Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə22/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   18   19   20   21   22   23   24   25   ...   61

56
2013/
I
sonda  şahın  fərmanı  qocanın  deyil,  vəzirin  ölümü  ilə  nəticələnir.  Fik ri -
mizcə, bu da mətnaltında yatan əkizlər mif qəlibinin qarşıdurma sə viy yə -
sindən xəbər verir.  
Həmin  modeli  qismən  fərqli  şəkildə  “Qismət Allahdandır”  nağılında
da görmək olar. Nağılda təsvir olunur ki, bir gün Şah Abbas ova çıxarkən
mağarada  bir kişinin  yaşadığını görür.  Bir  qədər   yaxına   gələndə  onun
burada  ailəsi  ilə  yaşadığını  görüb  ona  yazığı  gəlir.  Saraya  qayıdandan
son ra aş bişirtdirərək altına da qızıl düzdürüb bir  məcməyidə kasıba gön -
dərir. Kasıb  Qara  Vəzirin qorxusundan aşı verir ona. Qara vəzir aşı ye -
yib qızılları da götürür.  Bir  müddətdən sonra  Şah Abbas kasıbın yanına
ge dir və görür  ki, yenə həmin  vəziyyətdədir. Bu dəfə balığın içinə qızıl
qoy durub göndərir ona. Kasıb bu dəfə də balığın irilərin verir Qara Və -
zirə. Şah kasıbın bu dəfə də varlanmadığını görüb bu işdən şübhələnir. Və
aydın olur ki, qızılları Qara Vəzir ələ keçirirmiş. Şah Abbas qəzəb lə nərək
Qara Vəzirin boynunu vurdur və kasıbı özünə vəzir qoyur (5, 211). Bu -
rada da şah vəzir qarşıdurması vəzir-kasıb qarşıdurması zəminində ortaya
çıxır.  Estetik  planda  görünür  ki,  şah  kasıba  hədiyyələr  göndərir,  amma
vəzir isə kasıbdan onu alır. Buradan görünür ki, şah və kasıb bir qütbdədir.
Vəzirin kasıbla qarşıdurması əslində mətnaltında onun həm də şahla qar -
şıdurmasını  göstərir.  Məhz  bu  mətnaltı  qarşıdurma  nəticəsində    şah  ka -
sıbın mənafeyini müdafiə edərək vəzirin boynunu vurdurur. Bizə elə gəlir
ki, elə bunun da əsasında əkizlər mif modelinin şah-vəzir paralelinin təza-
hürü dayanır. 
Ənənəvi olaraq Şah Abbasın iki vəziri təsvir olunur ki, bunlardan biri
Allahverdi vəzir, digəri isə Qara vəzirdir. Lakin nağıllarda Allahverdi və -
zir, çətin vəziyyətdən çıxış yolları göstərirsə, şaha ədalətli olmağı aşı la -
yırsa, Qara vəzir tamamilə bunun əksinə olan fəaliyyətləri həyata keçirir.
Bizə  elə  gəlir  ki,  bu  məqamda  əkizlər  mif  modeli  şah-vəzir  modelində
yox, müxtəlif xarakterli iki vəzir timsalında kodlaşmışdır.
Şahla  vəzir  arasındakı  “əvəzedicilik”  qabiliyyətinin  təzahür  forma la -
rından biri də şahın qərar verməli olduğu məqamda vəzirin tədbir tökərək
qərar çıxarmasıdır və şahın da bununla rahat şəkildə razılaşmasıdır. Yu -
xarıda  dediyimiz kimi, əkizlər  mif modelində  iki  tərəf  həmişə bir-birilə
qarşıdurmada olmur. Bəzi məqamlarda onlar bir mövqedən çıxış edirlər.
Bizə elə gəlir ki, əkizlər mifinin bu modelinin nağıllarda paradiqması şah
və vəzirin eyni bir fikir ətrafında, eyni bir mövqedə  birləşmələri şəkilində
təzahür edir. Belə ki, şahın ikiüzlülük, namərdlik nümayiş et dir diyi hal-
larda və sözündən qaçmalı olduğu məqamda vəzir ona kömək edir. Və bu
kömək sayəsində nağıl  süjetini geniş lövhələri canlanmış  olur. Belə ki,
şah müxtəlif çətin məqamlara düşdükdə vəzirim köməyə çağı ra raq onun-
la məsləhət edir və ya çıxış yolu axtarır. Və bu zaman vəzirin məslə hət lə -


57
2013/
I
rini o öz məqsədi üçün istifadə edir. Sanki nağıllarda şahların bütün dü -
şünmə  qabiliyyətləri  vəzirlərə  ötürülmüşdür.  Nağıllarda  bunun  müxtəlif
təzahür formalarına rast gəlmək olur ki, bütün bunlarında əsasında şah və
vəzirin  əkizlər  mifi  kontekstində  bir-birlərini  əvəzetmə  qabiliy yətinə
malik  olmalarıdır.  “Keçəl  Məhəmməd”  nağılında  təsvir  olunur  ki,  Mə -
həmməd  çox  böyük  əzab-əziyyətdən sonra  özünə  xudmani bir  ailə  qur-
muşdur. Ailədə hər şeyin qaydasında getdiyi bir məqamda belə bir hadisə
baş verir:“ Məhəmmədin arvadı çıxdı eyvana. Paçcah qızı görən kimi, bir
ox qızın iki qaşının arasından qurtarıp dəydi paçcahın ürəginin başınnan.
Paçcah, bildirmi ölübsən, bu ilmi? Yıxılıp ürəyi getdi. Vəzir paçcahı bir -
təhərnən özünə gətirdi. Dedi, evin yıxılmasın nə qəyirisən?
Paçcah dedi:
- Vəzir, tədbir! Mən gərək qızı alam!
Vəzir dedi:
- Qibleyi-aləm nə tədbir, gücnən ala bilməzsən. El diyər paçcah kişinin
kəbinni arvadın zornan aldı. Gərək Məhəmmədə elə bir qullux buyurasan
ki, yerinə yetirə bilməyə, boynun vurdurasan. Ayrı əlacı yoxdu. 
Paçcah dedi:
- Nə buyurux buyurax?
Vəzir cavaf verdi:
-  Qibleyi-aləm  sabah  Məhəmmədi  çağırarsan,  deyərsən  ki,  Məhəm -
məd, sən qoçaq oğlansan, sənnən başqa heç kəs bacarmaz. Gərək mənə
nar içində huri gətirəsən, gətirməsən boynunu vırdıracağam. Əlacı yoxdu,
gedəcəg, ya ölər, ya da gətirə bilməz, sən boynun vırdırarsan.
Paçcah dedi:
- Çox yaxşı tədbirdi” (2, 46).
Gözlənilənin  əksinə  olaraq  Məhəmməd  “nar  içində  huri”ni  gətirir.
Bundan sonra çətin vəziyyətə düşən padşah yenə də vəzirə üz tutur:
“Vəzir dedi:
- Qibleyi-aləm sabah çağırax, deyək bı dəryanın ortasının bir ev tiksin.
Hamı – vəzir, vəkil, arvad-uşağın da orda olax” (2, 51). Vəzirin bu tələ -
sindən də üzüağ  çıxan Məhəmməd tapşırığı yerinə yetirir və  sonra həm
şahı, həm vəziri, həm də onların ailəsini dəryada qərq edir. Burada ma raq -
lı məqam şahın bütün tədbirləri vəzirin məsləhəti ilə görməsidir. Burada
bir semantikaya diqqət yetirmək lazımdır ki, vəzir şahın yerinə fikirləşir,
onun  situasiyası  haqqında  vəzir  qərar  çıxardır.  Başqasının  yerinə  fikir-
ləşmək elə özünü onun yerinə qoymaqdır. Yaxud da şah heç bir tərəddüd
etmədən vəzirin məsləhətini qəbul edir. Yəni şah da öz növ bə sində özünü
vəzirin yerinə qoyur. Demək istəyirik ki, vəzir və şah arasında bəzən ilk
baxışdan görünməyən bir əvəzedicilik funksiyası var dır. Bu, şahın yerinə
vəzirin düşünməsi, şahın isə vəzirin dediklərini qeyd-şərh siz qəbul et mə -


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə