Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə9/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   5   6   7   8   9   10   11   12   ...   61

22
2013/
I
ğı  dılması prosesi başlayır. Cəmiyyətin bütün sahələri üzrə eninə, dərininə
inkişafına  imkan  verən  yenidən  qurulması  prosesi  gedir.  Yeni ləşmə  iki
formada  gedirdi  –  keçmiş  forma  və  məzmuna,  yeni  forma  və  məz mun
verilməsi üsulu ilə, bir də ata xaqanlığın doğurduğu, cəmiy yətə gətirdiyi
orijinal  yeniliklərlə.  Qadın  allahların  kişi  allahlarla  əvəz  edil məsi,  kişi
qəh  rəmanların yaradılması hakimiyyət dəyişikliyindən doğan forma dəy-
işikliyi  idi.  Tək  kəbinlilik,  doğulan  övladın  ataya  mənsubluğu,  kişilərin
nəsil yaradıcısı funksiyasının qəbul edilməsi, buna müvafiq hər bir qəbi -
lənin, qəbilə ittifaqının (tayfanın) konkret kişi nəslinin, tayfanın nəsli ol -
ma sı etnik mənsubiyyət şüuru, ata, əcdad kultunu yaratdı ki, bu, ata xa -
qanlığın cəmiyyətə gətirdiyi özünəməxsus yenilikləri idi. Kişilərin hakim,
üstün mövqeyi onların tək kəbinlilik iddiasında daha qabarıq şəkildə üzə
çıxır. Qadınların sərbəst cinsi əlaqədən məhrum edil məsi, konkret kişiyə
mənsub olması sürətlə onu məğlubiyyətlə razı laş mağa məcbur edir. Əv -
vəllər qəbilədə kollektiv nikahdan törənən uşaqlar kollektiv də olaraq qə -
bilənin övladı idi. Ata xaqanlığa keçidlə tək kə binli ailənin qurulması və
on dan doğulan uşaqlar, qəbiləyə deyil bilavasitə ataya mənsub hesab olu -
nurdu. Qəbilə başçısının, qəhrəman dö yüş çü nün qadını ona məxsus olma -
lı idi, onun başqaları ilə ümumi arvadı ola bilməzdi. Neçə min il ha kim
möv qe uğrunda mübarizə aparan kişi, qəbilə baş çısı, döyüşçüsü buna razı
ola bilməzdi. Beləliklə, ana xa qan lıqdan ata xa qanlığa keçidlə qəbilə dax-
ilində kollektiv nikaha son verildi, tək kəbin liliyə keçildi. Uzun müddət
qəbilədaxili, kollektiv nikahın ziyanı da cəmiyyəti “düşündürürdü”. Kol -
lek tiv nikahdan doğulan uşaqları irsi xəstəlik məhv edirdi. Ata xaqanlığa
keçidlə qəbilədaxili nikaha da qadağa qoymaqla ekzaqam nikah forması
yarandı. Bir qəbilənin kişiləri ancaq başqa qəbilənin qadınları ilə evlənə
bilərdi  (29,  160-173).  Digər  sosial  iqtisadi  səbəblərlə  bərabər  ek zo  qam
nikah,  monoqom  ailə  qəbilələrarası  əlaqələri  daha  da  canlan dırdı,  etno -
konsolidasiya  prosesini  əvvəlki  dövrlərlə  müqayisəolunmaz  sə viy yədə
sürətləndirdi, yeni etnososial birlik forması – tayfa yarandı. Tarixi etnolo-
ji  ədəbiyyatda  orta  paleolitin  sonu  üst  paleolitin  ilkin  çağla rın  dan  sürü
icmasından qəbilə icmasına keçidlə ilk etnik birliyin, etnosun ya randığını
bildirsələr də, sürü icması ilə qəbilə icmasının əsaslı fərqini göstərmirlər.
Tarixi  etnoloji,  arxeoloji  tədqiqatlar  göstərir  ki,  sürü  ic ma sından  qəbilə
icmasına  keçid  toplumun  etnik  mənsubiyyət  anlayışını,  simvolunu  dəy-
işməmiş,  əvvəlki  totem,  əcdad  kultu  yaşamaqda  davam  etmişdi,  hər  bir
qəbilə toteminin adı ilə adlanmışdı, totemin adını daşımışdı (27, 105-107,
109-111, 129-151).
Ana xaqanlıqdan ata xaqanlığa keçid prosesi toplumda yeni sosial-mə -
nəvi keyfiyyətlərlə müşaiyət olunur, toplumu bildirən, ümumi ifadə edən
etnonimlər və antroponimlər yaranır. Ana kultu ata kultu ilə əvəz olunur,


23
2013/
I
ata kultu həmçinin etnik başlanğıcı bildirən əcdad kultu kimi də çıxış edir.
İlk refleksiya, mənlik şüurunun yaranması prosesi onu nəslin insan, kişi
başlanğıcı kimi irəli sürsə də, özünü heyvan əcdad totemindən ayıra bil -
mir, ilk ata əcdad kultu özünə qədər totemlərin məcmusu obrazında mey-
dana çıxır. Ona əcdad totemlərinin bədəninin ayrı-ayrı hissələrini əks et -
dirən  heykəllər  qoyulur. Ata  xaqanlığı  əks  etdirən  Misir,  Şumer, Yunan
miflərini əks etdirən çoxsaylı heykəllər zəmanəmizə qədər gəlib çıx mış -
dır. Ana xaqanlıqdan ata xaqanlığa keçid zamanı oğuz türklərinin ata əc -
dadı kimi yaranan Oğuz xalqının dastanı da üzü göy, ağzı atəş kimi qır-
mızı, gözləri ala, saçları, qaşları qara, ayağı öküz (buğa – X. X.), beli qurd
belinə, kürəyi samur kürəyinə, köksü ayı köksünə bənzəyirdi. Bədəninin
hər yeri sıx tüklə örtülmüşdü” (13; 14, 109-110; 15, 23-34; 27, 104-152;
31, 6-12; 30, 41-42; 32, 124-137). Göründüyü kimi ata,  kultu ona qədər
totemlərin  məcmuu  kimi  onu  daim  canlandırılan,  yaşadan  bü tün  gücün
simvolu kimi meydana çıxırdı. Sürətlə kişi qəhrəmanlar yetişir di. Bu, ata
xaqanlığının yaranması prosesində formalaşan həyat tər zindən doğurdu.
Ata xaqanlığı dövründə yeni-yeni təsərrüfat sahə lərinin yaranması, əkin -
çilik və maldarlığın sürətli inkişafı, ictimai əmək bölgü sünün baş verməsi
ilə  maldarlığın  əkinçilikdən  ayrılması,  silah  is teh salının  sü rət li  inkişafı,
monoqom ailə, qəbilə ekzoqam, tayfanın endo qam qurulma sı cəmiyyətin
strukturunu  sürətlə  yeniləşdirir,  etnokonsolidasiya  prosesi  əvvəlki  dövr-
lərlə müqayisədə qat-qat sürətlə gedirdi. Əhali artımı, əkin çilikdən ay rıl -
mış maldar əhalinin yeni ərazilərdə məs kun laşması prosesi kişinin rolunu
artırır, onun cəmiyyətdə mövqeyini daha da möh kəm ləndirirdi. Cəmiy yə -
tin hərbi formada qurulması prosesi gedirdi. Bu forma, mərhələ dünya tar-
ixşünaslığında hərbi demokratiya, türkcə ordu adlanırdı.
İnsan  cəmiyyəti  yarandığı  gündən  onun  diqqət  göstərdiyi,  qayğısına
qaldığı əsas problem toplumda əsas tutulan münasibətləri yeni nəslə aşıla-
maq olmuşdur. Bununla onlar cəmiyyəti, onu yaşadan yaddaşını yara dır -
dılar. Cəmiyyətin yaddaşının yaradılması elə cəmiyyətin yaradılması de -
məkdir.  Göründüyü  kimi,  hələ  ən  qədim  insan  ilkin  yaratdığı  ideyaları,
inam və etiqadları müəyyən işarələrlə ayı və digər heyvan sü mük ləri, qay-
alar üzərində rəsmiləşdirməklə yaşadır, yeni nəsillərə ötürür dülər. Nə ha -
yət səsli dilin yaranması ilə insanlar müqəddəs inam və etiqadları daha ət -
raflı təsvir edib canlandırırdılar. İnam və etiqadların, qəhrəman və allahlar
haqqında ideyaların gələcəyə ötürülməsi həssas bədii formalar alırdı. Mi -
fik təfəkkür çağının tədqiqatçıları ata xaqanlığa qədər xüsusi rəğ bət lən di -
rilən, yaşadılmasına çalışılan inam və etiqadları, allahlar və qəh rəmanları,
digər  hadisələrin  təsvir  və  tərənnümü  üsulunu  nağıl,  rəva yət  və  əfsanə
janrları hesab edirlər. Ata xaqanlığa keçilməsi ilə inam və etiqadların, al -
lah və qəhrəmanların tərənnümünə həsr olunan əvvəlki janr larla müqay-


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə