Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə23/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   19   20   21   22   23   24   25   26   ...   61

58
2013/
I
sində özünü göstərir. Bizim fikrimizcə isə, belə olduqda  əkizlər mif qəli-
bində  təzahür  edən  şah-vəzir  münasibətlərinin  ortaq  payı  “düşüncə”dir.
Sanki şah və vəzirin düşünən yalnız “bir başları” vardır.  Yuxarıdakı na -
ğılda  şah və  vəzir  birlikdə  mənfi  qütbə  aiddirlər. Yə ni onlar  vəhdət  ha -
lında mənfi qütbdə birləşərək müsbət qütbə - Məhəm mədə qarşı mübarizə
aparırlar.  Göründüyü kimi, burada da vəzir şahın əxlaqsız davranışlarına
şərait yaratmaq üçün müxtəlif fitnə-fəsadlar düşünür. Belə ki, şahın baş -
qasının arvadına göz dikməsi kimi qeyri-etik bir məqamda vəzir də fəal-
laşaraq şahla paralel xüsusiyyətləri ortaya  qo yur. Məhz bu  xarakter ona
şahın  arzusunun  reallaşdırmaq  üçün  müxtəlif  hiylələr,  çətin  tapşırıqlar
fikirləşməsinə imkan yaradır. Sonda hiyləgər vəzirin şahla birlikdə cəza-
landırılması da onların vahid bir semantika ətrafında birləşdiyini göstərir. 
Nağıllarda rast gəlinən ənənəvi şah-vəzir münasibətlərindən birini də
belə təsvir etmək olar. Şah və vəzirin övladı olmur. Nəzir-niyazdan sonra
birinin oğlu birinin qızı dünyaya gəlir. Və bunlar övladlarını göbəkkəsmə
və yaxud da evləndirməyi planlaşdırırlar. Amma adətən şah (bəzən vəzir)
xəstələnərək ölür və sağ qalan qardaş dünyasını dəyişmiş qardaşının ailəs-
inə yaxşı baxmır. Bir vaxt evlənmək vaxtı gəlib çatanda qardaş öz əhdin -
dən dönür və qızını öz qardaşı oğlunu verməkdən boyun qaçırdır. Amma
buna baxmayaraq oğlan böyük səydən sonra öz istəyinə çataraq qardaşı
qızı ilə evlənir. Və burada maraqlı bir çox məqam vardır: 
1)  Qardaş  öldükdən  sonra  sağ  qalan  qardaş  əhdindən  dönərək  qızını
qar daşı oğluna ərə vermək istəmir.  
2) Oğlan çox böyük səydən sonra əmisini də məğlub edərək tax-tacla
birlikdə onun qızını alır. 
Estetik planda qardaş qızını ona görə vermir ki, digər qardaşı artıq ölüb
və onun ailəsi kasıb vəziyyətdə yaşayır. Amma burada yeni doğulan vəzir
və qardaşoğlu, şah və qardaşoğlu oppozisiyasına birinci münasibət səviy -
yəsindəki  (şah və vəzir) gizli oppozisiyanın davamı kimi baxmaq la zım -
dır.  Oppozisiyanın  vəzifə  ierarxiyasına  sıxılaraq  yumşalmasına  baxma-
yaraq (birinin şah, digərinin vəzir olması ilə tabeçiliyin təşkilini nəzərdə
tuturuq)  vəziyyətin  dəyişməsilə  gizli  qalan  qarşıdurma  aktuallaşır.  Belə
nağıllarda  məhz  ölən  qardaşın  oğlunun  olması  təsvir  olunur.  Ölən  şəxs
əslində məhz oğlunun timsalında doğulur.  Amma vəziyyət dəyişən kimi
gizli qalmış oppozisiya baş  qaldırır və qızı  oğlana vermirlər.  Bu  zaman
oğlan  atasının  əkizlər  mifindən  doğan  qarşıdurmasını  davam  etdirərək
əmisini məğlub edir və həm taxt-tacı, həm də əmisinin qızını alır. Burada
se miotik olaraq başqa bir məna da diqqəti cəlb edir. Məlum dur ki, evlən-
mək kosmoqonik aktın işarəsidir. Bu süjetdə oppozi si ya nın aradan qalx-
ması ilə (xain qardaşın ölümü ilə) gənclər evlənir ki, bu da kosmoqonik
yaradılış modelinə uyğun gəlir: istənilən yaradılış aktı ziddiyyətlərin ara -


59
2013/
I
dan qalxması ilə baş tutur. Bu isə əkizlər mif modelində həm də yaradılış
modelinin realizasiya olunması ilə əlaqədardır. 
Nəticə olaraq deməliyik ki, nağıllarda şah və vəzir münasibətləri tar-
ixi-siyasi  idarəçilik  kontekstində  deyil,  ritual-mifoloji  kontekstdə  izah
olunmalıdır. Yəni şah və vəzir obrazları tarixi idarəçilikdən deyil, ritual
modeldən  nağıla  keçmişdir.  Bu  baxımdan  məsələyə  yanaşdıqda  aydın
olur ki, nağıldakı şah və vəzir obrazları müəyyən mənada əkizlər mifinin
paradiqmasıdır. Məhz bununla əlaqədardır ki, nağıllarda şah və vəzir bə -
zən qarşıdurmada, bəzən isə bir semantika ətrafında realizə olunur. Qar şı -
durmada təsvir olunan zaman (bəzən onlar qardaş kimi təsvir olunur ki,
bu da əkizlər mifi kontekstində anlaşılmalıdır)  biri digəri üzərində (əsa -
sən şah vəzir üzərində) qələbə çalaraq nizamı bərpa edirsə, bir möv qedə
birləşdikləri  zaman  hər  ikisi  eyni  taleyi  yaşayırlar.  Bir  mövqedə  bir-
ləşdikləri  zaman  hər  ikisi  mənfi  obraz  kimi  əsas  qəhrəman  tərəfindən
məhv edilir və beləliklə, hər  iki  şəxs bir semantika çərçivəsində aradan
qaldırılır. Bütün hallarda nağılın sonunda ədalətli şah və vəzir münasibət -
lərinin təmin olunmasının təsviri ilə kosmik nizamın bərpası vurğulanır. 
Sonda həm də onu deməliyik ki, mədəniyyətdə əkizlər mif modelinin
ətraflı öyrənilməsi bəzi məsələlərin dərindən anlaşılmasına imkan verə bi -
lər. Çünki bu model: 1) İnsanın daxili-psixoloji mühitidir; 2) insanın özü -
nü ifa də üsulu və dinamikasıdır; 3) insanın daxili-psixoloji dünyasının sa -
bit model və simvollarda təzahürdür. Odur ki, əkizlər mif modelinin araş -
dırılmasına  sadəcə  bir-birilə  müxtəlif  münasibətdə  olan  ikiliklərin  fak-
toloji ümumiləşdirilməsi kimi baxmaq primitiv yanaşma olardı. Bu ikilik
kontekstində insanın daxili-psixoloji mühiti obrazlaşır ki, həmin ob razlar
timsalında da ritual dinamika, şüuraltı semantikalar, fəlsəfi nəti cə lər aktu-
allaşır. Həmçinin bilmək lazımdır ki, əkizlər arasındakı münasibət  öz əsa -
sını insan şüurunun “ikilikləri emosional düzmə” modelindən alır. Nəzərə
almaq lazımdır ki, əkizlər mif modeli timsalında şüur hadisəsi dil hadis-
əsinə, bədii hadisəyə, memarlıq hadisəsinə və s. hadisələrə çevrilir. Bəzən
mətnlərdə  əkizlərə  məxsus  olan  ikilik  konkret  mətn  daxilində  vahid  bir
obraz timsalında (androgen əkizlər) bəzən isə çoxluqlar  formasında (məs.
Beyrək və 40 igid, üç qardaş və s.) obrazlaşır. Bir sözlə, əkizlər mif mod-
eli yalnız ikiliklərin faktoloji yığımında anlaşıla bilməz. Mövzunun araş -
dırılması faktoloji ümumiləşdirmə ilə yanaşı dərin nəzəri-metodoloji ya -
naşmanı da qaçılmaz edir.
İşin  elmi  nəticəsi. Məqalədə  şah  və  vəzir  münasibəti  əkizlər  mifinin
tə zahürü olan qoşalıqlardan biri kimi tədqiqata cəlb edilmişdir. 
İşin elmi yeniliyi. Məqalədə şah və vəzir münasibətləri ilk dəfə olaraq
əkizlər mifi kontekstində araşdırılmışdır. 
İşin  tətbiqi  əhəmiyyəti. Məqalədən  ali  məktəblərin  filologiya  fakül -


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə