Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə27/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   23   24   25   26   27   28   29   30   ...   61

67
2013/
I
lətifələr, həmçinin “neofolklor” nəsrinin çoxsaylı növlərinin dözümlü ol -
duğunu görərik” (11) Göründüyü kimi, alimin müasir folklor yaradı cı lı -
ğında dözümlü hesab etdiyi janrlardan biri də, heç şübhəsiz ki, lətifələrdir.
Təbii ki, bu ilk növbədə lətifə janrında gerçəkliyə münasibətin çevik for-
mada  olması  ilə  əlaqədardır.  Gerçəkliyin  gülüş  kodunda  dərkinin  mətn
təzahürü kimi lətifə emosional münasibəti ifadə edir ki, bu da janrın spe-
sifikasına çevrilir. Lakin  lətifənin  tematikası,  obraz qalereyası  “klassik”
ənənəyə nisbətdə nə qədər dəyişsə də, janrın işləmə mexanizmi, ger çək li -
yin  dərkindəki  xarakteri  dəyişməz  olaraq  qalmışdır.  Bu  mənada  Mol la
Nəsrəddin,  Bəhlul  Danəndə,  Hacı  dayı  kimi  lətifə  personajları  ilə  bağlı
süjet və motivlərin bəzən “qarışdırılması” və ya əslində kimə aid olması
kimi sualların meydana çıxması bütün hallarda lətifə janrının poetikası ilə
bağlıdır. Gerçəkliyin gülüş kodunda dərki, şüurun gülüş emosi yasını ifadə
edən zonasının obrazlarından birinin aktuallaşması hesabına baş verir ki,
bu məqamda obrazın konkret adının Molla Nəsrəd din, Bəhlul Danəndə və
yaxud hər hansı digər biri olması elə də böyük “əhəmiyyət” kəsb etmir.
Canlı folklor toplama müşahidələrimizdə dəfə lərlə qarşılaş dığımız hallar-
dan biri də məhz, bizim Molla Nəsrəddinə “aid olduğunu” düşündüyümüz
lətifənin Bəhlul Danəndə və ya başqa birinin adından danışılması olmuş-
dur. Həmin obrazlardan hansının daha çox işlədilməsi və ya lokal çərçi -
vədən çıxaraq “qlobal” xarakterə malik olması isə başqa məsələdir. Bu elə
məhz folklorun işləmə spesifikasıdır. Bu halı nağıllarda qarı, dərviş, Həz -
rət Əli, Şahmərdan, Ağa, göy atlı, Xızır, Nurani qoca, pirani kişi, abid və
s. obrazların biri-birini əvəz etməsində də görə bilərik.
Deməli,  lətifə  janrının  poetikasına  uyğun  olaraq  onun  özünəməxsus
obrazlar aləmi vardır ki, söyləmə zamanı  həmin obrazlar reaktuallaşır. Bu
baxımdan hansı lətifənin kimə aid olması ilə bağlı aparılan araşdırmalar
metodoloji baxımdan düzgün deyildir.  
Ümumiyyətlə,  lətifə  janrı  və  gülüş  fenomeni  ilə  bağlı  fikirlərimizi
ümu miləşdirərək deyə bilərik ki:
- Gülüş mifoloji çağ faktına tarixi şüur münasibətinin həm ifadəsi, həm
də izahı kimi fenomenal keyfiyyətə sahibdir. 
- Lətifə mifoloji və tarixi şüuru paralel şəkildə saxlamaq baxımından
mifopoetik struktura malikdir.
-  Lətifə  janrı  gerçəkliyin  dərkinin  və  ifadəsinin  nümunəsi  kimi  həm
mifoloji, həm də bədii-estetik informasiyanı paralel yaşada bilir.
- Lətifə poetikası daxilində mifoloji şüur tarixi şüurda parodik, imi ta -
 tiv semantika qazanmışdır.
- Gülüş fenomeni hesabına gerçəkliyin gülüş kodunda dərkinin spe si   -
fik obraz təcəssümləri və davranış modelləri meydana çıxmışdır. 
İşin elmi nəticəsi. Məqalədə müdriklik və axmaqlıq semantemlərinin
gü  lüş ritualı tərkibində yeri müəyyənləşdirildi. Bəlli oldu ki, gülüş fenom-


68
2013/
I
enoloji  keyfiyyətə  malikdir  və  gerçəkliyə  münasibətin  bir  forması  kimi
spesifik xarakter daşıyır. 
İşin  elmi  yeniliyi. Məqalədə  gülüş  fenomeni  kontekstində  müdriklik
və axmaqlığın münasibət səviyyələri, mətndə təzahür semantikası müəy -
yən olunmuşdur. 
İşin  tətbiqi  əhəmiyyəti. Məqalədən  ali  məktəblərin  filologiya  fakül -
tələrində  folklor,  eləcə  də  mifologiya  üzrə  tədris  aparılmasında  istifadə
oluna bilər. Eyni zamanda gülüş, gülüşün arxaik strukturu, mifopoetik tə -
fəkkür məsələlərinin araşdırılmasında da məqalədən bəhrələnmək müm -
 kündür.
ƏDƏBİYYAT
Azərbaycan dilində
1. Əmrahoğlu A. Epik sözün qüdrəti. Bakı: Elm, 2000, 212 s. 
2. Hacılı A. Mifopoetik təfəkkür fəlsəfəsi. Bakı: Mütərcim, 2002, 164 s.
3. Kazımoğlu M. Gülüşün arxaik kökləri. Bakı: Elm, 2005, 186 s. 
4. Kazımoğlu M. Xalq gülüşünün poetikası. Bakı: Elm, 2006, 268 s.
5.  Kazımoğlu  M.  Lətifələrdə  poetika  və  genezis    məsələləri.  Azər bay can
şifahi xalq ədəbiyyatına dair tədqiqlər (on səkkizinci kitab), Bakı: Sə da nəşriyy-
atı, 2005, 185 s., s. 82-91.
6. Kitabi-Dədə Qorqud. Bakı: Yeni Nəşrlər Evi, 1999, 704 s.
7. Rüstəmov İ. “Kitabi-Dədə Qorqud”da qaravəlli. “Ortaq türk keçmi şindən
ortaq türk gələcəyinə” VI Uluslararası folklor konfransının materialları. Bakı: ,
2010. 520 s. s. 219-220 
Türk dilində
8. Dundes A. Nisan aptalı ve nisan balığı: ritüel şakaların bir teorisine doğru.
Tərcümə  edənlər: Aysun  İmirgi,  Seval  Kasımoğlu  Ünver.  Milli  Folklor,  2008,
20, sayı 79, s. 100-107
Rus dilində
9. Воробьева М. В. Aнекдот в контексте смеховой культуры. (на при мере
анекдотов  советской  эпохи).  URL:  http://philosophy.spbu.ru/userfiles/rus-
phil/Smeh%20v%20Rossii-9.pdf
10. Лихачев Д.С., Панченко А.М., Понырко Н.В. Cмех в древней Pуси.
Ленинград: Наука, 1984, 295 с. 
11. Неклюдов С.Ю. Образы потустороннего мира в народных ве ро   ва ниях
и  традиционной  словесности.  URL:  http:  www.ruthenia.ru/folklore/necklu-
dov8.htm
İngilis dilində
12. Flam A. Sacred Fool Schematization of the Narrative Structure of the
Trickster Myth.
http://ravensmud.mooreworks.net/cms/Data/Sites/25/pdfs/sacredfool_by_aron-
flam(1).pdf
Rəyçi: Fil.ü.e.d. Muxtar İmanov


69
2013/
I
AMEA Folklor İnstitutunun elmi işçisi
e-mail: mashallah_xudubeyli@mail.ru
ƏZİZƏ CƏFƏRZADƏNİN YARADICILIĞINDA TARİXİ
ŞƏXSİYYƏTLƏRİN TƏRƏNNÜMÜ
XÜLASƏ
Əzizə Cəfərzadənin bədii yaradıcılıq dövrü 60-cı illərin sonunda başlamışdır. Yazı çı -
nın hələ sağlığında dərc etdirdiyi bir neçə hekayələri, povestləri və tarixi romanları ona
geniş oxucu rəğbəti qazandırmışdır. Əzizə xanımın tarixi şəxsiyyətlər haqqında işlədiyi
silsilə əsərləri xüsusilə təqdirəlayiqdir.
O təkcə yazıçı deyil, həm də gözəl müəllim və yüksək səviyyəli nəzəri biliyə malik
tədqiqatçı alim olmuşdur. 
Açar sözlər: yazıçı, tədqiqatçı, alim Əzizə Cəfərzadə, Şirvanın tarixi şəxsiyyətləri,
Şamaxı şəhəri
THE DESCRIPTION OF HISTORICAL PERSONALITIES IN THE ACTIVITY
OF AZIZA JAFARZADE
SUMMARY
The literary activity period of Aziza Jafarzade began at the end of the 60 years. When
she was alive  some publishing stories,  novels and  historical novels she got  the reader
sympathy. Some string works about historical personalities by Aziza khanum are espe-
cially perfect. She is not only a writer but also a perfect teacher and a scientist.
Key words: writer, scientist, investigator Aziza Jafarzade, historical personalities of
Shirvan, Shamakh
ВОСПЕВАНИЕ ИСТОРИЧЕСКИХ ЛИЧНОСТЕЙ В ТВОРЧЕСТВЕ 
АЗИЗЫ ДЖАФАРЗАДЕ
РЕЗЮМЕ
Художественное  творчество  Азизы  Джафарзаде  началась  в  конце  60-х  годов
ХХ  столетия.  Очерки,  повести  исторические  романы,  которые  были  напечатаны
ещё при жизни писательницы завоевали широкую популярность среди читатель-
ской массы. Заслуживает особое внимание цикл произведений Азизы ханум, пос -
вящённые историческим личностям. 
Она была не только писателем, но ещё oбладала великолепным теоретическим
знанием.
Ключевые  слова: писатель,  исследователь,  учёный Азиза  Джафарзаде,  исто-
рические лица Ширвана, город Шемаха
Məsələnin qoyuluşu. Yazıçı Əzizə Cəfərzadənin bütün əsərləri dərin -
dən araşdırılır, onların Azərbaycan ədəbiyyatında yeri, mövqeyi fərdi ba -
xım  dan  bir  daha  yenidən  vurğulanır.  Hekayələrindən  tutmuş  ən  böyük
həcmli əsərlərinin demək olar ki, əksəriyyəti araşdırılır, mövzu yönümün -
də təhlil edilir. Yazıçının ədəbiyyata gəlişi və ömrünün sonuna qədər yaz -
dığı bütün əsərlərindəki ideya bütövlüyü açıqlanır.
İşin  məqsədi.  Əzizə  Cəfərzadənin  əsərlərində  zaman-zaman  yetişən


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə