Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə15/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   11   12   13   14   15   16   17   18   ...   61

36
2013/
I
mədəniyyətə malikdirlər. Xalqın qədim mədəni və dövlətçilik ənənə lə ri -
nin mövcudluğunu göstərən bu dastan öz tarixi qiymətini almalı, dün ya
mədəni inciləri sırasında öz yerini tutmalıdır. 
Ümummilli lider qürur, şərəf və ləyaqət simvolu kimi dəyərləndirdiyi
“Dədə Qorqud kitabı”nı gənc nəslin tərbiyəsində əvəzolunmaz vasitə sa -
yaraq onu dövlətçilik prinsiplərinin inkişafı üçün zəruri hesab edirdi. 
“Dədə Qorqud dastanının fövqəladə əhəmiyyəti ondan ibarətdir ki, o,
bizim tariximizin 1300 illik dövrünü həm əks etdirir, həm də təsdiq edir.
O, tarixi köklərimizi dünyaya göstərir, oğuz, türk mənşəyimizi və zəngin
tariximizi sübut edir. Bunlar bizim hamımız, xalqımızın bu günü, gələcəyi
üçün əhəmiyyətlidir” (1, 18).
Fikrimi “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”  kitabından gətir-
ilmiş bir sitatla tamamlamaq çox doğru olardı: “Bu möhtəşəm folklor abi -
də sin də öz inikasını tapmış milli-mənəvi dəyərlər xalqımızın tarixi kim-
liyini qürurverici bir görüntü ilə əks etdirdiyindən  müstəqil Azər baycan
dövlət çiliyi  baxımından  dünəni,  bu  günü  və  sabahı  çevrə ləyən  bütün
zamanlar üçün böyük siyasi-ideoloji əhəmiyyətə malikdir” (5, 79).
İşin  elmi  nəticəsi.  Möhtərəm  dövlət  xadimi  Heydər  Əliyevin  “Dədə
Qorqud kitabı”nda əks olunan tarixi, elmi-fəlsəfi və həyati konsepsiyalar
haqqında fikirləri məqalədə öz əksini tapmışdır.
İşin tətbiqi əhəmiyyəti. Məqalə dövlətçilik tariximizdə əvəzolunmaz
şəxsiyyət olan Heydər Əliyevin ədəbiyyat sahəsindəki fəaliyyətini, eyni
zamanda milli folklorşünaslıq düşüncəmizdə böyük yeri olan “Dədə Qor -
qud kitabı”nı öyrənmək baxımından elmi əhə miy yətə malikdir.
ƏDƏBİYYAT
1. Heydər Əliyev. Ədəbiyyatın Yüksək borcu və amalı. Bakı, Ozan, 496 səh.
2. Tofiq Hacıyev.”Kitabi-Dədə Qorqud – 1300” tarixi dövlət tədbiri. Heydər
Əliyev və mənəvi dəyərlər. Bakı, Səda, 2003, səh. 8-11
3. Müstəqilliyimiz əbədidir. 36-cı kitab. Bakı, Azərnəşr. 2011, 512 səh. 
4. Tərlan Novruzov. Heydər Əliyev və ədəbiyyat məsələləri. Bakı, 2007, 400
səh.
5. Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, Şərq-Qərb, 2009, 248 səh.
20 səh. 
Rəyçi: Fil.ü.e.d. Muxtar İmanov


37
2013/
I
Folklorşünaslıq: problemlər, tədqiqlər
AMEA Folklor İnstitutunun elmi işçisi
e-mail: ramiz.elekberov@mail.ru
AŞIQ ƏLƏSGƏR USTADNAMƏLƏRİNDƏ POETİK İFADƏ
KOMPONENTLƏRİNİN HARMONİYASI
XÜLASƏ
Məqalədə Aşıq Ələsgər ustadnamələrində bədii ifadə tərzinin əsas şərtlərindən olan
forma, məzmun və bədii ifadə vasitələrinin daxili bağlılığından, bir-birini tamamlama -
sından bəhs edilir. Aşıq yaradıcılığında ustadnamənin forma yox, məzmun anlayışı daşı -
dığı  diqqətə  çatdırılır.  Aşıq  Ələsgər  yaradıcılığında  məcazlardan  istifadə  texni kasının
özünəməxsusluğu  və  əsərdə  ümumi  ahəngdarlığın  təmin  olunmasında  rolu  nümunələr
əsasında təqdim olunur.
Açar sözlər: ustadnamə, Aşıq Ələsgər, forma, məzmun, məcaz
HARMONY OF POETIC EXPRESSION COMPONENTS 
IN MASTERPIECES OF ASHIG ALASGAR
SUMMARY
The  article  deals  with  internal  connection  of  form,  content  and  means  of  artistic
expression which are main terms of literary expression style, completion each-other in
masterpieces of Ashig Alasgar. It is mentioned in Ashig creativity that, maspiece has the
concept of content but not form. Specificity techniques of the use of metaphor in Ashig
creativity and its role in ensuring the overall harmony in the work are presented in accor-
dance with examples.
Key words: masterpiece, Ashig Alasgar, form, content, metaphor
ГАРМОНИЯ ПОЭТИЧЕСКОГО ИСПОЛНЕНИЯ КОМПОНЕНТОВ 
В УСТАДНАМЕ АШЫГА АЛЕСКЕРА
РЕЗЮМЕ
Статья посвящена форме, содержанию, являющихся основным условием худо-
жественного выполнения в устаднаме Ашыга Алескера и внутренней согласован-
ности  средств  художественного  выражения, друг  друга дополняющих.  В  творче-
стве Ашыга уделяется внимание понятию не формы, а содержания устаднаме. В
творчестве Ашыга Алескера представляется своеобразие техники исполнения ме -
та  фор и на основе примеров роли обеспечения общего, созвучия в произведении.
Ключевые слова: устаднаме, Ашыг Алескер, форма, содержание, метафора 
Məsələnin  qoyuluşu.  Ustadnamələr  ictimai-siyasi  və  didaktik  məz-
mun daşıdığından dinləyicilərin və oxucuların diqqətini daha çox cəlb et -
mişdir. Aşıq  yaradıcılığında  ustadnamə  anlayışı  məzmunla  bağlı  olaraq
bir çox formalarda özünü təcəssüm etdirmişdir. Forma və bədii ifadə va -


38
2013/
I
sitələri məzmunun daha anlaşıqlı, yüksək bədiiliklə çatdırılmasına xidmət
etmişdir.
İşin  məqsədi. Aşıq  Ələsgər  ustadnamələrinin  sənət  inciləri  baxımın-
dan  kamilliyini,  mükəmməlliyini bir  daha  təsdiq  etmək,  aşıq  yara dıcılı -
ğın da bu nümunələrin sənətkarın mövqeyinin müəyyənləşməsində rolunu
nəzərə çatdırmaqdır.
Hər bir ədəbi nümunənin poetik səviyyəsinin müəyyənləşməsində bə dii
ifadə tərzi, yəni mövzuya hansı baxış bucağından yanaşma, forma və məz-
mun arasında uzlaşma, bədii ifadə vasitələrinin istifadə olunma sın da özü -
nəməxsusluq  əsas  amillərdən  sayılır.  Bu  anlayışlar  içərisində  for ma  ilə
məzmun bir-birini daha çox tamamlayır. Ədəbiyyatşünas alim Pənah Xə li -
lov qeyd etdiyi kimi: “Məzmunla forma ona görə vəhdət halında götü rü lür
ki, onlar ayrılıqda mövcud ola bilməzlər. Məzmun özünə uyğun for ma do -
ğurur, forma isə məzmunun təzahür şəkli kimi diqqəti cəlb edir” (4, 61).
İstər  lirik,  istərsə  də  epik  növdə  yazılmış  ədəbi  nümunələrdə  forma-
məzmun vəhdətini bədii ifadə vasitələrindən istifadə bir qədər də bütöv -
ləşdirir və gözəlləşdirir. “Bədii formanın gözəlliyi və yaxud məzmuna uy -
ğunluğunu düzgün müəyyənləşdirmək üçün həm məzmunu, həm də onun
təcəssümünə  cəlb  olunmuş  bütün  ifadə  vasitələrinin  ahəngdar  əlaqəsini
nəzərə almaq lazımdır” (4, 63).
Aşıq  yaradıcılığının  tərkib  hissəsi  olan  ustadnamələrdə  poetik  ifadə
komponentlərinin harmoniyası olduqca diqqətçəkəndir. “Ustadnamə” an -
layışı  birinci  növbədə  bir  çox  tədqiqatçıların  da  qeyd  etdiyi  kimi  məz-
munla bağlı anlayışdır, yəni şeirə “ustadnamə” statusu şeirin öz məzmu-
nunda  daşıdığı  missiya  əsasında  verilir.  Ustadnamələrin  forma-məzmun
vəhdəti haqda A.Nəbiyev yazır: “Təbii ki, onlarda aşığın zamana, dövrə,
ictimai hadisələrə münasibəti, dünyagörüşü, qabaqcıl baxışları əks olunur.
Bütün  dəyərlər  isə  həmin  poetik  nümunələrdə  məzmunda  əksini  tapır,
qoşmaya məxsus əlamətlər formal olaraq qorunub saxlanır” (3, 242).
Məntiqi nəticə budur ki, “ustadnamə” anlayışı öz təsdiqini məzmunda
tapırsa,  burada  vahid  forma  (tutaq  ki,  təkcə  qoşma  forması)  axtarmağa
ehtiyac qalmır. Belə ki, öz məzmununda ictimai-fəlsəfi, didaktik ölçüləri
daşıyan müxtəlif formalı şeirləri ustadnamə hesab etmək olar. A.Nəbi ye -
vin də qeyd etdiyi kimi, “ustadnamələr ictimai-fəlsəfi və didaktik şeirlər
əsasında formalaşır” (3, 243). İstər qoşmalarda, istərsə də divani, müxəm-
məs və s. şeir formalarında ustadnamə sayılacaq nümunələr çoxdur. Us -
tadnamələr, əsasən qoşma, divani və müxəmməs kimi növlərdə yazılır.
Ustadnamələrdə  poetik  ifadə  komponentlərinin  ahəngdarlığı  klassik
aşıq  yaradıcılığında  özünü  daha  qabarıq  göstərir. Aşıq  poeziyasında  us -
tadnamə söyləməkdə Dədə Ələsgərin xüsusi çəkisi var.
Aşıq Ələsgər ustadnamələr yaratmaq sahəsində müxtəlif şeir forma la -


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə