Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə29/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   25   26   27   28   29   30   31   32   ...   61

72
2013/
I
lərdir. Yazıçı bu qəhrəmanların xarakterlərini, dünyagörüşlərini, fərdi icti-
mai simalarını hərtərəfli açmaq, tamamlamaq üçün onların həyat və fəa -
liyyətlərini geniş planda götürmüş, dövrlərinin ən vacib ədəbi, ictimai, si -
yasi,  mədəni  hadisələri  fonunda  təsvir  etmişdir.  Onların  şəxsiyyə-tinə,
əməllərinə  xalq,  vətən  qarşısındakı  xidmətlərinə  xüsusi  qayğı  və  səmi -
miy  yətlə  yanaşmışdır.  Müəllifin  öz  qəhrəmanlarına  olan  dərin  ehtiramı,
məhəbbəti romanları oxuduqca bizim də qəlbimizə yol salır, ürəklərimizi
isidir, gözlərimiz önündə sevgili sənətkarlarımızın parlaq ob-razları can-
lanır, reallaşır. 
Doğrudan da bu romanı oxuduqca təzədən bizdə rəhmətlik Əzizə xa -
nım Cəfərzadənin şairanə qəlbinə qarşı xüsusi bir rəğbət hissi oyanır. Du -
yu ruq  ki,  onun  sinəsi  xalqımızın  səs  xəzinəsinin  gözəl  incilərilə  doluy-
muş. Trilogiya oxucunun belə bir qənaət hissinə də səbəb olur ki, Əzizə
Cəfərzadə Şirvanın  keçmiş  adət  ənənələrinə,  etnik xüsusiyyətlərinə,  toy
və mərasimlərinə son dərəcə dərindən bələd imiş. Bu cəhət romanın bədii
dəyərini bir qədər də artırmış və onun təsirini daha da gücləndirmişdir.
Əsasən tarixi mövzulara müraciət edən Ə.Cəfərzadə bir növ öz povest -
lərinə də bu baxımdan yanaşmışdır. “Hun dağı” adlı povestində yazıçı era -
mızdan əvvəl Azərbaycanda yaşayan ulu babalarımız hunların bu torpağa
gəlişindən  bəhs edir. “Cəlaliyyə”  povestinin  süjet  xətti  XII  əsrdə  Nax çı -
vanda hökmdarlıq etmiş Cəlaliyyə Xatunun həyatı və yaşadığı dövr də baş
verən ictimai-siyasi  hadisələrlə  bağlıdır. XVIII əsrin  sonu, XIX əsrin  ilk
otuz  illərində  Orta  Asiya,  Yaxın  Şərq  və  başqa  yerlərə  sə ya hət  etmiş
coğrafiyaşünas alim Hacı Zeynalabdin Şirvaninin uşaqlıq il lə rindən da nı -
şan “Xoş gördük, səyyah” povesti də oxucu diqqətinə layiq bir əsərdir. 
Bunlardan başqa Ə.Cəfərzadənin müxtəlif vaxtlarda yazdığı “Əllərini
mənə ver” və “Səməndər quşu” əsərləri də vardır ki, onlar nisbətən son
dövrlərə  həsr  edilmişdir.  Müasir  qurucuların,  gəncliyin  həyatından,  mə -
həbbətindən bəhs edən bu povestlər həm mövzu, həm də bədii quruluş cə -
hətdən maraqla oxunmaqdadır. 
Biz bir yazıçı kimi Ə.Cəfərzadənin bədii yaradıcılığına nəzər salanda
görürük  ki, o, 200-dən artıq elmi-publisistik  məqalənin,  oçerk və təd qi -
qatların müəllifiymiş. İstedadlı  alim  həmişə  axtarışdaydı.  Onun 1971-ci
ildə  “Gənclik”  nəşriyyatı  tərəfindən buraxılmış  “Fatma  xanım  Kəminə”
(3),  “Azərbaycanın  aşıq  və  şair  qadınları”  (1),  “Şirvanın  üç  şairi”  (4),
“Sünbülüstan” (5) və “Abdulla Padarlı” (6) adlı kitabları son dərəcə ağır
və gərgin zəhmətin bəhrəsidir. 
Ə.Cəfərzadə  oxuculara ilk tədqiqat  əsəri kimi təqdim  elədiyi “Fatma
xanım  Kəminə”  adlı  əsərində  XIX  əsrin  ikinci  yarısında  yaşayıb-yarat-
mış, zahirən gözəl və qəlbən təmiz, əxlaqlı Fatma xanım Kəminənin həy-
atından və eyni zamanda yaradıcılığından danışır. Məlum olur ki, Fatma


73
2013/
I
xanım Kəminə Şərqin Məhsəti, Nigar xanım, Nuricahan bəyim, Ayişə və
Teyyibə kimi şairləri içərisində xüsusi yeri olan şairlərdən imiş. O, Şuşa-
da Mir Möhsün Nəvvabın başçılıq etdiyi “Məclisi Fəramuşan” kimi döv -
rün ədəbi məclislərində özünün ictimai-fəlsəfi fikirlərini ifadə edən saqi-
namə və qitələr söyləmişdir. 
Ədəbiyyat  tarixindən  öyrəndiyimiz  kimi  inqilaba  qədərki  dövrlərdə
yaşayıb yaratmış Azərbaycan aşıq və şair qadınlarımız bizim ədəbiy-ya -
tımızın inkişafına çox mühüm təsir göstərmişdir. Bu mənada 50-yə yaxın
aşıq və şair qadının haqqında bizə maraqlı məlumatlar verən “Azər bay ca -
nın aşıq və şair qadınları” (1,2) kitabı Əzizə xanımın ən gözəl sənət in ci -
lərindən biri hesab edilə bilər. Bir-birindən uzaq əsrlərdə yaşamış Məhsəti
Gəncəvi, Natəvan və Heyran xanım haqqında sətirləri həyəcansız oxumaq
mümkün deyildir. Onların hər birinin özlərinəməxsus həyat faciələri var -
dır. Gənclər arasında musiqini təbliğ etdiyinə görə Məhsəti Gəncəvi sür -
gün etdirilib, məhəbbəti özünə qəbahət sayılan Hey ran xanım sevdiyinə
görə  bəlalara  düşüb,  Natəvanın  qəlbi  isə  el  və  övlad  dərdilə  döyünüb.
Əslində onların hər üçünün kədəri ümumxalq kədərinin timsalına çevrilir,
onlarla birləşir. Belə ki, XVII əsrin əvvəllərində Türkiyəyə sürgün olunan
şairə Gülşadın əldə qalan yeganə əsəri yüzlərlə əsir azərbaycanlı qızının
fəryadından xəbər verir. Fətəli şaha ərə verilmiş Ağabacı da qürbətdə ah-
nalə çəkən bir şairə kimi ürəklərə od salır.
Bunlarla bərabər “Azərbaycan aşıq və şair qadınları” kitabında adları
çəkilən və şifahi ədəbiyyatımızın nümayəndələri olan aşıq və şair qadın-
ların da yanıqlı nidalarını eşidirik. Aşıq Pəri, Aşıq Həmayıl, Aşıq Bəsti və
bir çox başqa Azərbaycan aşıqları öz ağılları, cəsarətləri və hazırca-vab -
lıqları ilə nəzəri cəlb edirlər. Zamanın keşməkeşli yolları bu qadın sə nət -
karlarımızın arzularını gözlərində qoymuşdur. Lakin onlar heç də mü ti lə -
şib qalmırlar. Öz qoşmalarında, təcnislərində və gəraylılarında döv rün və
ictimai mühitin daxili mahiyyətini cəsarətlə təsvir edirlər.
Kitabı oxuduqca hiss edirik ki, istedadlı alim Ə.Cəfərzadə tədqiq etdi -
yi aşıq və şair qadınların yaradıcılığına son dərəcə diqqətlə yanaş mışdır.
Haqqında  bioqrafik  məlumat olmayan  Qızyetər,  Əsmər, Göyçək,  Leyla,
Nabat, Nazlı, Saribəyim, Sədət və Şəhrəbanı kimi şair qadınların əsərləri
baxımından çıxış edilir, onlar haqqında inandırıcı mülahizələr söylənilir.
Uzun illərin gərgin axtarışları, ağır zəhməti və səyi nəticəsində top la -
nıb işlənmiş bu kitab bir növ Azərbaycan qadınlarının poetik salnaməsi -
dir. O cümlədən “Fatma xanım Kəminə”, “Şirvanın üç şairi”, “Sün bü lüs -
tan” və “Abdulla Padarlı” kitablarında canlanan lirik və təbii yazılar geniş
oxucu kütləsi üçün ən gözəl örnək hesab edilə bilər.
Ə.Cəfərzadə “Hun dağı” povestinin proloqunda deyir ki, “...Əziz oxu-
cum, səndən suçum varsa üzr istəyirəm, nə tapmış, nə toplamışamsa, əski


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə