Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə26/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   22   23   24   25   26   27   28   29   ...   61

65
2013/
I
Atasının Bayandır  xan  deyil,  Qazan  xan  olduğunu  və  onun Tumanın
qalasında  əsir  qaldığını  bilən  Uruz  Oğuz  igidlərini  toplayaraq  Təkurun
üzərinə gedir. Təkur bəyləri qərara gəlirlər ki, düşmən üzərinə Qazanı çı -
xarsınlar. Növbəti paradoksal situasiya – Oğuz igidlərinin və Uruzun qar -
şısına Qazan xan çıxarılır. Qazan xan yenə də birinci dəfəki kimi and içə -
rək (“Vallah, billah toğrı yolı görər ikən əgri yoldan gəlmiyəyin!”) dö yüş -
məyə razılaşır. Və Təkur bəyləri yenə də bu “and”ı qəbul edirlər. 
Qazan xan boyun gülüş ritualının prinsipləri ilə müşayiət olunan “qay-
dalarına”  əsasən  döyüş  meydanına  gəlir.  Qazan  xan  növbə  ilə  əvvəlcə
Beyrəklə, sonra İlək qoca oğlu Dönəbilməz Tüləkvuranla, daha sonra Dö -
zən  oğlu  Alp  Rüstəmlə,  sonda  isə  Uruzla  meydanda  döyüşə  girir.  Hər
igidlə döyüşməzdən əvvəl onun adını, kimliyini soruşan Qazan, sanki hər
igidi  ələ  salmaqla  gülüş  ritualından  keçirir.  Onları  məğlub  edərək  hər
dəfə: “Mərə qavat, var, bəgünə de, gəlsün”, deyir. Yenə də gülüşün arxaik
semantikasına  uyğun olaraq Qazan Uruzla döyüşdən sonra  da sağ qalır,
ölmür.  Qazan  xanın hər bir igidi “ələsalma”  kontekstində  döyüşə  çağır-
ması  bütövlükdə  Oğuz  igidlərini  gülüş  ritualından  keçirməsinə  işarədir.
Məhz gülüş ritualı vasitəsilə əsir alınan, yer altına (quyuya salınan), xaosa
düşən Qazan kosmosa məhz gülüş, məzhəkə, kələkbazlıq donu ilə qayıdır.
Onu xilas etməyə gələn igidləri də, gülüş koduna saldıqdan sonra Qazan
xan dirilir, xaosdan, ölümdən kosmosa qayıdır. Bütövlükdə isə, bu boyla
Qazan  xan  və  igidlərin  simasında  Oğuz  cəmiyyəti  gülüş  ritualına  daxil
olur və ölüb-dirilmə ritmini təkrarlayır.                    
Qazan xanın bütün bu davranışları gülüş mühitinin imkan verdiyi trik-
sterik davranış şəklidir. Göründüyü kimi, “gülüş mühiti” Qazan xana trik-
sterik davranışlar etməyə və bu yolla xilas olmağa yardım edir. Əslində
mətn  bu  informasiyanı  üst  planda  verməsə  də,  buradakı  gülüşün  arxaik
semantikasını  məhz  xilas  olmaq,  bir  mərhələdən  başqa  bir  mərhələyə
keçmək, ölüb-dirilmək təşkil edir. 
Göründüyü kimi, Qazan xan əsir düşür ki, bu, mifoloji düşüncə üçün
ölmək  deməkdir.  Qazan  xan  quyuya  salınır.  Bu  detal  da  təsadüfi  deyil.
Çünki quyu yeraltı dünya ilə, yerüstü dünya, xaosla kosmos arasında ke -
çid zonası, liminal məkandır. Bu məkanda Qazan xan da təbii olaraq lim-
inal situasiya davranışı nümayiş etdirməlidir ki, bu da triksterik hərəkət -
lərlə  müşahidə  olunur.  Deməli,  situasiya,  məkan,  obraz,  davranış  bir
mühitdə - “gülüş mühiti”ndə birləşməklə mifopoetik mənzərəni meydana
çıxarmışdır. 
Deməli, burada gülüş ritualı iki səviyyədə özünü göstərir. Birincisi, bo -
yun strukturu səviyyəsində. Belə ki, bu boy bütövlükdə gülüş fenomeni
vasitəsilə ölüb-dirilmə (mətn təzahürü kimi əsirlik və əsirlikdən xilas ol -
ma, qalaya və quyuya salınma və oradan xilas olma) ritualını reallaşdır-


66
2013/
I
mış olur. İkincisi, boy əvvəldən axıra gülüş və bu semantika ilə bağlı olan
zarafat,  kələk,  məzhəkə  ilə  doludur.  Boyda  izlədiyimiz  paradoksal  mə -
qamlar məhz gülüşlə öz izahını tapır.  
Gülüşün ritual keyfiyyəti folklorun müəyyən janrlarında (məsələn, lə -
tifə,  qaravəlli  və  s.)  mifopoetik  biçimdə  qəliblənmişdir.  Xüsusən  lətifə
janrı arxaik  gülüşün folklor  transformasiyası  kimi daha  çox  bu modellə
işləməkdədir. Molla Nəsrəddinin adı ilə əlaqəli söylənilən lətifələrdə də
gülüşün  arxaik  semantikası  tam  şəkildə  reallaşmışdır.  Molla  Nəsrəddin
obrazı bütün səviyyələrdə gülüşün mədəniyyət üçün xarakterik olan key-
fiyyətlərini təcəssüm etdirməkdədir. 
Lətifələrdə Molla Nəsrəddin obrazının davranış modelləri məhz gülüş
fenomeni ilə bağlı semantikada ortaya çıxır. Molla heyvan-insan, təbiət-
cəmiyyət,  ölü-diri,  axmaq-ağıllı  sərhədlərini  pozur,  müxtəlif  ipostalarda
(həm insan tipli, həm də heyvan tipli) çıxış edir, xaotik davranış nümayiş
etdirir, gerçəkliyi xüsusi bir biçimdə - gülüş donunda qavrayır. Təbii ki,
bütün  bu  aktlar  gülüş  fenomeni  daxilində  reallaşmış  olur.  Başqa  sözlə,
Molla Nəsrəddinin bütün bu davranışları mətn təcəssümündə məhz gülüş
fenomeni ilə öz “izahını” tapır.  A.Əmrahoğlu mədəniyyətdə gülüş məsə -
ləsindən  danışarkən  yazır  ki,  “Molla  Nəsrəddinin  gülüş  dünyasında  ən
ağıllı adam ən “axmaq” adamdır, ən hökmlü adam ən “hökmsüz” adam -
dır, bu da ki, Molla Nəsrəddinin özüdür” (1, 13). Ən axmağın, ən ağıllı və
ya  əksinə,  ən  hökmlünün  isə  hökmsüz  olması  situasiyasını  məhz  gülüş
fenomeni təmin etmiş olur.
Lətifə  janrı  ilə  bağlı  bir  məsələyə  də  yerindəcə  münasibət  bildirmək
istərdik. Ümumiyyətlə, texnikanın inkişafı, eləcə də kütləvi informasiya
vasitələrinin cəmiyyət həyatına təsiri və s. kimi faktorlar bu gün folklor
yaradıcılığının spesifikasını dəyişmişdir. Bir tərəfdən klassik folklor ənə -
nəsinin “öləziməsi” fonunda bir sıra folklor janrlarının (nağıl, dastan və
s.) yaranma prosesi demək olar ki, dayanmış, digər tərəfdən isə folklor ya -
radıcılığı  öz  “işini”  davam  etdirməkdədir.  Folklor  yaradıcılığı  dünyanı
dərk etməyin forması kimi, şübhəsiz ki, heç vaxt dayana bilməz. Sadəcə
olaraq gerçəkliyin şərtlərini özündə ifadə edə biləcək janrların yaranması
istiqaməti daha çox güclənmişdir. Artıq gerçəkliyin dərkinin və ifadəsinin
forma və məzmun xarakteri müəyyən şəkildə dəyişmişdir ki, bu da kon -
kret folklor janrlarında təcəssüm olunmuşdur. 
S.Y.Neklyudov  “klassik”  folklor  ənənəsinin  ölməsindən  danışarkən
ya zır ki, “Folklor ənənəsinin ölməsi bütövlükdə qeyri-bərabər baş verir.
“Səmərəsiz”  (“məhsuldar  olmayan”,  gerçəkliyin  şərtləri  ilə  uyğunlaş-
mayan janrlar nəzərdə tutulur – H.Q.) janrlar aradan çıxır, hətta araşdı rı -
cılar üçün gözlənilməz olanlar öz mövcudluğunu büruzə verirlər. Müasir
folklora nəzər yetirsək, xüsusilə süjetli nəğmələr (balladalar, romanslar),


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə