfərzadə). Bakı: Gənclik,
1981
Rəyçi: Fil.ü.f.d. Elxan Məmmədli


76
2013/
I
AMEA Naxçıvan bölməsi, elmi işçi
E- mail: mehsetiismail@yahoo.com
FOLKLORUMUZDA MİFOLOJİ OBRAZLILIQ
XÜLASƏ
Məqalədə Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrində – mifoloji mətnlədə, əf -
sanələrdə, rəvayətlərdə epizodik kimi görünən göy atlının əski inanc yaddaşına aid mi fo -
 loji obraz statusu araşdırılmışdır. Mifik qoruyucu göy atlı obrazı müqəddəslik bildi rən rəng
anlayışının  məzmununu  da  ifadə  edir.  Əslində  Tanrının  olduğu  məkandan  yəni  göydən
gələn bu obraz müqəddəs ruhların dünyasını, göy iyəliyini bildirən qoruyucu ob razdır.
Açar sözlər: Folklor, Göy atlı, mifologiya, obraz, rəvayət, ayin
МИФОЛОГИЧЕСКАЯ ОБРАЗНОСТЬ В НАШЕМ ФОЛЬКЛОРЕ
РЕЗЮМЕ
В статье исследуется мифологический образ голубого всадника, эпизодически
появляющегося в образцах Азербайджанского устного народного творчества: ми -
фологических  текстах,  легендах,  преданиях.  Образ  мифологического  защитника
голубого всадника проявляется также и в его цвете, выражающем благородство. В
легендах  и  преданиях  это  образ  защитника,  который  олицетворяет  царство  свя-
щенных духов, ниспoсланных Богом.
Ключевые слова: Фольклор, голубой всадник, мифология, символы, предание,
ритуал
MYTHOLOGICAL FIGURATIVENESS IN OUR FOLKLORE
SUMMARY
Seeming as episodically in Azerbaijan folklore samples – mythical texts, myths, leg-
ends the blue horseman’s status of mythical character belonging to ancient belief mem-
ory is searched in the paper. The mythic protective blue horseman character also express-
es the content of colour conception that denotes holiness. In essence this character com-
ing from the place where the God is that is from heaven is the protective image express-
ing the Holy Ghost’s world, heaven mastery.
Key words: folklore, blue horseman, mythology, character, legend, rite 
Məsələnin qoyuluşu. Azərbaycan türklərinin şifahi ədəbi nümunələri
içə risində  bir  sıra  kod  ünvanlaşma  mövcuddur.  Bunların  araşdırılması
ümu     mi mətn baxışından, sosiallaşan və filoloji məzmun qazanan nümunə
statusundan  zamanın  cilaladığı amma əski alt  düşüncə  layını  ifadə  edir.
Daha öncəki araşdırmalarda ağ atlı, boz atlı nümunələrinin obraz xü susiy -
yəti, mif düşüncəsi baxımından izah edilmişdir. Bizim obraz ola raq irəli
sürdüyümüz  göy  atlı  geniş  şəkildə  araşdırılmamışdır.  Bizə  görə  bu nun
həm siyasi, həm də mənəvi tərəfləri məsələyə ağırlıq qazandırmış və qa -
dağa  xofu  gətirmişdir.  Bildiyimiz  kimi, Azərbaycan  türklərinin  zaman-
zaman  Cənubi  Qafqazda  sıxışdırılması  və  aborigen  sayılmaması  hətta,
törəmə azlıq kimi qələmə verilməsi burada əsas rol oynayır. Bəs obrazın
əhəmiyyəti nədir? Məsələnin siyasi ölçüsü varmı? 


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə