Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə25/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   21   22   23   24   25   26   27   28   ...   61

63
2013/
I
Göründüyü kimi, gülüş iki tərəf arasında durmaqla onlar arasındakı keçi-
di ifadə edir və eyni zamanda hər iki tərəfin keyfiyyətini özündə birləşdirə
bilir. Bu da gülüşün ambivalentliyini təmin edir. Bütün hallarda gülüş keçid
mövqeyində durmaqla keçid semantikalı, mediativ obrazları, liminal xarak-
terləri də özündə cəmləyir. Bu zonanın davranış prinsipləri məhz kələkba-
zlıq, oyunbazlıq, yalançılıq, özünü müxtəlif status və vəziy yətlərdə təqdim
etməkdir  ki,  bütün  bunlar  da  triksterik  davranış  aktlarını  doğurmuş  olur.
Necə ki, nağıl mətnini yaradan, daşıyan və ötürən yaddaş fenomeni süjetin
konkret məqamlarında (və ya keçid situasi yalarında) Müdrik Qoca arxetip-
inin obraz təcəssümlərini – dərviş, qarı və s.-ni “işə salırsa”, gülüş fenomeni
də triksterik davranış və obraz “tələbini” ortaya qoyur.    
Hətta  ən  ciddi  epos  qəhrəmanı  da    gülüş  mühitinə  (və  ya  zonasına)
daxil olmaqla davranış spesifikasını buna uyğun müəyyənləşdirmiş olur.
Ar tıq qəhrəmanlıqla bağlı aktlar zarafat, kələk, hoqqabazlıqla əvəz olunur
ki,  məhz  gülüş  mühiti  bu davranışlara icazə verə  bilir. Yadımıza  «Dədə
Qorqud kitabı»nda Qazan xanın əsir alınıb quyuya salınarkən etdiyi hə rə -
kətləri  yada  salaq.  Əvvəlcə  bir  haşiyə  çıxaraq  onu  deyək  ki,  bu  boyun
mifopoetik  strukturu  gülüş  ritualı  ilə  sıx  bağlıdır.  Boy  başdan-başa  ilk
baxışda paradoks kimi görünən, lakin alt qatda arxaik gülüş semantikası-
na malik olan detallarla zəngindir. Hətta bir qədər də irəli gedərək deyə
bilərik ki, bu boy gülüş ritualı üzərində qurulmuşdur. 
Diqqət  yetirək.  Xəlvətcə  ova  çıxan  Qazanın  şahini  qazları  ovlamaq
əvəzinə Tumanın  qalasına  qonur.  Qazan pərt olur  və irəli getməyi  tələb
edir. Bir qədər getdikdən sonra bir qala görürlər və bu məqamda Qazan
“Bəglər, gəlin yatalum” (6, 168) deyir. (Birinci paradoks). Düşmən Qa za -
nın iyirmi beş bəyini öldürərək özünü də əsir aparır. Yolda arabanın sə sin -
dən  oyanan  Qazan  əl-qolunu  açaraq  gülür.  Səbəbini  soruşduqda  “Mərə
kafərlər, bu ərəbəyi beşigim sandım. Sizi yamrı-yumru tadım-dayəm san -
dım” (6, 169). (İkinci paradoks. Qazan xan düşmənlə vuruşmaq əvəzinə
zarafat  edir,  gülüş  yaradır).  Bundan  sonra  Qazan  “əlini-qolunu  sallaya -
raq” Tumanın qalasına əsir gedir. 
Boyun  gülüş  semantikası  Təkurun  arvadının  davranışları  ilə  davam
edir. Necə olursa, Təkurun arvadı Qazanı görmək istəyir və deyir görüm
bu Qazan necə kişidir ki, bu qədər adamlara zərb vururmuş. O Qazandan
soruşur:  “Qazan bəg,  nədir halın?  Diriligin  yer  altındamı  xoşdur, yoxsa
yer yüzündəmi xoşdur? Həm şimdi nə yiərsən və nəyə binərsən?” (6,169.)
Qazan xanın verdiyi cavab birbaşa olaraq gülüş və məzə xarakteri daşıyır:
“Ölülərinə aş verdigin vəqt əllərindən aluram. Həm ölülərinizin yorğasın
binərəm, kahillərin yedərəm” (6, 169). Qazanla Təkur arvadı arasında dia -
loq belə davam edir: “Dinin içün, Qazan bəg, yedi yaşında bir qız çuğazım
ölmüşdür, kərəm eylə, ana binmə!”


64
2013/
I
Qazan aydır: “Ölülərinizdə andan yorğa yoqdır, həp ana binərəm!” de -
di. Övrət aydır: “Vay, sənin əlündən nə yer yüzində dirimiz və nə yer al -
tında  ölümüz  qurtulurmış! -  dedi”  (6,  169).  Göründüyü kimi, bu  dialoq
başdan başa gülüş, zarafat üzərində qurulmuşdur: “Təkur arvadının sadə -
lövh lüyü Qazan xanın bicliyi ilə toqquşub gülüş doğurur” (4, 234). Boyda
izlədiyimiz üçüncü paradoks ondan ibarətdir ki, Qazan xanın bu “za ra fa -
tı” nəinki Təkurun arvadı tərəfindən “ciddi” qəbul olunur, hətta Təkurun
bəyləri də Qazanı quyudan çıxarmaq qərarına gəlir. Qazanın quyudan çıx-
ması  mifopoetik  olaraq  gülüş  vasitəsilə  yenidən  bu  dünyaya  qayıtması,
yəni dirilməsidir. 
Daha sonra Qazana təklif olunur ki, and içsin və Təkur bəylərini öy -
məklə, Oğuzları xəcil eləsin. Qazanın belə and içir: “Vallah, billah toğrı
yolı  görər  ikən  əgri  yoldan  gəlmiyəyin!”. Təkur  bəyləri  “Vallah, Qazan
eyü and içdi” (6, 169) deyirlər. Yenə də Qazan bu andıyla Təkur bəylərinə
kələk gəlir. Maraqlısı da budur ki, Təkur bəyləri Qazanın bu andını “nor-
mal” qəbul edirlər. Qazan əlinə qopuz alaraq özünü öyür və düşməni belə
“tərifləyir”:
“İt kibi gu-gu edən çərkəz xırslı
Küçicik tonuz şülənli,
Bir torba saman döşəkli, 
Yarım kərpic yasdıqlı,
Yonma ağac tənrili
Köpəgim kafər” (6, 173).
Təkur bəyləri Qazanın bu “tərifini” bəyənmirlər (mətndə istifadə olu-
nan söz və ifadələrə nəzər yetirsək görərik ki, bu, birbaşa olaraq kafiri ələ
salmağa,  ona  gülməyə xidmət  edir.  Daha  çox qaravəlli  mətnlərində  rast
gəlinən söz və ifadələr semantik baxımından da eyni mahiyyətlə bağlıdır.
Boyun mifosemantikası məhz qaravəlliyə uyğun gəlir. (Qeyd. “KDQ”də
qaravəlli mətni ilə bağlı bax: Rüstəmov İ. “Kitabi-Dədə Qorqud”da qara -
vəlli.  “Ortaq  türk  keçmişindən  ortaq  türk  gələcəyinə”  VI  Uluslararası
folklor  konfransının  materialları.  Bakı:  Səda,  2010,  520  s.  s.  219-220).
Kafirlər: “Bu bizi ögmədi. Gəlün bunı öldürəlim” deyirlər. Lakin növbəti
bir paradoks meydana çıxır: “Bunun oğlı var, qardaşı var: bunı öldürmək
olmaz,” – dedilər. Gətirdilər, tonuz tamına həbsə saldılar” (6, 173). Belə
çıxır ki, Qazan xanın oğlu və qardaşı olduğuna görə onu öldürmək olmaz.
Təbii ki, məsələnin əsasında bu faktor durmur. 
Gülüşün  arxaik  semantikasına  əsasən  Qazan  bu  ritualdan  sağ  çıx-
malıdır, yəni öldürülə bilməz. Mifin məntiqi isə zamanın spesifik müna-
sibəti biçimində mətn təzahüründə öz izahını tapır. Yəni Qazanı ona görə
öldürmək olmaz ki, onun oğlu və qardaşı var. Təbii ki, zahirən kafirlərin
Qazanı öldürməməsi paradoks kimi görünür.


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə