Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə20/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   16   17   18   19   20   21   22   23   ...   61

51
2013/
I
rafındakı insanları təəccübləndirir. Bir gün şah öz vəziri ilə ova gedir. Ov -
dan  qayıdarkən  şah  öz  vəzirinə sehr göstərərək əylənmək fikrinə düşür.
Şah tilsim oxuyaraq ovda vurduğu ceyran cildinə düşür və həyətdə otla-
mağa başlayır. Bunu görən vəzir təəccüblənir və şahdan bu tilsimi ona da
öyrətməsini xahiş edir. Vəzirin sözünü yerə salmayan şah ona tilsimin sir-
rini öyrədir. Bir müddət keçdikdən sonra şah bu əhvalatı unudur. Bundan
istifadə edən hakimiyyətpərəst vəzir bir gün şahdan xahiş edir ki, bir sona
quşuna  çevrilsin. Vəzirin  hiyləsinə  aldanan  şah  sona  quşuna  çevrilir  və
bunu görən vəzir tilsim oxuyaraq şah olur. Və quşun dalına düşərək onu
meşəyə salır. Sonra fikirləşir ki, yəqin ki, quş meşədə öldü. Taxt-taca sa -
hib olaraq ölkəni idarə etməyə başlayan vəzir şahın arvadına da sahib ol -
maq istəyir. Lakin şahın hərəkətlərindən şübhələnən qadın ərinin əməllə -
rinə göz qoymağa başlayır. Başa düşür ki, burada bir hiylə vardır. Odur ki,
bir gün quş cildində evə gələn əri ona hər şeyi açıb danışır. Onun cildinə
girmiş vəzirdən xilas olmanın yolunu göstərir. Qa dın hər şeyi bildikdən
sonra ərinin bütün tapşırıqlarımı yerinə yetirir. Yalan çı ərindən canını qur-
tarmaq üçün ondan xoruz cildinə çevrilməyi xahiş edir. Vəzir bir xoruz kə -
sib tilsim oxuyub xoruz cildinə girir. Bu zaman köhnə şah quş cildindən çı -
xıb öz əvvəlki cildinə düşür. Bundan istifadə edən qadın xoruzu sıxaraq öl -
dürür. Beləliklə, hiyləylə şahın yerinə keçən vəzir öz cəzasına çatır. (1, 34)
Nağılın qısa təsvirindən göründüyü kimi, estetik planda vəzir bir çox
keyfiyyətlərlə xarakterizə olunur. Bu situasiyaları aşağıdakı kimi sistem-
ləşdirmək olar:
1. Vəzir şaha qarşı münasibətdə ikiüzlü, yalançıdır. Belə ki, şahın ona
qarşı olan etimadından istifadə edərək ondan sehrin sirrini öyrənir.
2. Vəzir hakimiyyət iddiasındadır. Aydın olur ki, o, şahı aldadaraq onun
taxt-tacına sahib olur.
3. Vəzir xəyanətkardır. O, şah cildində şahın xanımına yaxınlıq et mək
fikrinə düşür. 
Deməliyik ki, burada şah və vəzir münasibətləri bir sıra başqa kontek-
stdə də izah oluna bilər. 
Burada şah və vəzir qarşıdurmasında aydın olur ki, şah “sirr” dünya -
sının  bilginidir. O  ölən təbiət  obrazlarının  cildinə girərək onları dirildir.
Və  şahın  “sirr”  dünyasına  səyahəti  zamanı  onun  əvəzedicisi  kimi  vəzir
çıxış edir. Diqqət edilsə görmək olar ki, məhz əsl şah qu quşuna çevrilən
kimi,  vəzir  şah  cildinə  düşür. Və  köhnə  şahı  cəmiyyətin  sərhədlərindən
kənara, meşəyə qovur. Bu zaman o şahın bütün funksiyalarına sahib olur.
Hətta şah cildinə girmiş vəzir onun arvadı ilə bir yatağa girmək “hü qu qu -
na” malik olur. Vəzirin xoruz cildinə girməsi, yəni simvolik olaraq öl mə -
sindən sonra quş cildinə düşmüş köhnə şah öz əvvəlki vəziyyətinə-şahlığa
qayıdır. Bu nağılın tərkibində qalan ritual modeldir. Bəzi mədəniyyətlərdə


52
2013/
I
şahın taxtdan salınması və onun yalançı şahla əvəzlənməsi, sonda yenidən
taxta  qayıtması  ölüb-dirilməni  simvolizə  etməklə  xüsusi  magik  dəyərə
malikdir. Buradan görünür ki, vəzirin şaha yaxınlığı təkcə siyasi yox, həm
də ritual-mifoloji dəyərə malikdir. Nağıl mətnindən görünür ki,  şahın ha -
kimiyyətdən getməsi dərhal vəziri onun əvəzedicisinə çevirir. Və burada
şah və vəzir münasibətləri kontekstində əkizlər mif modelinin qarşıdurma
səviyyəsi aktuallaşır. Diqqət edilsə görərik ki, bu iki obraz qarşıdurmanın
müəyyən mərhələsində eyni bir görkəmi, görünüşü paylaşırlar. Bu nöqtə
əkizlər  mifindən  irəli  gəlir.  Belə  ki,  əkizlərin  istənilən  səviyyəsi  “ortaq
paylarının”lərinin olması ilə xarakterizə edilə bilər. Odur ki, iki obrazın
eyni bir görünüşdə təzahür etməsi və müəyyən bir mövqe uğrunda ( şahlıq
və qadın) bir-birləri ilə mübarizə aparması da əkizlər mif modeli izah olu -
na bilər. 
Əkizlər  mif  modelinin  təsiri  ilə nağıllarda  geniş şəkildə  qarşılaş dı ğı -
mız münasibət səviyyələrindən biri də şahın vəzir tərəfindən öldürülməsi
motividir. Bu halda da əkizlikdən doğan şahlıq və vəzirlik arasındakı qar -
şıdurma başqa bir şəkildə təzahür edir. Yuxarıdakı mətndə görürük ki, və -
zir şah cildinə girərək onu əvəz edir. Digər bir halda isə həmin qarşıdur-
ma modeli vəzirin şahı öldürərək  şahlığı ələ keçirməsi  kimi özünü bü ru -
zə verir. Və burada da şahın hakimiyyətə yenidən qayıtması modeli  başqa
bir formada yer alır. Fikrimizi konkret mətn üzərində izah etməyə çalışaq: 
“Ağ quş” nağılında təsvir olunur ki, bir şahın övladı olmurmuş. Amma
bir gün şahın həyat yoldaşı hamilə olur və dünyaya uşaq gətirir. Bundan
sonra belə bir səhnə təsvir olunur: “Padşahın bir xəbis vəziri var idi. Çox-
dan  fürsət  axtarırdı  ki,  onu  öldürüb  özü  padşahlığa  keçsin.  Bu  tərəfdən
gördü ki, yox, padşahın oğlu da oldu, ta padşah ölsə də buna bir şey çat-
mayacaq,  qət  elədi  ki,  gərək  padşahı  öldürüb  onun  nəslini  yer  üzündən
kəsə. Bəli, bir gecə öz adamların götürüb hücum elədi padşahın sarayına.
Padşahı öldürüb özü keçdi onun yerinə, əyləşdi taxtda. Sabahısı gün öz
adamlarından bir dəstə göndərdi padşahın zənəninin yanına. Bir namə də
yalandan padşahın dilindən yazdı ki, bəs naxoşam, gərək durmayıb gə lə -
sən. Padşahın külfəti kəcavəyə minib bu qasidlərlə yola düşdü. Gəlib bun-
lar bir dağın ətəyində düşərgə elədilər. Elə ki, gecə yarıya gəldi, bu qa sid -
lərin başçısı durub gəldi padşahın arvadının çadırına. Vəzir ona tapşırmış -
dı ki, arvadı da, uşağı da orda öldürsün. Gəlib girdi içəriyə, tutdu arvadın
qolundan. Arvad gördü ki, bu məlunun fikri pisdi, üzün ona tutub dedi:
– Sən nə kimsən ki, öz padşahının arvadına sataşmaq istəyirsən.
Qasidbaşı gülüb dedi:
-Nə  padşah,  nə  padşah  arvadı?  Sənin  ərin  çoxdan  o  dünyaya  təşrif
aparıb. İndi padşah sənin ərinin vəziridir. Biz də onun əmr ilə gəlmişik ki,
səni  də,  uşağını  da  göndərək  atasının  yanına. Arvad  bunu  eşitcək  uşağı


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə