Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə19/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   15   16   17   18   19   20   21   22   ...   61

48
2013/
I
AMEA Folklor İnstitutu, doktorant                                                                                                                              
e-mail: safaqara@mail.ru
KOSMOS VƏ XAOS OPPOZİSİYASI ŞAH VƏ VƏZİR
MÜNASİBƏTLƏRİ KONTEKSTİNDƏ
XÜLASƏ
Məqalədə şah  və vəzir  arasında münasibətlərin  mifoloji mahiyyəti araşdırılmışdır.
Müəyyən olunmuşdur ki, bu münasibətdə həm də əkizlər mifi aktuallaşır. Odur ki, şah
və vəzir arasında münasibət zəminində kosmik nizam təşkil olunur. Məqalədə konkret
motivlər üzrə şah-vəzir münasibətləri araşdırılmışdır.
Açar sözlər: şah və vəzir,  kosmik nizamlayıcı, əkizlər mifi, xaos, kosmos.
THE SHAH AND VİZİER COSMOS AND CHAOS OPPOSİTİON 
SUMMARY
The  article  studied  the  relations  between  the  shah  and  the  vizier.  Determined  that
both these relations source from twins myth. So shah and the vizier relations serve cos-
mic  regulator.  In  the  article  investigated  shah-vizier`s  relations  according  to  various
plots.
Key words: the shahs and the vizier, cosmic order , twins myth, chaos, cosmos.
ОТНОШЕНИЯ ШАХА И ВИЗИРА КАК ОППОЗИЦИЯ 
КОСМОСА И ХАОСА 
РЕЗЮМЕ 
В статье исследуется мифологическая сущность отношений шаха и визиря. В
результате  проведенного  исследования  было  выяснено,  что  в  этих  отношениях
активизируется миф о близнецах. След ова тель но, на фоне отношений шаха и визи-
ря организуется космический порядок. В данной статье на конкретных примерах
анализируются отношения шаха и визиря.
Ключевые слова: шах, визирь, космический порядок, близнецы, хаос, космос. 
Məsələnin qoyuluşu. Məqalədə şah və vəzir münasibətləri tarixi şüur
kontekstində deyil, mifopoetik aspektdən araşdırılmışdır. 
İşin məqsədi. Məqalədə məqsəd şah və vəzir münasibətlərinin alt la -
yında yatan oppozisional qütbləri araşdırmaqdır. 
İstər ritualda, istərsə də  epik mətndə  kosmik səviyyə bir-birilə qarşı-
durmada olan ikiliklər arasında münasibət əsasında davamlı olaraq təşkil
olunur və davam etdirilir. Bundan savayı oppozisional qütblər arasındakı
münasibətlər kosmik aktın mütəhərrikliyini də təmin etmiş olur. Bu mo -
del yaradıcılıq aktlarında çoxsaylı ənənəvi münasibət və modellərdə özü -
nü təsbit edir. Bu baxımdan nağıllarda rast gəlinən şah-vəzir münasibət lə -
rinin araşdırmaya cəlb olunması maraqlı nəticə verə bilər. Məlumdur ki,
nağılların sonunda xeyir şər üzərində qələbə çalır və nəticədə kosmik ni -


49
2013/
I
zam təşkil olunur.  Nağıllar üçün ənənəvi olan bu kontekstdə şah və vəzir
arasında müxtəlif   səviyyəli münasibətlər aktuallaşır ki,  yazının da  əsas
məqsədi bu münasibət səviyyələrini araşdırmaqdır. 
Ümumiyyətlə, nəzəri ədəbiyyatlardan şahın mədəni qəhrəmanın da vam -
çısı (6, 34 ), kosmik nizamı təşkil edən obraz olması bizə bəllidir (7, 245). 
Ümumilikdə  götürəndə  nağıllarda  vəzir  obrazı  birbaşa  olaraq  şah  ilə
əlaqədar obrazdır və onun bütün mahiyyəti şah və ailəsi ilə bağlı məsə lə -
lərdə açıqlanır. Amma bütün hallarda burada vəzir siyasi hakimiyyət böl-
güsündən daha çox folklor obrazıdır və onun bütün mahiyyətini də bu kon-
tekstdə axtarmaq lazımdır. Vəzir obrazının nağıldakı yerinə nəzər sa landa
aydın olur ki, onun əsas mahiyyəti aşağıdakı aspektlərdən açıla bi lər:
1) Şahı devirməyə və onun yerinə keçməyə çalışır.
2) Şaha qeyri-adi, sirlər dünyasından məlumat verir.
3)  Şahla  cəmiyyət  arasında  əlaqələndiricilik  funksiyasını  həyata  ke -
çirir.
Fikrimizcə, burada şah obrazı kontekstində məsələyə yanaşmaq lazım -
dır. Adətən,  şah  nağıllarda  statikdir.  Onun  bu  keyfiyyəti  şahın  mifoloji
fəaliyyəti ilə üst-üstə düşür. Kosmik nizamın qoruyucusu olan şah Tanrı
kimi  yalnız  müəyyən  obrazlar  vasitəsilə  ətraf  dünyadan  məlumat  alır.
Ətraf dünyadan məlumat verənlərdən biri də məhz vəzir obrazıdır. 
Yuxarıda dediyimiz kimi, şah və vəzir münasibətlərində həm də əkizlər
mifini görmək olar. Kosmoqonik planda ikilik vasitəsi ilə dünyanın niza-
mı yaradılır, qorunur və davam etdirilir. Bu ikilik arasında nizamın itməsi
zamanı destruksiya, pozulma ortaya çıxır. Bu pozulma özünü həm kosmo -
loji planda, həm də cəmiyyət planında göstərə bilir. Məlumdur ki, nağıl-
larda hər hansısa bir cəmiyyət təsvir olunur. Və bu cəmiyyəti idarə edən
iki qüvvə, əsasən, şah və vəzir vasitəsilə modelləşdirilir. Şah ədalətsiz dir -
sə, təsvir olunan vəzir ədalətlidir, yox, əgər vəzir ədalətsizdirsə, onda biz
ədalətli şah obrazı ilə qarşılaşırıq. Onu da nəzərə alsaq ki, adətən şah və
vəzir qardaş olurlar, onda burada əkizlər mif modeli özünü daha qabarıq
şəkildə göstərdiyi aydın  olur. Bütün hallarda şah və  vəzir münasibətləri
zəminində  ortaya çıxan  nağıllarda  onlar arasında  münasibətlərin nizam-
lanması  ilə  kosmik  nizam  qorunur.  Nizamı  dağıdan  tərəfin  fəaliyyəti
sonda  müsbət  qütbün  mövqeyinə  tabe  etdirilir.    Amma  şah  və  vəzir
həmişə qarşıdurmada təsvir olunmur. Bəzən onlar bir qütbə aid olmaqla
digər tərəflə qarşıdurmada olurlar. Bu məsələni daha aydın təsvir etmək
üçün “mənfi və müsbət” qütblər üzrə qruplaşdırdığımız aşağıdakı sxemə
nəzər salmaq məqsədəuyğundur:
Mənfi                                                                 müsbət
Şah---------------------------------------------------------vəzir
Vəzir-------------------------------------------------------şah


50
2013/
I
Şah və vəzir-----------------------------------------------müsbət qəhrəman
Mənfi obraz------------------------------------- ----------şah və vəzir
Yuxarıdakı sxemdən o da bəlli olur ki, şah və vəzir həm də bir ma hiy -
yətin ayrı-ayrı üzləridirlər. Yəni bəzi məqamlarda onların hər ikisi müsbət
qəhrəman və mənfi qəhrəman ola bilirlər. Bu özü də əkizlər mifi kontek-
stində anlaşıla bilər. Yəni onların əkizlik semantemi bəzən onların bir möv -
qeyindən çıxış etməsinə imkan verir. 
Elə buradaca şah Abbas obrazının mənfi və müsbət tipli olması mə sə -
ləsinə münasibət bildirmək istərdik. Xatırlatmalıyıq ki, nağıl sxemində tar-
ixi həqiqət heç də həmişə əsas kimi götürülə bilməz. Yuxarıdakı sxemə nə -
zər salanda Şah Abbas obrazının mənfi və müsbət tipdə olması məsələsi
daha aydın olar. Nağıl üçün aktuallaşan tarixi Şah Abbas deyil, nağıl poet-
ikasının  şah obrazıdır. Nağılın  şah obrazı qütblər üzrə  (müsbət və mənfi
planda) hərəkət edə bildiyi üçün təyin etdiyi adı da (Abbas) özü ilə bə ra -
bər  ayrı-ayrı  qütblərdə  təqdim  edə  bilir. Və  nəticədə Abbas  gah  müsbət,
gah da mənfi  obraz  kimi göz  önündə  canlanır.  Belə  ki,  yuxarıdakı sxem
şüurun nağıl poetikasını “qurma” modelidir. Bu model üçün şəxslər önəm-
li  deyil,  daha  çox  şəxslərin  daşıdıqları  “vəzifə”nin  funksionallaşa  bilmə
sərhədləridir.  Şüur  spesifik  mətndə  (yəni  janrlarda)  simvola,  “vəzifəyə”
hara qədər və hansı formada işləməyə imkan verirsə, onun təyini də ora qə -
dər işləyə bilir. 
Bəllidir ki, nağıl bədii hadisədir və odur ki, onun bütün obrazları kimi
vəzir obrazının da poetikası bu kontekstdə anlaşılmalıdır. Yəni şah və və -
zir arasında mifik və psixoloji qarşıdurmalardan gələn keyfiyyətlərin bü -
tün çalarları nağılın bədii poetikasına hopmuş və bədii detala çevrilmişdir.
Odur ki, məsələyə bu baxımdan yanaşmağı məqsədyönlü hesab edirik.   
Hər şeydən öncə qeyd etmək lazımdır ki, vəzir obrazı özünün mü rək -
kəb  xarakteri,  davranış  manevri  ilə  diqqəti  cəlb  edir.  Nağıl  mətnlərini
araşdırarkən vəzir obrazının ədalətli və ədalətsiz tiplərinin mahiyyəti ay -
dınlaşır. Ədalətsiz  vəzir  obrazları da  öz  növbəsində  müxtəlif  mənfi  key-
fiyyətləri özündə ehtiva etdirir. 
Ədalətsiz vəzir obrazlarını tədqiq edərkən onların mənfiliklərinin mətn -
lərdə  yaltaqlıq,  paxıllıq,  namərdlik,  tamahkarlıq,  əxlaqsızlıq,  acgözlük,
hakimiyyətə hərislik  kimi mənfi kontekstlərdə ortaya çıxdığını görürük. 
Bütün bu keyfiyyətlərin hamısı ədalətsiz vəzir obrazının xarakterinin
çalarlarını rəngarəng şəkildə bizə təqdim edir.  Nağıllarda vəzir obrazının
mənfilikləri  müxtəlif  obrazlarla  münasibətə  əsasən  müəyyənləşir.  Kon -
kret konfliktlərin yarandığı məqamda ortaya çıxan bu münasibət vəzir ob -
razının mənfiliklərini açaraq təqdim edir. Belə nağıllardan bir də “Xayın
vəzir” (1, 333) nağılıdır. Nağılda təsvir olunur ki, şah həddindən artıq bi -
likli və sehrkardır. O sehrlər oxumaqla müxtəlif heyvanlara çevrilərək ət -


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə