Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə18/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   14   15   16   17   18   19   20   21   ...   61

45
2013/
I
Məskən saldım astanada, dərində,
Dost bağını becərin də, dərin də.
Gövhər olar dəryalarda, dərində,
Onu qəvvas çəkər ay üzə tək-tək (1).
Üçüncü misrada “gövhər”i qiymətli söz anlamında başa düşmək olar.
Qəvvas  gövhəri  dərinlərdən  necə  tapıb  üzə  çıxarırsa,  qiymətli  sözü  də
məqamında tapıb üzə çıxarmaq sənətkardan zəhmət və bacarıq tələb edir.
Aşıq  Ələsgər  yaradıcılığında  alleqoriyadan  da  bir  məcaz  kimi  istifadə
etmişdir. Aşıq yaradıcılığında, xüsusilə ustadnamə xarakterli şeirlərdə alle-
qoriyadan  istifadə  novatorluq  təsiri  bağışlayır.  “Eyləməynən”  rədifli  qoş-
mada  mücərrəd anlayışlar  olan Nəfslə Mərifətin  əxlaqi mövzuda  söhbəti,
mübahisəsi alleqoriya nümunəsidir. Bu şeir forması etibarilə klassik ən ənə -
yə söykəndiyi qədər də yeni görünür, əlbəttə, ustadnamə yaratmaq baxımın-
dan: “Qozqara kötüyü ilə deyişmə” şeiri də  alleqorik səpkidədir, qozqara
kötüyünün şəxsləndirilməsi, danışdırılması alleqoriya nümunəsidir.
Ümumiyyətlə, aşıq yaradıcılığında sənətkarın qüdrəti, kamilliyi, is te -
dadı,  səriştəsi,  aşıqlar  arasında  nüfuzu  onun  yaratdığı  təcnislərlə  ölçül -
müşdür. Əvvəldə qeyd etdiyimiz kimi, Aşıq Ələsgəri təcnislər yaratmaq-
da, o cümlədən ustadnamə məzmunlu təcnislər yaratmaqda əlçatmaz he -
sab etmək olar. Belə nümunələrdə aşığın omonimlərdən, eyni cür səslənən
sözlərdən  istifadə  etməklə  necə  heyrətamiz  məna  çalarları  yaratmasının
şahidi oluruq:
Sərrafın dəstində nə danə - dedim,
Könül can quşuna nə danə - dedim.
Dərdimi dilbilməz nadanə dedim,
Anlamaz başını ha bular, bular (1).
Birinci  misrada  “danə”  –  “daş-qaş”,  ikinci  misrada  “danə”  –  “dən”,
üçüncü misrada “nadana” sözü “anlamaza” mənalarında işlənmişdir. Aşıq
sözün  məna  təsirini,  ifadələrin  gözəlliyini  artırmaq  üçün  ustadnamə lə -
rində sinonimlərdən, antonimlərdən də yerli-yerində istifadə etmişdir:
Ələsgərəm, qəmü-möhnətdi yüküm,
Fil çəkməz bu dərdi, mən necə çəkim?!
Haqq ilə nahaqqı axtaran hakim,
Tapar qulaq ilə göz arasında (1).
Təkcə bir bənddə həm sinonimlərdən (qəm, möhnət), həm antonimlər -
dən, həm də bədii sualdan istifadə olunmuşdur.
Ustadnamələrin  əksəriyyəti  “mərd-namərd”,  “dost-düşmən”,  “yaxşı-
pis”, “günah-savab” fəlsəfəsi üzərində qurulduğundan antonimlərdən istifa -
dəyə daha çox rast gəlirik.


46
2013/
I
Aşıq  Ələsgər  yaradıcılığında  təzadlardan  istifadə  etməklə  fikri  ifadə
etmək üsulundan da geniş şəkildə istifadə etmişdir. “Ola bilməz” adlı şe -
irdə muş-pələng, tülkü-aslan, dana-kəl müqayisələrindən istifadə etməklə
fikir sərrast ifadə olunmuşdur:
Qafil olma, dilim, düşmə həvəsdən,
Hərcayı sözüylə incimə dostdan,
Muşlar pələng olmaz, tülkülər aslan,
Danalar meydanda kəl ola bilməz (1).
“Eylər” rədifli qoşmada isə bu məqsədlə “can” deməklə “çor” deməyin
qarşılığından, “mehriban” sözü ilə “pərişan” sözünün məna çalarlarından
istifadə olunmuşdur:
“Can” deməklə candan can əysik olmaz,
Məhəbbət artırar, mehriban eylər.
“Çor” deyənin nəfi nədi dünyada,
Abad könül yıxar, pərişan eylər (1).
Ustad  sənətkarın  şeirlərində  qafiyələnmə  sistemi  də  öz  gözəlliyi  ilə
fərqlənir. Cinas qafiyəli şeirlərdə qafiyə xatirinə məna dərinliyinin pozul-
maması  diqqəti  cəlb  edir.  Cinas  olmayan  qafiyələrdə  təkrardan  uzaqlıq,
qeyri-adi ahəngdarlıq, təravət diqqəti cəlb edir:
Xəstə könül sürün dost irahına,
İslam sərdarına, din pənahına.
Ələsgər, yön çevir şahlar şahına,
Yapış ətəyindən şikayət eylə (1).
Bu nümunələrdə “dost irahına”, “din pənahına”, “şahlar şahına” qafi -
yələri olduqca gözəl səslənir.
“İtibdi” rədifli qoşmanın ikinci bəndində işlənən qafiyələr də bu cəhət-
dən olduqca maraqlıdır:
Şər işdən nə tapdın söyləsən, qanam,
Necoldu büsatım, dəmim, dəmxanam?!
Tülkü havalanıb deyir aslanam,
Tüf dağıdan ac aslanlar itibdi.
Aşıq Ələsgər yaradıcılığında məcazın bütün növlərindən məharətlə is -
tifadə  etmişdir.  Nümunələrdə  məzmun  gözəlliyi  ilə  forma  gözəlliyinin
üzvi vəhdəti, orijinal ifadə tərzi, bədii sənətkarlıq səviyyəsinin yüksəkliyi
hər misrada, hər bənddə aydın görünür. Onun sənətkarlığının bənzərsiz -
liyindən danışanda xalq yazıçısı Anarın ustad sənətkar haqqında İ.Ələs -
gərin də öz kitabında verdiyi bir fikrinə təkrar qayıtmaq yerinə düşərdi:


47
2013/
I
“Aşıq Ələsgər yaradıcılığının əhəmiyyəti xalqın həyatını, taleyini, sevinc
və kədərini ifadə etməsindədir” – demək azdır. Aşıq Ələsgərin böyüklüyü
xalq həyatını, insan taleyini, sevinc və kədər hisslərini necə ifadə et mə -
sindədir. Ələsgərin böyüklüyü ondadır ki, minillik bir ənənənin axarında
öz yönünü tapmış, öz sözünü deyə bilmiş, min dəfə təkrar olunmuş for-
malarda, heç kəsi təkrar etməmiş, hamının işlətdiyi adi sözlərdən hamını
heyrətdə buraxan qeyri-adi poeziya yaratmışdır” (2, 171).
Aşıq Ələsgər irsinin toplanmasında və tədqiqində böyük xidməti olan
İ.Ələsgər  yuxarıdakı  fikirləri  inkişaf  etdirərək  yazır:  “Bu,  doğrudan  da
belədir. Aşığın əsərlərində bədii don geydirilməmiş çılpaq fikirlərə təsa -
düf olunmur. Canlı danışıq dilinin geniş imkanlarından məharətlə istifadə
edən  sənətkar  istər  klassik  yazılı  ədəbiyyatda,  istərsə  də  aşıq  şeirində
dəfələrlə işlədilmiş olan bir sıra bədii ifadələri heç kəsin ağlına gəlməyən
yeni şəkildə dinləyicilərə təqdim edir” (2, 171).
Doğrudan da ustad sənətkar dilimizin poetik imkanlarından maksimum
istifadə etməklə minillərə örnək ola biləcək sənət nümunələri yaratmışdır.
İşin elmi nəticəsi. Ustad sənətkarın bəzi ustadnamələri müxtəlif şeir for-
maları kontekstindən araşdırılmış, poetik ifadə imkanları işıqlandırılmışdır.
Sırf ustadnamə sayılmayan ayrı-ayrı şeirlərdə ustadnamə elementlərinə aid
nümunələr verilmişdir.
İşin  tətbiqi  əhəmiyyəti.  Məqalədə Aşıq  Ələsgərin  çoxşaxəli  yaradı -
cılıq arenası fonunda yalnız ustadnamə hesab etdiyimiz bəzi nümunələrə
müraciət  olunmuşdur.  Məhdud  çərçivədə  müşahidə  etdiyimiz  bu  qədər
bö yük yaradıcılıq potensialı ustad sənətkarın ədəbiyyatda yüksək möv qe -
yini, bənzərsizliyini bir daha sübut edir. 
ƏDƏBİYYAT
1. Aşıq Ələsgər. Əsərləri. Dastan-rəvayətlər, xatirələr (tərtib edəni İ.Ələsgər).
Bakı: Şərq-Qərb, 1999
2. İ.Ələsgər. Haqq aşığı Ələsgər. Bakı: Maarif, 1999
3. A.Nəbiyev. Azərbaycan xalq ədəbiyyatı. II hissə. Bakı, Elm, 2006
4. M.Cəlal, P.Xəlilov. Ədəbiyyatşünaslığın əsasları. Bakı: Maarif, 1972
5. Atalar sözü (tərtib edəni H.Qasımzadə). Bakı: Yazıçı, 1985
6. Anar. “Ulduz”un anketi. “Ulduz” jurnalı, №5, 1972
7. S.Əlizadə. Kitabi-Dədə Qorqud. Bakı: 1972
8. P.Əfəndiyev. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Maarif, 1992
9. H.İsmayılov. Göyçə aşıqları və el şairləri. I cild. Bakı: Nurlan, 2010
10. Aşıq Ələsgər (toplayanı İ.Ələsgərov). I kitab. Bakı: Elm, 1972
11. Azərbaycan aşıqları və el şairləri (tərtib edəni Ə.Axundov). II cild. Bakı:
Elm, 1984
Rəyçi: Fil.ü.f.d. Elxan Məmmədli


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə