Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə2/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   2   3   4   5   6   7   8   9   ...   61

5
2013/
I
sında  uzlaşma  pozulmuşdur.  Ona  görə  ki,  xəstənin  canını  Dəli  Domrul
yox, Əzrayıl almışdır, demək, körpü fəaliyyətsizdir. Xəstə ilə Domrul ara -
sında tabesizlik əlaqəsi yaranmışdır.
3. Əzrayıla münasibət – tabesizlik əlaqəsi
4. Əzrayılın gəlməsi – funksional asılılıq 
5. Dəli Domrulun Əzrayılla vuruşması – ziddiyyət
6. Dəli Domrulun Əzrayıla məğlub olması – ziddiyyətlərin həll olun-
ması
7. Dəli Domrulun Allahın birliyini tanıması – tabelilik əlaqəsi
8. Allahdan bağışlanmasını istəməsi – uzlaşma əlaqəsi 
9. Can əvəzinə can tələb olunması – idarə əlaqəsi
10. Ata-anasının canını qıymaması – inkar
11. Xatunun öz canını Dəli Domrula verməsi – arzu və yanaşma əla qə si
Bu tərkib hissələri arasında morfoloji asılılıq tabelilik, tabesizlik əla -
qəsi, yanaşma və uzlaşma əlaqələri ilə bir-birinə bağlanır. Hər hissənin öz
morfoloji funksiyası vardır:
1 – A; 2 – A1; 3 – A2; 4 – B; 5 – B1; 6 – B2; 7 – S; 8 – S1; 9 – S2; 10
– Q; 11 – Q1.
A və A1-də funksiya tamamlanmışdır. 3 – A2 –nin situasiyası və 4 – B-
nin funksiyası qiymətcə bərabərdir. 5 – B1; 6 – B2; 7 – S; 8 – S1; 9 – S2;
10 – Q; 11 – Q1 –də situasiyalar bir-birinin davamıdır. Boyda semantik
cərgənin işarələri bir-birinə bərabər olduğu kimi (Allah-təala və Əzrayıl,
Dəli Domrul və xatunu funksionallığı) bərabərlikdə də semantik cərgənin
qiymətlərinin cəmi bir-birinə bərabərdir (yəni, +1, +2 və +1 - (-2) rəqəm-
lərinin cəmi 3-ə bərabərdir).
0 – 1 x (1+2) = (-2) – 1 bərabərliyi (açımı 0 – 1 +1 +1=(2) – 1); tərəflər
bir-birinə bərabərdir, yəni 3 = 3. 
Riyazi işarələr:
0 – Tanrı
-1 – Dəli Domrul
+1 – Allah-təala (boyda bir funksiyası vardır – bağışlama)
+ 2 – Əzrayıl (boyda iki funksiyası vardır – öldürmək və kömək etmək)
- 2 – Dəli Domrulun ata-anası
+ 1 – Dəli Domrulun xatunu
Boyun əvvəlində özünün mənfi işarəsi ilə Dəli Domrul sıfır həddində
olan Tanrıya yaxınlaşır. Dəli Domrul qədim türk panteonuna məxsus al -
lahlardan biri statusundadır. +1 işarəsi ilə qeyd olunan Allah-təala orta əsr
türk mifologiyasında çarpazlaşmış tanrı – Allah formulunu ifadə edir: 0
–1 = Dəli Domrul və Tanrı bərabərliyi; 1 +2 = Allah-təala və Əzrayıl bə -
rabərliyi  eyni  zamanda  (+1)-in  (-2)-yə  nisbətinə  bərabərdir.  İfadədəki
Dəli  Domrulun  (-1)  işarəsi  onun  ata-anasının  (-2)  işarəsi  ilə  eyni  riyazi
nisbətdədir.  Boyda  və  tənlikdə  Dəli  Domrulun  əvvəlki  mənfi  işarəsi  öz
xatununun müsbət işarəsinin köməyi ilə müsbətə çevrilir. Tərəflərin ara -
sın dakı qiymətlərin cəmi 3-dür. Bu isə o deməkdir ki, Allah-təalanın Əz -


6
2013/
I
rayıl la semantik cərgəsi Dəli Domrulun xatunu ilə semantik cərgəsinə bə -
rabərdir.  Dəli  Domrul  boyda  öz  mənfi  işarəsindən  çıxaraq  müsbət  qəh -
rəmana çevrilir. Ümumiyyətlə, dəlilik folklorda müsbət qiymət lən di ri lir.
«Buğac» boyunun riyazi-morfoloji təhlili:
Struktur: «Buğac» boyunun riyazi-morfoloji tərkib hissələri, ziddiyyət,
situasiya və funksiyaları, bir-biri ilə əlaqəsi və hadisələrin boyun ümumi
məzmununda birləşməsi.
Boyun morfologiyası:
1. Övladsızlıq (situasiya), səbəb
2. Uşağın doğulması (funksiya), nəticə
3. Bayındır xanın (tanrının) buğası, səbəb
4. Buğacın buğanı yenməsi və öldürməsi (funksiya), nəticə
5. Buğacın lənətlənməsi (ölümə məhkum olunması) (situasiya), səbəb
6. Buğacın ovda atası tərəfindən oxlanması (situasiya), nəticə
7. Xızırın Buğaca məsləhəti (funksiya), inam
8. Anasının südü və dağ çiçəyi ilə Buğacın sağaldılması, inam
Boyun  tərkib  hissələri  üç  morfoloji  asılılıqda  birləşmişdir  (birinci,
ikinci və üçüncü sıra uzlaşma semantik cərgəsində, dördüncü, beşinci və
altıncı sıra tabelilik semantik cərgəsində, yeddinci və səkkizinci sıra ya -
naşma semantik cərgəsindədir). Bu sıralar həmçinin səbəb, nəticə və inam
funksional cərgələrini özündə birləşdirir.
Hər sıranın öz morfoloji funksiyası vardır:
1 – A; 2 – A1; 3 – A2; 4 – B; 5 – B1; 6 – B2; 7 – S; 8 – S1.
A, A1, A2 səbəb funksiyası rolunu oynayır.
B, B1, B2 nəticə funksiyası rolunu oynayır. 
S, S1 inam funksiyasını daşıyır.
2, 4 və 7 funksiyadır, 1, 5 və 6 situasiyadır, 3 və 8 arasında proses uy -
ğunluğu vardır.
Riyazi işarələr:
Övladsızlıq – 0
Uşağın doğulması – (+1)
Buğa – (-1)
Buğacın buğanı yenməsi – (+1)
Lənətlənmə – (-1)
Buğacın oxlanması – (-1)
Xızır – (+1)
Ana südü, dağ çiçəyi – (+1)
Riyazi qiymətləndirmə:
0 – (+1) x (-1) + (+1) = (-1) ∙ (-1) 
2 = (+1) + (+1)
Alınan bərabərlikdə diaxron və sinxron nəticələr də eynidir. «Buğac»
və «Dəli Domrul» boylarının daxilində, həm də boyların arasında funk-
sional əlaqə vardır.
«Salur Qazanın evinin yağmalanması» boyunun riyazi-morfoloji təhlili:


7
2013/
I
Struktur: «Salur Qazanın evinin yağmalanması» boyunun riyazi-mor-
foloji tərkib hissələri, ziddiyyət, situasiya və funksiyaları, bir-biri ilə əla -
qəsi və hadisələrin boyun ümumi məzmununda birləşməsi. 
Boyun morfologiyası:
Uruzun inkişaf dinamikası sıfıra bərabərdir.
Ov (situasiya)
Qazan xan – (+1)
Dustaqlıq (mənfi situasiya)
Uruz – 0
Anası – 0
Şöklü Məlik – (-1)
Qaraca çoban (+1)
Yuxu (səbəb)
Qazan xan – (+1)
Yurd, su, qurd, köpək (simvol)
Bu boyda qəhrəmanlıq səviyyəsinə görə əmsallar 0 və 1-ə bərabərdir.
Müsbət  əmsallar  2-yə  bərabərdir.  Uruzun  qəhrəmanlıq  əmsalı  sıfırdır.
Şöklü Məliyin qəhrəmanlıq əmsalı mənfi 1-dir. Riyazi bərabərliyin ca-va -
bı mənfi 1-ə bərabərdir.
Riyazi qiymətləndirmə:
(0 x 1) = 0; (-1) x (+1) x (+1) = - 1
«Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy»un riyazi-morfoloji
təhlili:
Struktur: «Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy»un riyazi-
morfoloji tərkib hissələri, ziddiyyət, situasiya və funksiyaları, bir-biri ilə
əlaqəsi və hadisələrin boyun ümumi məzmununda birləşməsi. 
Boyun morfologiyası:
Boyda Uruzun inkişaf dinamikası mənfi 1-ə bərabərdir.
Divanxana (ziddiyyət)
Ov (situasiya)
Qazan xan – (+1)
Uruz – (-1)
Burla xatun – (+1)
Boyda müsbət əmsallar 2-dir.
Riyazi qiymətləndirmə:
Riyazi bərabərliyin cavabı ziddiyyət üçün sıfırdır, situasiyada isə 2-yə
bərabərdir: (+1) + (-1) = 0. (+1) + (+1) = 2.
«Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy»un riyazi-morfolo-
ji təhlili:
Struktur: «Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy»un riyazi-
morfoloji tərkib hissələri, ziddiyyət, motiv, situasiya və funksiyaları, bir-
biri ilə əlaqəsi və hadisələrin boyun ümumi məzmununda birləşməsi.
Boyun morfologiyası:
Boyda Uruzun inkişaf dinamikası müsbət 1-ə bərabərdir.


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə